Məhkəmə qərarları › İş №2(102)-744/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-744/2023

07.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-744/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh4 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-77/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kass asiya şikayətinə 7 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı arvadı X11 xx.xx.2015-ci il tarixdə, hamiləliyinin 39-40-cı həftəliyində doğuşla bağlı Şərur rayonundakı “X17 Mərkəzi”nə daxil olmuşdur. Dölün bətndaxili hipoksiyasının yaranma təhlükəsi nəzərə alınaraq həkim-cərrah Cavabdeh1 tərəfindən YYY keysəriyyə əməliyyatı olunmuş və cinsiyyəti oğlan olan uşaq dünyaya gəlmişdir.

2. Uşaq (X3) doğulduqdan sonra onun alın nahiyəsində sümüklərin deformasiya olunduğu müəyyən edilmişdir.

3. Uşaq “kəllə sümüklərinin deformasiyası” səbəbindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Neyrocərrahlıq Xəstəxanasında xx.xx.2015-ci ildə, “gicgah nahiyəsində epidural empiema” səbəbindən isə həmin xəstəxanad a xx.xx.2016-cı ildə cərrahi əməliyyat olunmuş, bundan sonra da uşağın müalicəsi üçün müxtəlif tibb müəssisələrinə müraciətlər edilmiş, müayinələr aparılmışdır.

4. İddiaçı bundan əvvəl uşağın müalicəsinə çəkdiyi xərclərə görə 26000 manat maddi, həm də 35000 manat mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(2110)-94-2021 saylı qətnaməsi ilə iddia mövcud olmayan hüquqi şəxsə - Şərur şəhər X12rşı qaldırıldığına görə iddia tələbi rədd edilmişdir. Həmin iş üzrə iddiaçının apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-130/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası A li Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2(102)-213/22 nömrəli qərarı ilə təmin edilməmişdir.

5. İddiaçı uşağın səhhətində yaranmış fəsadların cavabdehlərin səhvi ucbatından baş verdiyini bildirərək hazırki tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı X2 vurulmuş 26000 manat maddi və 35000 manat mənəvi zərərin - ümumilikdə 61000 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, doğuş zamanı uşağın başı uşaqlıq yollarından keçdiyi zaman yaranan çətinliklə əlaqədar baş həkim Cavabdeh1, ginekoloqlar - arvadı Cavabdeh2 və qızı X4 iştirakı ilə keysəriyyə əməliyyatı aparılmış, buna görə ondan 600 manat pul alınmışdır. Lakin həmin vaxtı uşağın alın nahiyəsində deformasiya olduğuna görə müalicə aparılmamışdır. Onlara hər hansı məlumat vermədən uşaq 15 gün saxlanılmışdır. Uşaq həkimi Cavabdeh4 tərəfindən səhv müalicə aparılaraq ondan 270 manat pul alınmış, ixtisaslı həkimə yönləndirilməmiş, evə buraxıldıqdan sonra uşaqda narahatlıq yaranmışdır. Başqa həkimlərə müraciət etdikdə, həkimlər uşağın doğuş zamanı alın nahiyəsində deformasiya olduğuna görə, (yəni baş beyin sümüyünün bir hissəsi əzildiyinə görə əzilən beyin sümüyünün altında beyin hüceyrələrinin müəyyən hissəsi inkişaf etmədiyinə görə) vaxtında ixtisaslı həkimə yönləndirilmədiyinə, lazımi müalicəni almadığına görə yara nmış fəsadlar üzündən ağladığını bildirmişlər. Uşağı Bakı şəhər Neyrocərrahlıq xəstəxanasına aparmış, orada övladı xx.xx.2015-ci il tarixdə “post-notal kəllə sümüklərinin deformasiyası ll-li kraniostenoz, mikrosefaliya” diaqnozu ilə əməliyyat edilmiş, onlara uşağın alın nahiyəsində deformasiyanın keysəriyyə əməliyyatı zamanı əmələ gəldiyi bildirilmişdir. Həmin xəstəxanadan verilən tibbi arayışlarda da bu fakt öz əksini tapmışdır. Əməliyyata görə o, 12000 manat xərcləmiş, iynə-dərman, qan və digər dərman preparatlarının alınmasına və yol xərclərinə görə 2500 manat da əlavə xərci çıxmışdır. xx.xx.2015-ci il tarixdə xəstəxanadan çıxıb evə gəlmiş, xx.xx.2016-cı il tarixdə ikinci dəfə əməliyyat olunması üçün 4 baş iribuynuzlu malını və arvadının qızıllarını lombardda ucuz qiymətə satıb 8000 m anat pul düzəldib, Bakı şəhərində xəstəxanaya vermiş, uşaq əməliyyat olunmuş, 18 gün qalandan sonra xx.xx.2016-cı il tarixdə xəstəxanadan çıxıb evə qayıtmışlar. Həmin müddətdə dərmanlara və yol xərclərinə görə 2000 manat da əlavə xərci çıxmışdır. Bundan başqa, uşağını Türkiyə Respublikasına da müayinəyə aparmış, orada da uşağın alın nahiyəsində deformasiyanın keysəriyyə əməliyyatı zamanı əmələ gəldiyi bildirilmişdir. Hazırda uşağın 6 yaşı var və ona 18 yaşına kimi 150 manat sosial müavinət təyin olunmuşdur. Şərur şəhər “X17 Mərkəzi”ndə doğuş zamanı və digər xərclər üçün 1500 manat sərf etmişdir. Bakı şəhər Neyrocərrahlıq Xəstəxanasında hər 2 əməliyyat, dərman və gediş-gəliş üçün 27000 manat xərclənmiş, lakin bunu sübut etmək üçün zəruri sənədləri əldə edə bilməmişdir. Onlara ümumilikdə 260 00 manat maddi ziyan dəymiş, mənəvi ziyanı isə 35000 manat məbləğində qiymətləndirir.

8. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasındakı izahatında Şərur şəhərində fərdi sahibkar kimi vergi qeydiyyatından keçməklə Səhiyyə Nazirliyinin verdiyi lisenziya əsasında tibb fəaliyyəti ilə məşğul olduğunu, digər cavabdehlərdən birinin əmək müqaviləsi əsasında çalışdığını, zəruri olduqda digər həkimləri müqavilə əsasında əməliyyatlara cəlb etdiklərini, buna görə də iddiaçının qaldırdığı iddiaya cavab verməli olan əsas cavabdehin özü olduğunu, iddianı qəbul etmədiyini, onun yoldaşını qeysəriyyə əməliyyatı edəndə şüurunun özündə olduğunu, hər şeyin gözlərinin önündə olduğunu, doğuşdan sonra uşağın ananın yanında olduğunu, onu kənara aparmadıqlarını, əməliyyatın uşağın çıxarılması mexanizminə uyğ un qaydada edildiyini, maşadan istifadə edilmədiyini, uşağa doğuşdan sonra oksigen qoşulduğunu, doğuş vaxtı heç bir anormallıq müşahidə edilmədiyini, onun uşağının xəstəxanada 15 gün deyil, 4 gün qaldığını, Türkiyədə həkim rəyinin iddiaçının onlara verdiyi məlumat əsasında yazıldığını, yəni tibbi termində anamnez olduğunu, Naxçıvan MR Səhiyyə Nazirliyinin Tibbi Ekspert Komissiyasının rəyinin daha geniş araşdırmanın nəticəsi olduğunu, araşdırma zamanı uşağın müayinə olunduğunu, həkimlərin dinlənildiyini, hamiləlik və doğuş zamanı verilmiş bütün tibbi sənədlərin araşdırıldığını və xəstəliyin səbəbinin virus olmasının aşkar edildiyini, deformasiyanın yanlış cərahiyyə və diaqnozla əlaqəsi olmadığı qənaətinə gəlindiyini, iddiaçının yoldaşında bətndaxili hipoksiya əlamətləri olduğundan normal do ğuş deyil, qeysəriyyə əməliyyatı etdiklərini bildirmişdir.

9. Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 mart 2022-ci il tarixli, 2(110)-47/2022 nömrəli qətnaməsi ilə (hakim M.Əliyev) iddia rədd olunmuşdur.

10. Birinci instansiya məhkəməsi iş üzrə sübut kimi iddiaçının əvvəlki iddiası - Şərur Rayon Məhkəməsinin icraatında olmuş 2(2110)-94-2021 saylı mülki işə (bu qərarın 4-cü paraqrafı) baxılanda məhkəmənin qərardadı əsasında Naxçıvan MR Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspert Komissiyasının verdiyi xx.xx.2021-ci il tarixli, 01M №-li rəyinə istinad etmişdir. Həmin rəyə əsasən, X1 xəstəliyinin səbəbinin araşdırılması məqsədilə anası X7 məxsus “hamilənin müşahidə kartı”, “Doğum tarixi”, “Uşağın inkişaf tarixi kitabça sı (forma 112)”, xəstənin müayinə sənədləri (MRT rəyi, EEQ rəyi, USM rəyi), məhkəməyə təqdim edilmiş digər tibbi sənədlər araşdırılmış, uşağın anasının sahə ginekoloqu, həkim cərrah və həkim ginekoloqun, uşaq doğulduqdan sonra müayinə və müalicədə iştirak edən həkimlərin izahatı alınmış, xəstə uşaq komissiya tərəfindən yenidən müayinə edilmişdir. Komissiya bu nəticəyə gəlmişdir ki, kəllə sümüklərinin deformasiyasının əmələ gəlməsi, uşağın doğulduğu tarixə uyğun gəlmir. Hamiləlik dövrünün son aylarında uşağın kəllə tikişlərinin vaxtından tez bərkiməsi nəticəsində kəllə sümüklərinin inkişafının çətinləşməsi uşaq doğulduqdan sonrakı dövrlərdə kəllə sümüklərinin deformasiyasına səbəb olmuşdur. Kəllə sümüklərinin deformasiyası yanlış və vaxtından gec aparılan qeysəriyyə əməliyyatının nəticəsi d eyildir. Çünki xəstədə müşahidə olunan kəllə sümüklərinin deformasiyası hamiləlik dövründə yaranmış kraniosinestozun (kəllə tikişlərinin bərkiməsi) nəticəsi olaraq yaranmışdır ki, uşaq doğulduqdan sonrakı inkişaf mərhələlərində bu vəziyyət xəstədə ll-li mikrosefaliyanın yaranmasına gətirib çıxarmışdır. Hamilədə ən çox rast gəlinin sitomeqalovirus infeksiyasıdır ki, araşdırılan xəstənin bətndaxili inkişafının 1-ci trimestrində aparılan labarator analizdə həmin virusun yüksək titri (normadan 5 dəfə artıq) aşkarlanmışdır. Novruzova Sahilənin xx.xx.2014-cü il tarixli müayinəsi nəticəsində Cytomeqalovirus İg G-51 (pozitiv), norma 9 NU (neqativdir) infeksiyası aşkarlanmışdır. Bu göstərici hamiləliyin ilkin dövründə anada sitomeqalovirus infeksiyasının olmasını göstərir. Həmin dövrdə virusun pl asenta yolu ilə dölə keçmə ehtimalı yüksəkdir. Bu da ilk növbədə dölün bətndaxili dövründə beyin toxumalarının virus tərəfindən zədələnməsi, kraniositenoz, daha sonra pataloji proseslərin nəticəsi olaraq uşaq doğulduqdan sonra inkişafının sonrakı dövrlərində ll-li mikrosefaliyanın əmələ gəlməsinə, bu da öz növbəsində yuxarıda qeyd olunan diaqnozların meydana çıxmasına səbəb olmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş üzrə tibb sahəsində xüsusi bilik tələb olunduğundan və iddiaçının izahatında göstərdiyi hallar və təqdim etdiyi digər sənədlərlə müqayisədə Naxçıvan MR Respublikası Səhiyyə Nazirliyinin 9 nəfər üzvdən ibarət Məhkəmə Tibbi-Ekspert Komissiyasının rəyi daha əsaslı hesab olunmalıdır.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, Komissiyanın r əyindən də görünür ki, komissiya rəy verərkən X1 xəstəliyinin səbəbinin araşdırılması məqsədilə anası X7 məxsus “Hamilənin müşahidə kartı”, “Doğum tarixi”, “Uşağın inkişaf tarixi kitabçası (forma 112)”, xəstənin müayinə sənədləri (MRT rəyi, EEQ rəyi, USM rəyi), məhkəməyə təqdim edilmiş digər tibbi sənədləri araşdırmış, uşağın anasının sahə ginekoloqu, həkim cərrah və həkim ginekoloqun, uşaq doğulduqdan sonra müayinə və müalicədə iştirak edən həkimlərin izahatı alınmış, xəstə uşaq komissiya tərəfindən yenidən müayinə edilmişdir. Beləliklə, məhkəmə tərəfindən Naxçıvan MR Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspert Komissiyasının rəyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Buna görə də iddia rədd edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsi nin (bundan sonra – Mülki Məcəllə) 1112-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 4.1, 4.2, 14.2, 77.1, 80, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Şikayət belə əsaslandırılmışdır ki, Cavabdeh1 keysəriyyə əməliyyatı zamanı uşağın alın nahiyəsində deformasiya yaranmasını onlardan qərəzli olaraq gizlətmiş, bu fakt onlardan bir müddət gizli saxlanılmışdır. Əgər onlara vaxtında məlumat verilsəydi, başqa həkimlərə də müraciət edərək uşağın müalicəsini vaxtında başlatmaq imkanları olardı. Onlara bu faktla bağlı məlumat verməməklə yanaşı, uşağın müalicəsi də vaxtında aparılmamış, lazımi ehtiyatlılıq nümayiş etdirilərək ixtisaslı həkimlərə qərəzli olaraq yönləndirilməmişdir. Xəstədə hamiləlik dövründə yaranmış kraniosinestozun (kəllə tikişlərinin bərkiməsi) halını bilən tibb işçisinin xəstəyə müdaxiləsi yanlış və gecikmiş olması ilə yanaşı, ola biləcək nəticələrlə də bağlı xəstəyə hər hansı bir xəbərdarlıq olunmamışdır. Daha sonra müraciət etdikləri həkimlər tərəfindən də oğlunun sağlamlığında görülən mənfi nəticənin keysəriyyə əməliyyatı zamanı alın nahiyəsində yaranmış olan deformasiya ilə əlaqədar olduğu bildirilmiş, vaxtında müalicə olunmadığı üçün sonradan bir neçə dəfə əməliyyat olunmasına ehtiyac duyulmuşdur. Türkiyə Respublikası İstanbul və Ərzurum şəhər xəstəxanalarında olarkən onlara uşağ ın beyninin zədələnməsinin səbəbinin keysəriyyə əməliyyatı zamanı alın nahiyyəsində yaranmış olan deformasiya ilə əlaqədar olduğu, sonradan uşağın səhhətində yaranan problemlərin də bağlı olduğu səbəbin vaxtında müalicənin aparılmaması ilə bağlı olduğu bildirilmişdir. Cavabdeh1 isə bu faktı onlardan qərəzli olaraq gizlətmişdir. Türkiyə Respublikası İstanbul və Ərzurum şəhərlərində uşağın müayinəsi zamanı verilən həkim rəyinə əsasən doğuş zamanı uşağın başında deformasiya yarandığı məlum olmuşdur. Lakin hamiləlik dövründə kəllə tikişlərinin vaxtından əvvəl bərkiməsi nəticəsində kəllə sümüklərinin inkişafının çətinləşməsini Cavabdeh1 bilməli olduğu halda keysəriyyə əməliyyatını yanlış və gec aparmış və bu hal nəticəsində oğlunun sonrakı inkişafına maneə olmuşdur. Naxçıvan MR Səhiyyə Nazirl iyinin məhkəmə tibbi ekspert komissiyasının xx.xx.2021-ci il tarixli, 01M nömrəli rəyi ilə İstanbul şəhər Səhiyyə müdirliyi Sağlamlıq heyəti hesabatı arasında ziddiyyət olmasına baxmayaraq, məhkəmə həmin rəyi sübut kimi qiymətləndirmiş, rəylə razı olmadıqlarını, onlarda əsaslı şübhələr doğurduğunu bildirsələr də, məhkəmə qəbul etdiyi qətnamədə həmin rəyə əsaslanmışdır. Qeyd etdikləri ziddiyyət ekspertin rəyinə münasibətdə şübhə doğurmaqla təkrar ekspertiza üçün əsas qismində çıxış etsə də məhkəmə tərəfindən belə bir qərardad qəbul edilməmişdir. Bu baxımdan apellyasiya şikayətinə baxılarkən təkrar ekspertiza keçirilməsi və ekspertizanın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə tibb ekspert komissiyası tərəfindən həyata keçirilməsi ədalətli nəticənin əldə olunması və onlardakı şü bhələrin aradan qalxması baxımından zəruridir.

16. Apellyasiya baxışında iddiaçının vəsatəti əsasında 01 iyul 2022-ci il tarixli 2(108)77/2022 nömrəli qərardadla təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X16 xx.xx.2022-ci il tarixli 420/KEŞ saylı rəyində qeyd olunmuşdur ki, X5 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, kəllə sümüklərinin deformasiyasının əmələ gəlməsi uşağın doğulduğu tarixə uyğun gəlmir. Bu vəziyyət hamiləlik dövrünün son aylarında uşağın kəllə tikişlərinin vaxtından tez bərkiməsi (ossifikasiyası) nəticəsində kəllə sümüklərinin inkişafının çətinləşməsi (kraniostenoz), doğulduqdan sonrakı inkişaf dövrlərində kəllə sümüklərinin deformasiyasına səb əb olmuşdur. Belə ki, xəstənin alın sümüyü arasındakı vertikal tikişin erkən bitişməsi nəticəsində kəllə sümüklərindəki taç, sagital və lyambdaya bənzər tikişlərə uyğun böyümə alın sümüyünə nisbətən çox olmuşdur (metopik frontal sinostoz və ya frontal düzləşmə). Bu da təpə nahiyəsində kranial qabarıqlığın əmələ gəlməsinə səbəb olmuşdur. Kəllə sümüklərinin deformasiyasının YYY üzərində icra edilmiş “Keysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır. Belə ki, müşahidə olunan kəllə sümüklərinin defomasiyası hamiləlik dövründə yaranmış kraniosinestozun (kəllə tikişlərinin bərkiməsi) hesabına yaranmışdır. Uşaq doğulduqdan sonrakı inkişaf mərhələsində bu vəziyyət uşaqda İİ-li mikrosefaliyanın yaranmasına (kəllənin ölçüsünün yaşına görə inkişafdan qalmasına) gətirib çıxarmış dır. Kəllənin mikrosefal olması uşaqlarda bilavasitə beyinin inkişafına mənfi təsir edir və bunun da sonradan alın-təpə-gicgah nahiyəsində kəllə sümüklərinin deformasiyasının meydana çıxmasına səbəb olması istisna edilmir. Sahilə Novruzovaya aparılmış müayinə və müalicələr səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur.

17. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Y.Qurbanov (sədrlik edən və məruzəçi), Ə.Allahverdiyev və Ə.Xıdırov) 2(108)-77/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, həmin dəlillərin araşdırılması tibb sahəsində xüsusi biliyə malik ixtisaslı mütəxəssislərin köməyi ilə mümkün olduğundan keçirilmiş ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, kəllə sümüklərinin deformasiyasının əmələ gəlməsi uşağın doğulduğu tarixə uyğun gəlmir. Bu vəziyyət hamiləlik dövrünün son aylarında uşağın kəllə tikişlərinin vaxtından tez bərkiməsi (ossifikasiyası) nəticəsində kəllə sümüklərinin inkişafının çətinləşməsi (kraniostenoz), doğulduqdan sonrakı inkişaf dövrlərində kəllə sümüklərinin deformasiyasına səbəb olmuşdur. Kəllə sümüklərinin deformasiyasının YYY üzərində icra edilmiş “Keysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmamış, Sahilə Novruzovaya aparılmış müayinə və müalicələr səhiyyə sistemində qü vvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur.

19. Kollegiya ekspertiza rəylərini digər sübutlarla müqayisəli şəkildə qiymətləndirərək qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən və rəylər arasında ziddiyyət olmadığından ekspert rəyləri sübut kimi qəbul edilməlidir.

20. İddiaçının izahatında təkrar məhkəmə-tibbi ekspertizası aparılarkən komissiya tərəfindən uşağa baxılmamasını göstərməsi ilə əlaqədar kollegiya qeyd etmişdir ki, tə krar məhkəmə-tibbi ekspertizası keçirilməsi üçün iddiaçının övladı X2 və onun anası X7 aid tibbi sənədlər (xəstəlik tarixi, uşağın inkişaf tarixi, hamilə və zahı qadınların müşahidə vərəqəsi) mülki işin materialları ilə birlikdə ekspertizaya göndərilmiş, uşağın ekspertizaya təqdim edilməsi üçün ekspert komissiyası tərəfindən məhkəməyə vəsatət verilməmişdir.

21. Kollegiya hesab etmişdir ki, cavabdehlərin mülki hüquq pozuntusu törətmələri sübut olunmadığından birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının cavabdehlərdən maddi və mənəvi zərərin alınıb ona ödənilməsi barədə tələblərini əsassız hesab edərək rədd etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək (Vəkil), apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, Türkiyə Respublikası İstanbul və Ərzurum şəhər xəstəxanaları tərəfindən verilən həkim rəyi və Naxçıvan MR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi- Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli 01M №-li rəyi arasında ziddiyyət olmasına baxmayaraq, məsuliyyətin mülki əsaslarını müəyyən etməmiş, mövcud vəziyyətin doğru qiymətləndirilməsi aparılmamışdır. Naxçıvan MR Ali Məhkəməsi tərəfindən Şərur Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, ədalətin bərpa edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edilməsi zərurəti yaranmışd ır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüqu qla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

29. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarı 30....Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbə b olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. 31....Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

32. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsi zlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

33. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əh əmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadın ı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Belə ki, iddianın əsasını mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi təşkil edir.

46. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrində əksini tapmış müddəaların təhlilindən göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi aşağıdakı əsas ünsürlərin məcmu halda mövcudluğundan asılıdır: zərərin möv cud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

47. Nəzərə alınmalıdır ki, hazırki halda iddiaçının istinad etdiyi hüquq pozuntusu – uşağın doğulması zamanı həkimin səhvi nəticəsində kəllə sümüyünün deformasiyaya uğraması faktı - tibb sahəsində xüsusi biliklər əsasında müəyyən edilə bilər. İşə baxmış məhkəmələr də bu faktın araşdırılması ekspertiza təyin etmiş və iş in hallarını ekspert rəyi əsasında müəyyən etmişdir (10, 16, 18-ci paraqraflar).

48. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin sübutların mümkünlüyündən bəhs edən 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

49. Məhkəmə kollegiyası eyni zamanda xatırladır ki, MPM-nin 88-ci və 103-cü maddələrinə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və ekspertin rəyi məhkəmədə tədqiq olunmalı, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşə baxmış məhkəmələr ekspert rəyini işdə olan digər sübutlarla müqayisəli təhlil edərək qiymət vermişdir (19, 20-ci paraqraflar)

50. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi m əsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

51. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)77/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar