Məhkəmə qərarları › İş №2(102)-747/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-747/2025

05.03.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-747/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Biləsuvar Rayon Mərkəzi X6 şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək mübahisəsi üzrə pul tələbi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “pul tələbi”nə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1427/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 05 mart 2025- ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cəfərzadə X3 Rayon Mərkəzi X6 şəxsində xx.xx.1983-cü ildən xx.xx.2023-cü il tarixədək fasiləsiz olaraq sahə pediatr vəzifəsində işləmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddətdə cavabdeh müəssisənin strukturu olan Ailə Sağlamlıq Mərkəzində fəaliyyət göstərən Həkim Məsləhət Komissiyasının üzvü olmuşdur.

2. Həkim Məsləhət Komissiyasının üzvü olduğuna görə xx.xx.2021- xx.xx.2021-ci il tarixləri ərzində hər ay onun əmək haqqına 200 manat əlavənin (cəmi 800 manat) ödənilməsi üçün X7 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən cavabdeh müəssisəyə xx.xx.2023-cü il tarixli icrası məcburi olan göndəriş verilmişdir. Təkrarən X7 Xidməti Şirvan Saly an regional şöbəsi tərəfindən onun həkim məsləhət komissiyasının üzvü kimi fəaliyyət göstərdiyi hər aya görə sabit həvəsləndirici əlavənin ona ödənilməsinin təmin edilməsi barədə cavabdeh müəssisəyə xx.xx.2024-cü il tarixli nömrəli göstəriş verilmişdir. 3. “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin İSX (ASM) şöbəsinin ailə həkim-pediatr vəzifəsində işləmiş İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixədək fasiləsiz əmək stajına görə vahid tarif dərəcəsi maaşının 30 faizi olaraq 3377,85 manat hesablanmışdır. Qanunvericiliyə uyğun tutulmalardan sonra onun hesabına 2536 (iki min beş yüz otuz altı) manat köçürülmüşdür. xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək İİ qrup əlilliyə görə 3086,86 manat hesablanmışdır. Bu məbləğ göstərilən dövrdə hər ay İİ qrup əlil olduğu üçün qanunvericiliyə uyğun olaraq vahid tarif dərəcə maaşının 25 faiz nisbətində hesablanaraq aylıq əmək haqının üzərinə gəlməklə ödənilmişdir.

4. Biləsuvar Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli 3(022)-178/2024 saylı qərarı ilə X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Şirvan-Salyan Regional şöbəsinin xx.xx.2024-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməmişdir. Həmin qərardan görünür ki, Biləsuvar Rayon Mərkəzi X6 şəxsin direktoru X2 barəsində xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qəbul edilməsinə səbəb xəstəxananın keçmiş əməkdaşı, hazırda pensiyaya çıxmış həkim İddiaçı 2022-ci ili yanvar ayında 1 aylıq əlilliyə görə əmək haqqına əlavənin verilməməsi və həkim məsləhət komissiyasının üzvü olduğu üçün həvəsləndirici sabit əlavələrin verilməməsi omuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi cavabdeh Bilsuvar “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin (bundan sonra “cavabdeh” və ya “Xəstəxana”) Ailə Sağlamlıq Mərkəzində fəaliyyət göstərən həkim məsləhət komissiyasının üzvü olduğuna görə ödənilməmiş 612 manat, 2022-ci ilin yanvar ayı üçün İİ qrup əlilliklə bağlı aylıq taarif maaşına 25%-lik 98,25 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək sahə pediatr həkimi kimi fəaliyyət müddəti üçün vəzifə maaşına hər ay 30 % əlavənin ödənilməmiş hissəsi olan 437,39 manat, cəmi 1148 manat pulun, 450 manat hüquqi yardım göstərilməsi xərcinin, etibarnamə verilməsinə görə 17,25 manat xidmət haqqının və 60 manat mediasiya xərcinin, gecikdiirlmiş və ödənilməmiş əmək haqqının (vəzifə maaşına əlavələrin) gecikdirilmiş hər günü üçün bir faizini təşkil edən 34.907,05 manat pulun, əldən çıxmış fayda şəklində 35000 manat pulun, mənəvi ziyan şəklində 50000 manat pulun, ümumilikdə 121.131,94 manat pulun cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılıb ki, komissiyanın üzvü olması səbəbindən həmin müddətdə iddiaçınınn əmək haqqına hər ay üçün 200 manat əlavə ödənilməli olduğu halda, cavabdeh tərəfindən ödənilməmişdir. Lakin bu günədək cavabdeh tərəfindən qeyd edilən məbləğ iddiaçıya ödənilməmişdir. Bundan başqa, İcbari Tibbi Sığorta üzrə X9 Heyətinin 21 yanvar 2020-ci il tarixli 02 saylı qərarının 11.1-ci bəndinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək sahə pediatr-həkimi kimi fəaliyyət göstərdiyi üçün onun vəzifə maaşına hər ay 30 faiz əlavə əmək haqqı verilməli olduğu halda ödənilməmişdir. Bu səbəbdən də, X7 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən Xəstəxananın direktoru barəsində İXM-in 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanmış və xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddiaçıya ödənilməli olan xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək (28 ay) sahə pediatr-həkimi kimi fəaliyyət göstərdiyi üçün vəzifə maaşına hər ay 30 faiz əlavənin ümumi məbləği 4178.40 manat təşkil edir. İlk 24 ayda iddiaçının vəzifə maaşı hər ay 487 manat, sonrakı 4 ay ərzində isə 560 manat olmuşdur. Vəzifə maaşı 487 manat olduğu dövrdə 30% əlavənin miqdarı hər ay 146.10 manat, vəzifə maaşı 560 manat olduğu son 4 ay ərzində isə aylıq əlavənin miqdarı 168 manat olmuşdur. Yuxarı və digər orqanlara edilən müraciətdən sonra Xəstəxana 2023-cü ilin dekabr ayında iddiaçıya 2536.00 manat ödəniş etmişdir. Qalan 1642.40 manatı isə ödəməkdən imtina etmişdir.

7. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əmək hüquqları kobud şəkildə pozulmuş, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi hər ay əmək haqqına 200 manat (cəmi 800 manat) əlavə və x x.xx.2021-ci tarixindən xx.xx.2023-ci il tarixinədək hər ay əmək haqqına 30 faiz əlavə (qalan 1642.40 manat) ödənilməmişdir. İddiaçıya ödənilməmiş əmək haqqının hər gecikdirildiyi günü üçün bir faizi məbləğində ödənc hesablanması qaydasını əks etdirən cədvəllərdən də göründüyü kimi iddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək sahə pediatr-həkimi kimi fəaliyyət göstərdiyi üçün vəzifə maaşına hər ay 30 faiz əlavənin ödənilməməsinə görə hər gecikdirildiyi günə bir faizi məbləğində, yəni 27075,05 manat ödənc cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

8. Daha sonra iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi cavabdeh müəssisənin strukturu olan Ailə Sağlamlıq Mərkəzində fəaliyyət göstərən Həkim Məsləhət Komissiyasının üzvü olması səbəbindən həmin müddə tdə onun əmək haqqına hər ay üçün 200 manat (cəmi 800 manat) əlavənin ödənilməməsinə görə hər gecikdirilə günə bir faiz məbləğində, yəni 7832,00 manat ödənc cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 154 və 172-ci maddələrinə istinad etmişdir.

10. Cavabdehin nümayəndəsi (vəkil) iddiya etiraz edərək, iddia tələbinin 1-ci bəndi üzrə bildirmişdir ki, iddiaçının xx.xx.2021-ci il tarixdən 31 iyul 2021-ci il tarixədək Ailə Sağlamlıq Mərkəzində fəaliyyət göstərən Həkim Məsləhət Komissiyasının üzvü olması ilə bağlı heç bir rəsmi sənəd yoxdur. Olsaydı digər həkim məsləhət komissiyalarının üzvü kimi iddiaçıya da ödənc verilərdi. Belə ki, həmin dövrdə cavabdeh təşkilatda həkim məsləhət komissiyanın üzvləri ilə bağlı əmrdə iddiaçının adı olmam ışdır. İddiaçı həmin faktı sübut etdikdən sonra hazırkı tələbi üzrə subyektiv hüququ yaranır. Digər tərəfdən Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçı həqiqətən də həkim məsləhət komisiyasnın üzvü olsaydı belə, bu tələblə bağlı bir il müddətində iddia qaldırmaq hüququ var idi. Lakin iddiaçı üç ildən sonra iddia qaldırmışdır. Göstərilən tələblə əlaqədar iddia müddəti keçdiyindən iddia rədd edilməlidir. İddia tələbinin 2-ci bəndinə gəldikdə, qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixdən 25 04.2023-cü il tarixədək iddiaçının sahə pediator-hək im kimi fəaliyyət müddəti üçün vəzifə maaşına hər ay 30 faiz əlavənin ödənilməmiş hissəsi, yəni 1642.40 manat pul tələbi hissəsi əsassızdır. Belə ki. göstərilən müddət üçün iddiaçıya vəsait ödənilmişdir. İddiaçının iddia tələbinin 1-ci hissəsi iddia müddəti tətbiq edilməklə, iddianın 2-ci hissəsi isə iddia tələbi təmin olunduğundan və həmin hissə əsassız olduğundan rədd edilməlidir.

11. Cavabdehin 18 aprel 2024-cü il tarixli 1001 saylı məktubuna əsasən İSX (ASM) şöbəsinin ailə həkim-pediatr vəzifəsində işləmiş iddiaçıya xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixədək fasiləsiz əmək stajına görə vahid tarif dərəcəsi maaşının 30 faizi olaraq 3377,85 manat hesablanmışdır. Qanunvericiliyə uyğun tutulmalardan sonra onun hesabına 2536 manat köçürülmüşdür. xx.xx.2021-ci ildən xx.xx.2023- cü il tarixədək İİ qrup əlilliyə görə 3086,86 manat hesablanmışdır. Belə ki, bu məbləğ göstərilən dövrdə hər ay iddiaçı İİ qrup əlil olduğu üçün qanunvericiliyə uyğun olaraq vahid tarif dərəcə maaşının 25 faiz nisbətində hesablanaraq aylıq əmək haqının üzərinə gəlməklə ödənilmişdir. Hazırda Xəstəxananın iddiaçıya fasiləsiz əmək stajına görə (VTC-nin 30 faizi) və İİ qrup əlilliyinə görə heç bir borcu qalmamışdır. 12. "xxxx" ASC-nin Biləsuvar Rayon Filialı tərəfindən iddiaçıya ünanlanmış 29 may 2024-cü il tarixli 062/2024 saylı məktuba əsasən Xəstəxana tərəfindən xx.xx.2023-cü il tarixdə Bankın tranzit hesabına 2536 manat məbləğində “X1 emek haqqı ferqi” təyinatı ilə vəsait daxil olmuş və xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus kart hesabına mədaxil edildiyi göstərilmişdir.

13. Biləsuvar R ayon Məhkəməsinin e-2(022)-387/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Nüsrət Mirzəyev)

14. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, Xəstəxananın İSX (ASM) şöbəsinin ailə həkim-pediatr vəzifəsində işləmiş iddiaçıya xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixədək fasiləsiz əmək stajına görə vahid tarif dərəcəsi maaşının 30 faizi olaraq 3377,85 (üç min üç yüz yetmiş yeddi manat 85 qəpik) manat hesablanmışdır. Qanunvericiliyə uyğun tutulmalardan sonra onun hesabına 2536 (iki min beş yüz otuz altı) manat köçürülmüşdür. xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək İİ qrup əlilliyə görə 3086,86 (üç min səksən altı manat 86 qəpik) manat hesablanmışdır. Belə ki, bu məbləğ göstərilən dövrdə hər ay İİ qrup ə lil olduğu üçün qanunvericiliyə uyğun olaraq vahid tarif dərəcə maaşının 25 faiz nisbətində hesablanaraq aylıq əmək haqının üzərinə gəlməklə ödənilmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı həkim-pediatr vəzifəsində işlədiyi xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixədək fasiləsiz əmək stajına görə vahid taarif dərəcəsi maaşının 30 faizi olaraq ona ödənilməli olan məbləğin tam olaraq ödənilmədiyini, 437,39 manat pulun ona ödənilmədiyini, habelə 2022-ci ilin yanvar ayı üçün İİ qrup əlilliklə bağlı aylıq taarif maaşına 25%-lik 98,25 manat pul vəsatinin ödənilmədiyini göstərsə də, istinad etdiyi halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

16. Bundan əlavə, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddətdə cavabdeh mü əssisənin strukturu olan Ailə Sağlamlıq Mərkəzində fəaliyyət göstərən Həkim Məsləhət Komissiyasının üzvü olduğunu, sözügedən komissiyanın üzvü olması səbəbindən həmin müddətdə onun əmək haqqına hər ay üçün 200 manat əlavə ödənilməli olduğu halda, cavabdeh tərəfindən ona ödənilmədiyini, nəticədə 800 manat ödənilməmiş qaldığını göstərmişdir.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi həmin hissədə də təmin edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddia ərizəsindən görünür ki, iddiaçı təxminən 3 ilə yaxın bir müddət keçdikdən sonra pul tələbi ilə məhkəməyə müraciət etmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 375.1, 375.2, Əmək Məcəlləsinin 296-cı, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdehin əməlində inzibati xəta olduğundan onun barəsində icraat başlanılmışdır. Digər tərəfdən iddia müddətinin keçməsi halı da araşdırılmamış və müddətin keçməsinin üzrlü hesab edilməsi üçün kifayət qədər əsaslar olmasına baxmayaraq məhkəmə buna əhəmiyyət verməmişdir. Halbuki, iddiaçı hüquqlarının pozulmasının aradan qaldırılma sı üçün mütəmadi şəkildə çalışmışdır. Məhkəmə cavabdehin vəkilinin iddia müddətinin ötürülməsi haqqında ərizəsini əsas götürmüşdür. Məhkəmə Xəstəxana rəhbərliyinin yol verdiyi xətalara hüquqi qiymət verməmiş və səhv nəticəyə gəlmişdir. İddiaçı dəfələrlə müraciətlərinə əsaslanaraq güman etmişdir ki, son iş gününə kimi, yəni xx.xx.2023-cü il tarixdə onunla tam hesablama aparılacaqdır. Buna görə də də iddia müddəti xx.xx.2023-cü ildən hesablanmalıdır. Həmçinin yuxarıda sadalanmış pul vəsaitlərinin iddiaçıya verilməli olduğu X7 Xidmətinin Şirvan-Salyan Regional şöbəsi tərəfindən təsdiq edilmiş və xx.xx.2023-cü ildə göndərilmiş məktubdan sonra iddiaçı tələbinin dəqiq olduğunu bilmişdir. Çünki Xəstəxananın rəhbərləri iddiaçıya həmin tarixə kimi yalan vədlər vermişlər. Burada müddətin ötürülməsin dən söhbət gedə bilməz. Cavabdeh xx.xx.2023-cü il tarixdə xx.xx.2021- xx.xx.2023-cü il müddətinə əmək haqqında aylıq maaşın 30%-lik əlavəsi kimi 2536,0 manat ödənmiş və 437,39 manat borclu qalmışdır. Bu vəsaiti köçürməklə Xəstəxana rəhbərliyi inzibati xəta törətdiklərini özləri etiraf etmiş olurlar. Buna görə də, iddia müddəti xx.xx.2023-cü il tarixdən hesablana bilər. Digər tərəfdən cavabdehin əməlində İXM-nin 38.2-ci maddəsinə əsasən uzanan inzibati xəta olduğundan həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən iddia müddəti xətanın aşkara çıxarıldığı gündən hesablanmalıdır. Xəstəxana rəhbərliyi tərəfindən inzibati xəta birinci halda xx.xx.2023, ikinci halda xx.xx.2023-cü il tarixdən aşkar edildiyindən iddia müddətinin ötürülməsinə məhkəmə tərəfindən istinad edilməsi qanunsuzdur. Mülki Məcəll ənin 380.1-ci maddəsində göstərilir ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə görə fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Cavabdeh iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına müraciətlərdən sonra 2023-cü ilin dekabr ayında iddiaçıya 2536,00 manat ödəniş etmişdir. Beləliklə, Mülki Məcəllənin 380-ci maddəsinin tələbinə görə iddia müddətinin axımı kəsilmişdir. Həm də cavabdeh tərəfindən iddia müddətinin tətbiqi haqqında məhkəməyə ərizə təqdim edilməmişdir.

21. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1427/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Cahid İmanov)

22. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işin hallarını təhil edərək müəyyən etmişdir ki, iddia bir neçə əsas tələbi özündə ehtiva edir.

23. Apellyasiya instansiyası məhkəməsi ilk öncə, iddiaçının xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə kimi Bilsuvar RMX PHŞ Ailə Sağlamlıq Mərkəzində fəaliyyət göstərən həkim məsləhət komissiyasının üzvü olduğuna görə ödənilməmiş 612 manatla bağlı diqqətə çatmışdır ki, işin mübahisəsiz hallarına əsasən Həkim Məsləhət Komissiyası 2021-ci ildən ictimai əsaslarla fəaliyyət göstərmiş, X11 Agentliyi 10 may 2022-ci il tarixli 02 saylı sərəncamı il ə 01 yanvar 2021-cü il tarixində olan sərəncama dəyişiklik etmiş və həmin sərəncama əsasən HMK-da işçilərə əmək haqqı ödənilməli idi.

24. Həmin dövrdə iddiaçının işləməsi və ona əlavə ödənişlərin verilməsi halı ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X7 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən iddiaçının Həkim Məsləhət Komissiyasının üzvü olduğuna görə xx.xx.2021-xx.xx.2021-ci il tarixləri ərzində hər ay onun əmək haqqına 200 manat əlavənin (cəmi 800 manat) ödənilməsi üçün cavabdeh müəssisəyə xx.xx.2023-cü il tarixli 3-17-5/236561 nömrəli icrası məcburi olan göndəriş verilmişdir. Bu da o deməkdir ki, iddiaçının adıçəkilən tələbinin əsaslı olması öz təsdiqini tapmışdır. Habelə iddiaçının Həkim Məsləhət Komissiyasının üzvü olmasına dair əmrin tapılmamasının məsuliyyətini iddiaçıya aid etmək olmaz. İş materiallarından da göründüyü kimi, X11 Agentliyi 10 may 2022-ci il tarixli 02 saylı sərəncamla 01 yanvar 2021-cü il tarixli sərəncamına dəyişiklik etmişdir ki, iddiaçı həmin vaxtdan da əmək haqqına əlavələrin edilmədiyini bilirdi və iddia müddətinin başlanğıcı həmin dövrdə hesablanmalıdır. Hazırkı iddia ilə iddiaçı məhkəməyə yalnız 20 fevral 2024-cü il tarixdə müraciət etmişdir.

25. İddiaçının nümayəndəsinin müddətin ötürülməsinin müxtəlif dövlət orqanlarına müraciətlər və cavabdehin rəhbərliyi tərəfindən onlara vəd verilməsi ilə bağlı olması barədə dəlillərini əsasız saymış və şəxsin müraciət hüququndan istifadəsinin onun məhkəməyə gec müraciət etməsinin üzrlü halı kimi qəbul etməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, bundan əlavə, iddiaçı 2022ci ilin yanvar ayı üçün İİ qrup əlilliklə bağlı aylıq taarif maaşına 25%-lik 98,25 manat pul vəsaiti əlavə edilməsini də tələb edir. Ancaq işdə olan həmin dövr üçün əmək haqqına əlavənin miqdarına dair cədvələ əsasən 01 yanvar 2021-ci ildən 01 yanvar 2023-cü ilədək iddiaçıya eyni məbləğ köçürülmüşdür. Ancaq işdən görünür ki, həmin məbləğin köçürülməsi üzrə pozuntu xəstəxananın direktoru tərəfindən etiraf edildiyindən bu barədə pozuntu aşkara çıxarılaraq X7 Xidməti Şirvan Salyan regional şöbəsi tərəfindən iddiaçının həkim məsləhət komissiyasının üzvü kimi fəaliyyət göstərdiyi hər aya görə sabit həvəsləndirici əlavənin ona ödənilməsinin təmin edilməsi barədə cavabdehə xx.xx.2024cü il tarixli 3-17-5/2- 5537/2024 nömrəli göstəriş verilmişdir.

27. Apellyasiya instans iyası məhkəməsi iddia tələbinin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sahə pediatr həkimi kimi fəaliyyət müddəti üçün vəzifə maaşına hər ay 30% əlavənin ödənilməmiş 437,39 manat hissəsi ilə əlaqədar göstərmişdir ki, bu məbləğlərin ödənilməsi cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etmiş olduğu 08 aprel 2024-cü il və 18 aprel 2024-cü il tarixli arayışlarla da təsdiq edilir. Cavabdehin, habelə işdə olan "xxxx" ASC-nin arayışlarından məlum olur ki, cavabdehin iddiaçıya hər hansı borcu qalmamışdır. Belə ki, həmin məbləğ iddiaçının əmək haqqının üzərinə hesablanmaqla ödənilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq, onu da diqqətə çatdırıb ki, iddiaçı tərəfindən həm apellyasiya şikayətində, həm də məhkəmədə verdiyi izahatında Xəstəxana tərəfindən ona müxtəlif dövlət orqanlarına müraciətlərdən sonra 2023-cü ilin dekabr ayında ona 2536 manat məbləğdə pul vəsaiti ödənilməsini bildirmişdir. Ancaq iddiaçının həmin pul vəsaiti üzrə tələblərinin əsasını o təşkil edir ki, Xəstəxananın mühasibi həmin məbləğləri vaxtında əmək haqqına əlavə edib ödəsəydi, o zaman vergi daha az tutulardı. Yəni, vergi məbləği hər ayın əmək haqqında ayrı-ayrılıqda tutulmalı idi.

29. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Xəstəxananın nümayəndəsi mülki iş birinci instansiya məhkəməsinin icraatında olduğu müddətdə - 25 aprel 2024-cü il tarixdə məhkəmə hazırlıq iclası mərhələsində iddia müddətinin tətbiqi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti təbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Bu baxımdan, iddianın əsaslı olduğu hissələrd ə iddia müddəti tətbiq edilməsi qanunidir.

30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianın təmin edilməsi üçün əsasların mövcud olmadığı səbəbindən iddiaçının gecikdirilmiş və ödənilməmiş əmək haqqının (vəzifə maaşına əlavələrin) gecikdirilmiş hər günü üçün bir faiz təşkil edən məbləğin, əldən çıxmış fayda və mənəvi ziyanın əvəzi qismində onun xeyrinə pul tutulmasına dair tələbləri də təmin edilməməlidir.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 372.1, 375.1, 375.2, 377.1, Əmək Məcəlləsinin 296, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat: a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (vəkil Nümayəndə1 oğlu) kassasiya şikayəti verərək apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılıb və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verilməməsinə istinad edilib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 296 (4). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi id dia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sü but etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Ape llyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv e dilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

36. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam y oxlayır.

37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, iddianı r ədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla qanuni nəticəyə gəlmişdir.

40. İddia tələbi əmək mübahisəsi üzrə pul tələbi barədədir. Tələb özü də üç hissədən ibarətdir: 1) Ailə Sağlamlıq Mərkəzində fəaliyyət göstərən həkim məsləhət komissiyasının üzvü olduğuna görə ödənilməmiş 612 manat; 2) 2022-ci ilin yanvar ayı üçün İİ qrup əlilliklə bağlı aylıq taarif maaşına 25%-lik 98,25 manat; 3) xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək sahə pediatr həkimi kimi fəaliyyət müddəti üçün vəzifə maaşına hər ay 30 % əlavənin ödənilməmiş hissəsi olan 437,39 manat olmaqla, cəmi 1148 manat pulun tutulması. Digər tələblər isə ilk üç iddia tələblərindən irəli gələn törəmə tələblərdir.

41. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci tələb üzrə iddia müddətinin keçməsinə, digər iki tələb üzrə cavabdehin bütün ödənişləri etməsinə istinad etmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələblərinin qeyd edilən əsaslarla təmin edilməməsi düzgün olmuşdur. Həmçinin nəzərə alınsa ki, cavabdeh də müddətin tətbiqi barədə ərizə verib, belə olan halda, həm Əmək Məcəlləsinin 296-cı, həm də Mülki Məcəllənin 375.2-ci maddələrinin tələbləri baxımından iddianın təmin edilməsi istisna edilir.

43. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməməsinin əsası kimi iddiaçının X7 Xidmətinin Şirvan-Salyan Regional şöbəsinə müraciət etməsi ilə bağlı dəlilləri üzrə qeyd edir ki, Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəməl ər tərəfindən baxılır. Məcəllənin 294-cü maddəsinin 2-ci hissəsinə görə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Məcəllənin 294-cü maddəsinin 4-cü hissəsinə görə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

44. Göründüyü kimi, Əmək Məcəlləsi fərdi əmək mübahisəsini həll edən orqan kimi bir qayda olaraq məhkəmələri nəzərdə tutur. Bundan istisna o vaxt ola bilər ki, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan yaradılmış olsun. Başqa sözlə, Qanun məhkəmədən kənar (məhkəməyə qədər) fərdi əmək mübahisəsini həll edən orqan olaraq yalnız bir istisnanı nəzərdə tutur. Bu istisna odur ki, fərdi əmək mübahisələrini həll edən orqan yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmış olsun.

45. Əmək münasibətlərini nizama salan, sahəvi Qanun olan Əmək Məcəlləsi hər hansı digər orqanı fərdi əmək mübahisələrini nizama salan orqan kimi qəbul etmir. Bu baxımdan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X7 Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrini həll edən orqan kimi qəbul oluna bilməz. Bu baxımdan, həmin orqana müraciət edilməsi də iddia müddətinin buraxılmasının üzrlü halı kimi nəzərdən keçirilə bilməz.

46. Eyni hüquqi mövqe “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il Qərarında da göstərilib. X5 məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olub ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 38 6 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X7 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. X7 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmə k qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz.

47. İddia müddətinin keçməsinin üzrlü hesab edilməsi üçün kifayət qədər əsaslar olmasına baxmayaraq məhkəmənin buna əhəmiyyət verməməsi barədə dəlilə gəldikdə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnmə si, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

48. Göründüyü kimi, qanunvericilik pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün 1 illik iddia müddəti müəyyən etmiş, eyni zamanda həmin müddətin üzrlü səbəblərdən ötürülməsi halında onun bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur.

49. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən 30 iyul 2021-ci il Qərarında hüquqi mövqe belə olmuşdur ki, “məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpası na dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir”.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il Qərarında əks edilən hüquqi mövqe baxımından ötürülmüş müddətin bərpasına dair ərizəni iddiaçı (işçi) verməlidir. İddiaçının belə bir ərizə verməsi isə işdən görünmür. Buna görə də iddia müddətinin keçməsinin üzrlü hesab edilməsi üçün kifayət qədər əsaslar olmasına baxmayaraq məhkəmənin buna əhəmiyyət verməməsi barədə dəlil əsaslı sayıl bilməz.

51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1427/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar