Məhkəmə qərarları › İş №2(102)-7298/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7298/2019

10.12.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7298/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı vəkili Nümayəndə, Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli, 2(103)7837/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və İddiaçı ayrıayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 27 ma rt 2019-cu il tarixli, 2(004)2488/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim V.M.Hacıyev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment tələbinə dair” iddiası qismən təmin edilərək, Cavabdeh1 26 fevral 2019-cu il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin tutulub İ qrup əlil, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan atası İddiaçı verilməsi və qalan hissədə o, cümlədən Cavabdeh2 münasibətdə iddia tələbinin rədd edilməsi qət olunub. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli, 2(103)7837/2019 saylı qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, E.M.Həsənov və F.F.Babayev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal ra yon məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilib, Cavabdeh2 da 26 fevral 2019-cu il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində alimentin tutulub atası İddiaçı verilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Tərəflər ayrı-ayrılıqda qətnamədən kassasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə “aliment tələbinə dair” iddia qaldıraraq, yetkinlik yaşına çatmış əmək qabiliyyətli övladları- Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə hər ay, hər birindən 150 manat olmaqla, cəmi 300 manat, əvvəlki 3 il üzrə hər ay, hər birindən 150 manat hesablanmaqla, 2016-2018-ci illər üzrə hər il üçün hər birindən 1.800 manat olmaqla, cəmi 10.800 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilm əsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 eyni məzmunlu kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhvə nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 eyni məzmunlu kassasiya şikayətlərində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin onlara münasibətdə təmin edilməsi hissəsində ləğv edilib, həmin hissədə iddia tələbinin rədd edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qə bul edilməsi xahiş olunub. İddiaçı isə kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iddia ərizəsini tam təmin etməməklə səhv nəticəyə gəlib. İddiaçı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili Nümayəndə cavabdehlərin kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh1, Cavabdeh2 vəkili X məhkəmə iclasında iddiaçını n kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb öz kassasiya şikayətlərindən göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə Cavabdeh2 kassasiya şikayəti təmin, Cavabdeh1 və İ ddiaçı isə kassasiya şikayətləri rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edib, Cavabdeh2 da hər ay 100 manat sabit pul məbləğində alimentin tutulub atası İddiaçı verilməsini qət edib və qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, İddiaçı əmək qabiliyyətsiz olmaqla maddi yardıma ehtiyacının olmasına, dövlət tərəfindən ödənilən təqaüdün onun xəstəlik və əmək qabiliyyətinin olmaması ilə bağlı digər maddi ehtiyaclarını ödəməməsinə, əksinə qızı Cavabdeh2 gömürük orqanında inpektor vəzifəsində işləməklə, aylıq əmək haqqınin 31 iyul 2018-ci ildən 30 aprel 2019-cu il tarixədək cəmi 17.061,37 manat təşkil etməsinə, onun özünün müalicəsinə maddi vəsait sərf etməsi və bank qarşısında öhdəliyinin olması maddi köməyə ehtiyacı olan atası İddiaçı maddi yardım ödəmək vəzifəsindən azad etməməsinə, əvvəlki dövr üçün alimenti 3 illik müddət həddində verilməsini tələb etməkdən ötrü iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi, lakin aliment ödəməli olan cavabdehlərin onu verməkdən boyun qaçırmaqları nəticəsində alimenti ala bilməməsi halının mülki iş materialları ilə təsdiq edilməməsinə və beləliklə də Cavabdeh2 münasibətdə iddia tələbini bütövlküdə rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Ailə Məcəlləsinin 82.1, 82.2, 82.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi Cavabdeh2 münasibətdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən edib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verib və iddia tələbini Cavabdeh1 münasibətdə düzgün olaraq qismən təmin etmiş olsa da, Cavabdeh2 aid hissədə də iddia tələbini qismən təmin etməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, əvvəla ailə qanunverciliyində yetkinlik yaşına çatmış övladların maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan valideynlərini saxlamaq vəzifəsi öncə onların əxlaq və mənəvi borcudur. Əksər övladlar bu vəzifə ni könüllü, bundan zövq almaqla yerinə yetirirlər. Lakin bəzən belə olmur. Ona görə də bu məqsədlə ailə qanunverciliyində hüquqi üsul və qaydalar müəyyən edilib. Valideynlərini saxlamaq yetkinlik yaşına çatmış əmək qabiliyyəti olan övladların vəzifəsidir və bu, Ailə Məcəlləsinin 82.1-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin Maddənin mənasına görə, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: valideynin əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması tələb olunur. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə övladlar üçün vəzifə yaradır. Başqa sözlə, valideynin təkcə əmək qabiliyyətinin olmaması, övladdan aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, valideyn əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması övladlarından aliment tələb etməsinə əsas vermir. Valideynlərin əmək qabiliyyətlərini itirmələri onların pensiya yaşına çatmaları, xəstəlik və sair nəticəsində ola bilər. Valideynlərin pensiya və yaxud sair şəxslərdən ödənclər almaları onların dolanışığı üçün yetərli olmadıqda övladlarının onları saxlamaq vəzifəsi istisna edilmir. Çünki ailə qanunverciliyi bunu valideynlərin maddi yardıma ehtiyaclarının olması ilə əlaqələndirmişdir. Eyni zamanda, övladlar valideynlərini nəinki maddi cəhətdən təmin etməli, həmçinin onlara hər cür qayğı, məhəbbət göstərməyə borcludurlar. Ailə qanunverciliyinə görə, övladların öz valideynlərinə qayğı göstərmələri dedikdə- onlara hərtərəfli (o cümlədən maddi) kömək etmələri, onlara dayaq olmaları, diqqət göstərmələri və sair nəzərdə tutulur. Övladların öz valideynlərini saxlamaları, adətən onların valideynlərinə aliment ödəmələri qaydasında olur. Alimentin ödənilməsi barədə ümumi qaydalara uyğun olaraq, bu, övladlarla valideynlər arasında saziş əldə etməklə və yaxud məhkəmə qaydasında ola bilər. Başqa sözlə, alimentin ödənilməsi barədə valideynlərlə övladlar arasında saziş olmadıqda, mübahisə məhkəmə qaydasında həll olunur (Ailə Məcəlləsinin 82.2-ci maddəsi). Nəzərə alınmalıdır ki, valideylərin övladlarını, övladların isə valideynlərini saxlamaq vəzifəsi qarşılıqlı xarakter daşıyır. Bu isə o, deməkdir ki, valideynlərin valideynlik vəzifələrini yerinə yetirməməsini məhkəmə müəyyən edərsə, uşaqlar valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Bu zaman valideynlərin uşaqlarını saxlamamalarının səbəbləri aydınlaşdırılmalıdır, valideynlərin təqsirləri müəyyən edildikdə, onların övladlarından aliment tələbi rədd edilə bilər. Başqa sözlə, övladlar o, hallarda valideynləri qarşısında aliment öhdəliyindən azad edilə bilərlər ki, məsələn, valideynlər onlara aliment ödəməkdən qəsdən boyun qaçırmış olsunlar. Bu zaman valideynin aliment ödəməkdən qəsdən boyun qaçırdığına görə mühakimə olunması zəruri deyil (Ailə Məcəlləsinin 82.5-ci maddəsi). İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdehlər iddiaçının doğma övladlarıdır. Belə ki, onların anası X2 rəsmi nikah əsasında iddiaçı ilə ailə qurub və birgə nikahdan xx xxxx 1986-cı il tarixdə Əli, 10 mart 1987-ci il tarixdə Zərifə adl ı iki uşaqları doğulub. Tərəflər, o cümlədən X1 bir ailənin üzvləri kimi qeydiyyatda olmaqla 03 oktyabr 1987-ci il tarixli “mənzil dəyişmə orderi”nə əsasən iddiaçının icarəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 180 saylı evin 60-cı mənzilində yaşamışlar. 19 avqust 2003-cü ildə iddiaçı ilə X2 arasında bağlanmış nikah pozulub və uşaqlar anaları X2nın yanında qalıblar və iddiaçı mənzili tərk edib. O, vaxtdan iddiaçı, bacısı X3 ilə birgə sonuncuya məxsus olan mənzildə yaşayıb. Eləcə də apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 27 noyabr 2006cı ildən iddiaçı əmək qabiliyyəti olmayan İ qrup əlildir, 08 dekabr 2010-cu ildə ona müddəsiz İ qrup əlillik təyin edilib və daim kənar şəxsin köməyinə, qulluğuna ehtiyacı var. Bakı şəhəri, 19 saylı Poliklinikada dispanse r qeydiyyatında olmaqla, ona “keçirilmiş işemik insultun qalıq əlamətləri; sağ tərəfli hemiporez, hipertoniya xəstəliyi üçüncü dərəcə” diaqnozu qoyulub. Cavabdeh1 07 yanvar 2014-cü il tarixdən “xxxx” ASC kredit satış bölməsində böyük mütəxəssis vəzifəsində işləyir və vergi tutulmamışdan öncə əmək haqqı 1.430 manat təşkil edir. Cavabdeh1 izahatına görə, subaydır, onun orta aylıq əmək haqqı 600 manat təşkil edir, başqa gəliri yoxdur, özü də xəstədir, “bazıda teranis” xəstəliyindən əziyyət çəkir, maddi imkansızlıq üzündən tam müalicə ala bilmir. İİ qrup əlil anası X2 da onun himayəsində yaşayır. Atası İddiaçı saxlanılması üçün hər ay 150 manat aliment ödəməyə maddi imkanı var və bununla bağlı məhkəməyə yazılı ərizə təqdim edib. Lakin əvvəlki 3 il üzrə hər ay 150 manat hesablanmaqla, 2016-2018 -ci illər üzrə 1.800 manat olmaqla, cəmi 5.400 manat aliment ödəməyə maddi imkanı yoxdur və iddia ərizəsinin qismən təmin edilməsinə etiraz etmir. Digər Cavabdeh2 isə 16 iyul 2019-cu il tarixdən Bakı Baş Gömrük İdarəsində “Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması” Şöbəsində inspektor vəzifəsində işləyir, 07 may 2019-cu il tarixli arayışa görə onun 16 iyul 2018-ci ildən 05 aprel 2019-cu il tarixədək işlədiyi dövr üçün əmək haqqı 17.061, 37 manat təşkil etmişdir. Ankara şəhər “Medicana İnternational” Xəstəxanasının 12 dekabr 2018-ci il tarixli tibbi protokoluna əsasən, Cavabdeh2 özü də “revmatoid atrtit” xəstəliyindən əziyyət çəkir və mütəmadi olaraq müalicə alır. O, ailəlidir, himayəsində 12 avqust 2009-cu ildə doğulmuş X4, 16 aprel 2015-ci ildə doğulmuş X5 adlı iki azyaşlı uşaq ları vardır, əri X6 isə 13 fevral 2007-ci ildən “xxxx” QSC-də müxbir vəzifəsində işləyir və onun orta aylıq əmək haqqı 645 manat təşkil edir. “xxxx” KB QSC ilə X6 və Cavabdeh2 arasında bağlanmış 13 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Bakı şəhəri, Yaşamal rayonu, Yeni Yasamal-1 küçəsi, 3 saylı evin 9-cu mənzilinin satın alınması uçun X6 və Cavabdeh2 300 ay müddətinə 50.000 manat kredit verilib. Cavabdeh2 nümayəndəsinin izahatına görə Cavabdeh1 və Cavabdeh2 uşaqkən atası İddiaçı onları tərk edib, öz valideynlik vəzifələrini yerinə yetirməyib və onlara heç bir maddi yardım göstərməyib. Odur ki, Cavabdeh2 atası İddiaçı aliment ödəməyə maddi imkanı yoxdur. Hazırda iddiaçı, 2006-cı ildən İ qrup əlil olmaqla, heç bir yerdə işləmədiyini, kənar şəxsin köməyinə ehtiyac ının olduğunu, kirayədə yaşadığını, hər ay 200 manat kirayə haqqı, eləcə də hər ay ona qulluq edən şəxsə əlavə 200 manat pul ödədiyini, hər ay aldığı sosial müavinətdən başqa digər gəlirlərinin olmadığını göstərib, yetkinlik yaşına çatmış əmək qabiliyyətli övladları olan cavabdehlərdən onun xeyrinə hər ay, hər birindən 150 manat olmaqla, cəmi 300 manat, əvvəlki 3 il üzrə hər ay, hər birindən 150 manat hesablanmaqla, 2016-2018-ci illər üzrə hər il üçün hər birindən 1.800 manat olmaqla, cəmi 10.800 manat sabit pul məbləğində alimentin tutulmasını iddia edir. Göründüyü kimi iddiaçının əmək qabiliyyətsiz olmaqla, onun maddi yardıma ehtiyacınının olması, eləcə də aliment ödəməyə borclu olan cavabdehlərin əmək qabiliyyətli olmaqla, onların yetkinlik yaşlarına çatmaları, həmçinin tərəflər arasınd a alimentin ödənilməsinə dair hər hansı razılaşmanın, sazişin əldə edilməməsi, Cavabdeh1 yazılı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək hər ay atası İddiaçı 150 manat aliment ödəməyə razı olduğunu bildirməsi və iddia tələbini yalnız bu hissədə etiraf etməsi, işin mübahisə olunmayan hallarıdır və bu hallar işdə iştirak edən şəxslərin izahatları ilə də təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsində göstərilir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Kassasiya instansiyası məhkəməsi Cavabdeh1 münasibətdə işə baxan məhkəmələrin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçının öz valideynlik vəzifələrini yerinə yetir məməsi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmədiyinə, eləcə də Cavabdeh1 maddi yardıma ehtiyacı olan atası İddiaçı saxlamaq vəzifəsindən azad edilməsini şərtləndirən hallar öz təsdiqini tapmadığına görə, iddia tələbini Cavabdeh1 münasibətdə qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Kasssasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən, eyni zamanda Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan apellyasiya şikayəti verməməsini də nəzərə alır. Cavabdeh1 iddiaçının xeyrinə hər ay tutulan 150 manat alimentin miqdarına gəlincə isə, kassasiya instan siyası məhkəməsi hesab edir ki, ondan tutulan alimentin miqdarı Ailə Məcəlləsinin 82.3-cü maddəsinin tələblərinə tam uyğundur. Belə ki, həmin maddənin mənasına görə, alimentin miqdarı müəyyən edilərkən həm valideynlərin, həm də övladların maddi və ailə vəziyyətləri, ümumilikdə isə hər iki tərəfin diqqətəlayiq maraqları nəzərə alınmalıdır. Hazırki, işdən görünür ki, Cavabdeh1 subaydır və onun əmək haqqından əlavə başqa qazancı yoxdur. Deməsinə görə xəstədir, maddi imkansızlıq üzündən tam müalicə ala bilmir, İİ qrup əlil anası X2 da onun himayəsində yaşayır. Göstərilənlərə əsasən, alimentin miqdarının azlığına dair İddiaçı kassasiya şikayətinin dəlillərini, eləcə də ondan alimentin qanunsuz olaraq tutulmasına dair Cavabdeh1 kassasiya şikayətinin dəlillərini kassasiya instansiyası məhkəməsi ə sassız hesab edir. Kassasiya instansiyası məhkəməsi eyni zamanda Cavabdeh2 kasassiya şikayətinin dəlillərini əsaslı sayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edib, Cavabdeh2 da atası İddiaçı xeyrinə hər ay 100 manat sabit pul məbləğində alimentin tutulmasını qət edərkən, ona münasibətdə Ailə Məcəlləsinin 82.3-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin maddədə ümumiyyətlə övladlardan valideynlərin xeyrinə tutulacaq alimentin miqdarı dəqiq müəyyən edilməyib və bu məsələnin həllini qanunvericilik işə baxan məhkəmələrin öhdəsinə buraxıb. İşə baxan məhkəmələr isə alimentin miqdarını müəyyən edərkən həm valideynlərin, həm də övladların maddi və ailə vəziyyətlərini və ümumiyyətlə hər iki tərəfin diqqətəlayiq maraqların ı nəzərə almalıdırlar. Tərəflərin maddi vəziyyəti dedikdə- onların əldə etdikləri gəlirlərin öz ailələləri üçün nə dərəcədə yetərli olması, ailə vəziyyəti dedikdə isə, aliment ödəyən valideynin öhdəsində başqa ailə üzvlərinin olub-olmaması və sair hallar nəzərdə tutulur. Sabit pul məbləğində alimentin tutulması barədə qətnamədə məhkəmə aliment verməyə borclu olan valideynin qazancından (gəlirindən) alimentin sabit pul məbləğində tutulmasının mümkünlüyünü və tutulan sabit pul məbləğinin tərəflərin maddi, əmlak və ailə vəziyyətlərinə uyğun olduğunu əsaslandırmalıdır. Apellyasiya instansiyası məhkəməsi, Cavabdeh2 münasibətdə iddia tələbini qismən təmin edərkən, iddiaçının maddi, ailə vəziyyətini, səhhətini və sair diqqətəlayiq mənafelərini nəzərə alsa da, Cavabdeh2 maddi, ailə vəziyyətini, sə hhətini və sair halları nəzərə almamışdır. Belə ki, işdən görünür ki, Cavabdeh2 özü də “revmatoid atrtit” xəstəliyindən əziyyət çəkir və mütəmadi olaraq müalicə alır. Eyni zamanda o, ailəlidir, himayəsində məktəbli, yetkinlik yaşına çatmayan uşaqları vardır. Eləcə də 13 may 2013cü il tarixli kredit müqaviləsinə əsasən o, əri X6la birlikdə kredit ödəyicisidir və satın aldıqları mənzilə görə “xxxx” KB QSC 50.000 manat kredit qaytarmalıdırlar. Apellyasiya instansiyası məhkəməsi yalnız gömrük orqanının 07 may 2019-cu il tarixli məktubuna istinad edib, Cavabdeh2 əmək haqqının 31 iyul 2018-ci ildən 30 aprel 2019-cu il tarixədək 17.061,37 manat təşkil etməsini əsas tutub, onun yuxarıda göstərilən məbləğdə hər ay atası İddiaçı aliment ödəmək üçün maddi imkana malik olduğunu göstərsə də, onun ald ığı aylıq əmək haqqının öz ailəsi və digər xərcləri üçün yetərli olubolmamasını və öhdəsində məktəbli, yetikinlik yaşına çatmamış iki uşağın olmasını, yaşamasını və sair maddi təlabatlarını nəzərə almamışdır. Göründüyü kimi Cavabdeh2 münasibətdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə sadalanan maddələrin tələblərinə cavab vermir və apellyasiya instansiyası məhkəməsi ona münasibətdə iddia tələbini qismən təmin etməklə qeyd olunan maddələrin tələblərini pozmuşdur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, bu gün Cavabdeh2 maddi, ailə vəziyyəti və digər diqqətəlayiq mənafeləri atası İddiaçı hər ay 100 manat sabit pul məbləğində aliment ödəməyə imkan vermir. Ona görə də onun kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnamə si qismənCavabdeh2 hər ay atası İddiaçı xeyrinə 100 manat sabit pul məbləğində alimentin tutulması hissəsində ləğv edilməlidir. Eyni zamanda iddiaçının, cavabdehlərdən əvvəlki 3 il üzrə hər ay, hər birindən 150 manat hesablanmaqla, 2016-2018-ci illər üzrə hər il üçün hər birindən 1.800 manat olmaqla, cəmi 10.800 manat sabit pul məbləğində aliment tələbinə gəlincə isə, kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbini bu hissədə rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Normanın mənasına görə, aliment almaq hüququ olan şəxs bu hüququ öz iradəsi ilə həyata keçirməyibsə, bun un mənfi nəticələri onun üzərinə düşür. Eyni zamanda həmin Məcəllənin 100.3-cü maddəsində göstərilir ki, bu maddədə nəzərdə tutulmuş hallar baş verdikdə əvvəlki dövr üçün də aliment tutula bilər. Yəni aliment almaq üçün məhkəməyə müraciət edənədək iddiaçının tədbirlər görməsini, lakin alimenti ödəməli olan şəxsin onu verməkdən boyun qaçırmasını məhkəmə müəyyən etdikdə, əvvəlki dövr üçün də aliment tutula bilər. Göründüyü kimi qanunvericilikdə bu müddət 3 illik müddətlə məhdudlaşdırılıb və səbəbindən asılı olmayaraq əvvəlki dövr üçün 3 ildən artıq ödənişə yol verilmir. Aliment almaq üçün iddiaçının tədbirlər görməsi dedikdə- aliment ödəməli şəxsə dəfələrlə müraciət edilməsi, saziş əldə etmək, onun yaşayış, iş və təhsil yerini aşkar etmək üçün cəhdlər göstərilməsi, onun axtarışı və sair nəzə rdə tutulur. Aliment verməkdən boyun qaçırma dedikdə- iş, təhsil, yaşayış yerinin, gəlirin gizlədilməsi, aliment ödəmək barədə saziş bağlamaqdan imtina edilməsi, aliment ödənişlərinin müntəzəm gecikdirilməsi və sair başa düşülməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan hallar mülki iş materialları ilə istisna edildiyindən və iddiaçı, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə apellyasiya instansiyası məhkəmələrinə heç bir mötəbər yazılı sübut təqdim etmədiyindən, iddia tələbini bu hissədə rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişd ir. Ona görə də bu hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, İddiaçı kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi...hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.4-cü maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 417.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəb ul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb hesab edir ki, Cavabdeh2 kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- Cavabdeh2 hər ay atası İddiaçı xeyrinə 100 manat sabit pul məbləğində alimentin tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş yeni qərar qəbul edilməklə iddia rədd olunmalı, qalan hissədə qətnamə Cavabdeh1 və İddiaçı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.4, 420-ci maddələrinin tələblərini rə hbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli, 2(103)-7837/2019 saylı qətnaməsi qismən- Cavabdeh2 atası İddiaçı xeyrinə 26 fevral 2019-cu il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməklə iddia ərizəsi rədd edilsin, qalan hissədə qətnamə Cavabdeh1 və İddiaçı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar