Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7374/2019 18.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçıların vəkili Vəkil və cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və onların vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Nərimanov Rayon Məhk əməsinin (hakim K.Əmirxanova) 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər LPO Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nə qarşı ipoteka predmetinin satılmasının qanunsuz hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi, çıxarışın etibarsız hesab edilməsi və mənzilin geri qaytarılması barədə iddiа tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli, 2(103)8972/2019 saylı qətnaməsi ilə (hakimlər F.Babayev sədrlik edən və məruzəçi, X.Mərdanova və E.Həsənov) iddiaçılar tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(005)-1338/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər LPO Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşənevin 6 saylı mənzilin 25%-lə ipoteka saxlayana hərrac yolu ilə deyil, İpoteka haqqında Qanuna əsasən satılmasını qanunsuz hesab edilməsini, ipoteka müqaviləsinə xitam verilməsini, ipotekanın predmetinə dair ipoteka saxlayanın, yəni Cavabdeh2ın adına verilmiş mülkiyyət hüququ verən çıxarışın etibarsız hesab edilməsi və mənzilin geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlə r. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və onların vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası apellyasiya şikayətinə baxarkən maddi hüquq normalarının və prosessual hüquq normalarını pozmuş və bəzi hallarda düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş, iş üçün əhəmiyyəti olan halları sübut etməmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmədiyi halda mahiyyətcə düzgün olmayan qətnamə qəbul edərək birinci insta nsiya məhkəməsinin əsassız və qanunsuz qətnaməsini dəyişdirmədən saxlamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)8972/2019 saylı 19 iyun 2019-cu il tarixli qətnaməsini tamamilə ləğv edib, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçıların vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 19 iyun 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməkl ə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, 25 may 2011-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən, X5 məxsus ünvan 1 ünvanda yerləşənevin 6 saylı mənzil Cavabdeh2 ASC 45900 manat qiymətə almışdır. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nin hərracın yekunları barədə 25.05.2011 -ci il tarixli 55/10 nömrəli protokola əsasən X5 məxsus ünvan 1 ünvanda yerləşənevin 6 saylı mənzilin ilkin satış qiyməti 72000 manat olmuş, əmlakın satılmış son qiyməti 45900 manat müəyyən edilmişdir. Alıcı Cavabdeh2 ASC olmuşdur. Mənzilin açıq hərracdan alınması barədə 07 oktyabr 2011-ci il tarixli şəhadətnaməyə əsasən yaşayış evinin açıq hərracda satılması barədə Xammal və Əmtəə Birjası Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nin Hərracın yekunları barədə 55/10 nömrəli protokoluna əsasən ünvan 1 ünvanda yerləşənevin 6 saylı mənzilinə dair mülkiyyət hüququnun Cavabdeh2 ASC-yə məxsus olması müvafiq notarius tərəfindən təsdiq edilmiş, mənzil Cavabdeh2 ASC tərəfindən 45900 manat qiymətə alınmışdır. Cavabdeh2 ASC tərəfindən verilmiş etibarnamə əsasında çıxış edən X2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1 -ci maddəsinin məzmunu izah edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 29.05.2007-ci il tarixdə ağ ciyər ödəmindən Bakı şəhərində ölmüşdür. 001268 saylı arayışına əsasən ünvan 1 ünvanda yerləşənevin 6 saylı mənzildə İddiaçı1, İdd iaçı2 və İddiaçı3, X5, X4 və X3 qeydiyyatdadır. Dzerjinskiy Rayon ZAGS Bürosunun doğum haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı2 21,03.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01.05.2018-ci il tarixli, 2(102)-2718/2018 saylı qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20.04.2011-ci il tarixli, 2(102)-1187/2011 saylı qərarı ilə maraqlı şəxslər X8 və X9 kassasiya şikayəti təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27.02.2011-ci il tarixli, 1(101)-140/2011 saylı hökmü ilə X4 Azərbaycan Respublikası CMnin 178.3.2 maddəsi ilə təqsirli bilinib, əmlakı müsadirə olunmaqla 10 il müddətinə azadlıqdan məh rum etmə cəzasına məhkum edilmişdir. İş üzrə maddi ziyandan təqsirləndirilən şəxs X10 56312 manat alınaraq İddiaçı1 verilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar hazırki iddia tələbini irəli sürərkən qanunla müəyyən olunmuş müddəti də ötürmüşdür. Qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, o nları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquq normalarını nəzərə alaraq hesab etmişdir ki, birinci instansiyası məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi ü çün əsaslı hesab etməyərək belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları və tələbləri baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, nə birinci instansiyası məhkəməsinə nə də apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayətində qeyd olunan arqumentlərin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır (maddə 415.2); Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur (maddə 39.5); ‘İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6- və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi andən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəb ə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci naddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqe də n əzərə alınaraq qeyd edilmişdir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək h üququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğu vurğulanmışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi hüquq normaları düzgün olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, iş üzrə verilmiş apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən mad di hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək hazırki iş üzrə düzgün və əsaslı nəticəyə gəlinmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbə r tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 19 iyun 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7374/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7374/2019
18.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver