Məhkəmə qərarları › İş №2(102)-730/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-730/2021

23.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-730/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-730/21 (Açar sözlər: icarə müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili X1, Cavabdeh: Cavabdeh1 nümayəndəsi X2 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)644/2020 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, sonuncu ilə xx arasında bağlanmış xx xxxx 2015-ci il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda Cavabdeh1 məhkəmədə İddiaçı qarşı iddia qaldıraraq, sonuncu tərəfindən xx xxxx 2015-ci il tarixli icarə müqaviləsinin 11-ci bəndinin tələbi pozulduğundan, icarə müqaviləsinin şərtinə uyğun olaraq İddiaçı 300.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Zaqatalı Rayon Məhkəməsinin xx xxxxxx 2019-c u il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.H.Məmmədov) ilk və qarşılıqlı iddia ərizələri rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli qeyri-yaşayış sahəsinə Cavabdeh1 icarə hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən müəyyən edilib. Eyni zamanda həmin qeyri-yaşayış sahəsinə dair X8 x arasında bağlanmış alqısatqı müqvailəsi hazırda qüvvədədir. Qarşılıqlı iddianın özündən göründüyü kimi ilk iddia təmin olunduğu, yəni sözügedən icarə müqaviləsi birtərəfli qaydada ləğv olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilərdi. Yəni, mübahisələndirilən müqavilənin birtərəfli ləğvi müqavilənin 11-ci bəndində göstərilən və tərəflərin iradə ifadəsinə uyğun olaraq qarşılıqlı iddiada göstərilən məbləğin icarəçi tərəfindən tələb edilməsi hüququnu yaradır. Bu səbəbdən də ilk və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 430.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- ilk iddianın rədd olunması hissəsində ləğv edilib, ilk iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh1 apelyasiya şikayəti verirək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilib, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov sədrlik edən, məruzəçi, Ə.T.Məcidov və M.A.Əsədli) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilk iddianın rədd edilməsi hissəsində ləğv edilib, ilk iddia təmin edilərək, Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən fındfq emalı sexinə dair X3 x arasında bağlanmış xx xxxx 2015-ci il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən, xx apelyasiya şikayətinin isə təmin edilmədən saxlanılması qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə İddiaçı Cavabdeh1 6 ay qabaqcadan xəbərdar etməklə müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. Eyni zamanda qeyri-yaşayış sahəsi Cavabdeh1 icarəyə verildikdən sonra İddiaçı satıldığından, sonuncu icarəyə verən xx əvəz etməklə icarə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrin daşıyıcısı sayılır. İddiaçı müqavilə üzrə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət etməklə Cavabdeh1 müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı təklif göndərib, lakin sonuncu öz mövqeyini bildirmədiyinə görə hazırki məhkəmə mübahisəsi yaranıb. Bu səbəbdən də ilk iddia əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh1 apelyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, o qarşılıqlı iddia ərizəsində heç də müqavilənin ləğv edilməsini deyil, İddiaçı tələb e tdiyi pula dair qarşılıqlı iddiasının təmin olunmamasını mübahisələndirir. Buradan da göründüyü kimi Cavabdeh1 heç də müqavilə münasibətlərini davam etdirmək niyyətində deyil və qarşı tərəfdən, yəni İddiaçı pul tələb etməkdə daha çox maraqlıdır. Ona görə də qarşılıqlı iddianın rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 421424-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətna məsinin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilib, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 nümayəndəsi xx məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı vəkili xx məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razıl aşmayıb izahatında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, Cavabdeh1, vəkili Vəkil, cavabdeh Zaqatala rayon 02 saylı Notariat Kontoru və üçüncü şəxs xx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzürsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 699.1-ci maddəsinə əsasən, kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verə ni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Mülki Məcəllənin 699.2-ci maddəsinə əsasən, kirayəlik əşya kirayəçiyə verilənədək ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə, əgər əldə edən kirayə müqaviləsindən irəli gələn öhdəliklərin icrasını öz üzərinə götürürsə, bu Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə tətbiq edilir. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilə ni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (Mülki Məcəllənin 421-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kasasiya şikayətində işin hallarının sübut ol unmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmam asını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh1 kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilməsini xahiş etsə də, kasasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, qətnamənin əsaslılığı onun kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apely asiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işin mübahisə olunmayan hallarına görə, xx xxxxxx 2010-cu il tarixli Çıxarışa əsasən Zaqatala rayonu, Aşağı Tala kəndində, 0 1691 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 702,5 kv.metr olan əmlak kompleksi kimi müəssisə xx mülkiyyətində olub və xx xxxx 2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş icarə müqaviləsinə əsasən sonuncu sözügedən qeyri yaşayış sahəsini illik 3.000 manat icarə haqqı ödəmək şərti ilə icarə müddətini xx xxxxxxxx 2025-ci il tarixədək müəyyən etməklə Cavabdeh1 icarəsinə ve rib. Bundan sonra xx qeyri-yaşayış sahəsini notarial qaydada təsdiq edilmiş xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 40.000 manata İddiaçı satıb və xx xxxx 2016-cı il tarixli Çıxarışa əsasən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. xx xxxx 2019-cu il tarixdə yeni mülkiyyətçi İddiaçı qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə Cavabdeh1 yazılı təklif göndərərək təklif edib ki, sözügedən müqaviləni, buna xx razılığının, təklifinin olmasını nəzərə alıb ləğv etsin, qeyri-yaşayış sahəsi üzrə yaranmış icarə haqqı borcu üzrə son hesablaşma aparsın. X6 bu əmlaka aidiyyəti olmadığından, yeni icarəyəverən kimi onun iradəsi qeyd edilsin, icarə haqqının kimə, hansı qaydada verilməsi əks olusun və icarə haqqının məbləği yenidən müzakirə olunsun. Məsələn: icarə müddəti yenidən müzakirə edilməklə, illik icarə haqqı real olaraq əvvəlcədən ödənilməsi şərti ilə 85-120.000 manat civarında müəyyən edilsin. Yazılı təklifə 5 gündən gec olmayaraq cavab verilsin. Əks haldı icarə müqaviləsinin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırılacaq. Cavabdeh1 xx xxxx 2019-cu il tarixdə yazılı təklifi rəsmi qaydada qəbul etsə də, həmin təkliflə bağlı İddiaçı yazılı cavab verməyib. Hazırda İddiaçı qeyri-yaşayış sahəsini satın alarkən həmin qeyri-yaşayış sahəsinin Cavabdeh1 icarə hüququ ilə yüklü olması barədə məlumatsız olduğunu, sonuncunun icarə müqaviləsinin qüvvədə olduğu müddətdə ona bir manatda olsun icarə haqqı ödəmədiyini və Cavabdeh1 qabaqcadan xəbərdar etməklə müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verəcəyi barədə məlumatlandırdığını göstərib, sözügedən icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsini iddia edir. Cavabdeh1 isə qarşılıqlı iddia ərizəsində iddia edir ki, sözügedən müqavilənin şərtlərinə görə İddiaçı onu 6 ay qabaqcadan xəbərdar etməklə icarə müqaviləsini birtərəfli qaydada vaxtından əvvəl ləğv edə bilər. Bunun üçün müqaviləyə xitam verilən vaxtadək icra olunmuş öhdəliklər üzrə hesablaşma aparılmalıdır. Hazırki halda müqaviləyə İddiaçı tərəfindən vaxtından əvvəl xitam verildiyi üçün tam icra müddəti ərzində ödənilən və ödəniləcək icra haqqının onqat məbləği şəklində İddiaçı ona pul qaytarmalıdır. Bu baxımdan müqavilənin şərtləri İddiaçı tərəfindən pozulduğundan sonuncudan onun xeyrinə 300.000 manat pul tutulmalıdır. Əvvəla, apelyasiya instansiyası məhkəməsi il k iddianı təmin edərkən sözügedən müqavilənin şərtlərini Mülki Məcəllənin 404.1, 404.2-ci maddələrinin tələbləri baxımından düzgün təfsir etməyib. Belə ki, həmin müqavilənin 3-cü bəndində göstərilir ki, bu müqavilə xx xxxxxxxx 2025-ci il tarixədək bağlanıb və müqavilənin 11-ci bəndində göstərilir ki, hər hansı bir tərəf digər tərəfi 6 ay qabaqcadan xəbərdar etməklə bu Müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. Müqaviləyə vaxtından əvvəl xitam verildikdə həmin vaxtadək icra olunmuş öhdəliklər üzrə hesablaşma aparılmalıdır. Müqaviləyə icarəyə verən tərəfindən vaxtından əvvəl xitam verildiyi halda, tam icra müddəti ərzində ödənilən və ödəniləcək icarə haqqının onqat məbləği şəklində icarəçiyə qaytarılmalıdır. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsini n 1-ci bəndinə əsasən, icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Həmin Qanunun 12-ci maddəsində göstərilir ki, icarənin müddəti müqavilə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 704.1-ci maddəsində göstərilir ki, əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, sözügedən qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanarkən icarə müddətinin xx xxxxxxxx 2025-ci il tarixədək müəyyən edilməsinə, İddiaçı icarə müqaviləsində şərtləndirilmiş 6 aylıq xəbərdarlıq müddətini gözləmədən, yəni ic arə müqaviləsinin ləğvinə dair xx xxxx 2019-cu il tarixdə Cavabdeh1 yazılı təklif göndərdikdən 1 ay sonra xx xxxxxx 2019-cu il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə diqqət yetirmədən, Cavabdeh1 icarəyə götürdüyü qeyriyaşayış sahəsi üzərində “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 1-ci bəndi ilə qorunan hüququnu nəzərə almamışdır. Halbuki, həmin maddənin mənasına görə, icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. Digər tərəfdən, icarə müqaviləsinin şərtlərinə görə, müqaviləyə vaxtından əvvəl xitam verildikdə həmin vaxtadək icra olunmuş öhdəliklər üzrə hesablaşma aparılmalıdır. Eyni zamanda əgər müqaviləyə icarəyə verən tərəfindən vaxtından əvvəl xitam verili rsə, bu halda tam icra müddəti ərzində ödənilən və ödəniləcək icarə haqqının onqat məbləği şəklində icarəçiyə pul qaytarılmalıdır. Hazırki halda, İddiaçı iddia edir ki, Cavabdeh1 icarə müqaviləsinin qüvvədə olduğu müddətdə ona bir manatda olsun icarə haqqı ödəməyib, sonuncu isə bununla razılaşmır və iddia edir ki, qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlayarkən əvvəlki mülkiyyətçi xx yazılı qəbzlərə və fotoşəkillərə əsasən xx xxxxxx 2015-ci ildə 29.500 ABŞ dolları, 3.500 manat, xx xxxxxx 2015-ci ildə 500 manat, xx xxxxxxxx 2015-ci ildə 200 manat, xx xxxxxxxx 2015-ci ildə 100 manat olmaqla, 10 illik icarə haqqını- yəni cəmi 30.000 manat pulu əvvəlcədən ödəyib. İşin bu halları X4 x, İddiaçı və digərlərinə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqı borcunun, zərərin, gecik mə faizinin və hüquqi xidmətə görə xərcin əvəzinin ödənilməsi” iddiasına dair mülki iş üzrə qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə də müəyyən edilir. Belə ki, apelyasiya instansiyası məhkəməsi sözügedən qətnamə ilə qeyd olunan qəbzləri və fotoşəkilləri mötəbər sübut kimi qəbul edərək, bu nəticəyə gəlib ki, Cavabdeh1 icarə obyektinin 11 ay 26 gün üçün olan icarə borcundan və iddia olunan zərər məbləğindən xeyli artıq pul vəsaitini xxxödəmişdir. Eyni zamanda həmin qətnamədən görünür ki, apelyasiya baxışı zamanı xx nümayəndəsi izahatında sözügedən qəbzlərdə göstərilən pul vəsaitinin mübahisəli icarə haqqının ödənişləri olmayıb X4 xlə ticarət partnyoru olan başqa bir şəxsə olan borcunun qaytarılması ilə bağlı tərtib e dildiyini göstərmişdir. Belə olan halda, xx aldığı pul məbləğinin başqa münasibət (borc) üzrə ödəniş olduğunu iddia etdiyindən iddianı sübutetmə etmə yükü də onun üzərinə düşür. Apelyasiya instansiyası məhkəməsi, İddiaçı tələbinə əsasən icarə müqaviləsinə vaxtından əvvəl xitam verdiyi halda, həmin tarixədək icra olunmuş öhdəliklər üzrə heç bir hesablaşma aparmadan, Cavabdeh1 10 illik icarə haqqını əvvəlcədən xx ödəyib-ödəməməsini araşdırmadan, tam icra müddəti ərzində ödənilən və ödəniləcək icarə haqqının məbləğini müəyyən etmədən və 10 illik icarə haqqı həqiqətən əvvəlcədən xx ödənilmişdirsə, bu halda İddiaçı ödənilmiş icarə haqqını onqat məbləğ şəklində Cavabdeh1 qaytarmalı olmasını nəzərə almadan və qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-c u il tarixli qətnaməsi ilə müəyyən edilmiş bu kimi halların hazırki işdə iştirak edən şəxslər üçün preyudsial əhəmiyyət daşıyıb-daşımamasına hüquqi qiymət vermədən, ilk iddianın əsaslı olması qənatinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli Qərarında qeyd olunub ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. “İcarə haqqında” Azərbaycan Res publikası Qanunun 13-cü maddəsinin 1-ci bəndinə əsasən, icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Eyni hüquqi mövqe Mülki Məcəllənin 421.1 və 421.2-ci maddələrində də təsbit edilib göstərilib. Sadalanan normaların mənasına görə, müqavilinin ləğv edilməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yalnız tərəflərin qarşılıqlı razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda lə ğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində, o müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş olur. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni qeyd olunan maddələrin tələbləri ilə əsaslandırmağa çalışsa da, Cavabdeh1 tərəfindən 11 ay 26 gün müddət ərzində icarə müqaviləsinin əhəmiyyətlə dərəcədə pozulmasının nədən ibarət olmasını, bunun nəticəsində digər tərəfə, yəni İddiaçı və ya xxxhər hansı formada zərər dəyib-dəyməməsini, icarə müqaviləsi bağlanarkən sonuncunun ümid etməyə haqqı çatanlardan məhrum və bunun xeyli dərəcədə olub-olmamasını, qeyri-yaşayış sahəsini satın alarkən İddiaçı həmin qeyri-yaşayış sahəsi üzərində Cavabdeh1 icarə hüququnun olmasın ı bilib-bilməməsini və həmin qeyri-yaşayış sahəsi üzərində yüklülüyün olmamasına münasibətdə onun vicdanlı olub-olmamasını araşdırmadan, yalnız qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun İddiaçı keçməsinə əsas tutub Cavabdeh1 qeyri-yaşayış sahəsinə olan icarə hüququna xitam vermişdir. Halbuki, Mülki Məcəllənin 158.3-cü maddəsində göstərilir ki, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur. Bundan başqa, işdən görünür ki, qeyri-yaşayış sahəsi 11 ay 26 gün müddət ərzində Cavabdeh1 icarəsində olub və sonradan o, həmin qeyri-yaşayış sahəsindən çıxarılıb. Bundan sonra qanuni qüvvəyə minmiş Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ilk iddiası təmin edilərək, sonuncu ilə xxx arasında bağlanmış xx xxxx 2015-ci il tarixli icarə müqaviləsindən irəli gələn istifadə hüququ bərpa edilərək, xxx və İddiaçı icarə müqaviləsində göstərilən fındıq sexindən çıxarılması və Cavabdeh1 həmin sexə köçürülməsi qət edilib, eyni zamanda ilk iddia xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində, həmçinin X4 xə qarşı “xx xxxx 2015-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsi rədd edilib. Apelyasiya instansiyası məhkəməsi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktları nəzərə almadan, işə əlavə edilmiş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət vermədən, qarlıqlı iddianın rədd edilməsi hissəsində birinci instansiya məhkəməsini n gəldiyi nəticə ilə razılaşmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələbləri ni rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)644/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar