Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7500/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı vəkili V1 qızının, cavabdehin vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli, 2(103)10073/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında 25.07.2 012-ci il tarixində Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanmış 4Ə/2-443 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehə verilmiş reyestrdən çıxarışın ləğv olunmasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə edilməsi və cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 25.07.2012-ci il tarixində Bakı şəhəri 15 saylı notariat kontorunda cavabdehlə bağışlama müqaviləsi bağlayaraq ünvan 1 ünvanında yerləşən 19 nömrəli mənzili cavabdehə bağışlamışdır. Müqavilə bağlayarkən iddiaçının niyyəti cavabdehin ona baxması müqabilində evi cavabdehə bağışlamaq olmuşdur. Cavabdeh formal olaraq həmin mənzildə qeydiyyatda olsa da, heç vaxt orda yaşamamış və iddia çıya heç bir kömək göstərməmişdir. Yəni onun müqavilə ilə bağlı münasibəti faktiki olaraq renta müqaviləsinin şərtlərini ehtiva etmişdir. Bağlanan müqavilənin bağışlama müqaviləsi olmasından, ümumiyyətlə, xəbəri olmamışdır. İddiaçı həmin mənzil üzrə sərəncamverici hərəkətlər edərkən evin mülkiyyətindən çıxdığı ona məlum olmuşdur. Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-1574/2019 saylı iş üzrə qəbul etdiyi 16 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.X.Mirzəyev) iddia tələbi qismən təmin edilərək, bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv olunmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli, 2( 103)10073/2019 nömrəli qətnaməsi ilə (hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və X1) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-1574/2019 saylı iş üzrə qəbul etdiyi 16 may 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı 25.07.2012-ci il tarixində Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanmış 4Ə/2-443 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehə verilmiş reyestrdən çıxarışın ləğv olunmasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli, 2(103)10073/2019 nömrəli qətnaməsin dən İddiaçı və vəkili V1 qızı kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili V1 qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli, 2(103)-10073/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının cavabdehə evi bağışlamaqda məqsədi cavabdehin üzərinə ona baxmaq, daima qulluqetmə öhdəliyinin qoyulması olmuşdur. Lakin bu öphdəliklər və şərtlər şifahi şəkildə razılaşdırılmışdır. Qanunvericilik öhdəlik və şərtlərin yazılıq qaydada müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamışdır. Bundan əlavə, apellyaisya instansiya məhkəməsi əsassız olaraq iddia müddətini t ətbiq etmişdir. Belə ki, öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən iddia müddətinin axımı başlanır. İddiaçı 2018-ci ilin ortalarında başa düşmüşdür ki, cavabdeh onu aldadaraq bağışlama müqaviləsi bağlasa da, müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili V1 qızı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli, 2(103)-10073/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Nümayəndə2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli, 2(103)-10073/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişd ir. Həmçinin iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 məhkəməyə kassasiya şikayətinfən imtina barədə ərizə ünvanlamış və iş üzrə kassasiya icraatına xitam verilməsini xahiş etmişdir. Nümayəndə1 verilmiş etibarnamədə iddiaçının adından kassasiya şikayətindən imtina səlahiyyəti nəzərdə tutulmadığından məhkəmə kollegiyası ərizəni qəbul etməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 29 iyul 2019-cu il tarixli, 2(103)-10073/2019 nömrəli qətnaməsi ilə iş üzrə Nizami Rayon Мəhkəməsinin 2(007)-1574/2019 saylı iş üzrə qəbul etdiyi 16 may 2019-cu il tarixli qətnaməsi ni mübahisələndirilən hissədə ləğv edib, İddiaçı Cavabdeh qarşı 25.07.2012-ci il tarixində Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanmış 4Ə/2-443 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehə verilmiş reyestrdən çıxarışın ləğv olunmasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə edilməsi tələbinə dair iddiası təmin etməməkdə haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,ünvan 1 ünvanında yerləşən 19 nömrəli mənzil mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuş, sonuncu həmin mənzili 25.07.2012-ci il tarixində notariusda bağlanmış bağışlama müqaviləsinə əsasən Ca vabdeh bağışlamışdır. Müqavilə əsasında mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində hədiyyə alanın adına rəsmiləşdirilmişdir. İddiaçı iddiasında bildirmişdir ki, o, mənzili cavabdehə ona baxması müqabilində bağışlamışdır. Lakin müqavilə bağlandıqdan sonra cavabdeh vədinə əməl etməmiş, ona köməklik etməmiş, qayğısına qalmamışdır. İddiaçı, cavabdehin verdiyi vədə əməl etməməsi halına istinad etməklə “Bağışlama müqaviləsinin” ləğv edilməsini tələb edir. İddiaçının mübahisələndirdiyi müqavilədə qeyd edilən şərt olmasa da, cavabdeh tərəf, müqavilənin bu şərtlə bağlanılmadığını, lakin buna baxmayaraq iddiaçının maddi tələbatlarını ödədiyini bildirir. Apellyasiya instansiya məhkəməsi aşağıdakı maddi hüquq normalarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 666-cı ma ddəsinin məzmununa görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 670.1-ci maddəsinə görə, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Bu Məcəllənin 673.1.2-ci maddəsinə görə hədi yyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad etməklə qeyd etmişdir ki, iddiaçı, cavabdehin bağışlama müqaviləsini bağlayarkən niyyətinin cavabdehin ona baxması olduğunu, cavabdehin isə verdiyi vədə əməl etməməsini qeyd etsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə görə bu kimi halların sübut edilməsi yükü həmin hallara əsaslanaraq iddia tələbi irəli sürmüş şəxsin – iddiaçının üzərinə düşür. Əksinə, işin hallarından və iddiaçının məhkəməyə təqdim etdiyi şahid ifadələrindən də müəyyən edilir ki, mübahisəli mənzil cavabdehə bağışlanmasına baxmayaraq iddiaçı, bu gün də mübahisəli mənzildə yaşamaqda davam edir. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, bağışlama müqavilənin ləğvi barədə tələbin əsaslı olduğu qəbul edilsə belə, həmin tələb təmin edilə bilməz, çünki iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı bağışlama müqaviləsi bağlandığı 25.07.2012-ci il tarixdən 6 il 3 ay keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçü n tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həm in sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarix li, 2(103)10073/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7500/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7500/2019
25.11.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver