Məhkəmə qərarları › İş №2(102)-725/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-725/2020

18.02.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-725/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, vəkili X4, Cavabdeh vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)9672/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)2367/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İ. R.Burcayev) İddiaçı Cavabdeh və digərlərinə qarşı “fərdi yaşayış evinə dair bağışlama müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)9672/2019 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X10 küçəsi, 2 3 saylı fərdi yaşayış evinin bağışlama müqaviləsinin və həmin evə dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏ N ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh vəkili xxx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və Bakı şəhəri, Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddiaçının anasının mülkiyyətində olmuş fərdi yaşayış evinin qanuni əsaslarla cavabdehə bağışlamasına, bağışlama müqaviləsində cavabdehin üzərinə ailə hüquq münasibətlərinə uyğun olaraq hər hansı vəzifənin qoyulmamasına, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 666.1, 673.1.2ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, mübahisəli Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X10 küçəsi, 23 saylı ev iddiaçının anası X2 mülkiyyətində olub və o, xx xxxxxx 2008-ci il tarixli vəsiyyətnamə ilə həmin evi oğlu İddiaçı vəsiyyət edib. Daha sonra xxx xx xxxxxx 2008-ci il tarixli etibarnamə ilə həmin evi satmağı, bağışlamağı, ipoteka qoymağı və sair hərəkətləri etməyi oğlu İddiaçı etibar edib. xx xxxxxx 2009-cu il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən xxxnın adından etibarnamə üzrə nümayəndəsi İddiaçı sözügedən evi nəvəsi Cavabdeh bağışlayıb və ev so nuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb. xxx xx xxxxxx 2009-cu il tarixdə ölüb. Hazırda, iddiaçı iddia edir ki, ailə münasibətlərinin pozulmaması və qocalanda övladlarının ona qulluq etməsi üçün anasından miras qalan və vəsiyyətnaməsi ilə ona verilmiş mübahisəli evi oğluna bağışlayıb. Bir müddət sonra həyat yoldaşının və övladlarının ona qarşı münasibətləri kəskin surətdə dəyişib. O, həmin evdə yaşamaq istəsə də, onu evə buraxmırlar və mübahisəli ev sökülüb və artıq mövcud deyil. Cavabdeh isə iddia ərizəsinə etiraz edir və bildirir ki, iddia əsl olmayan iddiaçı tərəfindən qaldırılıb. Belə ki, mübahisəli ev nənəsinin iradəsi və istəyinə uyğun olaraq ona bağışlanıb. Nənəsi sağlığında həmin müqaviləni mübahisələndirməyib, narazılığını və etirazını bildirməyib. A pellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, aşağıdakılara görə iddia ərizəsi tam əsassızdır. Belə ki, iddiaçı, mübahisələndirilən müqavilənin tərəfi deyil və o, yalnız müqavilə imzalanan zaman mülkiyyətçini etibarnamə əsasında təmsil etmişdir. Bununla yanaşı iddiaçı, həmin müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür. Halbuki əqdlərin etibarsızlığından bəhs edən Mülki Məcəllənin 337.2-ci maddəsindən görünür ki, əqdin etibarsız hesab edilməsi tələbinin irəli sürməsi hüququ yalnız əqdin tərəfinə məxsusdur. Həmin maddədə təsbit olunmuşdur ki, əqd barəsində mübahisə edildikdə, əqd bağla ndığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Göründüyü kimi əqdin mübahisələndirilməsi üçün ilk olaraq əqdin bir tərəfinin digər tərəfə bununla bağlı iradə ifadəsinin bildirilməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları arışdırıb haqlı olaraq qeyd etmişdir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı t əqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Kon stitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından, sübutlar araşdırılmadın rədd olunmalıdır. İddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində mübahisəli evin anasından miras qalmış əmlakın kütləsinə daxil olması və bununla da həmin evə vərəsəlik hüququnun pozulmasına dair dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının anası xxxnın xx xxxxxx 2009-cu il tarixdə vəfat etdi kdən sonra mübahisəli Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X10 küçəsi, 23 saylı fərdi yaşayış evi miras əmlaka daxil olmamışdır. Çünki həmin ev xxxnın sağlığında bağışlama müqaviləsinə əsasən cavabdehin mülkiyyətinə keçmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsində təsbit olunmuşdur ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisələndirilən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, həmin hissədə iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlimişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi haqlı olara q qeyd etmişdir ki, iddia tələbləri digər hissədə, yəni reyestrdən çıxarışın etibarsız hesab edilməsi hissəsində də təmin edilə bilməz. Belə ki, həmin iddia tələbi mübahisələndirilən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə tələblərindən irəli gələn tələb olduğundan və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbləri təmin edilmədiyindən həmin tələb də təmin edilməməlidir. Digər tərəfdən Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcə llənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsində istinad edilən şərtlərdən heç birinin olması öz təsdiqini tapmamışdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-9672/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar