Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-726/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əşyaların qaytarılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2659/2021 nömrəli iş üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, tərəflər 13.09.2017-ci il tarixdə nikaha daxil olmuşl ar. Onlar evlənərkən cavabdeh və onun ailə üzvləri tərəfindən iddiaçıya qızıl-zinət əşyaları hədiyyə verilmişdir. Sonradan tərəflərin münasibətləri pisləşmiş, nikahın pozulması ərəfəsində olarkən, iddiaçı valideynlərinin yaşadığı evə gedmişdir.
2. Hazırda iddiaçı həmin qızıl-zinət əşyalarının cavabdehə məxsus olan evdə qaldığını bildirərək, onların geri qaytarılmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, ümumi dəyəri 10000 manat olan qızıl-zinət əşyalarının-4000 manat məbləğində 1 ədəd komplekt qalın qızıl-sepin, 2000 manat məbləğində 1 ədəd ortasında klon olan qalın qızıl sepin, 1500 manat məbləğində 1 ədəd briliant qaşlı qızıl üzüyün, 1500 manat məb ləğində 2 ədəd qızıl üzüyün və 1000 manat məbləğində 1 cüt qızıl sırğanın cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 2020-ci ilin evdən çıxanda cəmi 1 çantası olmuş, həmin çantaya isə uşağının paltarlarını yığmışdır. Ona hədiyyə edilmiş qızıl-zinət əşyaları həmin evdə qalmışdır. Sonradan həmin qızılzinət əşyalarını cavabdehdən tələb etsə də, heç bir müsbət nəticə əldə etməmiş və ona hədiyyə edilmiş qızıl-zinət əşyaları cavabdehin qanunsuz sahibliyində qalmışdır.
5. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda bildirmişdir ki, həqiqətən də, iddia ərizəsində qeyd olunan qızıl-zinət əmlakları iddiaçıya hədiyyə olaraq verilmişdir. H əmin qızılzinyət əşyalarını Bakı şəhərində işləyərkən Moskva univermağından 4850 manata almışdır. Qıılzinət əşyaları iddiaçının öz istifadəsində olmaqla onların yaşadığı evdə mövcud olmuş, lakin iddiaçı atası evinə gedərkən onları özü ilə çantalarda bir yerə yığıb aparmış və hazırda onun sahibliyində iddiaçıya məxsus qızıl-zinət əşyaları yoxdur.
6. Saatlı Rayon Məhkəməsinin (hakim M.Sadıqov) 07 may 2021-ci il tarixli, 2(055)-538/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh iddiaya qarşı etirazının əsası kimi göstərir ki, iddiaçı ər evini tərk edərkən özünə məxsus olan qızıl-zinət əşyalarını aparmışdır. Belə vəziyyətdə iddiaçının tələb etdiyi əşyaların cavabdehin qanunsuz sahibliyində qalması yalnız mötəbər sübutlar əsasında müəyy ən edilə bilər. İddiaçı tərəf isə belə mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Z.Allahyarov (sədrlik edən və məruzəçi), Z.Zeynalov və M.Həsənov) 07 sentyabr 2021-ci il tarixli, 2(106)-2659/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 2(055)538/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsi İddiaçı nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin birinci halı cavabdehin etirafı ilə həmin qızıl-zinət əşyalarının mövcudluğu sübuta yetirilir. İkincisi İddiaçı evdən çıxarkən yanında uşaqları olmuş və onu atası evinə qaynı X3 və cavabdehin dayısı oğlu X4 aparmışlar. Hər iki şəxs məhkəmədə şahid qismində dindirilmiş, ancaq eyni epizod üzrə fərqli ifadələr vermişlər. Belə ki, Nazim Əsgərov ifadəsində bildirmişdir k, Giləxanımı evdən apararkən yanında 4 ədəd çantası olmuş və həmin çantaları ona anası evdən çıxarıb vermişdir və, çantaları götürərək avtomobilə yerləşdirmişdir. Qızıl-zinət əşyalarının həmin çantalarda olduğunu və Giləxanımda heç bir gərginlik və narahatlığının olmamasını göstərmişdir. Məhkəm ə iclasında Nazim Əsgərov tam da qətnamədə deyildiyi kimi ifadə verməyib. Hakim burada xəyal gücündən istifadə edib. X7 sanki ekstrasens kimi Giləxanımın gərgin olmamasını və rahatlığını hiss edərək, qızıl-zinət əşyalarının da görmədən və bilmədən dediyi 4 çantanın içində olduğunu dəqiq göstərməsini yalnız sehirbazlıqla edə bildiyi qənaətinə gələrək həmin şahid ifadəsinə hüquqi qiymət vermişdir. Ümumiyyətlə 4 çantadan hansında olduğu və qızılların forması barədə şahidin heç bir məlumatı olmamışdır. X9 çantaları ona anasının verdiyini etiraf etmiş və buradan da həmin çantaları Giləxanımın əlinin dəymədiyi sübuta yetirilmiş və əli dəymədən qızılları necə həmin çantalara qoyulduğu məhkəmə iclasında araşdırılmamışdır. Ümumiyyətlə X9 cavabdehin qardaşıdır və bu işdə maraqlı şəxs olduğundan onun ifadəsinin nəzərə alınması qanunsuzdur. Bundan başqa belə yalan və məntiqsiz bir ifadəni əsas götürərək hüquqa zidd qətnamə qəbul etmək mülkiyyət hüququna qəsd kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən məhkəmə iclasına dəvət edilmiş şahid X1 da ifadəsi qərəzli şəkildə qətnamədə qısaldılmış və iddianın rədd edilməsi üçün lazımi formada məhkəmə tərəfindən rəndələnərək uyğun formaya gətirilməyə çalışılmışdır. X10 digər şahidlə bir avtomobildə iddiaçını aparsa da çantaların sayının 5 ədəd olduğunu, rəngləri soruşduqda onları bilmədiyini və ancaq rənglərini, çəkisini, formasını bilmədiyi çantaları evə daşıdığını bildirmişdir. Göründüyü kimi iki nəfər bir avtomobildə Giləxanımı evlərinə aparmalarına baxmayaraq bir-birlərinə zidd ifadələr vermişlər. Ancaq məhkəmə bu hallara qiymət vermədən qanunsuz qətnamə qəbul etmişdir. Digər şahidlər evə gələrkən qızıl-zinət əşyalarının İddiaçı üzərində olduğunu görməmişlər. Göründüyü kimi heç bir şahid ifadəsində qızıl-zinət əşyalarının Giləxanımda olması sübuta yetirilmir. Şahidlər də yalandan gah 4 ədəd, gah da 5 ədəd çantaların olduğunu bildirirlər. Halbuki evdən çıxarkən heç ayaqqabısını normal geyinməyə imkan verməmişlər və rezin şəpitlə Giləxanımı yola salmışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdi kləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
17. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərur ətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Mübahisəy ə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər ki, iddia tələbində göstərilən qızıl-zinət əşyalarının cavabdehdə qalmasına dair heç bir sübut yoxdur. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, iddiaçı yaşadığı evi tərk edərkən özünə məxsus əşyaları sərbəst şəkildə 4-5 sumkaya yığaraq aparmış və bu zaman ona heç kim maneçilik törətməmişdir. Belə olan halda iddiaçının özünə məxsus digər əşyaları apararaq qızıl-zinət əşyalarını aparmaması inandırıcı görünmür.
21. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsa sən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir.
22. Məhkəmə kollegiyası iş materiallarında olan və əlavə təqdim olunmuş sübutalara, tərəflərin birinci və apellyasiya məhkəməsində verdikləri izahatlara mülki prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinə uyğun qiymət verərək belə hesab etmişdir ki, İddiaçı tələbinin əsası kimi göstərdiyi hal sübuta yetirilmir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təqdim olunmuş sübutlar mülki qanunvericiliyin tələblərinə uyğun qiymətl əndirilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış və bunun da nəticəsində iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir.
23. Belə ki, Cavabdeh izahatından görünür ki, o, iddia tələblərinə etirazının əsaslılığını istinad etdiyi halları onunla əsaslandırmışdır ki, mübahisə predmetini təşkil edən iddia tələbində göstərilən qızıl-zinət əşyaları iddiaçı tərəfindən gedərkən özü ilə aparılmışdır.
24. Göründüyü kimi, iddiaçı iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının həqiqətən də cavabdehdə qalmasını təsdiq edən sübut növünü məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, iddia həmin hissədə əsaslı olaraq rədd edilmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci maddəsində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alanmaqla qətnamə yalnız məhkəmə iclasında tətqiq edilmiş sübutlara əsaslanmalıdır.
26. Qeyd edilən qərarın 6.2-ci maddəsində göstərilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət yetirilməlidir. Qətnamənin həmin hissəsində məhkəmələr tərəfindən müəyyən olunmuş hallar, məhkəmənin nəticələrinin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar gö stərilməlidir.
27. Apellyasiya məhkəməsi qeyd olunanlara mülki prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsinə dair tələblərinə uyğun qiymət verərək hesab etmişdir ki, iddiaçı G.Əsgərovun iddia tələblərinin əsaslılığını istinad etdiyi hallar, yəni iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının cavabdehdə qalması iddiaçı tərəfindən təqdim olunmuş hər hansı bir mötəbər sübutla təsdiq olunmur.
28. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
29. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hal lar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
30. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin M ülki Kollegiyasının 2(106)-2659/2021 nömrəli iş üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov