Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7471/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Nəsimi rayon İcra və Probasiya şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və qeyrilərinə qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “qərarın, təklifin, digər sənədlərin və yeni çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və m əruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4756/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində birinci icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz və əsassız olaraq Cavabdeh1 tərəfindən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədə yerləşən qeyri-yaşayış sahəsi olan 6 saylı qarajını onun xəbəri olmadan saxta sənədlərdən istifadə edərək, X1 adına keçirməklə rəsmiləş dirilməsi barədə verilən 17 yanvar 2013-cü il tarixli, 17/70 182/3 saylı təklifin və Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.05.2011-ci il tarixli 2(102)-1480/2011 saylı icra vərəqəsinin icrası çərçivəsində guya borc tələbi əvəzinə verilməsi barədə Cavabdeh1 icra məmuru X4 tərəfindən qanunsuz qəbul olunmuş 22.05.2013-cü il tarixli qərarın və ondan irəli gələn hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə göndərilən sənədlərin və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin (hakim C.Musayeva) 27.11.2020-ci il tarixli 2(006)-282/2020 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Cavabdeh1 icra məmuru X4 tərəfindən qəbul edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın borc tələbi əvəzinə tələbkara verilməsi barədə 22.05.2013-cü il tarixli qərarın etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (6 saylı qaraja) dair X1 mülkiyyət hüquq unu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 28.06.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən üçüncü şəxs X2 tərəfindən apellyasiya şikayəti və buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizə verilmişdir. İddiaçı müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməsinə etiraz etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2020 saylı, 11.03.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli, 2(006) 282/2020 saylı qətnaməsindən üçüncü şəxs X1 apelyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya M əhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardadla 3-cü şəxs tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin buraxılmadığı müəyyən edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2020 saylı, 11 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsini, şikayətinin təmin olunmasını, 3-cü şəxs X2 və onun nümayəndəsi olan vəkili Gülarə İlyasova tərəfindən Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsi üzrə 23 fevral 2021-ci il tarixli müddətin bərpası barədə ərizənin təmin edilməməsi və apellyasiya şikayətinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apelyasiya Məhkəməsinin (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və Anar Tanrıverdiyev) 2(103)-4756/2021 saylı 20 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2020 saylı, 11 mart 2021-ci il tarixli qərardadından verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Nəsimi Rayon Məhkəməsinə göndərilmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)282/2020 saylı, 11 mart 2021-ci il tarixli qərardadından görünür ki, X2 tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötürülmədiyi müəyyən edilmiş, onun apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bununla yanaşı, rayon məhkəməsi həmin qərardadının nəticə hissəsi ndə 10 gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilməsinin mümkünlüyü qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, rayon məhkəməsinin həmin qeydi, yəni qərardaddan 10 gün müddətində şikayət verilməsi ilə bağlı qeydi əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395.1-ci maddəsində qeyd edilən qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadında əsassız olaraq şikayət verilə biləcəyini göstərməsi heç də öz-özlüyündə prosessual hüqu q normasının dəyişdirilməsinə və müvafiq olaraq da, həmin qərardaddan verilmiş şikayətə baxılmasına əsas ola bilməz. İddiaçı kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək Bakı Apellyasiya Məhkəmənin Mülki Kollegiyasının 20 aprel 2021-cı il tarixli, 2(103)-4756/2021 saylı qərardadının ləğv edilməsini, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-282/2020 saylı iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair 3-cü şəxs X2 və 3-cü şəxsin nümayəndəsi olan vəkili X3 tərəfindən verilmiş ərizəsi və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsa slandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən qərardad qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: Maddə 395.1.1. bu Məcəllədə göstərilən hallarda; Maddə 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Maddə 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2020 saylı, 11 mart 2021-ci il tar ixli qərardadından qanunla şikayət verilməsi nəzərdə tutulmamışdır. Çünki, müddətin buraxılmamış hesab edilməsi və apellyasiya şikayətinin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardaddan şikayət verilməsi imkanı Mülki Prossesual Məcəllədə nəzərdə tutulmamışdır. Həmçinin bu qərardad işin sonrakı hərəkətinə mane olan qərardad deyildir. Buna görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prossesual normaların tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegi yası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4756/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7471/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-7471/2021
27.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver