Məhkəmə qərarları › İş №2(102)-7154/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7154/2019

25.11.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7154/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiаçı İddiaçı və onun vəkili X2, Cavabdeh cavabdehnın nümsyəndəsi X3 ilə, İddiаçı İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)2161/2019 nömrəli iş üzrə 02 iyul 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Şəki rayon məhkəməsinin (hаkim Elçin Mehdiyev) 25 aprel 2019-cu il tаrixli qətnaməsi ilə iddiаçı İddiaçı cavabdeh cavabdehna qarşı onun 01 iyun 2015-ci il təvəllüdlü uşağı X4 yetkinlik yaşına çatanadək hər ay ödəməli olduğu 115 manat məbləğində aliment məbləğinin azaldılaraq hər ay 50 manat məbləğində müəyyən edilməsi və hazıradək mövcud olan 3500 manat məbləğində aliment borcunun tamamilə ləğv edilməsi barədə iddiаsı rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, İnşallah Quliyev, Mahir Əsədli) 02 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiаçı İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şəki rayon məhkəməsinin 25 aprel 2019-cu il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiаçı öz tələbini belə əsаslаndırmışdır ki, o, cavabdeh cavabdeh ilə 13 aprel 2014-cü il tarixində rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 01 iyun 2015-ci il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətlərini davam etdirmək mümkün olmadığı üçün ayrılmışlar və məhkəmə qətnaməsi əsasında aralarında bağlanmış nikah pozulmuşdur. Нikah pozularkən uşaг cavabdehin himayəsinə verilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat məbləğində alimentin ondan alınaraq cavabdehə verilməsi qərara alınmışdır. Daha sonra cavabdeh ona şər-böhtan ataraq onu döydüyünü iddia etmiş və Şəki rayon məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli hökmünə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.2-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, cəzaçəkmə müəssisəsində ola-ola cavabdeh ona qarşı aliment məbləğinin artırılması tələbi ilə Şəki rayon məhkəməsinə müraciət etmiş və Şəki rayon məhkəməsinin 04 may 2018-ci il tarixli qətnaməsinə əsasən alimentin məbləği artırılaraq 115 manat məbləğində müəyyən edilmişdir. Halbuki o, həmin vaxt həbsdə olmuş və heç bir gəlir yeri olmamışdır. O, cavabdehdən ayrıldıqdan az müddət sonra həbs olunduğu üçün aliment ödəyə bilməmişdir. O, 26 sentyabr 2018-ci ildə cəzasını çəkib qurtarmış və azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra oktyabr, noyabr və dekabr ayları üçün aliment borcunu ödəmişdir. Həbsdə olduğu müddət ərzində aliment borcundan 276 manat, həbsdən çıxdıqdan sonra isə 700 manat ödəniş etmişdir. O, hal-hazırda Şəki rayonu Kommunal Təsərrüfat idarəsində fəhlə işləyir və əmək haq qısı 166 manat təşkil edir. Aldığı əmək haqqı ilə ödəməli olduğu alimenti ödəyə bilmir. Həmçinin, həbsdə olduğu vaxt ərzində yığılmış 3500 manat aliment borcunu ödəməyə heç cür imkanı yoxdur. İddia ərizəsində 3500 manat aliment borcunun ləğv edilməsini xahiş etsə də, əslində yığılmış aliment borcu 3000 manat təşkil edir. Hal-hazırda özünün də maddi yardıma ehtiyacı vardır. Ona görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiаçı İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 iyul 2019-cu il tarixli q ətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Yetərincə sənəd və sübutlar təqdim etməyinə baxmayaraq, мəhkəmə olduqca qərəzli, ədalətsiz qətnamə qəbul etmişdir. Ona şər-böhtan atıb tutduran keçmiş həyat yoldaşı X5 olmuşdur. Anası Sədaqətin və əmisi Süleymanın ifadələrini (ittiham aktından) müqayisə üçün məhkəməyə təqdim etmişdir. Cavabdehin onu sevmədiyini təsdiq edən Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından 6-cı səhifənin surətini təqdim etmişdir. Sevməyib gələn qadın kişini şər-böhtan atıb tutdurar ? Həbsdə olduğu müddətdə ona qarşı müştərək qaydada əsassız iddalar qaldırıb, qızılları aparıb, yenidən tələb edib 1680 manatlıq qızıl almalı olublar. Əsassız iddia ilə 1000 manat şərəf və ləyaqətə görə ödəməli olublar. Aliment ödəməkdən yayınmamışdır. Həbsdən çıxandan sonra iş tapıb işləyir, aylıq maaşı 166 manatdır. Bu barədə arayış təqdim etmiş, həmin maaşın 70 faizi icra məmurunun qərarı ilə alimentə tutulur. Onun başqa gəlirləri yoxdur. Məhkəmə bu halları nəzərə almayaraq səhv nəticəyə gəlmişdir. Cavabdeh cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiаçı İddiaçı və onun vəkili X6 məhkəmə kollegiyasının icl asında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh cavabdehnın nümsyəndəsi X7 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,iddiaçı ilə cavabdeh 13 aprel 2014-cü il tarixində rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə nika hdan 01 iyun 2015-ci il tarixdə X5 adlı uşaqları olmuşdur. Tərəflər arasında olan nikah Şəki rayon məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnaməyə əsasən X5 adlı uşaq anasının himayəsinə verilmiş və iddiaçıdan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat alimentin tutulması qət edilmişdir. Bundan sonra Tünzalə Musayeva aliment məbləğinin artırılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Şəki rayon məhkəməsinin 04 may 2018-ci il tarixli qətnaməsinə əsasən 01 iyun 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı alınaraq iddiaçı X1 verilən alimentin məbləği artırılaraq hər ay üçün 115 manat müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı hazırkı tələblə mə hkəməyə müraciət edərək alimentin məbləğinin 50 manata azaldılması və ödənilməmiş 3500 manat aliment borcunun silinməsini xahiş edir. Tələbin hüquqi əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin normaya görə, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfnidən aliment miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən edilmiş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh cavabdehnın aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə 04 may 2018-ci il tarixli qətnamə qəbul edilm işdir. Həmin məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan bu vaxtadək iddiaçının maddi durumu və ya həyat şəraiti ilə bağlı onun vəziyyətini pisləşdirəcək, cavabdehin isə maddi vəziyyətini yaxşılaşdıracaq şəkildə heç nə dəyişməmişdir. Bunun əksini sübut edən hər hansı bir hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı öz iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəmişdir ki, İddiaçı cavabdeh cavabdehna qarşı onun 01 iyun 2015-ci il təvəllüdlü uşağı X4 yetkinlik yaşına çatanadək hər ay ödəməli olduğu 115 manat məbləğində aliment məbləğinin azaldılaraq hər ay 50 manat məbləğində müəyyən edilməsi və hal hazıradək mövcud olan 3500 manat məbləğində aliment borcunun tamamilə silinməsi tələbinə dair iddia tələbini rədd etməkə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habel ə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, cavabdeh ona şər-böhtan atıb tutduran keçmiş həyat yoldaşı X5 olmuşdur. Anası Sədaqətin və əmisi Süleymanın ifadələrini (ittiham aktından) müqayisə üçün məhkəməyə təqdim etmişdir. Cavabdehin onu sevmədiyini təsdiq edən Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından 6-cı səhifənin surətini təqdim etmişdir. Türmədə olduğu müddətdə ona qarşı müştərək qaydada əsassız iddalar qaldırıb, qızılları aparıb, yenidən tələb edib 1680 manatlıq qızıl almalı olublar. Əsassız iddia ilə 1000 manat şərəf və ləyaqətə görə verməli olublar. Bütün bu halları məhkəmələr nəzərə almamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlillərinə münasibətdə qeyd edir ki, qeyd edilən hallar hazırki mübahisənin, yəni iddiaçıdan tuluna alimentin məbləğinin azaldılması və ödənilməmiş borcun ləğv edilməsi barədə tələblərinin rədd edilməsi üçün əsaslar olmamqla yanaşı qanuni və əsaslı məhkəmə qətnaməsinin ləvğ edilməsi və ya dəyişdirilməsinə təsir edən amillər deyildir. Həbsdən çıxandan sonra iş tapıb işləməsi, aylıq maaşının 166 manat olması barədə şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd etdiyi hallar valideynin övladı qarşısında qanunvericiliklə müəyyən edilmiş öhdəliyinin yerinə yetirilməməsini n əsası ola bilməz. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə məhkəmə tərəfidən aliment miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən edilmiş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Kassasiya şikayətinin dəlillərindən biri də məhkəmələr tərəfindən 3500 manat aliment borcunun ləğv edilməsi tələbinin təmin olunmamasının əsaslandırılmaması, bu tələbə düzgün hüquqi qiymət verilməməsi ilə bağlıdır. Kassasiya şikayətinə görə İddiaçı 3500 manat aliment borcunun yaranması azadlıqdan məhrumetmə cəzası çəkməklə əlaqədar həbs yerində olduğu dövrə aiddir. Həmin müddətdə o nun heç bir gəliri olmamışdır. Bu hallar aliment borcunun əmələ gəlməsinə üzrlü səbəblərdir. Lakin məhkəmə həmin halları nəzərə almamışdır. Kassasiya şikayətinin göstərilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, 3500 manat aliment borcunun aliment ödəməli olan İddiaçı həbsdə olduğu dövr üçün yaranması qəbul edilsə belə, həbsdən buraxılandan sonra onun ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan verməməsi barədə məhkəməyə sübutlar təqdim olunmamışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsi MPM-nin 14.2 və 77.1-ci madədlərinə istinad edərək iddia tələbinin həmin hissədə də rədd olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Şərh edilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 iyul 2019cu il tarixli q ətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiаçı İddiaçı kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2161/2019 nömrəli iş üzrə 02 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar