Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7458/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(006)-567/2018, hakim P.A.Hüs eynov) İddiaçı “xxxx” ASC-yə qarşı iddiası qismən təmin edilmiş, cavabdehin sığorta ödənişinin həyata keçirilməsindən imtinasının əsassız hesab edilməsi, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyana görə 1.904 manat sığorta ödənişinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-8995/2018, hakimlər M.A.Məmmədov, X.A.Mərdanova, X.Ə.Sarıyev) “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(102)-1903/2019, hakimlər Ə.A.Əhmə dov, A.Ə.İsgəndərov, İ.K.Dəmirov) İddiaçı kassasiya qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-7699/2019, hakimlər Z.Ə.Əliyev, F.Ş.Talışinski, R.Ə.Eyvazov) “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: “xxxx” ASC ilə İddiaçı arasında sonuncuya məxsus olan “Mitsubishi Pajero” markalı, **-GE-*** dövl ət qeydiyyat nişanlı avtomobilin sığortalanmasına dair müqavilə bağlanmış və iddiaçının adına 28 noyabr 2013-cü il tarixli “sığorta şəhadətnaməsi” verilmişdir. Sığorta şəhadətnaməsində həmin avtomobilin sığorta müddəti 1.461 gün, yəni 29 noyabr 2017-ci il tarixədək, sığorta dəyəri 39.521 ABŞ dolları, sığorta məbləği 31.500 ABŞ dolları, sığorta haqqı 2.189,25 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən X4 verilmiş etibarnamə əsasında sonuncu qeyd edilən avtomobili idarə edərkən sığorta müddətində qəzaya uğramış, “VAZ 2106” markalı, **-KL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə hər iki avtomobilə zərər dəymişdir. X1 Yol Polisi şöbəsinin “inzibati tənbeh vermə haqqında qərarı” ilə sözügedən yolnəqliyyat hadisəsini, yəni Azərbaycan Respublikası İnzibati X ətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli sayılaraq 60 manat cərimə edilmişdir. “xxxx” ASC yol-nəqliyyat hadisəsi zamanı Vüqar Səfiyevin avtomobili idarə etmək hüququ olan şəxslərin siyahısında göstərilmədiyinə və avtomobil sürücü hesab edilməyən şəxs tərəfindən idarə edildiyinə istinad edərək sığorta ödənişinin verilməsindən imtina etmişdir. 05 oktyabr 2017-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ASC-nin ona sığorta ödənişi etməsindən imtinasının qanunsuz hesab edilib avtomobilin sığorta haqqının, yəni 2.440 manat məbləğində pulun “xxxx” ASC-dən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasındakı hazırki öhdəlik hüquq münasibətləri sığorta müqaviləsindən irəli gəldiyindən və həmin müqavilədə cavabdeh təşkilat tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsini istisna edən hal müəyyən edilmədiyindən cavabdeh təşkilatın özü tərəfindən kompyüter vasitəsilə standard formada çap edilən ərizədə göstərilən hal sığorta ödənişinin verilməsindən imtina üçün əsas hesab edilə bilməz. Belə ki, əvvəla həmin ərizə iddiaçı tərəfindən imzalansa da, ərizənin məzmunu cavabdeh təşkilatın özü tərəfindən kompyüter vasitəsi ilə tərtib edilmiş, oxumadan iddiaçıya imza etdirilmişdir. Digər tərəfdən ərizədə avtomobilin sığorta edilən şəxslərdən başqa digər şəxslərin idarə etmə si halında dəyən zərərin sığorta təminatına daxil edilməyəcəyi və belə hallarda sığorta ödənişinin verilməyəcəyi barədə hər hansı əlavə halların müəyyən edilməsi tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərtlərinə zidd olmaqla, iddiaçıya sığorta verilməməsinə əsas deyildir. Eyni zamanda həmin yol-nəqliyyat hadisəsi zamanı iddiaçı da həmin avtomobildə olmuşdur. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İş materiallarından mübahisəsiz qaydada görünür ki, iddiaçıya məxsus avtomobil cavabdeh sığorta şirkəti tərəfindən 28 noyabr 2013-cü il tarixdən 29 noyabr 2017-ci il tarixədək sığorta edilmiş, həmin müddət ərzində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə zərər dəymişdir. Cavabdeh sığorta şirkəti sığorta ödənişindən imtinasını onunla əsaslandırılmışdır ki, yol-nəqliyyat hadisəsi baş verərkən iddiaçının avtomobilini idarə etmiş Vüqar Səfiyevi n sığorta şəhadətnaməsində sığorta olunanların siyahısında qeyd edilmədiyindən o səlahiyyətli sürücü sayılmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 915-ci maddəsinə əsasən Sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir. Həmin Məcəllənin 916-cı maddəsi ilə sığorta qaydalarının məzmunu müəyyən edilmişdir. Həmin Məcəllənin 912-ci maddəsi ilə sığorta riskinin artması barədə məlumat vermək vəzifəsi müəyyən edilmişdir. Tərəflərin öhdəlikləri sığorta şəhadətnaməsində, “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə Sığorta Qaydaları”nda və ona əlavə olan Sığortalanma haqqında ərizədə nəzərdə tutulmuşdur. Həmin Qaydalar, habelə sı ğortalı tərəfindən doldurulmuş sığortalanma haqqında ərizə forması (Əlavə) sığorta müqaviləsinin ayrılmaz hissəsi hesab olunur. Tərəflərin mübahisə etdikləri hal, yəni səlahiyyətli sürücünün kim olması və bu statusda olmayan şəxs avtomobili idarə edərkən baş verən zərərlərin sığorta təminatı alıb-almaması həmin sənədlərdə dəqiqliklə və açıq şəkildə müəyyən edilmişdir. Sığorta şəhadətnaməsinin 2-ci səhifəsinin 3-cü abzasında sığortaçı “xxxx” ASC-nin sığorta ödənişi vermək öhdəliyini istisna edən, yəni sığorta hadisəsi baş verdiyi halda sığorta təminatına daxil olmayan hallar kimi nəqliyyat vasitəsinin qanunvericiliklə və ya şəhadətnaməyə əsasən səlahiyyəti olmayan şəxs tərəfindən idarə edilməsi xüsusi şərt kimi razılaşdırılmışdır. Həmin Qaydaların 2.0.7-ci bəndinə əsasən, sürücü - sığorta m üqaviləsi ilə sığortalanmış avtomobili idarə etmək hüququ olan fiziki şəxs, bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda isə sığorta müqaviləsində sığorta olunan qismində göstərilən şəxslərin siyahısına daxil edilən və avtomobili idarə etmək hüququ olan fiziki şəxsdir. Qaydaların 5.3-cü bəndinə görə isə, sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. Sığortalanma haqqında iddiaçının ərizəsinin 7-ci bəndində sığorta predmeti olan **-GE-*** dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ PAJERO MİNİK” markalı avtomobi li sığortalının və X3 idarə edəcəyi qeyd edilmişdir. Həmçinin qeyd edilmişdir ki, avtomobilin bu ərizənin 7-ci bəndində qeyd edilən şəxslərdən başqa digərləri tərəfindən idarə edilməsi halında dəyən zərər sığorta təminatına daxil olmayacaq və belə hallarda sığorta ödənişi verilməyəcək. Avtomobili idarəetmə hüququnun bu ərizənin 7-ci bəndində qeyd etdiklərindən başqa digər şəxslərə verilməsindən əvvəl həmin şəxslərin sığorta müqaviləsi üzrə sığorta olunanlar kimi tanınması üçün müqaviləyə müvafiq dəyişiklik edilməsi məqsədilə sığortaçıya yazılı məlumat verməli olması ərizəçiyə izah edilmişdir. Göründüyü kimi, yol-nəqliyyat hadisəsi baş verərkən iddiaçının avtomobilini idarə etmiş Vüqar Şəfiyevin avtomobili idarə etmək hüququ olan şəxslərin siyahısında qeyd edilməməsi işin mübahisəsiz halı dır. Belə olan halda, Vüqar Şəfiyev sığorta müqaviləsinə (şəhadətnaməsinə) əsasən səlahiyyətli sürücü sayılmır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, bağlanmış müqavilənin şərtinə diqqət edilməməsinə istinad özü-özlüyündə həmin şərtin tətbiqini aradan qaldırmır. Bundan əlavə, sözügedən mübahisəli şərt Sığortalanma haqqında ərizənin 7-ci bəndində rahatlıqla oxunacaq şrifdə və məzmunda əks olunmuş və iddiaçı tərəfindən imzalanmışdır. Eyni zamanda, iddiaçı, sığorta qaydaları ilə tanış edilmədiyini bildirsə də, müqaviləni “Sığorta şəhadətnaməsini və Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta qaydalarını aldım, onlarla tanış oldum və bütün şərtlərlə razıyam” qeydi ilə imzalamışdır. Həmçinin, sürücülük hüququnun varlığı və avtomobili idarə edərkən idd iaçının avtomobildə olması Vüqar Səfiyevin səlahiyyətli sürücü olmasını təmin etsə də, yuxarıda qeyd olunan xüsusi razılaşmalar baxımından o, sığorta müqaviləsinə (şəhadətnaməsinə) əsasən səlahiyyətli sürücü sayılmır. Tərəflər arasında bağlanmış müqavilədə sığorta ödənişindən imtinanın əsası kimi sürücünün qanunvericiliklə yanaşı, həm də şəhadətnaməyə görə səlahiyyətinin olmaması halı nəzərdə tutulmuşdur. Bu baxımdan, cavabdehin şəhadətnamə və Qaydalara əsasən Vüqar Səfıyevin səlahiyyətsiz sürücü olmasına istinadı mümkün və kifayətdir. Həmin Qaydalar nəzərə alındıqda Vüqar Səfıyevin qanunvericiliyə əsasən səlahiyyətli sürücü olması imtinanın əsaslı olması barədə hüquqi vəziyyəti dəyişmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz təl əblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə müəyyən edlmiş həqiqi halltara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7458/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7458/2019
03.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver