Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7124/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli 2(001)-8398/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 10.07.2018 -ci il tarixli podrat müqaviləsinə əsasən Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliyə əsasən Bakı şəhəri, ********************* ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılması, həmin fərdi yaşayış evinin İddiaçı təhvil verilməsi və İddiaçı həmin mənzilə köçürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-7033/2019 saylı, 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim:A.Ə.Hüseyni;(sədrlik edən), hakimlər E.Q.Nəbiyev və R.Ə.Qurbanov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(001)-8398/2018 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 10.07.2018-ci il tarixli podrat müqaviləsinə əsasən Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliyə əsasən Bakı şəhəri, ***************** ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq Cavabdeh alınaraq ona, yəni İddiaçı təhvil verilməsi və onun həmin evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ev almaq məqsədilə bir neçə əmlak agentliklərinə müraciət etmişdir. Sonradan onu Cavabdeh ilə tanış etmişlər. Cavabdeh ona pul ödəyəcəyi təqdirdə ev tikib verə biləcəyini söyləmişdir. İddiaçı ona inansa da, tanımadığı üçün müqavilə bağlamağı təklif etmişdir. Bundan sonra onlar Bakı şəhəri, 43 saylı notariat kontorunun xüsusi notariusu X1 iştirakı ilə 10.07.2018-ci il tarixdə podrat müqaviləsi bağlamışlar. Müqavilənin 1.1 -ci bəndinə əsasən birinci tərəf - yəni Cavabdeh öz materiallarından istifadə etməklə Bakı şəhəri, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 93 ünvanında yerləşən tikinti sahəsi 120 kv metr təşkil edən 3 metr tavan hündürlüyü, 4 metr hündürlüyü, 4 daş kürsü üzərində olan 5 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən hazırki müqaviləsi üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 15.000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 15000 manat müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsilə ödəmişdir. Müqavilənin 4.1-ci maddəsinə əsasən birinci tərəf sifariş e dilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən 10.09.2018-ci il tarixdə yaşayış üçün hazır edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürür. Müqavilə bağlansa da, iddiaçının üzərinə qoyulan 15.000 manat pulu notariusun depozit hesabına ödəsə də və qarşı tərəf həmin pulu alsa da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla bağlı onun hüquq mühafizə orqanlarına çoxsaylı müraciətləri olmuş, araşdırmalar aparılmış, qarşı tərəfə еvi təhvil verməyi təklif olunmuş, ona isə bu mübahisənin mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdeh həmin evi tikmiş və öz ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Müqaviləyə əsasən həmin evin ona məxsus olduğunu bildirsə də, cavabdeh həmin evdən çıxmayacağını ona bildirmişdir. Belə çıxır ki, cavabdeh onun pulu ilə ona ev tiksə də, hal-hazırda həmin tikilidən qanunsuz istifadə və sahiblik edir.İddiaçı göstərilənləri və AR Mülki Prosessual Məcəlləсиnin 216-227-ci maddəляринин tələbлярини rəhbər tutaraq 10.07.2018-ci il tarixli podrat müqaviləsinə əsasən Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliyə əsasən Bakı şəhəri, ******************** ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq Cavabdeh alınaraq ona, yəni İddiaçı təhvil verilməsi və onun həmin evə köçürülməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsi iddiaçının izahatını dinləməklə və təqdim etdiyi müqavilə ilə kifayətlənmiş, yerində müayinə aparmamış, evdə yaşayanların dairəsi ni müəyyən etməmiş, tikilinin mövcudluğunu, kimə məxsus olmasını araşdırmamış, onların maraqlarına toxunulub-toxunulmamasına münasibət bildirməmişdir. Məhkəmənin istinad etdiyi podrat müqaviləsindən xəbəri olmamışdır. O, notariusa borc ilə bağlı müqavilə bağlamaq üçün getmiş, notarius və iddiaçı tərəf onun savadsızlığından istifadə edərək, onu aldadaraq birlikdə podrat müqaviləsini imzalatmışlar. Müqavilənin etibarsız olduğu, iddiaçının həmin tikilini ələ keçirmə niyyəti predmetindən açıq aydın görünür. Belə ki, müqavilənin predmetində qeyd edilir ki, guya o, Bakı şəhəri, ******************** ünvanında yerləşən tikinti sahəsi 120 kv.m. təşkil edən 3 metr tavan hündürlüyü, 4 metr hündürlüyündə, 4 daş kürsü üzərində olan 5 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziy yətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə müqavilədə qeyd edilmişdir ki, guya o, 2 ay müddətində həmin evi tikərək yaşayış üçün hazır vəziyyətə gətirməklə təhvil verməli imiş. Müqavilədə tikintisi nəzərdə tutulmuş və 2 ay sonra təhvil verilməsi gərəkən ev 1992-1993-cü il tarixdən mövcuddur. Məcburi köçkün olaraq arvadı, övladları ailələri ilə birlikdə həmin vaxtdan orada yaşayırlar. Göründüyü kimi müqavilənin predmetinin icrası mümkünsüzdür. İddiaçı ailəsinin yaşadığı hazır tikilini müqavilə predmetinə salmaqla evi almağa çalışmışdır. Onun müqavilənin mətnindən məlumatı olmamışdır. Ona iddiaçı tərəfindən heç bir ödəniş edilməmişdir. Müqavilə tamamilə qurmadır. Kassasiya şikayət inin dəlilləri: İddiaçı kassasiya şikayətində Bakı Apellyasiya məhkəməsinin 19 iyun 2019-cu il tarixli qətnaməsinin tamamı ilə ləğv edilməsini və cavabdehə qarşı “podrat müqaviləsi üzrə öhdəliklərin icra edilməsi, əmlakın qanunsuz istifadə edilməsi və sahiblikdən alınaraq boşaldılması və iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144-1.4, 178.8, 389.1, 407.2, 425.1, 752.2, 752.3, 753.2, 753.3, 753.4, 776-ci maddələrinin tələbləri pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməyərək əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı İddiaçının vək ili Vəkil kassasiya şikayətinin təmin edilməsini, mülki işin tamamı ilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı və Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi X2 Mülki Prosessual məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansi yası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edibetməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış iş materiallarından görünür ki, tərəflər arasında 10.07.2018-ci il tarixdə notarial qaydada podrat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı öz materiallarından istifadə etməklə Bakı şəhəri, *********************** ünvanında yerləşən tikinti sahəsi 120 kv.m təşkil edən 3 metr tavan hündürlüyü, 4 metr hündürlüyü, 4 daş kürsü üzərində olan 5 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, cavabdeh isə həmin fər di yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdələrinə götürmüşlər. Müqavilədə icra olunacaq işin ümumi dəyəri muzd da daxil olmaqla 15000 manat müəyyən edilmişdir. İddiaçı 15000 manatı müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsilə ödəmiş və cavabdeh də həmin pulu qəbul etmişdir. Müqaviləyə əsasən fərdi yaşayış evi 10.09.2018-ci il tarixdə yaşayış üçün hazır edilərək iddiaçıya təhvil verilməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Apelyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı bildirmişdir ki, müqaviləyə əsasən cavabdeh müqavilədə qeyd edilən ünvanda və müqavilədə nəzərdə tutulan ölçülərdə evi tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları araşdıraraq müəyyən etmişdir ki, müqavilədə nəzərdə tutulan Bakı şəhəri, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 93 ünvanında yerləşən ev artıq əvvəldən mövcud olmuş, tərəflər arasında mövcud olmuş ev üzrə podrat müqaviləsi bağlanmışdır. Cavabdehin nümayəndəsi tərəfindən həmin ünvanda yerləşən evə dair 2014, 2015-ci tarixli məişət tullantılarının daşınması qəbzləri, 2013-2014-cü illərə aid elektrik enerjisindən istifadə olunmasına dair bildiriş – xəbərdarlıqlar, “xxxx” QSC Binəqədi Rayon Qaz İstismar Sahəsi tərəfindən verilmiş Abonent kitabçası təqdim etmişdir. Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iş materialları nın araşdırılması zamanı həmçinin onu da müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə artıq mövcud olan və cavabdehin yaşadığı evə dair bağlanmışdır. Həmçinin müqavilədə torpaq sahəsinin kimə məxsus olması, tikiləcək evin smetası, əlavə xərclər barədə razılaşma və s. öz əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. İşin şərh olunan hallarına qiymət verərək apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası haqlı olaraq hes ab etmişdir ki, hazırda iddiaçının istinad etdiyi podrat müqaviləsi artıq mövcud olan evə dair bağlandığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin podrat müqaviləsi üçün nəzərdə tutulmuş şərtlərinə uyğun işlər yerinə yetirilmədiyindən müqavilə özlüyündə əhəmiyyətsizdir və bu səbəbdən də iddia tələbi təmin edilməməlidir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikay əti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 19 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7124/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7124/2019
25.11.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver