Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-710/2020 07.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı1 və onun vəkili Qasımov Əlisahib Şükür oğlunun iştirakları ilə, İddiaçı1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şik ayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” MMC-yə qarşı hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Səbail rayon məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Abdullayev, iş 2(009)-1322/2019) iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), Z.Əliyev və R.Eyvazov, iş № 2(103)-10362/2019) iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Səbail rayon məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı1 vəkili Qasımov Əlisahib Şükür oğlu izahatında göstərmişdir ki, işə baxarkən apely asiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “xxxx” tərəfindən tərtib edilmiş hərracın yekunları haqqında 37/01-1 №-li protokola əsasən, Beyləqan rayon məhkəməsinin2(020)-1288/2016 saylı, 14.07.2016-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Beyləqan rayon İcra Şöbəsinin 2714/2016 saylı, 22.02.2016-cı il tarixli sifariş məktubuna və “xxxx” KB ASC-nin müvafiq məktubunun icrasına əsasən X1 mükiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,048 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilkin satış qiyməti 38000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 24225 manata “xxxx” KB ASC-yə təklif olunmuşdur (səh.12); hərracın yekunları üzrə əm lakın alqı-satqısı barədə 13.06.2017-ci il tarixli müqavilənin kserosurətinə əsasən İddiaçı2 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,048 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 24225 manata “xxxx" KB ASC-yə satılmışdır (səh.11); Şirvan Apeliyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.03.2019-cu il tarixli, 2(106)-645/2Q19 saylı qərardadın surətin əsasən, iddiaçı «xxxx» KB ASC-nin cavabdehlər X2 və İddiaçı1 qarşı kredit borcunun və borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzi tələbinə dair mülki iş üzrə icraat İddiaçı1 «xxxx» KB ASC-yə qarşı kredit müqaviləsi və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır (səh.34); «Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi» (indiki “xxxx ”) tərəfindən hərracın keçirilməsi barədə bildirişlərin İddiaçı2, İddiaçı1 və Beyləqan rayon icra Şöbəsinə təqdim edilməsi barədə poçt qəbzlərə əsasən, İddiaçı2 və İddiaçı1 hərracın keçirilməsi barədə məlumat verilmişdir Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 354.1, 416-cı maddələrinin tətbiqi ilə razılaşmışdır. İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...17-23 mart 2017-ci iİ tarixli birja yenilikləri barədə qəzetdə Beyləqan şəhəri, Akif Cavadov küçəsi 53A saylı, 0.48 ha torpaq sahəsiində yerləşən fərdi yaşayış evinin 38000 manat məbləğinə hərrac çıxarılması barədə elan yerləşdirilmiş, habelə keçirilməsi barədə iddiaçılara məlumat verilmiş, bunun əksi (ekspertizanın keçirilməsi üçün əsaslar) sübuta yetirilməmişdir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki P rosessual Məcəllənin 77.1ci maddəsinə müvafiq olaraq öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-710/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-710/2020
07.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver