Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-741/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRAR (Açar sözlər: əsas tələb üzrə iddia müddəti keçdiyi halda ipotekaya xitam verilməməsi və ipoteka predmetinin yüklülüyünün davam etməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2020-ci il tarixli, 2(103)-8854/2021 saylı qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh 1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 ASC ilə İddiaçı arasında 04.06.2015-ci il tarixdə bağlanmış 247 saylı kredit müqaviləsinə əsasən İddiaçı 24 ay müddətinə illik faiz dərəcəsi 22% faiz ödənilmək şərti ilə 8.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı mülkiyyətində olan “Range Rover” markalı, ağ rəngli, buraxılış ili 2009-cu il olan, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. X1 və X4 kreditorla zaminlik müqavilələri bağlayaraq, borcalanın öhdəliklərinin tam icra edilməsi üçün məsuliyyət daşımaq barədə öhdə lik götürmüşlər.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3745/2020 saylı, 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər İddiaçı, X3 və X2 qarşı 04.06.2015-ci il tarixli, 247 saylı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədə iddiası rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müqavilənin icra müddəti 04.06.2017-ci il tarixdə bitmiş, qanunvericiliklə müəyyən edilmiş üç illik müddətdə bank tərəfindən iddia verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək, 04.06.2015ci il tarixli, 247 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş “Range Rover” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüklülükdən azad edilməsi, bu barədə Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan şöbəsinə məlumat verilməsi öhdəliyinin Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmasına dair qətnamə çıxarılması xahiş edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona qarşı iddia tələbinin rədd olunmasını əsas tutaraq, Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna “Range Rover” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka yüklülüyündən azad edilməsi barədə arayışın təqdim edilməsinə dair 29.04. 2021-ci il tarixində ərizə ilə müraciət etmiş, lakin bu günə kimi ərizəsinə cavab verilməmişdir və mülkiyyətində olan avtomobil hələ də ipoteka ilə yüklüdür.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4290/2021 saylı, 06.07.2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia təmin edilməmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 399.3-cü maddəsinin birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddət inin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, Mülki Məcəllənin 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
7. Məhkəmə qeyd etmişdir ki, ipoteka predmetinin yüklülükdən azad edilməsi üçün ipotekaya xitam verilməlidir. İpotekaya xitam verilməsinin halları isə "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində göstərilmişdir ki, həmin maddədə nəzərdə tutulmuş hallardan heç biri hazırki iş üzrə müəyyən edilməmişdir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi ipotekaya xitam verilməsi barədə tərəflər razılığa gəlməmiş, ipoteka predmeti s atılmamış, ipoteka predmeti məhv olmamış və əsas öhdəliyə xitam verilməmişdir.
8. Qanunverici Mülki Məcəllənin 551-ci maddəsində öhdəliklərin xitamı üçün müddətlər müəyyən etmişdir. Həmin Maddənin 551.1-ci bəndinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə qeyd etmişdir ki, hazırda mübahisələndirilən müqavilə 04 iyun 2015-ci il tarixdə bağlanmış, lakin həmin tarixdən cəmi 6 ilə yaxın müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır ki, qeyd olunan 10 illik müddət isə hələ başa çatmamışdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apel lyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinin və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2(103)-8854/2021 saylı qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmaqla, İddiaçı ilə cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC arasında bağlanmış 04.06.2015-ci il tarixli, 247 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş “Range Rover” markalı, **-EK*** dövlət qeydiyyat nişanlı avtomobilin yüklülükdən azad edilməsi və bu barədə Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan şöbəsinə məlumat verilməsi öhdəliyi Ləğv prosesində olan Cavabdeh1 ASC-nin üzərinə vəzifə olaraq qoyulması qət edilmişdir.
12. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ləğv prosesində olan Cavabdeh1 ASC-nin iddiası təmin edilmədiyindən, borclu İddiaçı kredit öhdəliklərinə xitam verilmişdir. Belə olan halda isə həmin öhdəliyi təmin etmiş ipoteka öhdəliyinə də xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 554.3-cü maddəsinə görə, əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. 13. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsindən görünür ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımı r və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanılır.
14. Həmin Qanunun 15.1-ci maddəsində isə qeyd edilir ki, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir.
15. Həmin Qanunun 48.1.2-ci maddəsinin tələbinə görə isə əsas öhdəliyə xitam verildikdə, ipotekaya xitam verilir.
16. Göründüyü kimi, əsas öhdəliyə xitam verilməsi ipotekaya da xitam verilməsi ilə nəticələnir və bu, ipoteka saxlayanın və ya qeyrisinin iradəsindən asılı deyildir. Belə hallarda ipotekaya xitam verilməsi qanunun imperativ göstərişidir və bunun üçün əlavə hər hansı addım atmağa ehtiyac yoxdur. İpotekaya xitam verildiyi üçün ipoteka predmeti də ipoteka yüklülüyündən azad edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlillər i, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib yeni qərar çıxarmaqla iddianın təmin olunmasını və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işin halları tam və hərtərəfli araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazında kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı mövqeyini işin fa ktik hallarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə
269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 21. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu M a d d ə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır: 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququd ur; 1.0.8. əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir; 25.1. İpoteka qoyanın aşağıdakı hüquqları vardır: 25.1.4. ipoteka saxlayan ipoteka predmetinin saxlanmasını və ondan istifadə olunmasını lazımi qaydada təmin etmədikdə, ipotekaya xitam verilməsini və əsas öhdəliyin vaxtından əvvəl icrasının qəbul edilməsini məhkəmə qaydasında ipoteka saxlayandan tələb etmək. M a d d ə
29. İpoteka ilə təmin edilmiş borcun başqasına keçməsi Əsas öhdəlik üzrə borc başqasına keçdikdə (vərəsəlik qaydasında borcun keçməsi halları istisna olmaqla) ipoteka qoyan ipotekanın qüvvədə qalmasına ipoteka saxlayana yazılı razılıq vermədikdə ipotekaya xitam verilir. M a d d ə
32. İpoteka predmetinin məcburi alınmasının nəticələri 32.2. İpotek a predmeti olan əşya cinayət törədilməsinə və ya başqa hüquq pozuntusuna görə məhkəmə qaydasında müsadirə edildikdə ipotekaya xitam verilir. Bu halda ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. 32.3. İpoteka predmeti olan əşya əslində onun mülkiyyətçisinin başqa şəxs olmasına görə qanunla müəyyən edilmiş qaydada ipoteka qoyandan alındıqda bu əşya barəsində ipotekaya xitam verilir. M a d d ə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipoteka ya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. M a d d ə
43. Hərracın baş tutmamış elan edilməsi 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. M a d d ə
48. İpotekaya xitam verilməsi 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarını n pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Buna görə də kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarına əsasən yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.
24. Belə ki, iddiaçının tələbi “ipoteka ilə yüklü edilmiş avtomobilin yüklülükdən azad edilməsi, bu barəd ə qeydiyyat orqanına məlumat verilməsi öhdəliyinin ipotekasaxlayanın üzərinə qoyulması” barədədir. İddiaçı tələbinin faktiki əsası kimi ipoteka müqaviləsi ilə təminat verilmiş əsas öhdəlik (borc müqaviləsi) üzrə iddia müddətinin keçdiyini, bu halda ipotekaya məcburu tutma yönəldilməsinin mümkünsüzlüyünü göstərmişdir. İddia ərizəsində tələbin maddi-hüquqi əsası kimi “İpoteka haqqında” Qanunun 48.1.2 və 48.2-ci maddələrinə istinad edilmişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Qanunun “İpotekaya xitam verilməsi” adlanan 48-ci maddəsində ipotekaya xitam verilməsinə əsas olan beş hal müəyyən edilmişdir (ipoteka saxlayan və ipoteka qoyanın bu barədə razılığa gəlməsi; əsas öhdəliyə xitam verilməsi; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmetinin satılması; ipoteka p redmetinin məhv olması; bu Qanunla nəzərdə tutulmuş digər hallar).
26. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 554.3-cü maddəsinə və “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddələrinə istinad etmişdir.
27. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddiaya Mülki Məcəllənin 554.3-cü maddəsi tətbiq edilə bilməz. Çünki bu norma, Mülki Məcəllənin 384-cü maddəsində nəzərdə tutulan iddia müddətlərinin keçməsinə görə həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən iddianın rədd olunması ilə bağlı nəticələrlə deyil, Mülki Məcəllənin 551-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərin xitamı üçün nəzərdə tutulmuş müddətlərlə bağlıdır. Lakin baxılan işin faktiki halları ondan ibarətdir ki, tərəflərin arasında bağlanmış kredit müqaviləsi üzrə borcun ödə nilməsi barədə iddia tələbinə Mülki Məcəllənin 384-cü maddəsində nəzərdə tutulan müddət tətbiq edilmiş, üç illik iddia müddəti ötürüldüyünə görə həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən kreditorun iddiası təmin olunmamışdır.
28. Buna görə də hazırda verilmiş iddia Mülki Məcəllənin 375.2-ci maddəsi və “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinin tətbiqi ilə bilavasitə bağlıdır.
29. İşə baxmış birinci instansiya məhkəməsi də iddianın həlli zamanı “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə istinad etmiş və haqlı olaraq bildirmişdir ki, həmin maddədə nəzərdə tutulmuş hallardan heç biri hazırki iş üzrə müəyyən edilməmişdir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi ipotekaya xitam verilməsi barədə tərəflər razılığa gəlməmiş, ipoteka predmeti satılmamış, ipoteka predmeti məhv olmamış və əsas öhdəliyə xitam verilməmişdir.
30. Eyni zamanda “İpoteka haqqında” Qanunun 48.1.5-ci maddəsində nəzərdə tutulmuş “digər hallar” dedikdə, “İpoteka haqqında” Qanunda fərqli əsaslarla ipotekaya xitam verilməsi nəzərdə tutulan hallar nəzərdə tutulur. Məsələn, Qanunun 25.1.4-cü maddəsinə görə ipoteka saxlayan ipoteka predmetinin saxlanmasını və ondan istifadə olunmasını lazımi qaydada təmin etmədikdə, ipotekaya xitam verilməsini və əsas öhdəliyin vaxtından əvvəl icrasının qəbul edilməsini məhkəmə qaydasında ipoteka saxlayandan tələb edə bilər.
31. Həmin Qanunun 29-cu maddəsinə əsasən əsas öhdəlik üzrə borc başqasına keçdikdə (vərəsəlik qaydasında borcun keçməsi halları istisna olmaqla) ipoteka qoyan ipotekanın qüvvədə qalmasına ipoteka saxlayana yazılı razı lıq vermədikdə ipotekaya xitam verilir.
32. İpoteka predmeti olan əşya cinayət törədilməsinə və ya başqa hüquq pozuntusuna görə məhkəmə qaydasında müsadirə edildikdə ipotekaya xitam verilir. İpoteka predmeti olan əşya əslində onun mülkiyyətçisinin başqa şəxs olmasına görə qanunla müəyyən edilmiş qaydada ipoteka qoyandan alındıqda bu əşya barəsində ipotekaya xitam verilir (“İpoteka haqqında” qanunun 32.2 və 32.3-cü maddələri).
33. Baxılan iş üzrə, ipotekaya xitam verilməsi üçün “İpoteka haqqında” Qanunun 25.1.4, 29, 32.2 və 32.3-cü maddələrində nəzərdə tutulan əsaslar da yoxdur.
34. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, baxılan iddianın həllində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” A zərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 11 fevral 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmalıdır.
35. Həmin qərarda əsas öhdəlik üzrə tələb rədd edildiyi halda, əsas öhdəliyin təmini vasitəsi olaraq bağlanmış ipoteka müqaviləsinə xitam verilib-verilməməsi ilə bağlı məsələdə, ilk növbədə, iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirilmiş, və vurğulanmışdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır.
36. Konstitusiya Məhkəməsi izah etmişdir ki, «Əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır v ə əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur.
37. Bununla yanaşı o da göstərilməlidir ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır.
38. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında da vurğulanmışdır ki, əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servi tut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. 39.Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək belə qənaətə gəlir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam v erilmir və ipoteka predmetinin yüklülüyü davam edir.
40. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.
41. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin adı çəkilən 11 fevral 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelər iddianın rədd edilməsini şərtləndirir.
42. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2020-ci il tarixli, 2(103)7406/2020 qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əm anətlərin Sığortalanması Fonduna qarşı 04.06.2015-ci il tarixli, 247 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş “Range Rover” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüklülükdən azad edilməsi, bu barədə Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan şöbəsinə məlumat verilməsi öhdəliyinin Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.