Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7418/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: iddianın yolverilməzliyi, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh qarşı aliment borcunun cavabdehin mülkiyyətində olan torpaq sahəsinə yönəldilməsi tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3184/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçının hüquqi varisi Vəkil tərəfindən ver ilmiş kassasiya şikayətinə dair işə 27 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları X2 (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) faktiki nikah münasibətlərindən 01 avqust 1996-cı il tarixdə Vəkil anadan olmuş uşağa iddiaçının atalığı müəyyən edilmişdir. Qazax Rayon Məhkəməsinin 26 avqust 1997-ci il tarixli qərarına əsasən, hazırkı iş üzrə cavabdehdən hər ay bütöv növ qazancının ¼ hissəsinin 21 avqust 1997-ci il tarixdən başlayaraq tutulub 01 avqust 1996-cı il tarixdə anadan olmuş XXXin yetkinlik yaşına çatana kimi saxlanması üçün hazırkı iş üzrə iddiaçıya verilməsi qərara alınmışdır. Qazax rayon Aqrar-İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə cavabdehin mü lkiyyətinə Qazax rayonunun Çaylı kəndində 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi və həmin Komitənin Qazax rayon şöbəsində 27 dekabr 2005-ci il tarixdə qeydə alınmış JN-1358A kod ********* Nº-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə faktiki nikah münasibətlərindən 01 avqust 1996-cı il tarixdə doğulmuş XXXin yetkinlik yaşına çatana kimi saxlanması üçün 26 avqust 1997-ci il tarixli məhkəmə qərarına əsasən tutulmuş aliment üzrə yaranmış 3300 manat borcun cavabdehin mülkiyyətində olan Qazax rayonunun Çaylı kəndində yerləşən 0,08 ha torpaq sahəsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə tədqiq olunmuş, Qazax Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları qrupunun verdiyi 30 iyul 2009-cu il tarixli 163/97 nömrəli arayışda qeyd olunmuşdur ki, Qazax Rayon Məhkəməsinin 26 avqust 1997-ci il tarixli qərarına əsasən cavabdehin iddiaçıya ödəməli olduğu aliment borcunun miqdarı 2880 manat təşkil edir. Qazax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(023)375/2009 nömrəli iş üzrə 25 dekabr 2009-cu il tarixli qətnaməsi ilə (hakim İ.Nuriyev) iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi və həmin Komitənin Qazax rayon şöbəsində 27 dekabr 2005-ci il tarixdə qeydə alınmış JN-1358A kod ********* Nº-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətna məyə əsasən cavabdehin adına qeydə alınmış, Qazax rayonunun Çaylı kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin mülkiyyət hüququnun iddiaçıya verilməsi, göstərilən hüququn qeydə alınmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz Ərazi İdarəsinə həvalə edilməsi qət olunmuşdur. Məhkəmə müəyyən etmişdir ki, iş üzrə cavabdeh məhkəmə qərarına əsasən iddiaçıya ödəməli olduğu alimenti 1997-ci ilin avqust ayından hazırkı vaxta kimi ödəməmiş, nəticədə onun 30 iyul 2009-cu il tarixə 2880 manat borcu yaranmışdır. Göstərilən borcun ödənilməsi üçün Qazax Rayon Məhkəmə İcraçıları qrupunun əməkdaşları tərəfindən “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra - “Məhkəmə qərarlarını n icrası haqqında” Qanun) nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə baxmayaraq, həmin borcun ödənilməsi mümkün olmamış, cavabdehin xüsusi mülkiyyətində olan Qazax rayonunun Çaylı kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsindən ibarət daşınmaz əmlakı olması müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 105-ci, 27.12.2001-ci il tarixli “Məhkəmə qərarlarının icrası haqqında” Qanunun 45.1-45.8, 69-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 106.1-ci maddələrinə istinadla belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçıya faktiki nikah münasibətlərindən doğulmuş XXXin yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bütöv növ qazancının ¼ hissəsi miqdarında al iment verməli olması nəzərə alınmaqla onun mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsi icra sənədinin icrası üçün lazım olan miqdara və həcmə uyğun gəldiyindən, iddia təmin edilməli, həmin torpaq sahəsinin mülkiyyət huququ iddiaçıya verilməlidir. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İşin apellyasiya icraatı zamanı iddiaçının 11 iyul 2021-ci il tarixdə vəfat etdiyi müəyyən olunduğundan, onun hüquqi varisi kimi Vəkil işə cəlb edilmişdir. Məhkəmədə tədqiq edilmiş qəbzdə qeyd olunmuşdur ki, iddiaçı borcludan (cavabdehdən) 26 avqust 1997-ci il tarixli icra sənədi üzrə 4570 manat aliment pulunu tam aldığından, heç bir şikayəti yoxdur, oğlu yetkinlik y aşına çatdığına və borc tam ödənildiyinə görə icra sənədi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə tədqiq edilmiş 12 sentyabr 2018-ci il tarixli məktuba əsasən müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş 2(023)-375 nömrəli, 25 dekabr 2009-cu il tarixli icra vərəqəsi üzrə icraata xitam verildiyindən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 20.2-ci maddəsinə əsasən icra sənədi geri qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-3184/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər – L.Süleymanov (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və A.Hüseynzadə) şikayət qismən təmin olunmuş, birinci instansiya m əhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə Ailə Məcəlləsinin 105-ci, “İcra haqqında” Qanunun 2.1, 45.1, 69-cu, MPMin 261.0.1, 391-ci maddələrinə istinadla gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tələbin borclunun əmlakına yönəldilməsi icra hərəkəti olmaqla, məhkəmə qərarının məcburi icrası olmaqla icra məmurları tərəfindən həyata keçirilməlidir. Bu baxımdan hazırkı tələbə məhkəmə qaydasında baxılmalı olmadığından, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qərardaddan iddiaçının hüquqi varisi kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri İddiaçının hüquqi varisi (vəkil X4) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, məhkəmə MPM-in 261.0.1-ci maddəsinin tələbini pozmuşdur. İşə məhkəmə qaydasında baxılmalıdır və birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə iddianın təmin olunması barədə qətnamə çıxarmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsinin üzərindən 12 il keçdiyini nəzərə almayıb və bu müddətin ötürülməsini üzrlü sayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məh kəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının hüquqi varisinin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Ailə Məcəlləsi Maddə
105. Aliment ödənilməsi barədə saziş və ya məhkəmənin qətnaməsi əsasında müəyyən olunmuş miqdarda aliment, habelə aliment üzrə borclar aliment ödəməli olan şəxsin qazancından və (və ya) digər gəlirlərindən tutulur. Qazanc və (və ya) digər gəlirlər çatışmadıqda aliment onu ödəməli olan şəxsin bankdakı və s. kredit idarələrindəki hesabında olan pul vəsaitindən, eləcə də mülkiyyət hüququnun b aşqasına verilməsinə səbəb olan müqavilələr istisna olmaqla, müqavilə əsasında kommersiya və qeyri-kommersiya təşkilatlarına verilən pul vəsaitindən mülki prosessual qanunvericilikdə müəyyən olunmuş qaydada tutulur. Bu vəsaitlər çatışmadıqda tələb aliment ödəməli olan şəxsin qanunla tələb yönəldilə bilən başqa əmlakına yönəldilə bilər. “İcra haqqında” Qanun Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). İş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir (maddə 261.0.1). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi MPM-in tələblərinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkünd ür (151.1). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1), əgər iş icraata qəbul edilibsə iş üzrə icraata xitam verir (261.0.1). Baxılan iş üzrə iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulmalı olan pul məbləğinin borclunun əmlakına yönəldilməsi ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, bu, icra qanunvericiliyinə əsasən icra icraatı çərçivəsində həyata keçirilməli olan məcburi icra tədbiri olduğundan həmin tələbə yeni iddia şəklində ayrıca mülki iş kimi baxıla bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi 25.12.2009-cu il tarixdə qəbul edilsə də, iş materiallar ında qətnamənin cavabdehə göndərildiyini təsdiq edən heç bir sübut yoxdur. Həmçinin işdən görünür ki, cavabdeh hal-hazırda da başqa ölkədə yaşayır və apellyasiya şikayəti nümayəndə vasitəsilə verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 iyun 2007-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çı xarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur”. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının hüquqi varisi Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3184/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qərardadı dəyi şdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.