Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7339/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçıtərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7661/2019 nömrəli iş üzrə 13 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami rayon məhkəməsinin (hakim Məzahir Sadıqov) 06 mart 2019-cu il tarixli, 2(007)-534/2019 saylı qətnaməsi ilə İddia çı Cavabdeh qarşı cavabdeh tərəfindən edilən qanunsuz müdaxiləyə son qoyulması, cavabdehin təqsiri ucbatından vurulmuş mənəvi zərərin ödənilməsi barədə ilkin iddia tələbi və Cavabdeh İddiaçı qarşı mənzilinin çöl divarına bitişik və ümumi istifadədə olan sahədə quraşdırılmış saxlanc yerinin İddiaçı hesabına sökülməsi, həmin sahənin boşaldılması, 5000 manat mənəvi zərərin, 537 manat isə maddi ziyanın, ümumilikdə 5537 manat maddi və mənəvi zərərin İddiaçı tutularaq Cavabdeh verilməsi barədə qarşılıqı iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elşad Şamayev - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qism ən təmin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 06 mart 2019-cu il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh qarşılıqlı iddiası qismən təmin edilərək Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 54 nömrəli evin 85 və 86 nömrəli mənzilləri yerləşən girişinin (blokunun) İ mərtəbəsində, pilləkənın altında İddiaçı tərəfindən zəbt olunmuş saxlanc yerinin İddiaçı hesabına sökülməsi və həmin sahənin boşaldılması, Cavabdeh tərəfindən etibarnamənin verilməsi üçün ödənilmiş 1500 Rus rublu, onun tərcüməsinin notariat qaydasında təsdiq olunması üçün ödənilmiş 4 manat, etibarnamənin rəsmiləşdirilməsi üçün ödənilmiş 11,5 manat, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 1500 Rus rublu (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Rus rublunun manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə) və 60,5 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 54 nömrəli evin 86 nömrəli mənzili yerləşən blokunun 1-ci mərtəbəsindəki uzun illər istifadəsində olan anbardan istifadə etməsinə Cavabdeh tərəfindən edilən qanunsuz müdaxiləyə son qoyulması, cavabdehin təqsiri ucbatından vur ulmuş mənəvi zərərin əvəzi olaraq 3000 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq, İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. X1na qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinin çöl divarına bitişik və ümumi istifadədə olan sahədə quraşdırılmış saxlanc yerinin İddiaçı hesabına sökülməsi, həmin sahənin boşaldılması, 5000 manat mənəvi zərərin, 537 manat isə maddi ziyanın, ümumilikdə 5537 manat maddi və mənəvi zərərin İddiaçı tutularaq Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçıkassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının nömrəli iş üzrə 13 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir Kassasiya şikayəti onunla əsaslandırılmışdr ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisə predimeti olan yaşayış binasının giriş hissəsində pilləkanın altında yerləşən sahə həmin binanın tərkib hissəsinin mülkiyyətçilərindən olan Cavabdeh mənzilinə bitişik olduğundan və onun təyinatına zidd olaraq istifadə edildiyindən Cavabdeh qanunla qorunan hüquq və maraqlarını pozur. Həmçinin, apellyasiya instansiyanın gəldiyi digər qənaət ondan ibarətdir ki, X2 mübahisə predimeti olan ərazini qanunsuz zəbt etmiş və öz mənafeyinə uyğun istifadə edir.Lakin apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə heç bir mötəbər sübuta və dəlilə istinad edilmədən qətnamədə əks edilmişdir. Mübahisə predmeti olan hissə isə nəinki o, hətta bəzi qonşular tərəfindən istifadə edilir. Uzun illər Qarabağ müharibəsində könüllü iştirakı, müharibə veteranı olmağı sakinlərin ona hörmətlə yanaşması və həmin ümumi hissədən istifadədə maneəsiz istifadəsinə şərait yaratmalarında öz təzahürünü tapır ki, apellyasiya instansiya məhkəməsi bu halları nəzərə almaq əvəzinə əsassız olaraq ümumi istifadədə olan yeri tərəfindən zəbt edilmə kimi qiymətləndirmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işdən göründüyü kimi İddiaçı ilkin iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Həmçinin Cavabdeh qarşılıqlı iddia tələbinin rədd edilən hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmişdir. Ona görə də, qətnamənin mübahisələndirilməyən hissələri kassasiya qaydasında yoxlanılmır. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 iyun 2019-cu il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki 54 nömrəli evin 86 nömrəli mənzili İddiaçı və həmin evin 85 nömrəli mənzili Cavabdeh mülkiyyətindədir. Hər iki mənzilin yerləşdiyi girişin İ mərtəbəsindəki pilləkən altında olan boş sahə bağlanılaraq saxlanc yeri kimi İddiaçı tərəfindən istifadə olunur. Cavabdeh həmin sahənin onun yaşadığı mənzilin divarına bitişik olmasını əsas gətirərək, İddiaçı tərəfindən istifadə olunması nəticəsində hüquqlarının pozulduğunu, onu n mənzili üçün təhlükə yarandığını göstərmiş və saxlanc yerinin sökülməsini, ərazinin boşaldılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi həmin tələbə hüquqi qiymət verərkən hesab etmişdir ki, sözügedən saxlanc yeri (kladovka) Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsindəki 54 nömrəli yaşayış binasının tərkib hissəsinə aiddir, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi kimi Cavabdeh belə bir iddianı irəli sürməkdə subyektiv hüquqa malik olmamışdır, həmin hüquqa yalnız müvafiq icra hakimiyyəti orqanı və ya yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi yığıncağı, ümumi yığıncağın qərarı ilə malikdir. Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsindəki 54 nömrəli evin ümumi istifadəsində olan sahəsində quraşdırılmış saxlanc yerinin sökülməsi ilə bağlı iddia tələbi, buna müvafiq subyektiv hüquqa malik olan orqan tərəfindən deyil, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə eyni statusa malik olan çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçilərindən biri Cavabdeh tərəfindən qaldırılmışdır, belə olan halda qarşılıqlı iddianın həmin hissədə təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi m ülkiyyətçilərinə mənsubdur. Həmin Məcəllənin 227.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin bina da birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitartexniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Apellyasiya instansiyası məhkə məsi hesab etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi mülkiyyətində olan sahə ilə bağlı iddia irəli sürməkdə subyektiv hüquqa yalnız müvafiq icra hakimiyyəti orqanının və ya yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi yığıncağının malik olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Belə ki, yaşayış binasının girişində pilləkənın altında yerləşən sahə həmin binanın tərkib hissəsinin mülkiyyətçilərinin, o cümlədən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ümumi mülkiyyəti olduğundan, göstərilən sahə sonuncunun yaşadığı mənzilə bitişik olduğundan və onun təyinatına zidd olaraq istifadə edilməsi onun qanunla qorunan hüquq və maraqlarını pozduğundan Cavabdeh müzakirə edilən iddianı irəli sürməyə subyektiv hüququ olmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.2-ci maddəsinin tələblərinə zidd olaraq binanın girişində olan pilləkənaltı sahəni zəbt etdiyindən və öz mənafelərinə uyğun istifadə etdiyindən, bununla da digər mülkiyyətçilərin, o cümlədən Cavabdeh hüquqlarını pozduğundan sonuncunun iddiası saxlanc yerinin sökülməsi və sahənin boşaldılması hissəsində əsaslı hesab olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin məhkəmə xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissələri cavabdeh tərəfindən mübahisələndirilmədiyindən qətnamə həmin hissələrdə də kassasiya qaydasında yoxlanılmadı. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətində qeyd edilən hallar apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış qanuni və əsaslı qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 iyun 2019-cu il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhb ər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7661/2019 nömrəli iş üzrə 13 iyun 2019-cu il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-7339/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7339/2019
09.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver