Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7203/2019 21.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2019-cu il tarixli 2(103)5516/2019 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova, iş № 2(005)-266/2019) İddiaçı Cavabdeh qarşı cehiz ə şyalarının mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilərək Cavabdeh məxsus cehiz əşyaların iddiaçının mülkiyyətində olan mənzildən cavabdehin hesabına çıxarılması qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh qarşılıqlı iddiası qismən təmin edilərək ona məxsus cehiz və qızıl-zinət əşyalarının İddiaçı və X2 alınaraq Cavabdeh İsa qızına verilməsi, qızılzinət əşyalarından hər-hansı biri mövcud olmadıqda onların dəyərinin verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) tərəflərin apellyasiya şikayətləri qismən təmin edilərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsi qismən dəyişdi rilərək cəmi dəyəri 4250 manat olan qızıl-zinət əşyalarının İddiaçı və X2 alınaraq Cavabdeh verilməsi, həmin əşyalar mövcud olmadıqda onların dəyərinin verilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: Cavabdeh 02 mart 2015-ci il tarixdə iddiaçının oğlu X3 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 10 may 2018-ci il tarixli qətnaməsi ilə N nikahı pozulmuşdur. 2018-ci ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlu ilə münasibətləri pozulduqdan sonra özünə məxsus qızıl-zinət əşyalarını götürüb evdən getməsini, lakin ona məxsus olan qalan əşyaları ona məxsus evdə saxlamaqla onun mülkiyyət hüququnu pozmasını əsas göstərməklə həmin əşyaların onun mülkiy yətində olan mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdehlər X3 və İddiaçı qarşı qarşılıqlı iddia verərək ona məxsus əşyalarını, o cümlədən qızıl-zinət əşyalarının cavabdehlərin mənzilində qalmasını əsas göstərməklə həmin əşyaların, bu mümkün olmadıqda onların dəyərinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Qətnamədən ilk iddia üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin işin hallarının tam və hərtərəfli araşdırılmadan, sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul e dilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti verərək qətnamənin qızıl-zinət əşyaların dəyərinin azaldılmaqla müəyyən olunmasını, iddianın rədd olunmuş hissəsində qətnamənin işin həqiqi hallarına uyğun olmamasını və s. əsas göstərməklə ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında hər iki tərəf və vəkilləri verdikləri kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, hazırkı işə məhkəmədə baxılarkən icra məmuru tərəfindən tərəflərin birgə yaşadıqları mənzilə baxış keçirilmiş və aşkar olunmuş əşyalar barədə müvafiq akt tərtib edilmişdir. İddia olunan qalan əşyalar mənzildə olmadığından məhkəmə iddianı yalnız aşkar olunmuş əşyalar həcmində təmin etmişdir. Hər iki tərəf qızıl-zinət əşyalarının dəyərinə münasibətdə qətnaməni mübahisələndirdiyindən, kollegiya tərəfindən onların dəyərinin müəyyənləşdirilməsi üçün ekspert rəyi əldə edilmiş və həmin rəyə əsaslanaraq tələb olunan qızıl-zinət əşyalarının dəyəri 4250 manat məbləğində müəy yən edilmişdir. Kollegiya qızıl-zinət əşyalarının iddiaçının mülkiyyəti olması və onların qarşılıqlı iddia üzrə cavabdehlərdə olması barədə nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225 və 157.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, həmin əşyalar qarşılıqlı iddia üzrə cavabdehlərin qanunsuz istifadəsində olduğundan onlar həmin şəxslərdən alınaraq mülkiyyətçiyə qaytarılmalıdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan tərəflərin kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazır kı iş üzrə olan 05 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7203/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7203/2019
21.11.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver