Məhkəmə qərarları › İş №2(102)-7382/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7382/2019

09.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7382/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X6, Cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin vəkili X1 iştirakı ilə, Cavabdeh4 və Cavabdeh1 ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6820/2019 nömrəli iş üzrə 25 iyul 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Pərviz Hüseynov) 2(006)-3896/2018 saylı 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1 ASC ilə İddiaçı arasında imzalanmış 04 noyabr 2014-cü il tarixli 618 №-li kredit müqaviləsinin təminatı kimi (kreditor-ipoteka saxlayan Cavabdeh1 ASC ilə alıcı-ipoteka qoyan İddiaçı arasında imzalanmış 04 noyabr 2014-cü il tarixli 02 №-li alqı-satqı və ipoteka müqaviləsi) xxx Cavabdeh1 ASC qarşısında ipotekasına xitam verilməsi, xxx ipoteka yüklülüyünün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ləğv olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) 25 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh4 və Cavabdeh3 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 20 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 ASC arasında bağlanmış 04 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, ona məxsus xxxə dair Cavabdeh1 ASC-nin ipoteka hüququnun ləğv edilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4-nin cavabdeh qismində işə cəlb edilməs i, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış 04 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi eyni tərəflər arasında bağlanmış 04 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, İddiaçı məxsus xxxə dair Cavabdeh1 ASC-nin (Cavabdeh4-nin) ipoteka hüququnun (yüklülüyünün) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)342/2017 saylı, 17 may 2017-ci il tarixli qətnaməsinə əsasən ondan Cavabdeh1 ASC-nin xeyrinə 345610 manat əsas, 62889 manat faiz və 12000 manat cərimə borcu olmaqla, cəmi 420499 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmeti olan ona məxsus xxx ilkin satış qiyməti ******* manat müəyyən edilməklə, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına Cavabdeh1 ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, xxx satıldıqdan sonra cavabdehlər İddiaçı və X2 evdən istifadə hüquqlarına xitam verilməklə onların evdən çıxarılmaları (ev iddiaçıya satıldığı təqdirdə), Cavabdeh1 ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi üzrə Sabunçu rayon İcra və Probasiya şöbəsində icraata başlanmış və əmlakın açıq hərracdan satılması üçün “Daşınar və Daşınmaz Əmlakların Satışı X12” MMC-yə sifar iş verilmişdir. “Daşınar və Daşınmaz Əmlakların Satışı X12” MMC tərəfindən müvafiq qaydada tərəflərə bildirişlər göndərilməklə və elanlar verilməklə xxx ilkin satış qiyməti ******* manat olmaqla açıq hərracdan satılması üçün 04 dekabr 2017-ci il tarixinə hərrac təyin edilmişdir. Hərracda iştirakçı olsa da, evin dəyəri ödənilmədiyindən hərrac baş tutmamışdır. Bundan sonra hərrac təşkilatçısı tərəfindən evin açıq hərracdan satılması üçün 22 yanvar 2018-ci il tarixə ilkin satış qiyməti ******* manat olmaqla açıq hərrac keçirilmişdir. Lakin hərracda iştirakçı olmamışdır. Bundan sonra hərrac təşkilatçısı evin satılması məqsədi ilə evin dəyərini 15% azaldaraq 892500 manat olmaqla 26 fevral 2018-ci il tarixə üçüncü hərrac keçirmişdir. Lakin üçüncü hərracda da əmlak satılmamışdır. Qeyd edilənlərdə n və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də aydın olur ki, hərrac artıq təşkilatçısı qanunvericiliyin tələblərinə zidd olaraq əmlakın satılması üçün 3 dəfə açıq hərrac təyin etmişdir. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş “Daşınar və Daşınmaz Əmlakların Satışı X12” MMC-nin sifarişçi, tələbkara və borcluya ünvanladığı 02.03.2018-ci il tarixli, 01/618 saylı məktubunda qeyd edilir ki, ipoteka ilə yüklənmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı fərdi yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 02.03.2018-ci il tarixli nömrəsində elan dərc edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Daşınar və Daşınmaz Əmlakların Satı şı X12” MMC-nin ona ünvanladığı 03 aprel 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ona məxsus xxxə dair icra sənədi üzrə mövcud qanunvericiliyə uyğun kütləvi informasiya vasitələrində elanlar dərc olunmuş, hərraclar təyin olunaraq tərəflərə bildirişlər göndərilmiş, alıcı müraciəti olmadığında təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı olmaqla tələbkar banka məlumat göndərilmişdir. Qeyd olunan iş X12nə tələbkar bank tərəfindən əmlakın balansa götürülməsi üçün razılıq məktubu daxil olmamışdır. Qeyd edilənlərə əsasən bildirir ki, ipotekaya məhkəmə qaydasında xitam verilməsi üçün 2 əsas mövcuddur. Birinci əsas ondan ibarətdir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni, 3-cü və ya daha artıq hərra cların keçirilməsi həmin Qanunun tələblərinə ziddir və ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. İkinci əsas ondan ibarətdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinin tələblərinə əsasən bank təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində əmlakı əldə etməmişdir. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Göründüyü kimi hazırki iş üzrə ipotekaya xitam verilməsi üçün kifayət qədər qanuni əsas vardır. Qeyd oluanları nəzərə alıb, iddanın t əmin edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması onda əks olunmuşdur ki, məhkəmə tərəflərə eyni cür yanaşmamış, sübutlara obyektiv, qərəzsi z, hərtərəfli və tam baxmamış, eləcə də, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir ki, nəticədə Azərbaycan Respublikası MPM-nin 8.2, 9.1, 88, 385.1.1 və 385.1.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Cavabdeh1” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanına əsasən, eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101 s saylı Sərəncamının icrası ilə əlaqədar ‘‘Cavabdeh1” ASC ilə Cavabdeh4 arasında “Problemli aktivlər üzrə tələb huququnun Cavabdeh4-yə güzəşt edilməsinə dair” 21.04.2017-ci il tarixli müqavilə imzalanmışdır. Qeyd edilən Sər əncamın icrası ilə bağlı Cavabdeh1 ASC- nin İddiaçı problemli borcu üzrə tələb hüququ da təhvil- təslim sənədləri əsasında Cavabdeh4-yə təhvil verilmişdir. Bununla əlaqədar proses zamanı tərəfin əvəz edilməsi ilə bağlı ərizə və təhvil-təslim aktının surəti təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi iddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfə qarşı qətnamənin qəbul edilməsi mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Yuxa rıda da qeyd olunduğu kimi, iddiaçının tələbinin yönəldiyi Cavabdeh1 ASC tələb hüququnu Cavabdeh4-yə güzəşt etdiyinə görə artıq iş üzrə üzrə cavabdeh ola bilməz. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə iclaslarında iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz olunması təklif olunsa da, o, təkliflə razılaşmamışdır. Bu baxımdan, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi iddiaya cavab verməli olmayan şəxsə qarşı iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Cavabdeh1 ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegi yasının 25 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İş materiallarında olan sənədlərdən göründüyü kimi “Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 № li Fərmanının icrası ilə əlaqədar “Cavabdeh1" ASC-nin problemli aktivləri ( borcları) üzrə tələb hüququnun güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqavilə əsasında "xxxx " QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı “Cavabdeh1" ASC-nin İddiaçı qarşı 345610 manat əsas borc, 74889 manat faiz borcu borcu olmaqla, cəmi 420499 manat məbləğində problemli borcu üzrə tələb hüququ da 13 dekabr 2017-cı il tarixli S-FK-991 nömrəli təhvil-təslim aktı əsasında "Cavabdeh1" ASC-dən “xxxx" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmiş və kredit borcu həmin vaxtdan Təşkilatın balansına götürülmüşdür. İddiaçı məxsus ipoteka qoyulmuş yaşayış evinin hərracda satılması ilə bağlı hərraclar 04.12.2017-ci il tarixdə, 22.01.2018-ci il tarixdə və 26.02.2018-ci il tarixdə keçirilmiş və bu barədə "Daşınar və Daşınmaz Əmlakların Satişi X11" MMC tərəfindən “xxxx" QSC Bank olmayan Kredit Təşkilatına hər hansı bir bildiriş göndərilməmişdir. İş materiallarında olan sənədlərdən də bu aydın görünür. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə görə İcraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (Fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. İş materiallarında olan sənədlərdən da göründüyü kimi "Cavabdeh1” ASC-nin İddiaçı qarşı 345610 manat əsas borc, 74889 manat faiz borcu, cəmi 420499 manat məbləğində problemli borcu üzrə tələb hüququ da 13 dekabr 2017-ci il tarixli təhvil-təslim aktı əsasında "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına güzəşt edilmiş və həmin tarixdən borc Cavabdeh1 ASC-ni n balansından çıxarılmışdır. Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsi "xxxx ASC-ni “xxxx“ QSC ilə əvəz etməmiş və bununla da "İcra haqqında' Azərbaycan Respublikası Qanunilinin 31-ci maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh4 hərracda iştirak etməli olduğu halda, iştirak etməmişdir. Ona heç bir təkilf göndəri1məmişdir. Bundan başqa “'İpoteka haqqında“ Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xilam verilir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ipoteka predmeti olan yaşayış evi Bakı şəhəri Səbail rayon məhkəməsinin 17 may 2017-ci il tarixli qətnaməsinin icrası ilə bağlı hərracda satılması üçün hərraca çıxarılmış, həmin əmlak ilkin və təkrar hərracda satılmamış, “Daşınar və Daşınmaz Əmlakların Satişi X12” MMC tərəfindən 25 faiz aşağı qiymətə Cavabdeh1SC-yə təklif olunmuş, lakin ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Lakin “Daşınar və Daşınmaz Əmlakların Satişi X12” MMC tərəfindən tələbkara ipoteka predmeli əldə edilmədiyi təqdirdə, ipotekaya xitam verilməsi barədə məktubun göndərilməsi onun səlahiyyətlərinə aid deyildir. Hərracın sifarişçisi Sabunçu rayon İcra və Probasiya şöbəsi tərəfindən "İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53-cü maddəsinin tələblərinə uyğun olaraq tələbkara təklif göndərilməsi icra məmurunun səlahiyyətlərinə aiddir. Belə ki, sözügedən Qanunun 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdi kdə, əmlak borcluya icra sənədi isə icra sənədini vermiş məhkəmə və va digər orqana qaytarılır. Sabunçu rayon İcra və Probasiya şöbəsi tərəfindən nə Cavabdeh1 ASC-yə, nə də ki, "xxxx'“ QSC Bank olmayan Kredit təşkilatma əmlakın təklif edilməsinə dair məktub göndərilməmişdir. Belə olan halda, hərrac baş tutmadığına və tələbkarın təklifdən imtina etdiyinə görə ipotekaya məhkəmə qaydasında xitam verilməsi qanunsuzdur. Tərəflərin izahatları: Cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətlərini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş et di. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olun an faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Bakı şəhəri Səbail rayon məhkəməsinin 17 may 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cəmi 420499 manatın tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus ******* manat qiymətləndirilmiş xxxə yönəldilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini alımış və icraya yönəlmişdir. İddiaçı məxsus xxx ilkin satış qiyməti ******* manat müəyyən edilməklə satışı üçün hərracın keçirilməsi 04.12.2017-ci il tarixə təyin edilmiş, lakin hərrac baş tutmamış, ev hərracda satılmamışdır. Bundan sonra evin ilkin satış qiyməti ******* manat müəyyən edilməklə yenidən satışı üçün hərracın keçirilməsi 22.01.2018-ci il tarixə təyin edilmiş, lakin hərrac baş tutmamış, ev hərracda satılmamışdır. Bundan sonra ev ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə 892500 manata təkrar hərraca çıxarılmış, təkrar hərracın keçirilməsi 26.02.2018-ci il tarixə təyin edilmiş, lakin təkrar hərrac da baş tutmamış, mənzil hərracda satılmamışdır. Bundan sonra ipoteka predmeti olan qeyd edilən mənzil ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə Cavabdeh1 ASC-yə təklif edilmiş, lakin bank ipoteka predmeti olan qeyd olunan mənzili əldə etməmişdir. Eyni zamanda 02.03.2018- ci il tarixdə təkrar hərracın baş tutmaması elan edilmiş, lakin həmin tarixdən bu günədək ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək Cavabdeh1 ASC ilə onun arasında bağlanmış 04 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsinə xitam verilməsini və ona məxsus xxxə dair ipoteka hüququnun (yüklülüyünün) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən ləğv edilməsini xahiş etmişdir. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən ipoteka predmeti ilə əlaqədar iki hərrac keçirilmiş və həmin hərraclar baş tutmadıqdan sonra üçüncü hərrac da keçirilmiş, həmin hərrac da baş tutmamışdır. Lakin ik i hərracdan sonra yenidən hərracın keçirilməsi qanuna ziddir. İpoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Lakin təkrar hərracın baş tutmamış elan edilməsi tarixindən 30 gündən artıq müddətin keçməsinə baxmayaraq, ipoteka predmeti Cavabdeh1 ASC tərəfindən qəbul edilməmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hər iki kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Həmin Qanunn 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən ge c olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunn 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam v erilir. Açıq hərracın keçirilməsinə dair 01/3742 №-li 03.11.2017-ci il tarixli bildirişin təsdiq edilmiş surətindən görünür ki, 04.12.2017-ci il tarixdə saat 11.00-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti ******* manat müəyyən edilməklə satışı üçün açıq hərracın keçirilməsi barədə Sabunçu rayon icra şöbəsinə, Cavabdeh1 ASC-yə, İddiaçı və X3 bildiriş göndərilmişdir. Açıq hərracın keçirilməsinə dair 01/3927 №-li 17.11.2017-ci il tarixli bildirişdən görünür ki, 04.12.2017-ci il tarixdə saat 11.00-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti ******* manat müəyyən edilməklə satışı üçün açıq hərracın keçirilməsi barədə Sabunçu rayon icra şöbəsinə, Cava bdeh1 ASC-yə, İddiaçı və X3 bildiriş göndərilmişdir. Açıq hərracın keçirilməsinə dair 01/14 №-li 05.01.2018-ci il tarixli bildirişin təsdiq edilmiş surətindən görünür ki, 22.01.2018-ci il tarixdə saat 11.00-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 1.050.000 manat müəyyən edilməklə satışı üçün açıq hərracın keçirilməsi barədə Sabunçu rayon icra şöbəsinə, Cavabdeh1 ASC-yə, İddiaçı və X3 bildiriş göndərilmişdir. Açıq hərracın keçirilməsinə dair 01/266 №-li 26.01.2018-ci il tarixli bildirişin təsdiq edilmiş surətindən görünür ki, 26.02.2018-ci il tarixdə saat 11.00-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti (1.050.000 - 15%) 892.500 manat müəyyən edi lməklə satışı üçün açıq hərracın keçirilməsi barədə Sabunçu rayon icra şöbəsinə, Cavabdeh1 ASC-yə, İddiaçı və X3 bildiriş göndərilmişdir. “Daşınaz və Daşınmaz Əmlakların Satışı X12” MMC tərəfindən 02.03.2018-ci il tarixdə Sabunçu rayon icra şöbəsinə, Cavabdeh1 ASC-yə, İddiaçı və X3 ünvanlanmış məktubun surətindən görünür ki, Sabunçu rayon icra və probasiya şöbəsi tərəfindən 19624-291846 saylı 19.10.2017-ci il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklənmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı f/yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 02.03.2018-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Azərbaycan Re spublikası “İpoteka haqqında” qanunun 43-cü maddəsinin müvafiq bəndlərinə uyğun olaraq ipoteka qoyan və saxlayana hərracın baş tutmadığı haqda kütləvi informasiya vasitəsilə məlumat verildiyi bildirilmişdir. Məhkəmə qərarını yekunlaşdırarkən ipoteka saxlayana ipoteka predmeti haqda qəbul etdiyi son qərarla hərrac təşkilatının tanış edilməsi xahiş olunmuşdur. “Daşınaz və Daşınmaz Əmlakların Satışı X12” MMC tərəfindən İddiaçı ünvanlanmış 03.04.2018-ci il tarixli 01/934 nömrəli məktubdan görünür ki, İddiaçı məxsus xxx icra sənədi üzrə mövcud qanunvericiliyə uyğun kütləvi informasiya vasitələrində elanlar dərc olunmuş, hərraclar təyin olunaraq tərəflərə bildirişlər göndərilmiş, alıcı müraciəti olmadığında təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı olmaqla tələbkar banka məlumat göndər ilmişdir. Qeyd olunan iş X12nə tələbkar bank tərəfindən əmlakın balansa götürülməsi üçün razılıq məktubu daxil olmamışdır. Nəzərə alınması xahiş edilmişdir. İddia tələbini təmin edərək ipotekaya xitam verən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təkrar hərracın baş tutmamış elan edilməsi tarixindən 30 gündən artıq müddətin keçməsinə baxmayaraq, ipoteka predmeti ipoteka saxlayan Cavabdeh1 ASC tərəfindən qəbul edilməmişdir. Lakin məhkəmə bu nəticəyə gələrkən nəzərə almamışdır ki, ikinci hərracın keçirildiyi və ipoteka predmeti Cavabdeh1 ASC-yə təklif edildiyi vaxta tələb hüququ Cavabdeh1 ASC-dən Cavabdeh4 güzəşt edilmişdir. Belə ki, Cavabdeh1 ASC ilə Cavabdeh4 arasında bağlanmış 11 avqust 2015-ci il tarixli Cavabdeh1 ASC-nin problemli aktivləri üzrə tələb hüququnun Cavabdeh4-yə güzəş t edilməsinə dair» müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanına uyğun olaraq Cavabdeh1 ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq Cavabdeh4-nin idarəetməsinə verməyi və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da Cavabdeh4-yə güzəşt etməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 ASC ilə Cavabdeh4 arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun Cavabdeh4-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə əlavə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar Cavabdeh4 tərəfindən Cavabdeh1 ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin 13.12.2017-ci il tarixli S-FK-991 nömrəli təhvil-təsliminə dair aktının surətindən görünür ki, borclu İddiaçı aid hüquqi sənədlər, 04.11.2014-cu il tarixli 618 №-li kredit müqaviləsi, borcun alınmasını təsdiq edən sənədlərin əsli və ya müvafiq qaydada təsdiq olunmuş surəti “Borc alan” İddiaçı 420499 manat faiz borcu məbləği ilə birlikdə Cavabdeh1 ASC tərəfindən Cavabdeh4-yə təhvil verilmişdir. Mülki Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələ bin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə görə, tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. İşdən göründüyü kimi, hərrac keçirilən zaman tələbkar dəyişmiş, hərracıkeçirən təşkilatı tərəfindən tələbkar “xxxx" QSC Bank olmayan Kredit Təşkilatına hər hansı bir bildiriş göndərilməmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə görə İcraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (Fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məm uru qərar qəbul edərək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. İş materiallarında olan sənədlərdən da göründüyü kimi "Cavabdeh1” ASC-nin İddiaçı qarşı 345610 manat əsas borc, 74889 manat faiz borcu, cəmi 420499 manat məbləğində problemli borcu üzrə tələb hüququ da 13 dekabr 2017-ci il tarixli təhvil-təslim aktı əsasında "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına güzəşt edilmiş və həmin tarixdən borc Cavabdeh1 ASC-nin balansından çıxarılmışdır. Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsi “xxxx” ASC-ni “xxxx“ QSC ilə əvəz etməmiş və bununla da "İcra haqqında' Azərbaycan Respublikası Qanunilinin 31-ci maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh4 hərracda iştirak etməli olduğu halda, iştirak etməm işdir. Ona heç bir təklif göndərilməmişdir. Apellyasiya instansiyası apellyasiya şikayətlərində göstərilən bu hallarla bağlı dəlillərə hüquqi verməmiş, şikayətlərin dəlilləri ilə bağlı hər hansı araşdırma aparmayaraq iş üzrə səhv nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəmə sinin Plenumunun 22.01.2013-cü il tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).” Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxu d qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh4-nin və Cavabdeh1 ASC-nin ayrı-ayrılı qda verdiklərikassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6820/2019 nömrəli iş üzrə 25 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar