Məhkəmə qərarları › İş №2(102)-7140/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7140/2019

18.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7140/2019 18.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Hacıyev Sənan Firudin oğlu və X1 ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı X1oğlunun və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli 2(103)-2807/2018 saylı qətnaməsindən İddiaçı X1oğlu və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə ba xaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, hərbi xidmət dövründə aldığı əlilliyinə görə ona verilməli olan sığorta ödənişinin əvəzi olaraq 8.800 manat məbləğində pulun cavabdeh Şirkətdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2002-ci ildə Qax Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 2003-cü ildə hərbi xidmət vəzifələrini yerinə yetirərkən hərbi travma almışdır. Buna görə o, 2004-cü ildə tərxis edilmiş və 2017-ci ildə ona İ qrup əlillik verilmişdir. İddiaçı İ qrup əlil olsa da, hərbi qulluqçulara verilən sığorta ödənişini bu günə kimi ala bilməmişdir. İddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirərkən hərbi travma alması təqdim etdiy i sənədlərlə tam təsdiq olunur. O, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi üçün cavabdeh Şirkətə müraciət etmiş, lakin müsbət cavab almamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) 2(001)-9008/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Məmməd Məmmədov, hakimlər Xəyal Sarıyev, Elşad Şamayev) 01 mart 2019-cu il tarixli 2(103)-2807/2019 saylı qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbu l edilmişdir. İddiaçı X1oğlu və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.03.2019-cu il tarixli 2(103)-2807/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya Məhkəməsi iş üzrə təqdim edilmiş sənədləri, toplanmış materialları, verilən izahatları hərtərəfli və obyektiv araşdırmamış, düzünə sübutları şübhə altına almış, maddi hüquq normasının məzmununu təhrif etmiş, tətbiq edilməməli olan maddi hüquq normalarını tətbiq etmiş, nəticədə İddiaçı həqiqi hərbi xidmət zamanı aldığı xəsarətə görə sığorta almaq hüququndan məhrum olmuşdur. Məhkəmənin İddiaçı əlilliyinin hərbi xidmət zamanı aldığı xəsarət nəticəsində əmələ gəlməsini şübhə altına alması birbaşa onu sübut edir ki, məhkəmə işi hərtərəfli oxumayıb və araşdırmayıb. Məhkəmə işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkimi Komissiyasının 21.01.2013-cü il tarixli, 51 nömrəli Qərarında İddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifəsini yerinə yetirərkən hərbi travma almasını şübhə altına alması buna birbaşa sübutdur. Travma almasını şübhə altına alması və mübahisəyə aidiyyətı olmayan məsələni araşdırması məntiqsizdir. Prosessual məsələlər: İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdirlər. Cavabdeh məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxma yaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının 31.01.2013-cü il tarixli 51 nömrəli Qərarına əsasən İddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən hərbi travma almışdır. Azərbaycan Respublikası Əm ək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının 17.03.2017-ci il tarixli “Arayışına” əsasən iddiaçıya ümumi xəstəlik səbəbindən İ qrup əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsinin 14.08.2018-ci il tarixli 187 nömrəli “Arayışına” əsasən iddiaçı, həqiqətən də, 16.07.2002-ci il tarixdən 04.07.2004-cü il tarixədək milli ordu sıralarında xidmət etmişdir və 10.07.2004-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsində hərbi qeydiyyatdadır. Cavabdeh Şirkət iddiaçıya ünvanlanmış 14.08.2018-ci il tarixli məktubda iddiaçıya qanunla nəzərdə tutulmuş müddət (3 il) keçdikdən sonra əlillik təyin olunduğuna görə, ona əlillik dərəcəsi alması ilə ə laqədar sığorta ödənişinin verilməsinin qeyri-mümkün olduğunun bildirmişdir. Apellyasiya instansiya məhkəməsi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Qanunun 5-ci maddəsinin “c” bəndinə istinad edərək iddiaçıya hərbi xidmət zamanı aldığı travmaya görə əlillik dərəcəsi onun hərbi xidmətdən ehtiyata buraxıldığı gündən 3 il müddət keçdikdən sonra təyin olunduğundan Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş İ qrup əlilliyə görə müəyyən edilmiş sığorta məbləğini almaq hüququ olmadığını hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azər baycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər; - 27-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinin tələbinə görə sığorta edilən hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. - 3-cü maddəsinin tələbinə görə hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır; - 4-cü maddəsinə əsasən bu qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir; - 5-ci maddəsinin “ç” bəndinin mənasına görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (y aralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar 3 il müddətində sığorta olunana əlillik təyin olunduqda bu, sığorta hadisəsi hesab edilir və onlara sığorta ödənişi bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin İ qrup əlilliyə görə — 80 faizi nisbətində verilir. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, iddiaçıya təyin olunmuş əlillik, ehtiyata buraxıldığı vaxtdan 3 ildən artıq müddət (13 il) keçdikdən sonra ona verilmişdir. Bu isə istinad edilən qanunun tələbi baxımından Dövlət Sığorta Kommersiya Şirkətinin sığorta ödənişinin verilməsindən imtinası üçün əsasdır. İddiaçı çoxsaylı əməliyyatlar keçirməsinə görə əlilliyi gec aldığını bildirsə də, qanunun imperativ qaydada müəyyən etdiyi 3 illik müddətin uzadılması və ya bu müddətlə bağlı sığortaolunana başqa cür güzəştlərin edilməsi qüvvədə olan qanunvericilikdə təsbit edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edərək iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən v ə Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X1oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli 2(103)-2807/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar