Məhkəmə qərarları › İş №2(102)-7371/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7371/2019

10.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7371/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı vəkili Vəkil, Cavabdehxxxx” ASC vəkili X1, üçüncü şəxs “xxxx” Bank ASC nümayəndəsi X4 və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli, 2(103)5430/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 18 oktyabr 2018-ci il t arixli, 2(006)5241/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim P.A.Hüseynov) İddiaçı Cavabdehxxxx ASC və digərlərinə qarşı “həyat sığortası şəhadətnaməsi üzrə sığorta ödənişinin ödənilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli, 2(103)5430/2019 saylı qətnaməsi ilə (hakimlər X.A.Cəmilova sədrlik edən, məruzəçi, İ.K.Xəlilov və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı “həyat sığortası şəhadətnaməsi üzrə sığorta ödənişinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə mürac iət edərək, Cavabdehxxxx ASC ilə aralarında bağlanmış 10 iyul 2014-cü il tarixli “həyat sığortası” Şəhadətnaməsinə əsasən onun faydalanan şəxs, “xxxx” Bank ASC 20 Yanvar filialına 10 iyul 2018-ci il tarixə olan 31.352 manat kredit borcunun qalığı məbləğində sığorta ödənişinin Cavabdehxxxx ASC alınıb “xxxx” Bank ASC xeyrinə ödənilməsi, əmək qabiliyyətini itirdiyi 2017-ci ilin mart ayından 10 iyul 2018-ci il tarixədək “xxxx” Bank ASC ödədiyi 9.760 manat pul ödənişinin Cavabdehxxxx ASC alınıb ona ödənilməsi, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 200 manat xidmət haqqının və məhkəməyə ödədiyi 30 manat dövlət rüsumunun Cavabdehxxxx ASC alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİ LLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Cavabdehxxxx ASC kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdehxxxx ASC vəkili X, üçüncü şəxs “xxxx” Bank ASC nümayəndəsi Nərmin İmanlı və vəkili X2 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında imzalanmış həyat sığortası şəhadətnaməsində sığorta ödənişinin sığorta olunanın sığorta müddəti ərzində ölməsi; sığorta müddəti ərzində əmək qabiliyyətini xəstəlik və fərdi qəza nəticəsində daimi tam itirməsi (İ və İİ qrup əlillik təyin edilməsi) halında ödənilməsinin nəzərdə tutulmasına, hazırki halda isə iddiaçının əmək qabiliyyətini daimi itirməməsinə, ona əlillik dərəcəsinin sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə təyin edilməməsinə və belə olan halda iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 883.1, 885.1, 885.3cü madd ələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, 09 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, “xxxx” Bank ASC tərəfindən iddiaçıya 115 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə 44.680 manat kredit verilib. Eləcə də Cavabdehxxxx ASC ilə iddiaçı arasında bağlanmış 10 iyul 2014-cü il tarixli həyat sığortası Şəhadətnaməsinə əsasən, 09 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçının həyatı sığorta müddəti ərzində ölməs i; əmək qabiliyyətini xəstəlik və fərdi qəza nəticəsində daimi tam itirməsi, sığorta müddəti ərzində ona İ və İİ qrup əlillik təyin edilməsi hallarında sığorta riskləri üzrə sığortalanıb. Şəhadətnamədə faydalanan şəxs kimi “xxxx” Bank ASC 20 Yanvar filialı göstərilib, sığorta məbləği 44.680 manat, sığortanın qüvvədə olduğu müddət isə 10 iyul 2014-cü il saat 00:01-dən, 10 iyul 2017-ci il saat 24:00-dək müəyyən edilib. Həmçinin sığorta ödənişinin verilməsi- ölüm halında sığorta məbləğinin 100 faizi, əmək qabiliyyətinin xəstəlik və fərdi qəza nəticəsində daimi tam itirilməsi (İ və İİ qrup əlillik) halında isə Tibbi-Sosial Eksper Komissiyasının arayışında qeyd edilmiş faiz həcmində ödənilməsi müəyyən edilib. İşdən görünür ki, iddiaçı, 25 yanvar 2018-ci il tarixdə ilkin müayinədən keçib və Ti bbi-Sosial Eksper Komissiyası tərəfindən ona İİ qrup əlillik təyin edilib və səbəb kimi ümumi xəstəlik göstərilib, növbəti müayinə tarixi isə 25 yanvar 2023-cü il tarixədək müəyyən edilib. Eyni zamanda işdən görünür ki, iddiaçıya “soxulcanabənzər çıxıntının, qalxan çənbər bağırsağın xərçəngi; cərrahi əməliyyatdan və KDM-dən sonrakı vəziyyət; PT3N1M0, zəif diferensasiyalı G3 İİİ mərhələ” diaqnozu qoyulub. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən keçirilmiş sonuncu müayinə zamanı iddiaçıya İİ qrup əlillik dərəcəsi təyin edilib və ona “soxulcanabənzər çıxıntının, qalxan çənbər bağırsağın xərçəngi; cərrahi əməliyyatdan və KDM-dən sonrakı vəziyyət; PT3N1M0, zəif diferensasiyalı G3 İİİ mərhələ” diaqnozu qoyulub və əlilliyin səbəbi kimi ümumi xəstəlik göstərilib. Əlillik müddəti 25 yanvar 2023 -cü il tarixədək müəyyən edilib. İddiaçı, sığorta ödənişinin verilməsi barədə Cavabdehxxxx ASC müraciət etsə də, sonuncu, həyat sığortası Şəhadətnaməsində sığorta ödənişinin sığorta olunanın sığorta müddəti ərzində ölməsi; sığorta müddəti ərzində sığorta olunanın əmək qabiliyyətini xəstəlik və fərdi qəza nəticəsində daimi tam itirməsi (İ və İİ qrup əlillik təyin edilməsi) halında ödənilməsini və hazırki halda onun əmək qabiliyyətini daimi itirməməsini, ona əlillik dərəcəsinin sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə təyin edilməməsini əsas tutub sığorta ödənişinin verilməsindən imtina edib. Göründüyü kimi tərəflər arasında bağlanan həyat sığortası Şəhadətnaməsinə əsasən sığorta risklərinə- sığortalının sığorta müddəti ərzində ölməsi; əmək qabiliyyətini xəstəlik və fərdi qəza nəticəsin də daimi tam itirməsi (İ və İİ qrup əlillik sığorta müddətində təyin edilərsə) aid edilib. Yəni sığortalıya sığorta ödənişinin verilməsi onun əmək qabiliyyətini daimi tam itirməsi halında sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İ və İİ qrup əlillik dərəcəsinin təyin edilməsi ilə şərtləndirilib. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayıb hesab edir ki, aşağıdakılara görə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, əvvəla iddiaçı sağlamlığını 2017-ci ilin mart ayında itirib və o, 15 may 2017ci il tarixdə tibb müəssisəsinə müraciət edərək müalicə alıb. Tibb müəssisəsindən çıxdıqdan sonra isə o, qeydiyyatda olduğu yer üzrə poliklinikaya müraciət edib və poliklin ika xəstəlik sənədlərini araşdırdıqdan sonra ona əlillik dərəcəsi verilməsi üçün Tibbi-Sosial Ekspert Komissiyasına elektoron müraciət edib və sonuncunun 25 yanvar 2018-ci il tarixli qərarı ilə ona İİ qrup əlillik təyin edilib. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Məcəllənin 404.1, 404.2-ci maddələrində isə müqavilənin məhkəmə təfsiri və onun qaydaları nəzərdə tutulub. Şübhəsiz ki, müqavilənin təfsiri zamanı hər şeydən əvvəl müqavilədəki söz və ifadələrin hərfi mənası aydınlaşdırılmalıdır. Bununla yanaşı məhkəmə bütövlükdə müqavilənin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almaqla tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirmə lidir. Bunları müəyyənləşdirmək üçün isə bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, həmçinin tərəflərin sonrakı davranışları nəzərə alınmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilə şərtlərini təfsir edərkən sadalanan maddələrin tələblərini pozaraq, iddiaçının əmək qabiliyyətini əslində xəstəlik nəticəsində sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə itirməsinə diqqət yetirmədən, onun xəstəlik tarixinə, bir sözlə sığorta hadisəsinin nə vaxt baş verməsinə aydınlıq gətirmədən, yalınız cavabdeh tərəfin gətirdiyi arqumentlərə əsaslanaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, cavabdeh tərəfin özünün istinad etdiyi “İpote ka kreditləri üzrə borcalanların həyatı sığortası” Qaydalarının 1-ci maddəsində göstərilir ki, sığorta hadisəsi dedikdə- müqavilədə nəzərdə tutulan və baş verməsi ilə sığortaçının, müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanının verdiyi və sığorta hadisəsinin baş verməsini təsdiq edən sənədlərin ona təqdim edilməsi şərti ilə sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş sığorta məbləğini faydalanan şəxsə ödəmək vəzifəsini yaradan haldır (hadisədir). Xəstəlik isə- ilk dəfə sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində təyin edilən sığorta olunanın xəstəliyi, yaxud mövcud olan xəstəliyin kəskinləşməsidir. Eələcə də həmin Qaydaların 6-cı maddəsinin 6.1.2-ci bəndində göstərilir ki, müqavilənin qüvvədə olduğu müddət ərzində, bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində ümumi əmək qabiliyyətini daimi tam və ya qismən itirməsi (əlavə təminat) sığorta riskləridir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, sığorta hadisəsinin sığorta müqaviləsinin qüvvədə oluduğu müddətdə baş verib-verməməsi, iddiaçının xəstəliyi ilə sığorta hadisəsi arasında səbəbli əlaqənin olub-olmaması aydınlaşdırılmadan, ona sığorta ödənişinin verilməsindən imtina edilməsi qanuni, əsaslı sayıla bilməz. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 saylı Qərarına istinad edib iddiaçıya əlillik dər əcəsinin 5 il müddətinə, yəni 25 yanvar 2013-cü il tarixədək təyin edildiyi üçün onun sağlamlığını müvəqqəti itirməsinə dair gəldiyi nəticədə açıq-aşkar əsaslı deyil. Belə ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsində əmək qabiliyyətinin tam və qismən itirilməsinin anlayışı verilmişdir və həmin qeyddə göstərilir ki, əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının qərarı ilə işçiyə müvafiq dərəcədən əlillik qrupu və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və V bəndlərində göstərilir ki, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 2.6-cı maddəsində göstərilir ki, fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində də səhvə yol verib və tətbiq edilməli olan qanunu tətbiq etməməklə Azərbaycan Respublikası MPM-nin 386, 418.1, 418.2-ci maddələrinin tələblərini pozub. Həmin maddələrdə göstərilir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Ona görə də kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, i ş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli, 2(103)-5430/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar