Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-732/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 28 fevral 2019-cu il İş № 2(102)-732/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnadan (sədrlik edən və məruzəçi-hakim), Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11510/2018 saylı 12 noyabr 2018-ci il tarixli qərardadından cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh x2 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh vəsatət verərək hər iki tərəf hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqlarından mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qərardadı ilə (hakim A.M.Süleymanova, iş № 2(001)-7642/2018) vəsatət təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayət Binəqədi Rayon Məhkəməsinin 24.09.2018-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli q ərardadı ilə (hakimlər İ.K.Xəlilov, (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və A.Q.Hüseynov, iş № 2(103)-11510/2018) cavabdehin şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.09.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.10.2018-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.10.2018-ci il tarixli qərardadının nəticə hissəsinin 4-cü abzasının “Qərardaddan kassasiya şikayəti verilə bilər” deyil, “Qərardaddan şikayət verilə bilməz” oxunması qərara alınmışdır. Cavabdeh x2 və onun vəkili Yusifov Araz Arzu oğlu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.10.2018-ci il tarixli qərardadından kassasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsi Mülki Ko llegiyasının 12 noyabr 2018-ci il tarixli qərardadı ilə (hakimlər İ.K.Xəlilov, (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və A.Q.Hüseynov, iş № 2(103)-11510/2018) həmin kassasiya şikayəti qaytarılmışdır. Göstərilən qərardaddan cavabdeh x2 və onun vəkili Yusifov Araz Arzu oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 və onun vəkili Yusifov Araz Arzu oğlu kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən prosessual hüquq normalarının pozulmasına istinad edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişlər. Prosessual məsələlər: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak ed ən şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, işin materiallarını tədqiq edib, kassasiya şikayətinin dəlillərini yoxlamaqla aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normasının tələbi pozulmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edil məlidir. Belə ki, hazırda qüvvədə olan Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, Mülki Prosessual Məcəllədə kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuş məhkəmə aktları konkret olaraq göstərilmişdir. Hazırda mübahisələndirilən qərardadı qəbul edərkən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mə hkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qərardadı və ona düzəliş edilməsinə dair 23 oktyabr 2018-ci il tarixli qərardadından kassasiya şikayəti verilə bilməz. Məhkəmə bu qənaətə gələrkən “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 31.10.2017-ci il tarixli Azərbaycan Respublikası qanununa, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsinə istinad etmişdir. Halbuki, məhz həmin 31.10.2017-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə edilmiş dəyişikliyə görə məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsinə dair qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Belə halda sözügedən qərardaddan verilmiş kassasiya şikayətinin geri qaytarılması qanunsuz olmuşdur. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402ci maddəsində konkret olaraq məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardaddan kassasiya şikayətinin verilməsi göstərilir, burada məhkəmə aidiyyəti ilə bağlı mübahisədən bəhs edilmir. Mülki Prosessual Məcəllənin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11510/2018 saylı 12 noyabr 2018-ci il tarixli qərardadı ləğv edilm əli və mülki iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Bununla belə, məhkəmə kollegiyası hazırki işin hallarını nəzərdən keçirib qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfdən iş vaxtını itirməyə görə ağlabatan miqdarda pul məbləği tutmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 120-ci maddəsinin tələbinə görə məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Şərh edil ənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3, 418, 419, 420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh x2nın kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11510/2018 saylı 12 noyabr 2018-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-732/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-732/2019
28.02.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver