Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-750/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1rşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi 04.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı Abdul oğlunun iştirkı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1346/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X11 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X4 12 000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İşin mübahisə edilməyən hallarından görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2003-cü il tarxili qərarı ilə Zaqatala rayonunun Maqov kəndində X8 ailə üzvlərinə 16383 kvm kənd təsərrüfatı məhsullahrının istehsalı təyinatlı torpaq sahəsi verilmişdir.
3. O da mübahisə edilmir ki, xx xxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın alqısatqısı müqaviləsi ilə iddiaçı Zaqatala şəhərində yerləşən özünə məxsus 0,065 ha torpaq sahəsinin 0,0305 ha hissəsini cavabdehin mülkiyyətinə vermişdir.
4. Həmçinin işin mübahisə edilməyən hallarında n görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə cavabdeh X10 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində bağlanmış xx xxxxxx 2018-ci il tarixli AN -1 N ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir.
5. Daşınmaz əmlakın eksperti İsa Abdullayev tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Maqov kəndində yerləşən 40 sot fındıq bağının torpaqla birlikdə bazar qiyməti 8000 manatdır.
6. X16 İnkişaf Mərkəzinin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Zaqatala rayonu Maqov kəndində yerləşən 0,40 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsində mövcud olan orta məhsuldarlıqlı bar verən 10x10 əkin sxemində əkilmiş 45 topa fındığın Za qatala rayonu ərazisində orta bazar məzənnəsinə görə qiymətlər bir topaya görə yerindən və şəraitindən asılı olaraq 150-200 manat arası dəyişir. Odur ki, 45 topa fındıq bağının ümumi dəyəri 6750-9000 manat arası dəyişməsi ehtimal edilir.
7. İşə əlavə edilmiş X14, X9 və X3 tərəfindən verilmiş izahatlardan görünür ki, Serov X2 Amalya Ramazanovnanın atası ilə şifahi olaraq razılaşmış və Zaqatala şəhərində yerləşən özünə məxsus 0,065 ha torpaq sahəsinin 0,0305 ha hissəsini cavabdehin atasının mülkiyyətində olan 0,40 ha fındıq bağı ilə dəyişdirmişlər. Onlar öz aralarında razılaşaraq torpaq sahələrini dəyişdirərək 10 ildir ki, istifadə edirlər. Lakin buna baxmayaraq X13 Serovdan götürdüyü torpaq sahəsini notariat kontorunda alqı-satqı müqaviləsi imzalatdırdıqdan sonra həmin torpaq sahəsinin əvəz i olaraq verdiyi fındıq bağı barədə alqı-satqı müqaviləsi bağlamaqdan imtina etmişdir..
8. İddiaçı bildirir ki, 10 il bundan əvvəl cavadehlə razılığa gələrək mülkiyyətində olan 0,065 ha torpaq sahəsinin 0,0303 ha hissəsini cavabdehin mülkiyyətində olan 0, 40 ha fındıq bağı ilə dəyişdirmişdir. Cavabdeh Fındıqlı kəndində yerləşən özünə məxsus 0,40 ha fındıq bağını onun istifadəsinə vermişdir. O da öz növbəsində mülkiyyətində olan torpaq sahəsinin 0,0305 ha hissəsini ona vermişdir. Artıq 10 ildir ki, onlar həmin torpaq sahələrindən istifadə edirlər. xx xxxxxx 2018-ci il tarixdə cavabdehlə o həmin torpaq sahəsini notariat kontorunda alqı-satqı müqaviləsi imzalayaraq torpağı rəsmi olaraq cavabdehin mülkiyyətinə vermişdir. Sonra o, cavabdehdən ona verdiyi 0,40 ha fındıq bağını rəsmiləşdirməyi xahiş etmiş, lakin o bundan imtina etmişdir. Bundan sonra cavabdeh onu həmin fındıq bağından istifadə etməyə qoymayaraq onu fındıq bağından çıxartmışdır. O, cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, lakin onun bu iddiası təmin edilməmişdir. Lakin məhkəmənin qətnaməsi ilə və həmin məhkəmə prosesində iştirak edən şahidlərin ifadələri ilə cavabdehlə ona məxsus bağın dəyişdirilməsi sübut olunmuşdur. Buradan görünür ki, cavabdeh onun əmlakı hesabına əsassız olaraq varlanmışdır. Odur ki, cavabdeh onun torpağı ilə dəyişdiyi 0,40 ha fındıq bağının bugünki bazar qiyməti olan 12000 manatı ona qaytarmalıdır. Bu səbəbdən də göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
9. Cavab deh bildirir ki, iddiaçının iddia ərizəsində göstərdikləri həqiqətə uyğun deyildir. Belə ki, iddiaçı ilə onun arasında 0.4 ha fındıq bağının iddiaçıya daimi verilməsi, yaxud dəyişdirilməsi ilə bağlı heç bir razılaşma olmamışdır. İddiaçıdan aldığımız torpaq sahəsinin dəyəri olan 1500 manat pulu o dövrdə ödəmək imkanımız olmadığından qeyd edilən 0.4 ha torpaq sahəsindəki bağı həmin məbləğin əvəzinə 5 il müddətinə istifadə etməsi üçün vermişdik. İddiaçıdan aldığımız 0.0305 ha torpaq sahəsinə gəldikdə isə həmin torpaq sahəsini qanuni əsasla alqı-satqı müqaviləsi yolu ilə iddiaçıdan almışıq və orada yaşayış evi tikmişik. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-229/2020 nömrəli (hakim E.Məm mədov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh X4 8000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçı aralarında olan şifahi razılaşma əsasında mülkiyyətində olan təqribən 1012 min manat dəyərində 0.0305 ha torpaq sahələrini əvəzsiz olaraq iş üzrə cavabdehə vermiş, sonuncular heç bir ödəniş etmədən torpaq sahəsinə mülkiyyət əldə etmiş, bunun müqabilində isə öz üzərlərinə düşən vəzifəni icra etmək, yəni 0.40 ha torpaq sahəsini iddiaçının mülkiyyətinə verməkdən yayınmışlar
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 386.3, 1091.1, 1091.2, 1093.1-ci, M ülki Prossesual Məcəllənin 14.2, 77.1, 78.1, 88, 119.1,217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.
14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1346/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov-sədrlik edən və məruzəçi, Ə.Məcidov və M.Əsədli) cavabdeh X10 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)229/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflərin apelyasiya şikayətlərində göstərdiyi dəlillər əsa ssız olduğundan qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir.
16. Birincisi ona görə ki, yuxarıda qeyd olunduğu kimi təxminən 10 ildən bundan əvvəl tərəflər özlərinə məxsus olan torpaqları dəyişdirmək barədə qarşılıqlı razılığa gəlmiş və həmin vaxtdan da iddiaçı cavabdeh tərəfin, cavabdeh isə iddiaçı tərəfin torpağından istifadə etməklə faktiki sahibliyi həyata keçirmişlər. Sonradan iddiaçı özünə məxsus olan torpaq sahəsini cavabdehin adına rəsmiləşdirsə də, qarşı tərəf bu öhdəlikdən yayınmışdır. Qeyd olunan torpaq sahəsi iddiaçılar tərəfindən cavabdehin istifadəsinə verilərkən ərazi tamamilə boş olmuş, həmin ərazidə heç bir əkili, o cümlədən də fındıq topaları mövcud olmamışdır. İddiaçı da həmin ərazidə xeyli sayda fındıq tingləri əkib-becərmiş, zəhmət və xərc tələb edən aqrotexniki qulluq göstərməklə həmin ağacları bu illər ərzində məhsul (bar) verən bir vəziyyətə gətirib çıxarmışdır. İşin bu halı məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən də mübahisləndirilməmişdir. Artıq həmin fındıq ağacları bəhər, qazanc verən bir ərəfədə cavabdeh tərəf mübahisə edərək həmin torpağın iddiaçının adına rəsmiləşdirməkdən imtina etməklə yanaşı, torpağın geri qaytarılmasında israrlıdır. Məhz bundan sonra İddiaçı öz zəhmət və gəliri, xərci sayəsində əkib-becərdiyi, faktiki olaraq özünə məxsus olan və öz mülkiyyəti sayılan ağaclarının dəyərini tələb edir. İddiaçı işin bu halını cavabdeh tərəfin onunla qarşılıqlı razılığa gəlməməsi ilə əlaqələndirmişdir.
17. İkinci, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi maddi ziyan tələbi ilə bağlı iddia nı qismən təmin etməkdə işin faktiki hallarına uyğun hüquqi nəticəyə gəlmiş və maddi hüquq normalarını düzgün təfsir etmişdir. Apellyasiya şikayətinin dəlilləri bu hissədə əsassız olduğundan təmin edilməməlidir.
18. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, təxminən 10 il bundan əvvəl tərəflər öz aralarında şifahi razılığa gələrək hazırki mübahisəli torpaq sahəsini boş, üzərində heç bir ağac və s. olmayan bir şəkildə iddiaçının faktiki istifadəsinə vermiş, iddiaçı da həmin ərazinin artıq ona məxsus olduğunu zənn edərək xeyli sayda çoxillik ağaclar (fındıq tingləri) əkmiş və uzun zaman həmin torpağa və fındıq topalarına öz zəhməti və gəliri sayəsində aqrotexniki qulluq göstərməklə məhsuldar bir vəziyyətə salmışdır. Buradan da göründüyü kimi iddiaçının həmin torpaq sahəsinə sаhibl ik etməsi heç də özbаşınа bаş verməmiş, cavabdeh tərəfin irаdəsinə uyğun оlmuşdur. İddiaçı da öz aralarındakı danışığı etimadlı münasibəti alqı-satqı kimi qiymətləndirərək, torpağı artıq özününki zənn etmiş və orada yuxarıda qeyd olunduğu kimi, zəhmət və xərc tələb edən işlər görmüş və sonda həmin ərazini mövcud vəziyyətə gətirib çıxara bilmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, eyni coğrafi zonadan olan hər iki tərəfin fındıq ağaclarının (topalarının) əklibbecərilməsi, məhsuldar bir vəziyyətə gəlib çıxması üçün nə qədər zəhmət, xərc tələb etdiyini, illər lazım olduğunu, fındıq ağacının tam məhsuldar bir vəziyyətə çatması üçün 10-12 il lazım olduğunu bildiyi bir halda iddiaçının həmin torpaq sahəsinə və orada olan ağaclara özbaşına qulluq etməsi və bu qədər xərc çəkməsi də i nandırıcı görünmür. Buradan da bir daha görünür ki, həmin ərazi iddiaçının istifadəsinə heç də qısa müddətə deyil, uzun müddət üçün verilmişdir ki, cavabdeh bu qədər xərc çəkmişdir.
19. Üçüncüsü, Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, cavabdeh tərəf torpaq sahəsinin əvvəlki vəziyyəti ilə bağlı mülkiyyət hüquqna malik olsalar da, onun üzərində iddiaçı tərəfindən öz xərci, gəliri və zəhməti hesabına əklib-becərilmiş fındıq və s. ağaclarına heç bir subyektiv hüququn sahibi deyillər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, əgər iddiaçı tərəf öz xərci hesabına əkib-becərdiyi fındıq ağaclarından bəhər, gəlir götürmədiyi bir halda, həmin ağacların onun iradəsindən asılı olmayan bir səbəbdən birdən-birə cavabdeh tərəfin ixtiyarına verilməsi qarşı tə rəfin əsassız varlanması kimi qiymətləndirilə bilər. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
20. Dördüncüsü, apelyasiya şikayətinin daha bir dəlilinə, yəni mübahisəli torpaq sahəsində 45 topa fındıq ağacının olması və həmin ağacların 10 il bundan əvvəl əkilməsi” ilə razılaşmamsı, bunun hansı üsulla müəyyən edilməsi ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd olunan mübahisə ilə bağlı mütəxəssis rəyi (səhifə 42 və 49) almış və iddia tə ləbini qismən təmin edərkən də məhz həmin rəyə istinad emişdir. Apelyator isə dəlilinin bu hissəsi ilə bağlı hər hansı bir mötəbər sübut təqdim etməmişdir.
21. Beşinci, məhkəmə kollegiyası cavabdeh tərəfin arqumentlərinə tənqidi yanaşaraq qeyd edir ki, cavabdehin nümayəndəsi (atası) Həfsət Bağırov birinci instansiya məhkəməsində izahat verərkən bildirmişdir ki, Cavabdeh onun qızıdır və torpağın alqısatqısı ilə bağlı iddiaçıya pul verməmişlər, iddiaçı həmin torpaqdan 10 ildir ki, istifadə edir. Belə olan halda sual yaranır. Necə oldu ki, iddiaçı birdən-birə özünə məxsus olan torpaq sahəsini heç bir qohumluq və s. əlaqəsi olmayan şəxsin (cavabdehin) adına rəsmiləşdirir və səbəb nə olmuşdur?
22. Buradan da belə məntiqi nəticəyə gəlmək olur ki, deməli tərəflər arasında əvvəlcədən hansısa sövdə ləşmə olub ki, iddiaçı həm öz torpağını cavabdehin adına sənədləşdirir və torpağın real dəyərini almır, həm də cavabdeh tərəfin adına olan torpağa xeyli xərc tələb edən uzunillik ağaclara qulluq edir.
23. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd etməyi lazım bilir ki, cavabdeh mübahisəli torpaq sahəsində əkilib-becərilmiş fındıq ağaclarına (topalarına) münasibətdə hər hansı bir hüququnun olmasını təsdiq edəcək sübutu məhkəməyə təqdim etməməklə yanaşı işə baxılarkən də məhkəmə kollegiyasına təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, bu hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin edilməsi üçün heç bir hüquqi əsası yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icra atı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh X11 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, xx xxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsində tərəflərin 0.04 ha torpaq sahəsinin hazırkı torpaq sahəsinin əvəzinə verilməsi şərti yoxdur. Eyni zamanda iddiaçı 0.04 ha torpaq sahəsinin ona verilməli olmasından ibarət vəzifənin X7 deyil, onun atasının üzərinə düşdüyünü, yəni torpaq sahəsini X11 deyil, atasının ona verməli olmasını göstərmişdir. Apelyasiya instansiyası məhkəməsi isə bu qətnaməyə düzgün hüquqi qiymət verməmiş və qeyd edilən qanuni qüvvəyə minmiş qətnaməyə zidd qətnamə qəbul etmişdir.
26. Bundan başqa iddiaçı öz izahatından başqa iddia tələbinin əsasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. İddiaçı Abdul oğlu məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclası na gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
30. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
31. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası mə hkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəlləsi
34. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
35. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (m addə 386.1)
36. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. (maddə 386.3) Mülki Prosessual Məcəllə
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (maddə 50.3)
39. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (maddə 82.3)
40. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan s onra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
41. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)
42. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
43. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
44. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tə tbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
45. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (maddə 385.1.4)
46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
47. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasi ya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. (41-42)
49. Belə ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, 10 il bundan əvvəl iddiaçı və cavabdeh özlərinə məxsus olan torpaqları dəyişdirmək barədə qarşılıqlı razılığa gəlmişlər.
50. Halbuki iddiaçı öz izahatından başqa cavabdehlə onun arasında belə bir razılaşmanın olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının izahatına gəldikdə isə qeyd edilməlidir ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apelyasiya instansiyası məhkəməsi isə həmin i zahatı digər sübutlarla yanaşı yoxlamamış və belə bir qiymətləndirmə aparmadan iş üzrə qətnamə qəbul etmişdir. (40)
51. Bununla yanaşı iş materiallarında olan və qanuni qüvvəyə minmiş Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı torpaq sahələrinin dəyişdirilməsi ilə bağlı cavabdehin özü ilə deyil, onun atası ilə razılığa gəldiyini, ona görə də 0.04 ha torpaq sahəsinin ona verilməli olmasından ibarət vəzifənin X7 deyil, onun atasının üzərinə düşdüyünü göstərmişdir. Apelyasiya instansiyası məhkəməsi isə qeyd edilən qətnamə ilə müəyyən edilmiş hallara düzgün hüquqi qiymət verməmiş və nəticədə iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir.
52. Nəzərə alınmalıdır ki, şəxsin mülkiyyətind ə olan əşya ilə bağlı buna səlahiyyəti ol mayan hər hansı bir şəxsin, o cümlədən valideynin başqa şəxslərin xeyrinə öhdəlik götürməsi, həmin şəxslərə mülkiyyətçidən qeyd edilən öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ vertmir.
53. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır.
54. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
55. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X7 kassasi ya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1346/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.