Məhkəmə qərarları › İş №2(102)-7126/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7126/2019

21.11.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7126/2019 21.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X4, Cavabdeh nümayəndəsi və vəkili X5 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)5276/2019 nömrəli iş üzrə 07 may 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı Şəhəri Xəzər rayon məhkəməsinin (hakim Tərlan Əkbərov) 27 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddia tələbi qismən təmin edilmiş, mübahisəli sahədə tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Abiddin Hüseynov - sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 07 may 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan ünvanında yerləşən ona məxsus **********66 reyestr nömr əli 0,1011 ha torpaq sahəsində tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, ona vurulmuş 5000 manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qətnamənin iddia tələblərinin təmin olunması his səsində ləğv edilməsi üçün birinci əsas odur ki, işə baxan məhkəmələr yalnız iddiaçının adına Çıxarışın olmasını, həmçinin iş üzrə ekspert rəyini əsas götürərək iddianı təmin etmişlər.Halbuki, cavabdeh tərəfindən də iş materiallarına qeyd edilən torpaq sahəsinə dair bağ sahələrinin vətəndaşlar arasında bölşdürülməsinə sərəncam vermək səlahiyyəti olan 190 nömrəli BTK-nin 27.07.1990-cı il tarixli, 20 nömrəli orderi möcuddur. Həmin orderdə Bakı şəhər İcraiyyə Komitəsinin (indiki Bakı şəhər İcra Hakimiyyəti) 13.06.1990-cı il tarixli, 4/143 nömrəli qərarına istinad olunmuşdur. Hansı ki, həmin qərarla bir sıra vətəndaşların, o cümlədən Rabil Həsənova etibarnamə vermiş X2 istifadəsinə bağ sahəsi ayrılmışdır. İşin mübahisələndirilməyən hallarına həmçinin Cavabdeh mübahisəli torpaq sahəsini 2013- cü ildən alması və həmin sahənin 1990cı ildən X1 və istifadəsində olması müəyyən edilmişdir. İşə baxan məhkəmələr, iş üzrə tam, hərtərəfli araşdırma aparmamış, Rabil Həsənova etibarnamə vermiş X2 adına bağ sahəsinə dair orderin hansı əsaslarla verilməsini, həmçinin İddiaçı Çıxarışın hansı əsaslarla verilməsini araşdırmamış, bu sənədlərin əsasını müəyyən etmək üçün müvafiq sorğular verməmişlər. Tərəflərin izahatları: Cavabdeh nümayəndəsi və vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən ş əxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2417a saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və həmin sahə 0,1011 hektardan ibarətdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək ona məxsus 0,1011 ha torpaq sahəsində tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, ona vu rulmuş 5000 manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, iddia tələbinin təmin edilməyən hissəsi, yəni 5000 manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsinin rədd edilməsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2018-ci il tarixli, 22749 nömrəli rəyi lə müəyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 0,1011 hektar torpaq sahəsinin koordinatları mübahisələndirilən torpaq sahəsi ilə üst-üstə düşür və mişar daşı ilə hasarlanmış sözü gedən torpaq sahəsinin üzərində fərdi yaşayış evi mövcuddur. Birinci instansiya məhkəməsi işin müəyyən edil miş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 180.1 və 180.4-cü, Torpaq Məcəlləsinin 84.1 və 84.3-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, torpaq sahəsinin mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olduğundan, cavabdehin torpaq sahəsində iddiaçının razılığı olmadan apardığı tikinti işləri iddiaçının torpaq sahəsindən mülkiyət hüququnu pozduğundan iddia həmin hissədə təmin edilməli, mübahisəli sahədə cavabdeh tərəfindən aparılmış özbaşına tikililər cavabdehin hesabına sökülməli, cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iş materiallarında olan hüquq müəyyənedici sənədlər və ekspert rəyləri ilə mübahisəli sahənin iddiaçının mülkiyyətində olduğu müəyyən edilir. Buna görə həmin sahənin cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasına dair iddiaçının tələbi əsaslıdır. Cavabdeh mübahisə torpaq sahəsindən istifadə etmək və onun üzərində ev inşa etməklə bağlı qanuni əsaslara malik olduğu barədə heç bir sübut təqdim edə bilmədiyi üçün onun etirazının dəlilləri (mübahisəli sahədə ev tikməsi, ailə üzvləri ilə həmin evdə yaşaması və s) özü-özlüyündə əsassızdır. İş materiallarında iddiaçının mübahisəli bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqlarını şübhə altına alan hər hansı sübut, o cümlədən, məhkəm ə aktı və ya normativ akt mövcud deyil. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən cavabdehin məhz iddiaçının mülkiyyətində olan 0,1011 ha sahədən çıxarılması qət edildiyi üçün cavabdehin hal-hazırda daha artıq torpaq sahəsindən istifadə etməsi qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməs i üçün əsas ola bilməz.Həmin dəlillər apellyasiya şikayətində də irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. İddiaçı Çıxarışın hansı əsaslarla verilməsinin araşdırmaması, bu sənədlərin əsasını müəyyən etmək üçün müvafiq sorğuların verilməməsi barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisənin predmetini İddiaçı adına verilmiş Çıxarışın araşdırılması təşkil etmir, həmin çıxarış mübahisələndirilməmişdir. İddiaçı mülkiyyət hüququna dair Çıxarışa əsasən mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bağ sahəsinə dair X3 adlı şəxsin adına orderin olması, X9 Həsənov adlı şəxs həmin bağ sahəsinə sərənxam vermək də daxil olmaqla etibarnamə verməsi, Rabil Həsənovun isə bağ sahəsini Cavabdeh satması, işə baxan məhkəmələr tərəfindən bu halların nəzərə alınmaması haqda kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında hazırki mübahisənin predmeti olan bağ sahəsinə dair Cavabdeh, heblə onun göstərdiyi şəxslərin adına hər hansı sənədin, o cümlədən order, müqavilə bağ sahəsinin ölçüsü və planı və s. sənədlərin olması müəyyən edilməmişdir. Rüstəm Həsənovun adına olan 27.07.1990-cı il tarixli, 20 № li order də iddiaçının adına çıxarış verilmiş bağ sahəsinə aid deyildir. Ona görə də, kassasiya şikayətinin bu dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(1 03)-5276/2019 nömrəli iş üzrə 07 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar