Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-718/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-10899/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.F.Cəfərov, iş № 2(006)-2132/2019) İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız h esab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 4 saylı evin 30 saylı üç otaqlı mənzili xx xxxx 2007-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus olmuş və xx xxxxxx 2015-ci il tarixdə həmin mənzilə dair onunla X2 arasında notariatda təsdiq olunmuş alqı-satqı müqaviləsi bağlanmışdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ailə üzvləri ilə b irlikdə mənzildən çıxarılmaları qət edilmişdir. xx xxxxxx 2017-ci il tarixdə N vəfat etmiş, onun vərəsəli kimi əri Cavabdeh və üç uşağı mirası qəbul etmişlər. xx xxxxxx 2018-ci il tarixli Reyestrdən çıxarışa əsasən mənzil hər birinin payı ¼ hissə olmaqla Cavabdeh və onun üç uşağının mülkiyyətindədir. 2019-cu ilin fevral ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh borc pul almasını və borcunun təminatı kimi mənzilinə dair onun arvadı X2 ilə alqı-satqı müqaviləsi bağlamasını, borc qaytarıldıqdan sonra mənzilin onun adına keçirilicəyi barədə cavabdehlə razılaşmalarını, alqı-satqı müqaviləsinin bağlanmasının onların həqiqi niyyətlərinə uyğun olmamasını əsas göstərməklə müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək alqı-satqı müqaviləsinin borc müqaviləsinin pərdələnməsi məqsədi ilə bağlanmaqla onların həqiqi niyyətlərinə uyğun olmamasını, qətnamənin sübutlara və qanunun tələblərinə uyğun əsaslandırılmamaqla çıxarılmasını əsas göstərməklə ləğv edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materialları nı araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş üzrə İddiaçı onunla cavabdeh arasında borc münasibətinin yaranmasını iddia etsə də məhkəməyə bunu təsdiq edə bilən heç bir sübut təqdim etməmiş və borcun məbləğini belə göstərməmişdir. Müqavilənin iştirakçıları arasında borc müqaviləsinin bağlanmasına mane ola bilən heç bir hal olmamışdır. Əgər tərəflər arasında borc münasibəti yaranmışdısa, onda onlar arasında borc müqaviləsi üzrə öhdəliyin təminatı kimi ipoteka müqaviləsi bağlana bilərdi. İşdən göründüyü kimi iddiaçı ilə cavabdehin arvadı arasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilə notariatda təsdiq olunmuş, onun hüquqi nəticələri iddiaçıya izah olunmuşdur. Müqaviləni imzalamaqla iddiaçı onun həqiqiliyini təsdiq etmişdir. İşin 19-20-ci səhifələrində olan iddiaçının əri və oğlunun notariat kontoruna ünvanlanmış ərizələrindən görünür ki, onlar mənzilin satılmasına razılıqlarını bildirmişlər. İşin 26-cı səhifəsində olan notariusun “xxxx” ASC-nin 2 saylı şöbəsinə ünvanlanmış məktubundan da görünür ki, alıcı Xatirə Abbasovanın adından əri Cavabdeh satıcı Firəngiz Hüseynovaya verilməsi üçün mənzilin dəyəri kimi banka 105.000 manat ödəmişdir. İş üzrə Cavabdeh alqı-satqı müqaviləsinin iştirakçısı olmadığından onun tərəfindən yazılmış və işin 6-cı səhifəsində olan Cavabdeh tərəfindən iddiaçıya 100.000 AB Ş dolları məbləğində borcun verilməsinə dair qəbz alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əsas verməmişdir. Həmin qəbzə görə İddiaçı aldığı borcu 6 aya qaytaracağı təqdirdə mənzil ona qaytarılacaqdır. Həmin qəbz xx xxxxxx 2015-ci il tarixdə yazılmış və borcun qaytarılmalı olduğu müddət 2016-cı ilin may ayında bitməsini baxmayaraq həmin pul məbləği Cavabdeh qaytarılmamışdır. Kassasiya şikayətində əqdin etibarsız olması iddia olunarkən maddi hüquq norması kimi Mülki Məcəllənin həm 337.2-ci maddəsinə həm də 340.2-ci maddəsinə istinad olunmuşdur. Göründüyü kimi kassasiya şikayətində alqı-satqı müqaviləsinin bir tərəfdən Mülki Məcəllədə müəyyən olunmuş şərtlərin pozulması ilə bağlanması, digər tərəfdən isə həmin müqavilənin yalan əqd olması iddia olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanması barədə işdə heç bir sübut yoxdur. Belə bir vəziyyətdə bağlanmış alqı-satqı müqaviləsinin əhəmiyyətsiz olması isə işin həqiqi hallarına uyğun deyildir. Göstərilənlərlə əlaqədar kollegiya kassasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, qətnamə iş üzrə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun çı xarıldığından şikayətin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-718/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-718/2020
29.01.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver