Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7129/2019 26.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2019-cu il tarixli, 2(103)8213/2019 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 2(001)-941/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim M.Ə.Rüstəmli) İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” barədə iddiası təmin edilərək, cavabdeh təşkilatdan 6.600 manat sığorta məbləğinin tutulub iddiaçıya ödənilməsi qət edilib. Cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2019-cu il tarixli, 2(103)8213/2019 saylı qətnaməsi ilə (hakimlər Z.Ə.Əliyev sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və R.Ə.Qurbanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 12 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldaraq cavabd eh təşkilatdan 6.600 manat sığorta məbləğinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil ol unmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin səlahiyyətli nümayəndəsi və vəkili X məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini isə təmin edilmədən saxlayarkən, iddia ərizəsinin əsaslı olmasına, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin “ç” bəndinin və digə r maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kon tuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana İİ qrup əlillik təyin olunduqda, ona sığorta məbləğinin 60 faizi miqdarında sığorta ödənişi ödənilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, qeyd olunan maddənin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları təd qiq edib müəyyən etmişdir ki, iddiaçı, 20 iyul 1999-cu ildən 20 yanvar 2001-ci il tarixədək hərbi xidmətdə olub, həmin tarixdən ordu sıralarından tərxis edilib. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 may 2017-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının iddiaçı barəsində 30 yanvar 2017-ci il tarixli qərarının “xəstəliyi hərbi ximət dövründə almasına dair” qeyd hissəsinin ləğv edilib və xəsarətin səbəb əlaqəsi kimi “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışdır” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilib və sonradan həmin işə apellyasiya qaydasında baxılaraq Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qə rarı ilə sözügedən qərar dəyişdirilmədən saxlanılıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 09 iyun 2017-ci il tarixli, 1024 saylı qərarı ilə iddiaçının hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən 2000-ci ilin oktyabr ayında aldığı və 11 yanvar 2017-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticəsi-diaqnozu: “travmadan sonrakı sağ əlin İ, İİ, İİİ barmaqlarının neyrofibrolipoması” hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-nın müayinə aktından görünür ki, iddiaçı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafi əsi ilə əlaqədar birləşdirici və digər yumşaq toxumaların qeyri-müəyyən və ya travmadan sonrakı sağ əlin İ, İİ, İİİ barmağın neyrofibbrolipoması, sağ əlin İ, İİ, İİİ barmağın makrodaktiliyası, sağ əlin İ, İİ, İİİ barmaqların kontrakturası diqnozu ilə “İİ” dərəcəli əlillik müəyyən edilib və iddiaçının İİ qrup əlil olması, əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmasına dair vəsiqə verilib. Həmçinin iddiaçı, cavabdeh təşkilatdan 6.600 manat məbləğində sığorta ödənişinin tutulmasını tələb etməsi əsaslıdır. Qeyd olunan sığorta ödənişinin iddiaçıya verilməsindən imtina edən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 27 dekabr 2017-ci il tarixli, 07-02-1028 saylı məktubda bildirilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqq ında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o, sığorta məbləğini almaq hüququna malikdir. İşdən görünür ki, 20 yanvar 2001-ci il tarixdə ilddiaçı, hərbi xidmətdən tərxis olunmuş və bu hadisədən 16 ildən artıq müddət keçdikdən sonra, yəni 20 oktyabr 2017-ci il tarixdə İİ qrup əlillik dərəcəsi alıb. Ona görə də İddiaçı İİ qrup əlillik dərəcəsi alması ilə əlaqədar Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Cavabdeh, apellyasiya şikayətini də həmin dəlillərlə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsi cavabdeh təşkilatın mövqeyini əsaslı saymır, on a görə ki, iddiaçının sığorta ödənişi tələbinin hüquqi əsasları 2017-ci ildə təsbit edilib göstərilib. Belə ki, iddiaçının aldığı xəsarətin hərbi travma olması, onu hərbi xidmət vəzifələrini yerinə yetirərkən alması barədə artıq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı 12 may 2017-ci il tarixdə çıxarılmış, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının həmin məzmunda qərarı 09 iyun 2017-ci ildə qəbul edilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlillik dərəcəsi 20 oktyabr 2017-ci il tarixdə verilib. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununa əsasən, sığorta ödənişini almaq üçün üç illik müddət iddiaçıya münasibətdə 2017-ci ildən hesablandıqda iddiaçı həmin müddəti ötürməmişdir. Çünki iddiaçı 21 dekabr 2017-ci ildə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edib və 11 oktyabr 2018-ci il tarixdə hazırki iddianı qaldır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara sadalanan maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənatə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2019 -cu il tarixli, 2(103)-8213/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7129/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7129/2019
26.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver