Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-714/2019 28.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-714/2019 şəhəri 28 yanvar 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X2, X1 ibarət tərkibdə, Şükürov Röyal Elman oğlunun katibliyi, cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.08.2018-ci il tarixli, 2(103)6922/2018 nömrəli qətnaməsindən cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ş.Z.Abdullayev) 03 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, «xxxx» ASC ilə əmək münasibətlərində olmuş İddiaçı işlədiyi müddət ərzində aylar üzrə aldığı əmək haqqının faktiki məbləği barədə məlumatların elektron informasiya sistemində düzgün yerləşdirilməklə əmək haqqı məbləğində dəyişiklik edilməsinin Ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi, iddia tələbinin Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Xətai Rayon şöbəsinə qarşı münasibətdə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X.A.Mərdanova, İ.Ş.Vəliyev və E.M.Həsənov) 14 noyabr 2017-ci il tarixli, 2(103)-982 1/2017 saylı qətnaməsi ilə cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.A.Əhmədov, A.Ə.İsgəndərov və İ.K.Dəmirov) 13 aprel 2018-ci il tarixli, 2(102)2638/2018 saylı Qərarı ilə cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 14 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülk i Kollegiyasının (hakimlər E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.N.İmanov) 06.08.2018-ci il tarixli, 2(103)-6922/2018 nömrəli qətnaməsi ilə cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və onun vəkili iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.08.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin sığortalanması Fonduna və Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan «xxxx» ASC-nin təqsiri səbəbindən onun əmək haqqının aylar üzrə faktiki məbləğinin məlumat bazasında düzgün göstərilməməsi cavabdeh təşkilatın nəzərinə çatdırmaqla, aylar üzrə onun aldığı əmək haqqının faktiki məbləğinin məlumat bazasında düzgün yerləşdirməklə, əmək haqqı məbləğində dəyişiklik edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o «xxxx» ASC-nin Bakı filialında kredit şöbəsinin rəisi vəzifəsində işləmişdir. «xxxx» ASC ləğv prosesində olduğuna görə o 03.10.2016-cı il tarixdən tutduğu vəzifədən azad edilmişdir. «xxxx» ASC ilə onun arasında 03.03.2014-cü il tarixdə bağlanmış müqavilənin 4.1, 4.2 maddələrinə görə onun aylıq əmək haqqı 136 manatdan başlayaraq şöbənin fəaliyyətinin müsbət nəticələri və gəlirliliyi ilə əlaqədar olaraq əmək haqqı 1000 manata qədər artırla bilər. İşlədiyi son bir ildə, yəni 2015-ci ilin oktyabr ayından işdən çıxdığı günə qədər, yəni 2016-cı ilin sentyabr ayının axırına qədər o, 12 ay ərzində 8541 manat əmək haqqı almışdır. Bu isə orta hesabla hər ayda 712 manat əmək haqqı deməkdir. İşdən çıxarkən «xxxx» ASC ona Əmək Məcələlsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən 1751 manat müavinət pulu ödəmişdir. Əmək Məcəlləsinin 77.5-ci maddəsinin tələbinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidmətinin Xətai rayon şöbəsi də ona işsizliyə görə müavinət pulu ödəməlidir. Ləğv prosesində olan «xxxx» ASC onun əmək haqqı məlumat bazasında səhvən 136 manat göstərdiyinə görə Məşğulluq Xidmə tinin Xətai rayon şöbəsi müavinət pulunu düzgün hesablaya bilmir. Halbuki o işlədiyi dövrdə onun faktiki olaraq aldığı əmək haqqından 2006-2015-ci illər ərzində məcburi olaraq dövlət sosial sığortaya 10054,44 manat pul tutulmuşdur. Belə olan vəziyyətdə hesab edir ki, «xxxx» ASC-nin bazaya məlumat yerləşdirən müvafiq əməkdaşları bazaya məlumatı tam və dolğun şəkildə oturtmamışlar. Bu səbəbdən də Məşğulluq Xidməti işsizliyə görə müavinəti düzgün hesablaya bilmir. Əmək haqqının məlumat bazasında dəyişiklik edilərək düzgün oturdulmaması barədə o 28.02.2017-ci il tarixdə «xxxx» ASC-yə ərizə ilə müraciət etmişdir. «xxxx» ASC-nin 17.04.2017-ci il tarixli cavabında göstərilir ki, o 1751 manat müavinət pulu almışdır. Lakin məlumat bazasında dəyişiklik edilməsi barədə ona heç bir məlumat verilməmişd ir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, ödənişlər əmək müqaviləsində qeyd edilən 136 manat məbləğində əmək haqqıya münasibətdə aparılmışdır. Eyni zamanda mübahisələndirilən qətnamənin Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən icrası qeyri-mümkündür, çünki İddiaçı ilə əmək münasibətlərinə xitam verilmişdir, elektron bazada keçmiş tarixə hər hansı bir düzəliş etmək Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətləri çərçivəsinə daxil deyil və bu səbəb qətnamənin icrasını qeyri-mümkün edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin l əğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın onlara aid hissədə rədd edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 06.08.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, «xxxx» ASC ilə İddiaçı arasında bağlanılmış 03.03.2014-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı Bankın «Bakı» filialına Kredit şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsinn 4.1-ci bəndinə əsasən işçinin əmək haqqı Bankın baza əmək haqqı sisteminə uyğ un olaraq müəyyənləşdirilir və hər ay 136 manat məbləğində ödənilir. Müvafiq struktur bölməsinin fəaliyyətinin müsbət nəticələri və gəlirliliyi ilə əlaqədar olaraq əmək haqqı 1000 manatadək artırıla bilər (4.2-ci bənd). Ləğv prosesində olan «xxxx» ASC tərəfindən İddiaçı ünvanlanmış 17.04.2017-ci il tarixli məktuba əsasən, onunla «xxxx» ASC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndi ilə xitam verilmiş və həmin Məcəllənin 77-ci maddəsinin yeddinci bəndinə uyğun olaraq ona 1751 manat məbləğində müavinət ödənilmişdir. Ləğv prosesində olan «xxxx» ASC tərəfindən verilmiş 26.12.2016-cı il tarixli arayışa əsasən, İddiaçı həqiqətən «xxxx» ASC-nin Bakı filialında 01.06.2004-cü il tarixdən 03.10.2016-cı il tarixinə qədər kredit şöbəsinin rəisi vəzifəsində işləmiş və onun son 12 ay əmək haqqı fondu oktyabr 2015-ci il üzrə 800 manat, noyabr 2015-ci il üzrə 800 manat, dekabr 2015-ci il üzrə 800 manat, yanvar 2016-cı il üxrə 555 manat, fevral 2016-cı il üzrə 950 manat, mart-iyun 2016-cı il üzrə 500 manat, iyul 2016-cı il üzrə 636 manat, avqust və sentyabr 2016-cı il üzrə 1000 manat təşkil etmişdir. İddiaçı 01.01.2006-cı il tarixinə qazanılmış pensiya kapitalı barədə məlumata əsasən, 2006-cı ildən 2015-ci il tarixədək məcburi dövlət sosial sığortaya 10054,44 manat pul tutulmuşdur. Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, İddiaçı məlumat bazasında «xxxx» ASC-nin Bakı filialında kredit ittifaqının sədri işləməsi və aylıq əmək haqqının 136 manat olması göstərilmişdir. Maddi hüquq normalar yoxlanılark ən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 12-ci maddəsinin 1-ci bəndinin «h» yarımbəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir; 43-cü maddəsinin 2-ci bəndinin «ə» yarımbəndinə əsasən işçinin əmək şəratinin şərtləri-iş və istifrahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması barədə məlumatlar əmək müqaviləsində mütləq göstərilməlidir; 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1 ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı eletkron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış 03.03.2014-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqı 136 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan əmək müqaviləsinin 4.2-ci bəndinə əsasən müvafiq struktur bölməsinin fəaliyyətinin müsbət nəticələri və gəlirliliyi ilə əlaqədar olaraq əmək haqqının 1000 manatadək artırıla bilməsi razılaşdırılmışdır. İddiaçı 2015 və 2016-cı illər ə rzində “xxxx” ASC-də işlədiyi dövr ərzində müxtəlif məbləğlərdə əmək haqqı almışdır və həmin əmək haqqı 2015-ci ilin oktyabr ayı üzrə 800 manat, 2015-ci ilin noyabr ayı üzrə 800 manat, 2015-ci ilin dekabr ayı üzrə 800 manat, 2016-cı ilin yarvar ayı üzrə 555 manat, 2016-cı ilin fevral ayı üzrə 950 manat, 2016-cı ilin mart-iyun ayları üzrə 500 manat, 2016cı ilin iyul ayı üzrə 636 manat, 2016-cı ilin avqust və sentyabr ayları üzrə 1000 manat təşkil etmişdir. Həmçinin məhkəmə kolllegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan 26 oktyabr 2017-ci il tarixli 99/08/03-1796 saylı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı 2014-ci il ta rixdə 10197.4 manat, 2015-ci il tarixdə 10950.64 manat, 2016-cı il tarixdə 6445.07 manat əmək haqqı ödənmişdir. Qeyd olunan hallardan da göründüyü kimi, İddiaçı ilə əmək müqaviləsində əmək haqqı 136 manat nəzərdə tutulsa da, ona verilmiş aylıq əmək haqqları hər ay fərqli olmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi əmək haqqı barədə məlumatların əmək müqaviləsində əks olunmuş minimal əmək haqqıya münasibətdə deyil, faktiki olaraq ödənilmiş əmək haqqıya münasibətdə daxil edilməsi ilə bağlı düzgün qənaətə gəlmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualh üquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, cavabdehin həmin məlumatları əvvəlki tarixə daxil edilməsi ilə bağlı çətinlikləri iddiaçının hüququnun pozulması üçün əsas ola bilməz. Digər tərəfdən hazırki qətnamənin olması həmin məlumatların əvvəlki tarixə nəzərə alınmasını mümkün edir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddəl ərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.08.2018-ci il tarixli, 2(103)-6922/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev
Məhkəmə qərarları › İş №2(102)-714/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-714/2019
28.01.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver