Məhkəmə qərarları › İş №2(102)-736/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-736/2019

04.02.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-736/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-736/2019 şəhəri 04 fevral 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili ** oğlunun, Cavabdeh qızının və vəkili* oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.09.2018-ci il tarixli, 2(103)-9390/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili ** oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ET Dİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 06.06.2018-ci il tarixli 2(004)-2514/2018 nömrəli qətnaməsi ilə iddiaçi İddiaçı Cavabdeh Yasin qızına qarşı “uşaqların atanın himayəsinə verilmələri” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov və A.İmanov) 10.09.2018-ci il tarixli, 2(103)-9390/2018 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06.06.2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı və vəkili ** oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.09.2018ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh Yasin qızına qarşı “valideynlik hüquqlarını n bərpa müdafiəsi, uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə 07.02.2018-cı il tarixdə məhkəməyə müraciət edərək, valideynlik hüquqlarının bərpa edilməsi, 11.01.2002-ci il təvəllüdlü X2 və 28.07.2005-ci il təvəllüdlü X1 analarının himayəsindən alınıb onun himayəsinə verilməsi və uşaqlarının onun yanında qalmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını iş üzrə üçüncü şəxs qismində cəlb etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, üçüncü şəxs Yasamal rayon İcra Hakimiyy ətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili ** oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işin faktiki halları araşdırılmamış və cavabdehin həyat tərzi işin fəatiki halları ilə müqayisəli şəkildə tədqiq edilməmişdir. Belə ki, hərtərəfli araşdırma aparılarsa, tam və dolğun şəkildə iddia tələbinə qiymət verilə bilər. İş materiallarından da görünür ki, uşaqların iddiaçının himayəsinə verilməsindən imtina edilməsi üçün heç bir əsas yoxdur. Çünki cavabdehin h əyat tərzini nəzər alsaq onun uşaqlara baxması üçün normal şəraiti belə yoxdur. Onun isə övladlarına baxması üçün yüksək şəraitli mənzili və normal gəliri vardir. Eyni zamanda azyaşlı övladı Bəhruzun onun yanında qalmaq istəməsinə, anası ilə həyat tərzinə görə yaşamaq istəməməsinə, qəyyumluq və himayəçilik komissiyasında və birinci instansiya məhkəməsində bu barədə bildirməsinə, birinci instansiya məhkəməsində iş baxılıb yekunlaşdıqdan sonra da onun iddiaçı ilə yaşamasına və anasının yanına qayıtmamasına baxmayaraq, məhkəmə kollegiyası qətnamə qəbul edərkən bu kimi hallara heç bir əhəmiyyət və hüquqi qiymət verməmişdir. Halbuki 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan faktiki hallarını tam və hərtərəfli araşdırm amış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qənaətinə gələrkən səhvə yol vermiş, düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.09.2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, işi yeni baxılması üçün apellyasiya insitansiyası göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh qızının və vəkili* oğlu kassasiya şikayəti ilə razılaşmayaraq, məhkəmədən təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.09.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06.06.2018ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, tərəflər qeyri-rəsmi ailə münasibətlərində yaşamışlar, qeyri-rəsmi nikahlarından 11.01.2002-ci il tarixdə X4 və 28.07.2005-ci il tarixdə X3 anadan olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.05.2017-ci il tarixli, 2(004)-4481/2017 saylı qətn aməsi ilə də İddiaçı 11.01.2002-ci il təvəllüdlü X2 və 28.07.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 136,60 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh Yasin qızına ödənilməsi qət edilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki mübahisənin həllinin priaritet məsələsi 11.01.2002-ci il təvəllüdlü X2 və 28.07.2005-ci il təvəllüdlü X1 maraqlarının daha yaxşı təmin edilməsinə yönəldilmişdir. Mövcud mübahisəyə bu aspektdə baxdıqda 11.01.2002-ci il təvəllüdlü X2 və 28.07.2005-ci il təvəllüdlü X1 ataları İddiaçı himayəsinə verilməsi məqsədəmüvafiq deyil. Belə ki, tərəflərin faktiki nikahından anadan olmuş uşaqlar hal-hazırda analarının yanında qalırlar, iddiaçı tərəfindən isə uşaqların cavabdehdən alın ıb ona verilməsini əsaslandıran yeni halların yaranmasına dair isə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar q əbul edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. «Uşaq hüquqları» haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və proku rorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə görə də məhkəmələr, uşaqlar barəsində gö rülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış, uşağın vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıd üzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bil məz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili ** oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.09.2018-ci il tarixli, 2(103)9390/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhk

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar