Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7388/2019 28.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli 2(106)665/2019 saylı qətnaməsindən İddiaçı Fərzulla oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Sabirabad rayon məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.N.Pənahov, iş № 2(056)-65/2018) İddiaçı Fərzulla oğlunun Cavabdeh qarşı özbaşına tutulmuş torpaq sahəsinin geri qaytarı lması, qanunsuz çəkilmiş hasarın sökülməsi, darvazanın bərpa edilməsi, maddi və mənəvi zərərə görə 2000 manat tutulması tələbinə dair iddiası rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: M.K.Həsənov, İ.Q.Həsənov və Z.A.Zeynalov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sabirabad rayon məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Sabirabad şəhəri, X3 küçəsi, 4-də 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh, şəhərin həmin küçəsində 2 “A” ünvanında yerləşən torpaq sahəsi isə İddiaçı Fərzulla oğlunun mülkiyyətindədir. 2017-ci ilin sentyabr ayında İddiaçı Fərzulla oğlu ona məxsus torpaq sahəsinin Cavabdeh tərəfindən hasarın və darvazanın sökülm əklə oğurlanmasını və eləcə də torpaq sahəsinin zəbt olunmasını, ona 2000 manat məbləğində maddi və mənəvi zərərin dəyməsini əsas göstərməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə baxan məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı Fərzulla oğlu kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qa ydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddia ərizəsində və kassasiya şikayətində iddiaçı ona məxsus torpaq sahəsinin hasarının və darvazasının cavabdeh tərəfindən sökülməsini və torpaq sahəsinin zəbt edilməsini iddia et sə də, onun göstərdikləri iş materialları ilə təsdiq olunmadığından məhkəmə instansiyaları iddianın əsassız olması barədə nəticəyə gəlmişlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməs)qanunla q adağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt edilməmiş, ona maddi və mənəvi zərər vurulmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbini n əsaslı olmasını sübuta yetirə bilmədiyi üçün kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qəbul edilmiş qətnamə müəyyən edilmiş sübutlara və qanunun tələblərinə uyğundur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 13 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7388/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7388/2019
28.11.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver