Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-725/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əqdin etibarsızlığı; əhəmiyyətsiz əqdlər (əqdin qanunda nəzərdə tutulmuş məcburi forma şərtinə uyğun olmaması, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2023-cü il tarixli 2(104)-2199/2023 saylı qətnaməsindən Cavabdehm tərəfindən verilmi ş kassasiya şikayətinə dair işə 08 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh (bundan sonra mətndə cavabdeh), İddiaçı (bundan sonra-iddiaçı) 2000 ABŞ dolları və 1700 manat məbləğində pul vəsaitini borc almış, Cavabdeh qeyd olunan xüsusatları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsinin icraatında olmuş HK-1/1644, 1675 nömrəli materialın araşdırılması zamanı öz izahatında təsdiq etmişdir. 2. 15 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətinə əsasən, iddiaçının və X2 ərizələri əsasında toplanmış materialda Azərbaycan Respublikası CM-in 178-ci maddəsinin nəzərdə tutulmuş dələduzluq cinayəti nin tərkib əlamətləri olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçıya və X3, cavabdeh ilə aralarında yaranmış pul mübahisəsinə görə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh izahatında göstərmişdir ki, 2019-cu ilin yay aylarında dostunun vasitəsilə iddiaçı ilə tanış olmuşdur. İddiaçı ona təklif etmişdir ki, birlikdə cücə təsərrüfatı qursunlar və gəlir əldə etsinlər. O, həmin vaxt özündə kifayət qədər pul olmadığı üçün düşünmüşdür ki, iddiaçının puluna ayrıca birgə təsərrüfat qursun, əldə edilən gəliri iki yerə bölsünlər. O özü bu işlərdə təcrübəli olduğu üçün bütün təşkilati işləri özü görəcəkmiş və təsərrüfatın qurulmasında və idarə edilməsində əziyyəti böyük olduğu üçün pul qoymasa da əldə ediləcək gəlirdən Ağası i lə birlikdə o da pul götürməlidir. Ağası onunla şərt kəsmişdir ki, təsərrüfatda yalnız iki nəfər, o və Ağası olacaqdır. 2019-cu ilin avqust ayının əvvəllərində Hüseynəli ilə aldıqları cücələrin satışı bitdiyi üçün qardaşının fermasından çıxıb özlərinə ayrıca ferma axtarmağa başlamışlar. Hüseynəlinin onda 2000 manat pulu qaldığı üçün ona demişdir ki, əlavə 1000 manat pul qoysun, özü də əlavə 1000 manat qoyacaq və 6000 manata yeni təsərrüfat quracaqlar. Hüseynəli 1000 manat pulu ona 2019-cu ilin avqust ayının əvvəlində vermişdir. Ağası və Hüseynəlinin bir-birindən xəbəri olmadan Ağası və Hüseynəlinin pulları ilə ümumi təsərrüfat qurmaq qərarına gəlmiş, onlar bu işi bilmədikləri, işin bütün əziyyətini özü çəkəcəyi üçün düşünmüşdür ki, gəliri üç yerə bölsün. 2019-cu ilin avqust ayında icarəyə götürdükləri yerə əlində olan 5000 manat və 6537 ABŞ dolları puldan lazımi avadanlıqları Bakı şəhərindən alıb gətirmişdir. Bundan sonra Hüseynəlidən 3000 manat bir, 1500 manat bir (həmin pula hinduşka almaq fikri olsa da sonradan cücələrin xərcləri üçün Hüseynəlinin iştirakı ilə sərf edəsi olmuşdur) almışdır. Həmin partiyadan xərclər çıxıldıqdan sonra 2160 manat gəlir əldə edilmişdir. Əldə edilən pulun yarısını Ağasıya Bakı şəhərində vermiş, qalan pulu təsərrüfata xərcləmişdir. Həmin ərəfədə Ağası və Hüseynəlinin onda ümumilikdə təxminən 18000 manat pulu olmuşdur. Həmin pulla 5000 ədəd cücə sifariş vermişdir. Həmin cücələri 2020-ci ilin fevral ayında satmış, ümumilikdə 31000 manat qazanc əldə etmişdir. Xərclər çıxıldıqdan sonra 2546 manat xalis gəlir qalmışdır. Həmin pula Ağası ilə Hüseynə linin mayalarını, eləcə də Ağasıdan borc aldığı pulu birlikdə qoyub eləcə də əlavə 2000 manat Hüseynəlidən alıb yeni partiya cücələr almışdır. 2020-ci ilin fevral ayında 5000 ədəd cücə sifariş vermişdir. Sonuncu partiya onların təsərrüfatının müflisləşməsinə səbəb olmuşdur. Cücələrə xəstəlik düşdüyü üçün kütləvi məhv olmağa başlamışlar. Əlavə 2000 cücə də sifariş vermiş, cücələrin hamısı qısa müddətdə xəstəlikdən məhv olmuşdur. Geriyə isə 100-ə yaxın cücə qalmışdır. Bununla da təsərrüfatları müflis olmuş, Ağası və Hüseynəlidən aldığı pullar da cücələrin saxlanmasına və yetişdirilməsinə xərclənmişdir.
3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 26 dekabr 2022-ci il tarixli, MİHO/1.2-2.-2022-8924 nömrəli məktubuna əsasən, 2020-ci ilin fevral ayında Samux rayonu, Gəncə-Navağalı y olunun sağ tərəfində yerləşən X6 məxsus quşçuluq fermasında 5000 ədəd quşun kütləvi şəkildə xəstəlikdən məhv olması ilə bağlı müvafiq məlumatların təqdim edilməsi barədə baytarlıq nəzarəti xidmətinə məlumat daxil olub-olmaması, Cavabdeh tərəfindən quşların xəstəlikdən məhv olması barədə baytarlıq nəzarəti xidmətinə müraciət edilib-edilməməsi və 2020-ci ilin yanvar-iyun aylarında Gəncə, Samux, Şəmkir şəhərlərində quşlara təsir edən yoluxucu xəstəliklərin yayılmasının müşayiət edilibedilməməsi barədə sorğuya Kənd Təsərrüfatı Nazirliyində baxılmışdır. Sorğuda qeyd edilən məsələlərlə bağlı Nazirliyə müvafiq məlumat və müraciətlər daxil olmamışdır.
4. Tərəflər arasında müqavilədən irəli gələn və əsassız varlanmadan irəli gələn öhdəliklə bağlı mübahisə vardır. İş üzrə qəbul edilmiş məhkəmə akt ları: Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdehə qarşı vurulmuş maddi zərərin əvəzi qismində 11112 manat, ödənilməmiş əsas borcun əvəzi qismində 3.000 ABŞ dolları, faiz borcunun əvəzi qismində 1256 manat 49 qəpik, hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 200 manat, cəmi 18.069 manat 39 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2019-cu ildə cücə təsərrüfatının yaradılması üçün cavabdehə 6537 ABŞ dolları, yəni Azərbaycan manatı ekvivalentində 11112 AZN məbləğində pul vermişdir. Cavabdeh eyni məbləğdə şərikli müəssisənin qurulması üçün pul qoyacağını söz vermişdir. Lakin cavabdeh aldığı pulla rın müqabilində heç bir iş görməmiş, təsərrüfatı yaratmamış, şəriklik üçün öz üzərinə düşən payı (pul məbləğini) şərikliyə qoymamış və nəticədə şərikli təsərrüfatı yaratmamışdır. Şifahi razılaşmaya əsasən cücə təsərrüfatınının yaradılması ilə bağlı bütün işləri cavabdeh özü şəxsən apararaq təsərrüfatın yaradılması ilə bağlı bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, şərikli təsərrüfatı qurmamış, hesabatları aparmamış və nəticədə iddiaçıya zərər vurmuşdur. Eyni zamanda İddiaçı 2020-ci ilin sentyabr ayında 3.000 ABŞ dolları məbləği borc şəklində cavabdehə vermişdir. Lakin cavabdeh həmin borc məbləğini iddiaçıya bu günə kimi geri qaytarmamışdır. Nəticə etibarı ilə cavabdeh iddiaçının ümumilikdə 16.212 manat 90 qəpik pul məbləğindən is tifadə edərək bəhrələnmişdir. Bunun nəticəsində iddiaçı pulundan məhrum olmuşdur. Belə ki, əgər cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirsəydi, iddiaçı öz pulundan məhrum olmazdı və hazırki zərərlə üzləşməzdi. İddiaçı aldadıldığını bildikdən sonra 2020-ci ilin oktyabr ayında Gəncə şəhər Prokurorluğuna dələduzluq ilə bağlı ərizə ilə şikayət etmişdir. Lakin Gəncə şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsi 15 iyul 2021-ci qərarı ilə cinayət işinin başlanmasını rədd etmişdir. Həmin qərarla mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bu günə kimi iddiaçı cavabdehdən öz pulunu geri tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulunu geri qaytarmamışdır. İddiaçı haqlı olaraq dəymiş zərərin üzərinə Mərkəzi Bankın uçot dərəcəsi üzrə 7,75%, yəni ki, 1256 manat 49 qəpi k məbləğində cərimə hesablamışdır.
7. Cavabdehin nümayəndəsi (vəkili) F. İ. İskəndərov iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdeh uzun illər ev quşlarının yetişdirilməsi və satışı ilə məşğul olmuşdur. Cavabdeh A. A. İsmayılzadəni dostu vasitəsilə tanımışdır. Tərəflər arasında qısa müddətdə dostluq münasibətləri yaranmışdır. İddiaçı cavabdehin əvvəllər ev quşlarının satışı fəaliyyəti ilə məşğul olduğunu öyrəndikdən sonra ona şərikli müəssisə qurmağı təklif etmiş, Cavabdeh isə həmin təklifi qəbul etmişdir. Onların hər ikisi təsərrüfatın inkişaf etməsi üçün pul vəsaiti sərf etmiş, hətta bir dəfə qazanc da əldə etmişlər. Belə ki, Cavabdeh satılmış cücədən əldə olunan pul vəsaitinin yarısını təşkil edən 1100 manat məbləğində pulu İddiaçı vermişdir. Sonuncu dəfə 2019-cu ilin iyul ayında i ddiaçı yeni partiya cücə alınması və yetişdirilməsi üçün 6537 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehə vermişdir. Cavabdeh isə məbləğin üzərinə özü də pul əlavə edərək, 5000 ədəd cücə sifariş etmişdir. Cavabdeh cücələrin saxlanması dərman, yem, odun almış və digər lazimi xərclər çəkmişdir. Cavabdeh 2019-cu ilin sentyabr ayında İddiaçın 2000 ABŞ dolları və 1700 manat məbləğində pul vəsaitini borc almış və onu da cücələrin saxlanması üçün sərf etmişdir. Sonuncu partiyada cəmi 7.612 baş cücə alınmış, onların saxlanmasına 33007 manat xərc çəkilmişdir. Cavabdehin cücələrin yetişdirilməsi üçün gördüyü bütün tədbirlərə baxmayaraq, həmin partiyada olan cücələrə xəstəlik düşmüş və onlar kütləvi şəkildə məhv olmağa başlamış, cəmi 84 baş cücə sağ qalmışdır. Bu isə tərəflərin təsərrüfatlarının müflis olmasına səbəb olmuşdur. Cücələr məhv olduqdan sonra cavabdeh onları kisələrə doldurmuş və sonradan iddiaçıya da həmin kisələri göstərmişdir. Beləlikə, bütün bu göstərilənlərə əsasən belə bir nəticəyə gəlmək olar ki, tərəflər şərik olaraq cücə yetişdirilməsi və satışı işi ilə məşğul olmaq qərarına gəlmişlər. Hər iki tərəf təsərrüfatlarının inkişaf etdirilməsi üçün sərmayə qoyarkən, cücələrin məhv olması və ya hər hansı bir səbəbdən ziyan çəkmək riskini gözə almalı idilər. Belə ki, biznes fəaliyyətində gəlir əldə edilə bildiyi kimi, ziyan da vurula bilir. Cücələrin xəstələnmasə və kütləvi şəkildə məhv olması cavabdehin iradəsindən asılı olmadığı üçün, onların alınması üçün sərf edilmiş pul vəsaitinin cavabdehdən tələb edilməsi düzgün deyil. Çünki cavabdeh iddiaçının pulunu təmsilçis i olmuş və lazım gəldikdə özü də həmin təsərrüfata pul xərcləmişdir. Əgər sonuncu partiya cücələr məhv olmasaydılar, cavabdeh iddiaçının ilkin pulunu geri qaytaracaqdı. Sonda Nümayəndə iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
8. X5 ifadəsində göstərdi ki, o, baytar aptekində baytar həkimi işləyir və əczaçılıqla məşğul olur. Cavabdeh o, 3 ildən artıqdır ki, tanıyır. Natiq uzun illərdir ki, cücə yetişdirməklə məşğul olur. Natiq tez-tez onun çalışdığı aptekə gəlib cücələrə dərman almış və cücələrdə xəstəlik olanda Natiqin xahişi ilə Samux rayonunda yerləşən fermaya gedib cücələri müayinə etmişdir. O, 2020-ci ilin qış aylarında həmin fermaya getdikdə, fermanın içərisini tüstü olduğu görmüşdür. Buna görə o, Cavabdeh irad bildirərək, tüstüyə görə içəridə nəfəs almağın mümkün olmadığın ı bildirmişdir. Növbəti gün getdikdə isə sobanın işləmədiyini və içərinin çox soyuq olduğunu aşkar etmişdir. Cəmi həmin ərəfələrdə 2 dəfə ora getmiş və 2 kisə cücənin məhv olduğunu görmüşdür. O, kütləvi qırğına şahid olmamışdır. Sonuncu dəfə Cavabdeh ondan 550 manat məbləğində dərmanı nisyə almış, bundan qabaq isə 650 manat məbləğində dərmanı əldə etmişdir.
9. X1 ifadəsində göstərdi ki, o, Cavabdeh 2017-ci ildən tanıyır. Onlar Azərbaycan Beynəlxalq Hava Limanında tanış olmuşlar. 2019-cu ildən etibarən o Cavabdehla birlikdə cücə yetişdirilməsi və satışı ilə məşğul olmuşdur. Onlar şərik olmuşlar və əldə etdikləri gəliri öz aralarında bölmüşlər. O, İddiaçı 2020ci ilin avqust ayında tanımışdır. Cücələrin kütləvi şəkildə məhv olması halı baş verməmişdir. 4 partiya cücə olmuşdur və 2346 ədəddən ibarət olan sonuncu partiya 2020ci ilin mart ayında satılmışdır. 1 cücənin qiyməti 4 manat 20 qəpik təşkil etmişdir. Heç vaxt təsərüffatda 5000 ədəd cücə olmamışdır. Qeyd edilən 2346 ədəd cücə isə Göyçay rayonunda 2020-ci ilin fevral ayında alınmışdır.
10. Gəncə şəhər Məhkəməsi (bundan sonra mətndə birinci instansiya məhkəməsi) 17 may 2023-cü il tarixli, e-2(125)-568/2023 saylı qətnaməsi ilə (hakim X7) iddiaçının iddiası qismən təmin edilmişdir və cavabdehdən 2000 (iki min) ABŞ dolları pul vəsaiti ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində və 13012 (on üç min on iki) manat məbləğində pul vəsaiti alınıb iddiaçıya verilməsi qət edilmişdir. İddiaçının iddiası qalan hissədə təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi qəbul etdiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, yazılı formada bağlanmalıdır. Hazırki halda isə tərəflər arasında predmetinin məbləği 3.000 manatdan çox olan borc müqaviləsi bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamış, cavabdeh iddiaçıdan 2000 ABŞ dolları və 1700 manat məbləğində pul vəsaitini borc almasını bildirmişdir. Buna görə də tərəflər arasında bağlanmış borc müqaviləsi etibarsızdır və cavabdeh həmin əqd üzrə aldıqlarını iddiaçıya qaytarmalıdır.
12. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edib ki, 2000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində və 1700 manat məbləğində p ul vəsaiti Cavabdeh alınıb, iddiaçıya verilməlidir.
13. Bundan başqa, iddiaçı pul öhdəliyinin icra edilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq, 1256 manat 49 qəpik məbləğində pul vəsaitinin və hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 400 manat məbləğində pul vəsaitinin iddiaçı cavabdehdən alınıb ona verilməsini xahiş etsə də, cavabdehin həmin pul vəsaitindən istifadə edərək, qazanc əldə etməsinə və hazırki mülki işlə əlaqədar hüquqi yardıma görə vəkilə 400 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edib ki, iddia faiz borcunun əvəzi qismində 1256 manat və hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 400 manat məbləğində pul tələbinə dair hissədə təmin edilməməlidir.
14. Mə hkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 389.3, 390.1, 425.1, 427.4, 442, 448.1, 448.2, 449.1, 556.1, 739.1, 740.2, 1091.1, 1091.2, 1092.1 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 106.1, 119, 217.4, 216-220, 227, 358-360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obye ktiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, onun iddiaçı qarşısında hər hansı öhdəliyi olmamışdır, şərikli işdə bərabər öhdəlikləri olmuşdur. Sonuncu partiyada cücələrin məhv olmasına görə qazanc əldə edə bilməmişlər. Ziyana görə şərikli olmaları nəzərə alınmamışdır. Quşların məhv olmasında onun günahı olmamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 iyul 2021-ci il tarixli qərar, eləcədə şahid ifadələrində cücələrin xəstəlik nəticəsində məhv olması və cavabdehin bunun qarşısını ala bilməməsi göstərilmişdir. İddiaçının ona verdiyi vəsaitdən cücələrin saxlanılması üçün təxminən 5000-6000 manat dəyərində avadanlıqlar almış və iddiaçıya qaytarmağa etiraz etmir. Həmçinin iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün vəsatət verilsədə, təmin olunmamış dır.
17. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2199/2023 saylı, 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – R.Ş. Muradov (sədrlik edən və məruzəçi), Ə.İ.Məmmədov, F.Ə.Mehtiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir və birinci instansiya məhkəməsinin 17 may 2023-cü il tarixli 2(125)-568/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni cavabdehdən 2000 ABŞ dolları pul vəsaiti ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində və 13012 (on üç min on iki) manat alınıb iddiaçıya verilməsi hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya icraatı zamani cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi akt və ərizə fermada saxlanılan cücələrin kütləvi surətdə tələf olması barədə irəli sürülən dəlilin təsdiqinə yönələn hərəkət kimi qiymətləndirilməlidir. Halbuki, cücələrin xəstəlikdən kütləvi surətdə tələf olması cavabdeh tərəfin irəli sürdüyü ziddiyyətli dəlillərdən başqa digər mötəbər sübutla təsdiq olunmur.
19. Həmçinin qeyd olunmuşdur ki, əgər cücələrin saxlanıldığı fermada çuma xəstəliyi yayılmış olsaydı, bu halda Cavabdeh yayılmış xəstəliyin qarşısının alınması üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Nəzarəti Xidmətinə məlumat verməliydi. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 26 dekabr 2022-ci il tarixli, MİHO/1.2-2.-2022-8924 nömrəli məktubundan isə müəyyən olunur ki, 2020-ci ilin fevral ayında Samux rayonu, Gənc ə-Navağalı yolunun sağ tərəfində yerləşən X6 məxsus quşçuluq fermasında 5000 ədəd quşun kütləvi şəkildə xəstəlikdən məhv olması ilə bağlı Cavabdeh tərəfindən quşların xəstəlikdən məhv olması barədə baytarlıq nəzarəti xidmətinə müvafiq məlumat və müraciətlər daxil olmamışdır.
20. Apellyasiya icraatı zamanı cavabdeh verdiyi izahatda İddiaçı şəxsi işləri üçün aldığı 2000 ABŞ dolları və 1700 manat borcu qaytarmadığını bildirmişdir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1., 21.2, 385.1., 442, 739.1, 1096.1. 1096.2., 1097.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 77.1, 88, 217.3-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri:
22. Cavabdeh (vəkil Nüma yəndə İnqilab oğlu) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cüil tarixli 2(104)-2199/2023 saylı qətnaməsini ləğv edilməsini, işi yeni məhkəmə baxışına qaytarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti apelyasiya şikayətində göstərilən dəlillər ilə eynilik təşkil etməklə əlavə olaraq onunla əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi maddi hüquq normalarına istinad etsədə, tərəflər arasında yaranmış münasibətlərə, o cümlədən cavabdehin iddiaçı qarşısında hər-hansı bir öhdəliyinin olmaması, şərikli işlə bağlı görülən işlərdə hər ikisinin işin üstündə durması, sonuncu partiyada cücələrin qırılmasını və məhz bu səbəbdən də onların qazanc əldə edə bilməməsini, tərəflərin bu işə başlayarkən həm qazanca, həm də ziyana şər ik olmamaları ilə olan razılaşmalarını nəzərə almamışdı. Bundan başqa qeyd olunub ki, məhkəmə kassasiya şikayətinin 7-ci paraqrafında göstərilən əsaslara görə sübutlara düzgün qiymət verməmiş və səhv olaraq qeyd edilənlərə əsasən öhdəliklə bağlı MM-nin normalarına istinad etmişdir. Eyni zamanda qeyd məhkəmə tərəflər arasında şərikli olaraq iş görməsi nəticəsinə gəlmişdi və belə olan halda MM-in 11-ci maddəsinin tələblərinə uyğun olaraq yəni qanunun analogiyası üzrə MM-nin ortaqlıqla bağlı normalarını tətbiq etməliydi.
24. Cavabdeh şikayətinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci, 389.3, 390.1, 425.1-ci, 427.4, 442, 448.1, 448.2-ci və 556.1-ci maddələrinə, MPM-nin 9, 14.1, 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəli lləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyə n hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
32. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
34. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vur ulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyə tli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
39. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
46. Cavabdehin kassasiya şikayətlərinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
47. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan iba rət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
48. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşd irərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2199/2023 saylı iş üzrə 23 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.