Məhkəmə qərarları › İş №2(102)-729/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-729/2020

10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-729/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və X1 ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 sentyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-354/2019 saylı, 07 mart 2019-cu il tarixli qə tnaməsi ilə Ünvan bağ evinin qiymətləndirilməsinə dair “xxxx” MMC-nin 28.08.2018-ci il tarixli, 337 nömrəli əmlakın qiymətləndirməsi barədə hesabatın ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2019-cu il tarixli, 2(103)-8514/2019 saylı qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən və məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)354/2019 saylı, 07 mart 2019-cu il tarixli qətnaməsinin üçüncü şəxs “xxxx” ASC-nin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, qətnamənin Ünvan bağ evinin ilkin satış qiyməti 125000 (yüz iyirmi beş min) manat olmaqla açıq hərraca çıxarılması üçün əsas olması, Əmlakın qiymətləndiricisinin xidmət haqqı 150 (yüz əlli) manat üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya şöbəsi iddia predmeti barədə müstəqil tələb irəli sürməyən şəxs qismində göstərilməklə əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Ünvan2 1 mərtəbəli 1 otaqlı 18,72 kv.m. yaşayış, 214.45 kv.m. ümumi sahədən, 195,73 kv.m köməkçisi sahədən ibarət “”804e” nömrəli bağ evinin qiymətləndirilməsi barədə cavabdehin 28.08.2018-ci il tarixli 337 saylı hesabatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİ LLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənara çıxaraq Ünvan bağ evinin ilkin satış qiymətini 125.000 (yüz iyirmi beş min) manat müəyyən etməklə işin faktiki hallarının tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmasına dair Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin, tərəflərin izahatlarının işdəki digər sübutlarla yoxlanılması və qiymətləndirilməsininə dair MPM-nin 106.1-ci maddəsinin tələblərinə əməl etməmiş və nəticədə qanuna zidd qətnamə çıxarmaqla göstərdiyim maddələrin tələblərini pozması ilə yanaşı həmin Məcəllənin 217-220-ci maddəsinin də tələblərini pozmuşdur. Qeyd edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini və Ba kı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8514/2019 saylı 13 sentyabr 2019-cu il tarixli qətnaməsinin qismən Ünvan bağ evinin ilkin satış qiymətini 125.000 (yüz iyirmi beş min) manat olmaqla açıq hərraca çıxarılması üçün əsasdır hissəsində ləğv edib həmin hissədə yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması haqqında yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini, üçüncü şəxs “xxxx” ASC-nin vəkili X3 Bakı Apellyasiya Məhkəməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş g öndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)8514/2019 nömrəli 13 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi i şin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən m üəyyən edilmişdir ki, üçüncü şəxs iddiaçının mübahisəli bağ evinin qiymət qoyularaq açıq hərrac vasitəsi ilə satılmasına maneələr yaradaraq dəfələrlə şikayət verməklə Nəsimi rayon Məhkəməsinin 2(006)-66/2012 nömrəli, 09.03.2012-ci il tarixli qətnaməsinin icrasına əngəl olduğunu bildirsə də bu dəlilləri açıq-aşkar əsaslı hesab edilməmişdir. Çünki, bundan əvvəl də “xxxx” MMC tərəfindən 22.11,2013-cü il tarixli, 657 nömrəli hesabatda mübahisə predmeti olan bağ evi 70000 (yetmiş min) manata qiymətləndirilmiş, iddiaçı bunu mübahisələndirmiş, birinci instansiya məhkəməsi iddianı təmin etməsə də sonradan Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2016-cı il tarixli 29103)-290/2016 saylı qətnaməsi ilə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək qeyd olunan hesabat lə ğv edilmişdir. Hesabatı ləğv edərkən məhkəmə “xxxx” MMC tərəfindən verilmiş 10 aprel 2015-ci tarixli 08/403 nömrəli rəyini (bağ evinin dəyəri həmin vaxt 130000 manat müəyyən edilmişdir) də nəzərə almışdır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən həmçinin müəyyən edilmişdir ki, sifarişçi qiymətləndirməni yenidən “xxxx” MMC-yə həvalə etmiş, sonuncu bu dəfə bağ evinin dəyərini 56000(əlli altı min) manat müəyyən etmiş, iddiaçı isə bunu yenidən mübahisələndirmiş və “X6” MMC 31.01.2019-cu il tarixli rəyində həmin bağ evi 160.000 (yüz altmış min) manata qiymətləndiridiyi üçün hazırki iş üzrə qətnamə ilə bu hesabat da yenidən ləğv edilmişdir. Apelyasiya baxışı zamanı yenidən qiymətləndirilmə keçirilmiş və “xxxx” MMC tərəfindən verilmiş 14 avqust 2019-cu il tarixli MB 12/7 28 saylı rəyə əsasən bağ evinin 14 avqust 2019-cu il tarixinə hesablanmış bazar dəyəri 125 000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş materialları əsasında gəldiyi nəticədən görünür ki, “xxxx” MMC tərəfindən hər iki dəfə ipoteka predmeti olmuş bağ evinin real bazar dəyəri düzgün müəyyən edilməmiş, məhz bu amildən istifadə edərək iddiaçı da bu cür iddialarla, yəni hesabatın ləğv edilməsi iddiası ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hesabatın ləğv edilməsinə dair İddiaçı iddiası düşünülmüş şəkildə Nəsimi rayon Məhkəməsinin 2(006)-66/2012 nömrəli, 09.03.2012-ci il tarixli qətnaməsinin icrasına suni əngəl törətmək məqsədi ilə verilsə belə, hazırki iş üzrə çıxarılmış qətnamə buna şərait yarada bilməzdi. Çünki, hər iki hesabatda müəyyən edilmiş ipoteka predmteinin dəyəri reallağı əks etdirməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, uzun illər ərzində məhz bu səbəblərdən icra olunmayan Nəsimi rayon Məhkəməsinin 2(006)-66/2012 nömrəli 09.03.2012-ci il tarixli qətnaməsinin icrasını təmin etmək üçün “xxxx” MMC tərəfindən verilmiş 14 avqust 2019-cu il tarixli MB 12/728 saylı rəydə göstərilən qiymət ipoteka olan bağ evinin real dəyərini əks etdirmədiyindən, məhz həmin qiymət əsas götürülməklə ilkin satış qiyməti müəyyən edilərək açıq hərraca çıxarılması üçün əsas olmalıdır. Çünki, bu rəy həm də “xxxx” MMC-nin 2015-ci ildə verdiyi rəydəki qiymətə də uyğun olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu yanaşma heç də iddia tələbindən kənara çıxma kimi qiymətləndir ilməməlidir. Çünki, bu qənaət məhkəmənin mülki prosesin iştirakçıları qarşısında pozitiv öhdəliyindən irəli gəlir və məhz hüquqdan suiistifadə etmənin qarşısını almaq məqsədi daşıyır. Əks halda isə yeddi il ərzində icra olunmayan qətnamənin yenidən uzun illər ərzində icra olunması mümkünsüz ola bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası gəldiyi nəticənin maddi əsası kimi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1, 51.2-ci maddələrinin və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7, 8, 9-cu maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. K assasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənara çıxaraq Ünvan bağ evinin ilkin satış qiymətini 125.000 (yüz iyirmi beş min) manat müəyyən etməklə işin faktiki hallarının tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmasına dair Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin, tərəflərin izahatlarının işdəki digər sübutlarla yoxlanılması və qiymətləndirilməsininə dair MPM-nin 106.1-ci maddəsinin tələblərinə əməl etməmiş və nəticədə qanuna zidd qətnamə çıxarmaqla göstərilən maddələrin tələblərinin pozulması ilə yanaşı həmin Məcəllənin 217220-ci maddələrinin də tələblərini pozmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənara çıxmadan haqlı o laraq belə nəticəyə gəlmişdir ki, “uzun illər ərzində məhz bu səbəblərdən icra olunmayan Nəsimi rayon Məhkəməsinin 2(006)-66/2012 nömrəli 09.03.2012-ci il tarixli qətnaməsinin icrasını təmin etmək üçün “xxxx” MMC tərəfindən verilmiş 14 avqust 2019-cu il tarixli MB 12/728 saylı rəydə göstərilən qiymət ipoteka olan bağ evinin real dəyərini əks etdirmədiyindən, məhz həmin qiymət əsas götürülməklə ilkin satış qiyməti müəyyən edilərək açıq hərraca çıxarılması üçün əsas olmalıdır. Çünki, bu rəy həm də “xxxx” MMC-nin 2015-ci ildə verdiyi rəydəki qiymətə də uyğun olmuşdur.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçü n sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə instansiyası tərəfindən üçüncü şəxs “xxxx” ASC-nin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 106, 217, 218, 219, 220-ci maddələrinin tələblərinə riayət edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbayca n Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 13 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar