Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7254/2021 03.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı “ipoteka müqaviləsinin 2.3-cü bəndinin ləğv edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müstəqil qiymətləndiricinin rəyinə əsasən müəyyən edilməsi” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ərazi aidiyyəti məsələsinə dair müraciətinin mümkünlüyünü yoxlayıb MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən, hakim T.C.Xəlilova) Cavabdeh1 mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət rədd edilib. Cavabdeh1 qərardaddan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və V.N.Sadıqov) şikayət təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılıb. Bundan sonra, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli məktubu ilə mülki iş ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Ali Məhkəməyə göndərilib. Mülki iş materiallarını öyrənib, müraciəti nəzərdə keçirib kassasiya instansiya məhkəməsi hesab edir ki, aşağıdakılara görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müraciəti üzrə mülki işin kassasiya instansiyası məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Cavabdeh1 vəsatətində iddianın daşınmaz əmlakın olduğu yer üzrə məhkəməyə düzgün verilməməsini əsas tutub, mülki işin müstəsna aidiyyət üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş edib. Göründüyü kimi Cavabdeh1 vəsatətində mülki işin məhkəmə aidiyyətinin deyil, ərazi aidiyyətinin dəyşdirilməsini istəyib, bunlar isə fərqli anlayışlardır. Məhkəmə aidiyyəti Mülki Prosessual Məcəllənin 24-32-ci maddələri, ərazi aidiyyəti isə həmin Məcəllənin 33-45-ci maddələri ilə tənzimlənir. Həmin Məcəllənin 403-1-ci maddəsinin mənasına görə, kassasiya instansiyası məhkəməsində ərazi aidiyyətinə deyil, məhkəmə aidiyyətinə dair mübahisələrə baxılır və ümumiyyətlə Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsində ərazi aidiyyətinə dair qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmayıb. Belə olan halda ərazi aidiyyətinə dair məsələ kassasiya instansiyası məhkəməsinin predmeti ola bilməz. Ona görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ərazi aidiyyət məsələsinə dair müraciəti üzrə mülki işin kassasiya instansiyası məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilməli və mülki sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 404-1, 411-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı Cavabdeh1 qarşı “ipoteka müqaviləsinin 2.3-cü bəndinin ləğv edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müstəqil qiymətləndiricinin rəy inə əsasən müəyyən edilməsi” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ərazi aidiyyəti məsələsinə dair müraciəti üzrə mülki işin kassasiya instansiyası məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7254/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-7254/2021
03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver