Məhkəmə qərarları › İş №2(102)-7283/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-7283/2021

23.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7283/2021 23.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alimentin təyin edilməsi, alimetin yarısının uşağın bank hesabına köçürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Həsənoxanovnanın vəkili Vəkil1 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyas iya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6064/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Həsənoxanovna tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 23 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.03.2016-cı il təvəllüdlü X2 üçün hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması və ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddaçı Cavabdeh İddiaçı qarşı “alimentin yarısının uşağın bank hesabına köçürülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə mü raciət edərək, əmək haqqının ¼ hissəsinin 50%-nin övladı X3 adına bankda açılmış hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi olaraq nikaha daxil olmuşdur. Nikahın qeydiyyatı 25.12.2014-cü il tarixdə Bakı şəhəri 2 saylı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsində aparılmışdır. Bu nikahdan 10.03.2016-cı il təvəllüdlü X4 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ünvan 1 ünvanına gəlin köçmüşdür. Amma artıq bir ildən çoxdur ki, nikahları faktiki olaraq pozulmuşdur. O, övladı ilə birlikdə anasının himayəsində yaşayır. Həyat yoldaşı rəsmi olaraq çalışır və daimi gəliri vardır. Onda olan məlumata əsasən, cavabdeh X5 şirkətində çalışır, pilotdur və vertolyot idarə edir. İddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, iddiaçı öz iddia ərizəsində birgə nikah dövründə 10.03.2016-cı il tarixdə anadan olmuş X1 dair aliment tələbi ilə məhkəməyə müraciət etmiş və tələbin əsası kimi Ailə Məcəlləsinin 76.1.2-ci maddəsini rəhbər tutmuşdur. Belə ki, bir müddət öncə aralarında narazılıq yaranmış və həyat yoldaşı Rəfiqə övladı ilə birlikdə ondan uzaqlaşmış, hal-hazırda ayrı yaşayır. O, vaxtaşırı onlara baş çəkir, övladı görüşür və dəstək verir. Dəfələrlə cəhd göstərməsinə baxmayaraq, yoldaşı barışmaq niyyətində olmadığını göstərmiş və hazırki mövcud vəziyyət onu göstərir ki, ailələri dağılmaq üzrədir. O, işləyir, stabil gəliri mövcuddur. Odur ki, qeyd olunanlara əsasən, qarşılıqlı iddianın icraata qəbul edilməsi, qarşı lıqlı iddianı təmin edərək əmək haqqının dörddə bir hissəsinin 50%-ni övladı X3 adına bankda açılmış hesabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 mart 2021-ci il tarixli, 2(007)-997/2021 nömrəli (hakim Fikrət Mirzəyev) qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, Cavabdeh 10 mart 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 09 dekabr 2020-ci il tarixdən başlayaraq Cavabdeh qazancının və ya (başqa gəlirlərinin) dördə bir hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddia tələbinin təmin olunmaması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin r əsmi iş yeri vardır və ondan aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması barədə tərəflər arasında mübahisə yoxdur. Lakin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh əmək haqqının dörddə bir hissəsinin 50%-ni övladı X3 adına bankda açılmış hesabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır. Çünki, tərəflərin maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Aliment isə bir tərəfdən digərinin xeyrinə uşağın saxlanması üçün tutulur. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.1, 86, 100.2-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 2 34.2.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov - sədrlik edən və məruzəçi, Vəfaddin İbayev, Şeyda Məhərrəmova) 2(103)-6064/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-997/2021 saylı 12.03.2021-ci il tarixli qətnaməsinin qismən, yəni qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh 10 mart 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 09 dekabr 2020-ci il tarixdən başlayaraq tutulan əmək haqqının dörddə bir hissəsi miqdarında alimentin 50 faizinin X3 adına bankda açılmış hesaba köçürülməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibət bildirmədən, hansı səbəbə görə təmin olunmadığı qeyd etmədən, onun təmin olunmamasını qət etmişdir. İşin mübahisləndirilməyən hallarından görünür ki, tərəflər 25.12.2014-cü ildə nikahlarını qeyd etdirməklə evlənmişlər, onların birgə nikahından 10 mart 2016-cı ildə X4 anadan olmuş, hazırda tərəflər arasındakı ailə münasibətləri pozulmuş və iddiaçı nikahın pozulması, uşağın ananın yanında qalması və alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. İş materiallarından həmçinin görünür ki, qarşılıqlı iddiaçı ASP Helicopter Services MMC-də ikinci pilot vəzifəsində çalışır və aylıq əmək haqqı 5637 manat təşkil edir. Qarşılıqlı iddiaçı onunla iddiaçının arasında nikahın pozulmasına, onların birgə uşaqları olan Amiran Məlikovun nikah pozulduqdan sonra anasının yanında qalmasına və aylıq qazancının ¼ hissəsinin uşağın saxlanması üçün ondan tutularaq iddiaçıya ödənilməsinə etiraz etməsə də, aliment məbləğinin yarısının uşağın adına açılacaq bank hesabına köçürülməsini xahiş etmişdir. İşin müəyyən edilmiş hallarından və qanunvericiliyin sadalanan normalarınından göründüyü kimi qarşılıqlı iddiaçıdan aliment şəklində tutulmalı olan onun aylı q gəlirinin məbləği «2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə uşaqların saxlanması üçün müəyyən edilmiş 175 manat yaşayış minimumu həddindən əhəmiyyətli dərəcədə artıqdır. Tutulmalı olan aliment məbləğinin 50 faizinin uşağın adına açılacaq bank hesabında yerləşdirilməsindən sonra, yerdə qalan aliment məbləği hazırkı vəziyyətdə uşağın minimal tələbatları ilə yanaşı, onun əvvəlki yaşayış şəraitinə uyğun təminatını da tam təmin etməyə imkan verir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası uşağın yaşının az olmasını və həmin yaşa uyğun tələbat səviyyəsini nəzər alır. Bunlarla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, uşağın adına açılacaq bank hesabında yerləşdirilən aliment məbləğinin özü də ailə qanunvericiliyinin müddəalarına görə, uşağın əmlakı sayılır və uşaq böyüdükcə, həmin hesabda toplanmış məbləğ onun artan tələbatlarının ödənilməsi məqsədilə istifadə edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, qarşılıqlı iddia tələbi əsaslı olmuşdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Həsənoxanovna (vəkili Vəkil1) kasasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(103)6064/2021 saylı qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki qətnamə ilə məhkə mə heç bir əsas gətirmədən və sübuta hüquqi qiymət vermədən, sadəcə qarşılıqlı iddia tələblərini Ailə Məcəlləsinin 55.3-cü maddəsinə istinad etməklə təmin etmişdir. Lakin həmin maddə də deyilir ki, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşma çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Göründüyü kimi bu norma dispozitivdir, imperativ deyil. Belə olan halda məhkəmə iddia tələblərini təmin etmək üçün ailə məcəlləsinin yuxarıda sadalanan (55.1., 55.2.) normalarının pozulması və iddiaçı (aliment alan şəxs) tərəfindən uşağın mənafeyinə hər hansı bir zidd hərəkətlərinə hüquqi qiymət verməklə iddianı təmin etməli idi. Lakin nə qarşılıqlı iddia ərizəsində, nə apelyasiya şikayətində qarşılqılı cavabdehin aldığı aliment məbləğlərinin uşağın xərclərindən kənara xərclənməsini sübut edəcək heç bir hal göstərilməmişdir. Əksinə məhkəmə iclasında sübuta yetirilmişdir ki, cavabdeh keçmiş həyat yoldaşını və azyaşlı övladını daimi yaşayış yeri ilə təmin etməmişdir, onlar yeganə yaşayış yerini tərk etməli olmuşlar. Azyaşlı ödənişli uşaq bağçasında təhsil alır, üzgüçülüklə məşğul olur. Bundan başqa məhkəmə alimentin tutulmasına əsas olan əsas amilləri, alimentin uşağın saxlanmasına, təhsil və tərbiyəsini xərclənən vəsait olmasını və ən əsası alimentin miqdarının uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməli olmasını nəzərə almamışdır. Bundan başqa AM-nin 55.3-cü maddəsi 50% maksimal tutma kimi müəyyən edir və məhkəmə nə üçün 10% dey il, 20 % deyil məhz 50 % tutmanın təmin edilməsini əsaslandırmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq ərizəsində göstərmişdir ki, iddiaçı kasasiya şikayətində istinad etdiyi maddi və prosessual hüquq normalarının hazırki işə nə kimi aidiyyatı olmasını qeyd etməmiş, sadəcə normaları sadalamaqla kifayətlənmişdir. Eyni zamanda qeyd edilməlidir ki. iddiaçı öz kasasiya şikayətində Ailə Məcəlləsinin 55, 75-və 76-ci maddələrinə istinad etmişdir ki hamin maddələrin tələbləri məhkəmələr tərəfindən təmin edilmişdir. İddiaçı şikayətində uşağın əvvəlki təminatına istinad edir. Qeyd edilməlidir ki, tərəflər birgə yaşadığı dövrdə aliment ödəyən şəxsin əmək haqqı 3400 manat olmuşdur. Buna dair sübutlar iş materiallarında mövcuddur. Əmək haqqının artması artıq onlar ayrı yaşadığı dövrdə baş vermişdir. Odur ki, uşağın əvvəlki təminatının pozulmasına istinad etmək əsassızdır. Əmək haqqının artması taktiki nikah münasibətlərinin olmadığı dövrdə baş vermişdir. Bundan əlavə, alimentin ödənilməsi tam olaraq qanuna əsasən qazancın ¼ hissəsi məbləğində təyin edilmişdir ki, uşağın hər hansı hüququnun pozulmasından söhbət gedə bilməz. Apelyasiya instansiyası məhkəməsi hazırki qətnaməni qəbul edərkən məhz uşağın marağından çıxış etmiş, uşağın marağını qorumuş və gələcəyini nəzərə almışdır. Məhkəmə haqlı olaraq hesab edtmişdir ki, 700 manat uşağın tam təminatı üçün kifayət qədər yüksək məbləğdir, bu səbəbdən onun 50% uşağ ın adına açılmış hesaba köçürülməsini məqsədəuyğun hesab etmişdir. Kassator eyni zamanda iş materiallarında sübut edilməmiş hallara istinad etmişdir ki, bu yolverilməzdir. İlkin iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı aylıq 700 manat məbləğində təyin edilmiş alimentin 5 yaşında uşağa az olmasını hər hansı formada əsaslandırmamış, bu halları sübuta yetirməmişdir. Hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı uşağın mənafeyinə zidd olaraq hazırki mübahisədə öz şəxsi maraqlarını güdür və alimentin artırılmasını aliment tələb edən şəxsin hüququndan sui-istifadə edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə iddiaçı, qarşlıq lı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Həsənoxanovnanın vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil2 kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyiş dirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmin Qərarın 8.9-cu bəndinə əsasən, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin alime nt alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunma masına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə ilk iddiaçı tərəfindən qarşılıqlı iddia hissəsində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, kasasiya şikayətinə edilmiş etiraz ərizəsində qeyd edildiyi kimi, ilk iddia üzrə cavabdehin əmək haqqı tərəflərin faktiki ayrı yaşadıqları müddət ərzində artırılmışdır. Bununla da müəyyən edilir ki, həqiqətən tərəflərin birgə yaşadıqları dövrdə uşağın tələbatı üçün sərf edilən xərclərə uyğun vəsait bank hesabına köçürülməli olan vəsaitdən əlavə ilk iddiaçıya ödənilməli olacaq vəsait ilə demək olar ki, eyni həcmə malik olmuş olur. Bu hal da bank hesabına kçürü lməli olan aliment məbləğindən başqa ilk iddiaçıya ödəniləcək aliment məbləği ilə azyaşlı uşağın əvvəlki yaşayış səviyyəsinin təmin edilməsi və qorunub saxlanmasına uyğun olduğunu göstərir. Odur ki, ilk iddiaçının kasasiya şikayətində göstərmiş olduğu xüsusatlar apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin qarşılıqlı iddiaya dair hissədə ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6064/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar