Məhkəmə qərarları › İş №2(102)-7438/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7438/2019

03.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7438/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkillər X2 və X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xx 2017-ciil tarixli qətnaməsi ilə (hakim N.Misirzadə, iş № 2(011)-xx/17) İddiaçı cavabdehlər Cavabdeh2nə, ləğv pr osesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Bakı Şəhəri 38 saylı Notariat Kontoruna və Cavabdeh4 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmamışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov-sədrlik edən və məruzəçi, E.Nəbiyev və R.Qurbanov, iş № 2(103)xx/18) apellyasiya şikayəti təmin edilməyərək Xətai Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası 24.07.2018-ci il tarixli qərarı ilə (hakimlər Q.Allahverdiyev-sədrlik edən və məruzəçi, İ.Xələfov və Ə.Şadıyev, iş № 2(102)-xx/18) kassasiya şikayəti qismən təmin olunaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. İşə yenidən baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova-sədrlik edən və məruzəçi, İ.Vəliyev və E.Həsənov, iş № 2(103)-10194/18) iddiaçının apellyasiya şikayəti təmin edilərək Xətai Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilmişdir. Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən kassasiya şikayəti vermişdir. İşə yenidən baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 04.03.2019 -cu il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva-sədrlik edən və məruzəçi, Q.Əsgərov və S.Hacıyev, iş № 2(102)-xx/19) kassasiya şikayəti qismən təmin olunaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov-sədrlik edən və məruzəçi, Ş.Məhərrəmova və E.Şamayev, iş № 2(103)-xx/19) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh4, ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Bakı şəhəri 38 saylı Notariat Kontoruna qarşı “ip oteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsinin iddiaçının apellyasiya şikayətinin təmin edilmədiyi hissədə ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2nə, ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Bakı Şəhəri 38 saylı Notariat Kontoruna və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsində yerləşən 3 nömrəli evin 1 nömrəli mənzilinin ipoteka ilə yüklü edilməsinə dair Cavabdeh4la cavabdeh Bank arasında 03.02.2015-ci il tarixdə bağlanmış və 38 saylı No tariat Kontoru tərəfindən rəsmiləşdirilərək qeydə alınmış “İpoteka müqaviləsinin” etibarsız hesab edilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili E.Həsənov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili A.Məmmədov kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahi ş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkillər E.Həsənovun və A.Məmmədovun izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Yuxarıda da qeyd olunduğu kimi hazırkı mülki iş artıq iki dəfə kassasiya baxışının predmeti olmuş və iş müvafiq göstərişlərlə yeni apellyasiya baxışına qaytarılmışdır. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə əməl edərək və kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişləri yerinə yetirərək müəyyən etmişdir ki, cavabdeh MMC ilə cavabdeh Bank arasında bağlanmış 03.02.2015-ci il tarixli Kred it müqaviləsinə əsasən Bank tərəfindən MMC-yə 96.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixli ipoteka müqaviləsinə əsasən MMC-nin Bank qarşısında olan öhdəliklərinin icrasının təminatı olaraq iddiaçının mülkiyyətində olan mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. “İpoteka müqaviləsi” ipoteka qoyan (iddiaçı) İddiaçı adından etibarnamə əsasında Cavabdeh4 tərəfindən imzalanmışdır. ƏN-İ seriyalı, 366267 nömrəli etibarnaməyə əsasən İddiaçı 26.07.2013-cü il tarixdə Cavabdeh4 20 illik müddətə etibarnamə vermişdir. Bu etibarnamə ilə İddiaçı əmlakı ipotekaya qoymaq səlahiyyəti verilmişdir. Hazırda iddiaçı cavabdeh MMC ilə Bank qarşısında bağlanmış 03.02.2015-ci il tarixli “İpoteka müqaviləsinin” etibarlılığını mübahisələndirərək, müqavilənin qanunun tələblərinə cavab vermədiyini iddia edir. “xxxx” görünür ki, cavabdeh MMC-nin təsisçisi və 100% nizamnamə kapitalının sahibi Cavabdeh4dur. İddiaçı Cavabdeh4 oğludur. Mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı atasına 26.07.2013-cü il tarixli tarixdə verdiyi etibarnamə ilə bir sıra səlahiyyətlərlə yanaşı, ona məxsus əmlakı ipotekaya qoymaq səlahiyyətini ötürmüşdür. Mənzil hal-hazırda MMC-nin Bank qarşısında olan öhdəliklərinin icra edilməsi üçün ipoteka ilə yüklü edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. İddiaçı hesab edir ki, Cavabdeh4 təsisçisi olduğu cavabdeh MMC ilə Bank arasında bağlanmış “İpoteka müqaviləsi” ilə Cavabdeh4 əslində ona verilmiş səlahiyyətlərdən öz mənafeyi üçün istif adə etmişdir. Bu hal isə Mülki Məcəllənin tələblərinə zidd olduğu üçün müqavilə etibarsız hesab olunmalıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu mübahisəyə iddia müddətinin tətbiq olunması haqqında ərizə vermiş və məhkəmə ərizəni əsaslı sayaraq mübahisəyə Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş iddia müddətini tətbiq etmiş və iddianı rədd etmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsa s verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş 1 illik müddəti yanlış olaraq “iddia müddəti” kimi qiymətləndirmişdir. Əslində bu müddət kəsici müddətdir və iddia müddətindən fərqli olaraq kəsici müddət qarşı tərəfin bu barədə ərizə veribverməməsindən asılı olmayaraq tətbiq edilməlidir. Hazırkı iddia üzrə iddia müddətinin ötürülməsindən isə söhbət gedə bilməz. Həmçinin, iddiaçıya məlum olmuşdur ki, atasına, yəni Cavabdeh4 verilmiş etibarnamədə əmlakı ipotekaya qoymaq səlahiyyəti nəzərdə tutulmuşdur. Odur ki, iddiaçı nəzərə almalı idi ki, öz adından etibarnamə verdiyi andan onun əmlakının ipotekaya qoyulma ehtimalı var. Bu səbəbdən o, Cavabdeh4 “əmlakı ipotekaya qoyma” səlahiyyətindən istifadə edib-etmədiyini vaxtaşırı yoxlamalı idi. Başqa sözlə, İddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisələndirməmiş, qanunda nəzərdə tutulmuş kəsici müddəti ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə göstərilən səbəblərdən hazırkı iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və e tirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar