Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7522/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı vəkili Hüseynov Fərrux Teymur oğlunun, “X2” MMC-nin vəkili Yaqubova Könül Rafiq qızının, 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi X4 iştirakları ilə, “X2” MMC-nin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: “X2” MM C Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “X2” MMC-nə qarşı, 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə “boşdayanmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 28 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən P.Zamanlı, iş 2(011)2764/2019) iddia qismən təmin edilmiş, “xxxx” MMC-dən İddiaçı xeyrinə 5000 ABŞ dolları məbləğində pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apelyasi ya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Kərimli, iş № 2(103)-8900/2019) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 28 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: “X2” MMC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: “X2” MMC-nin vəkili Yaqubova Könül Rafiq qızı izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsin i xahiş edir. İddiaçı vəkili Hüseynov Fərrux Teymur oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi X4 izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə b axılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası mə hkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında aylıq əmək haqqı 2500 ABŞ dolları məbləğində müəyyən edilən 25 iyul 2018-ci il tarixli əmək müqaviləsi bağlanmış, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq həmin əmək müqaviləsi üzrə bildiriş işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, əmək müqaviləsi barədə işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilməməsi, iddianın təmin edilməməsinə əsas deyil. Belə ki, tərəflər arasında əmək müqaviləsinin bağlanması, daha sonra işçinin işəgötürənin təqsiri üzündən işlə təmin edilməməsi işin mübahisəsiz təsdiq olunan hallarıdır. Bildiriş elektron informasiya sisteminə daxil edilməsə də tərəflər arasında əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə var. Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması əmək müqaviləsi üzrə sonrakı hərəkətdir ki, bunu da qanunvericilik işəgötürənin vəzifəsi olaraq müəyyənləşdirmişdir. Əmək qanunvericiliyinə əsasən bu hala əməl olunduqdan sonra əmək müqaviləsi qüvvəyə minir. Yəni bundan sonra tərəflər əmək müqaviləsi üzrə hüquq və vəzifələri həya ta keçirə bilərlər. Lakin həmin ana qədər əmək müqaviləsi ilə tərəflər arasında artıq hüquq və vəzifələr müəyyənləşdirilir. Yəni artıq müqavilə üzrə hüquq və vəzifələr yaranmışdır. Onların həyata keçirilməsi isə artıq müqavilə üzrə bildiriş qeydiyyata alındıqdan sonra mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, həmin müddət ərzində hüquq pozuntuları ilə bağlı tərəflərin müdafiəsinin nəzərdə tutulmaması hüquqdan sui-istifadəyə, işəgötürən tərəfindən əsassız üstünlüklərin əldə edilməsinə, işçinin isə əsassız məhrumiyətlərə məruz qalmasına səbəb ola bilər. Hazırki iş üzrə işçi indiki əmək müqaviləsinə etibar edərək, əvvəlki işindən çıxmış və həmin işlə bağlı planlar qurmuş, həmin müddətdən boşdayanma halı yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, əmək müqaviləsi üzrə bildirişin qeydə alınmaması həmin əmək müqaviləsi üzrə hərəkət etmiş işçi üçün məhrumiyətlərə səbəb olmamalıdır. Çünki bildirişin qeydə alınması işçinin deyil, işəgötürənin vəzifəsidir. Məhkəmə kollegiyası həmin 5000 ABŞ dollarının cavabdehdən tutulması ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşır, həmçinin qeyd edir ki, həmin məbləğin cavabdehdən tutulması ədalətlidir. Çünki işçi başqa əsaslarla, o cümlədən cavabdehin təqsiri üzündən işdən çıxdığına görə ona vurulmuş zərərlə bağlı pul tələb etmiş olsaydı belə yenə həmin məbləğə uyğun pulun tutulması qərara alına bilərdi. Beləki, iddiaçı əvvəlki iş yerindən çıxmaqla həmin məbləğə yaxın əmək haqqından məhrum olmuşdur. Mülki işin 59-cu səhifəsindən görünür ki, 08 iyun 2017-ci il tarixindən 01 avqust 2018-ci il tarixinə kimi “xxxx” MMC də xidmət müqavilə si əsasında fəaliyyət göstərmiş, həmçinin iddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddiaçının əvvəlki iş yerində 2500 manat məbləğində maaş almasını təsdiq etmiş, qarşı tərəf bu halı mübahisələndirməmişdir. Deməli işçi işdən çıxmaqla ən azından üç aylıq əmək haqqı (7500 manat) almaqdan məhrum olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normasının tətbiqi ilə bağlı heç bir normaya istinad etməmişdir. Bu hal isə Azərbaycan Respublikası MPM-nin 392.1.5-ci maddəsinin tələbinin pozulması deməkdir. Həmin maddəyə əsasən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apelyasiya instansiyası məhkəməsinin dəlillərindən biri də ondan ibarətdir ki, bildiriş elektron informasiya sisteminə daxil edilməsə də tərəflər arasında əmək müqaviləsinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə vardır. Həmin dəlil ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Mülki işdən məlum olduğu kimi tərəflər arasında bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə daxil edilməmiş, qeydiyyata alınmamış və bu barədə işə götürənə məlumat göndərilməmişdir. Bu isə o deməkdir ki, tərəflər arasında əmək münasibətləri yaranmamışdır. Belə olan halda iddiaçı bağlanmış əmək müqaviləsinin elektron informasiya sisteminə daxil edilməməsi ilə əlaqədar mübahisə aça bilərdi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Beləliklə tərəflər arasında əmək müqaviləsi qüvvəyə minməmişdir. Qüvvəyə minməmiş hər hansı müqavilə, o cümlədən əmək müqaviləsi də heç bir hüquqi nəticə doğura bilməz. “X2” MMC kassasiya şikayətində qeyd etmişdir ki, “işə baxılan zaman işin əhəmiyyət kəsb edən faktiki halları ümumiyyətlə araşdırılmamışdır. söhbət o hallardan gedir ki, həmin hallara istinad edərək iddiaçı ona maddi zərər vurulmasını iddia edir. İddiaçı bildirir ki, o əvvəlki iş yeri olan “xxxx” MMC-də əvvəl işləyərək 2500.0 manat əmək haqqı almış, cavabdeh isə bu halı mübahisələndirməmişdir. İş materiallarında iddiaçının təqdim etdiyi əvvəlki iş yerinə dair arayışa və xidmə t müqaviləsində heç yerdə “xxxx” MMC-nin nə hüquqi ünvanı, nə əlaqə nömrələri görünmür. Eyni zamanda Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində vergi ödəyicilərinin hamı üçün açıq olan adlar üzrə reyestr siyahısında belə bir hüquqi şəxsin mövcud olmaması bildirilir. İddiaçı məhkəməyə təqdim etdiyi arayışda onun 01 avqust 2018-ci il tarixə kimi həmin şirkətdə xidmət müqaviləsi əsasında fəaliyyət göstərməsi qeyd olunur. Digər sənəddə isə, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 08 iyun 2017-ci il tarixli müqavilənin müddətinin 08 iyun 2019-cu il tarixə kimi uzadılması görünür. Yəni, məhz həmin tarixdə, 01 avqust 2018-ci il tarixdə xidmət müqaviləsininin tərəflər arasında ləğv edilməsi barədə heç bir mötəbər sübut mövcud deyildir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini əsaslı hesab edir. Apelyasiya instansiyası məhkəməsi İddiaçı işdən çıxması ilə bağlı zərərə məruz qalması qənaətinə gəlsə də kassasiya şikayətində qeyd olunan dəlili mülki işdə olan sübutlar əsasında araşdırmamış və dəyərləndirməmişdir. Kassasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, ”məhkəmə mübahisəyə iddiaçıya vurulmuş zərər konspektindən baxaraq, cavabdehdən 5000.0 ABŞ dolları vəsaitin tutulmasını ədalətli hesab edir. Lakin, məhkəmə iddia tələbindən kənara çıxa bilməz. İddiaçı ona vurulmuş zərəri deyil, məhz boşdayanma halı üçün əmək haqqı tələb edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək haqqı əmək funksiyasının yerinə yetirilməsinə görə işəgötürən tərəfindən işçiyə ödənilən vəsaitdir. İşçi isə əmək müqaviləsi üzrə müəyy ən olunan əmək funksiyasını yerinə yetirən şəxsdir. Əmək Müqaviləsi isə həmin Məcəllənin 7-ci və 49-cu maddələrinin tələblərinə cavab verdiyi halda qanunidir. Hazırki mübahisə üzrə əmək müqavilələri öz-özlüyündə hüquqi etibarsızdır. Çünki, faktiki olaraq heç icra edilməyə başlamamışdır. Başqa sözlə, cavabdeh “X2” MMC-dən məhz 5000.0 ABŞ dolları pulun tutulmasının heç bir hüquqi əsası mövcud deyildir. Digər tərəfdən əgər məhkəmə iddiaçıya cavabdehin hərəkətləri nəticəsində həqiqətən zərər vurulması qənaətinə gəlmişdirsə, iddiaçıya cavabdehdən ona Mülki Məcəllənin 21-ci maddəsinə əsasən vurulmuş zərəri tələb etmək hüqunun olması izah edilməli, hazırki iddia tələbi isə rədd edilməli idi.” Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini də əsaslı hesab edir. İddiaçı iddia ərizəsində m əhz boşdayanmaya görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169.1-ci maddəsinə əsasən ona qanunvericiliyə uyğun məbləğin tutulub verilməsini tələb edir. Əmək Məcəlləsinin 169.1-ciu maddəsinə əsasən, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Yuxarıda qeyd edildiyi kimi tərəflər arasında əmək müqaviləsi qüvvəyə minməmiş, işçi və işəgötürən münasibətləri yaranmamışdır. Belə olan halda Əmək Məcəlləsinin 169-cu maddəsinin tətbiqi üçün hüquqi əsas mövcud deyildir. Ona görə də Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşır. Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsi nəzərdə tutur ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2019-cu tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Ba kı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7522/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7522/2019
10.12.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver