Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7311/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli 2(103)9822/2019 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 10 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ə.R.Səmədov, iş № 2(008)-3615/2019) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilərək cavabdehdən bir uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin, eləcə də 3 yaşına çatanadək uşağın saxlanılması üçün hər ay 100 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.N.Sadıqov, İ.S.Şirinov və A.N.İmanov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 10 may 2019-cu il tarixli qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin məbləği 500 manat müəyyən olunmuş, eləcə də uşaq 3 yaşına çatana kimi saxlanılması üçün cavabdehdən 150 manat tutulması qət edilmişdir. İşin halları: Tərəflə r 06 dekabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan bir uşaqları olmuşdur. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 25 iyun 2019cu il tarixli qiyabi qətnaməsi ilə nikahları pozulmuş, uşaq anasının yanında saxlanılmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 uşağın yetkinlik yaşına çatana kimi hər ay 1000 manat, 3 yaşına çatana kimi hər ay 500 manat tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli qətnaməsindən hər iki tərəf kassasiya şikayəti vermişdir. Cavabdeh şikayətində məhkəmə kollegiyasının alimentin məbləğini müəyyən e dərkən sübutlara düzgün qiymət verməməsini əsas göstərməklə qətnamənin ləğv edilib işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İddiaçı isə qət olunmuş alimentin məbləğinin az olmasından şikayətlənərək iddiasının tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili, cavabdeh və cavabdehin vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, hər iki tərəf qət olunmuş alimentin məbləğindən narazıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. (78.1.) Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (78.2.) Apellyasiya instansiyası məhkəməsi cavabdehdən uşağın saxlanılması üçün tutulan alimentin məbləğini müəyyən edərkən onun s ahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yüksək qazanc əldə etməsini və qət olunan məbləğdə aliment ödəmək imkanında olmasını əsas göstərmişdir. Belə bir nəticəyə gələrkən məhkəmə kollegiyası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla iş departamenti tərəfindən verilmiş arayışa əsaslanmışdır. Həmin arayışdan görünür ki, cavabdehin 2018-ci il ərzində dövriyyə məbləği 166.925,20 manat təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi uşağın əvvəlki təminatının saxlanılması üçün cavabdehdən uşağın yetkinlik yaşına çatana kimi hər ay 500 manat, 3 yaşına çatana kimi isə 150 manat məbləğində aliment tutmuşdur. Qət olunmuş alimentin məbləği cavabdehin maddi vəziyyətinə uyğun olduğundan kollegiya həmin nəticə ilə razılaşır və hesab edir ki, alimentin məbləğinin artırılması və yax ud qətnamənin ləğv edilib işin yeni apellyasiya baxışına qaytarılması üçün əsaslar yoxdur. Qətnamə işdə olan sübutlara və qanunun tələblərinə uyğun çıxarılmışdır. Göstərilənlərlə əlaqədar kollegiya kassasiya şikayətlərinin dəlillərini əsassız, qətnaməni isə qanuni və əsaslı sayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 29 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7311/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7311/2019
27.11.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver