Məhkəmə qərarları › İş №2(102)-7201/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7201/2019

17.12.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7201/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və X1 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X3, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2019-cu il tarixli qərardadından “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2019-cu il tarixli qərardadı ilə (hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev, A.Ə.Hü seyn 2(103)-797/2019) Bakı Apellyasiya Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qətnaməsindən “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan “xxxx” MMC-nin nümayəndəsi verdiyi kassasiya şikayətində qərardadın ləğv edilməsini və kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, kassasiya şikayəti müddət ötürülmədən və ona əlavə edilmiş sənədlərlə birgə 23 iyul 2019-cu il tarixində poçt xidməti ilə göndərilmiş, məhkəmə kassasiya şikayəti vermə müddətinin 23 iyul 2019-cu il tarixdə bitdiyi halda 25 iyul 2019-cu il tarixdə, yəni 2 gün gecikmə ilə verildiyinə istinad etmiş, kassasiya şikayətinin 23 iyul 2019-cu il tarixdə rabitə orqanına təhvil verilməsini nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məc əllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, cavabdehin kassasiya şikayəti 25 iyul 2019-cu il tarixdə rabitə orqanına təhvil verilmişdir. Göründüyü kimi, kassasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür. Belə ki, şikayət etmə müddəti cavabdehə münasibətdə 23 iyul 2019-cu il taridə bitdiyi halda, kassasiya şikayəti 25 iyul 2019-cu il tarixdə verilmişdir. Eyni zamanda cavabdeh tərəfindən prosessual müddətin bərpası barədə vəsatət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmaq olmaz. Azərbaycan Respublikası MPM-nin 129-cu maddəsinin tələblərinə görə edilməsi üçün müddət müəyyən olunmuş prose ssual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Kassator tərəfindən qətnamədən kassasiya şikayətini 23 iyul 2019-cu il tarixdə rabitə orqanına təhvil verildiyini təsdiq edən qəbz hazırkı kassasiya şikayətinə əlavə edilmişdir. Bununla bərabər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.6-cı maddəsinə əsasən məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. Həmin Məcəllənin 9-cu maddəsi ilə ədalət mühakim əsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsinin əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 47-ci maddəsi ilə işdə iştirak edən şəxslərin hüquq və vəzifələri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz e tmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 138.1-ci maddəsinə görə məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İş materiallarından göründüyü kimi apellyasiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə xəbər verilməmiş, işə tərəflərin iştirakı olmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.4.5-ci maddəsinə əsasən işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2019-cu il tarixli qərardadı ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar