Məhkəmə qərarları › İş №2(102)-7523/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7523/2019

17.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7523/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2019-cu il tarixli, 2(103)9702/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(006)-2904/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.Ə.Səmədov) İddiaçı Cavabdeh1 ASC və digərlərin ə qarşı “ipotekaya xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2019-cu il tarixli, 2(103)9702/2019 saylı qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov sədrlik edən, məruzəçi, X.A.Cəmilova və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 01 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddaiçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı “ipotekaya xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, 10 sentyabr 2014-cü il tarixli “bərpa olunmayan kredi t xətti müqaviləsi”nə əsasən, bank tərəfindən ona illik 15,5 faiz hesablanması şərtilə, 36 ay müddətinə, birinci tranş üzrə 78.420 manat, ikinci tranş üzrə 39.210 manat, üçüncü tranş üzrə isə 19.605 manat olmaqla, cəmi 156.840 manat məbləğində bərpa olunmayan kredit xətti açılıb. Eyni tarixdə, onunla bank arasında ipoteka müqavilələri bağlanıb və onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 507-ci məhəllə, 2 saylı evin 30-cu mənzili və Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən 142 saylı evin, 81 “B” saylı mənzili müvafiq olaraq bankın xeyrinə ipoteka ilə yüklü edilib və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılıb. Bundan sonra, yəni 14 iyul 2016-cı il tarixdə onunla bank arasında “10 sentyabr 2014-cü il tarixli “bərpa olunma yan kredit xətti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə" 01 saylı razılaşma imzalanıb. Həmin razılaşmaya görə, onun 14 iyul 2016-cı il tarixə banka olan kredit borcu kapitallaşdırılaraq, 99.666 manat müəyyən edilib və illik 15,5 faiz hesablanmaqla, borcun ödəniş müddəti 60 ay müddətinə, yəni 14 iyul 2021-ci il tarixədək uzadılıb. Onun mülkiyyətində olan hər iki daşınmaz əmlakla bağlı ipotekaya xitam verilməli və həmin daşınmaz əmlaklara dair aparılmış ipotekanın dövlət qeydiyyatı ləğv edilməlidir. Belə ki, hər iki mənzil onunla bank arasında bağlanmış 10 sentyabr 2014-cü il tarixli “bərpa olunmayan kredit xətti müqaviləsi”nə əsasən ipoteka ilə yüklü edilib. Lakin, 14 iyul 2016-cı il tarixdə iddiaçı ilə bank arasında müvafiq razılaşma imzalanarkən, nə ipoteka müqaviləsinə də yişiklik edilməyib, nə də ipotekanın əlavə dövlət qeydiyyatı təmin edilməyib. Halbuki, sözügedən razılaşmaya görə, onun bank qarşısında əvvəlki borcu yeni borcla əvəz edilib, başqa sözlə, onun bank qarşısında əvvəlki əsas öhdəliyinə xitam verilmişdir ki, bu da onun mülkiyyətində olan daşınmaz əmlaklarla bağlı ipotekaya xitam verilməsinə birbaşa əsas yaratmışdır. Bundan əlavə, onun mülkiyyətində olan mənzillərdən biri- ünvani, həmçinin qızı Xnın bank qarşısında olan 20.000 manat kredit borcunun ödənilməsinin təminatı kimi ipoteka ilə yüklü edilib, lakin qızı X bank qarşısında öhdəliyini tam yerinə yetirsə də, bank sözügedən mənzili ipoteka yüklülüyündən azad etməyib. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KAS SASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, vəkili Kamran Kazımov, Cavabdeh1 ASC və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 01 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmə dikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya in stansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddia ərizəsinin əsassız olmasına, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qununun 48.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 10 sentyabr 2014-cü il tarixli “baş kredit razılaşması”na əsasən bank tərəfindən iddiaçıya 120 ay müddətinə, 2.000.000 ABŞ dolları kredit xətti açılıb. Eləcə də tərəflər arasında bağlanmış 10 sentyabr 2014-cü il tarixli “bərpa olunmayan kredit xətti müqaviləsi”nə əsasən bank tərəfindən iddiaçıya illik 15,5 faiz hesablanması şərti ilə 36 ay müddətinə birinci tranş üzrə 78.420 manat, ikinci tranş üzrə 39.210 manat, üçüncü tranş üzrə 19.605 manat, dördüncü tranş üzrə isə 19.605 manat olmaqla, cəmi 156.840 manat məbləğində bərpa olunmayan kredit xətti açılıb.10 sentyabr 2014- cü il tarixli ipoteka müqaviləsi”nə əsasən, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 507-ci məhəllədə istifadədə olan 0,0755 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binada yerləşən, 3 otaqlı, ümumi sahəsi 59,8 kv.metr, yaşayış sahəsi 47 kv.metr olan 30 saylı mənzil öhdəliklərin təminatı kimi banka ipoteka qoyulub və ipoteka müqaviləsində ipoteka predmeti 120.000 manat məbləğində qiymətləndirilib. Eləcə də 19 sentyabr 2014-cü il tarixli ipoteka əsasən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, 3 otaqlı, ümumi sahəsi 167,1 kv.metr, yaşayış sahəsi 133 kv.metr, yardımçı sahəsi 34,1 kv.metr olan 81 “B” saylı mənzil öhdəliklərin təminatı kimi bankın xeyrinə ipoteka qoyulub və ipoteka predmeti 180.000 manat məbləğində qiymətləndirilib. Bundan sonra, tərəflər arasında bağlanmış “bərpa olunmayan kredit xətti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 14 iyul 2016-cı il tarixli razılaşmaya əsasən iddiaçının 99.666 manat borcu 60 ay müddətinə illik 15,5 faiz hesablanmaqla kapitallaşdırılıb. Eyni zamanda reyestr xidmətinin 23 oktyabr 2017-ci il tarixli məktublarına əsasən, iddiaçıya məxsus sözügedən daşınmaz əmlaklar 10 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilməyib. Hazırda iddiaçı tələblərini onunla əsaslandırıb ki, onunla bank arasında bağlanmış kredit müqaviləsinə əlavə və dəyişiklik edilib, lakin bu zaman ipoteka müqaviləsi dəyişdirilməyib. Buna görə də ipoteka müqavilələrinə xitam verilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48.1. maddəsi nə əsasən, ipotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Həmçinin, tərəflər arasında bağlanmış hər iki ipoteka müqavilələrinin 4.1-ci bəndində göstərilmişdir ki, ipoteka ilə təmin edilən öhdəliklərə bankla iddiaçı arasında mövcud kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn bankın iddiaçıya qarşı olan tələblərinə də aiddir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb ha qlı olaraq qeyd etmişdir ki, sözügedən kredit müqaviləsi dəyişdirilərkən, tərəflərin öhdəliklərinə xitam verilmir, sadəcə olaraq öhdəliklər dəyişdirilmiş şəkildə saxlanılır. Hazırkı halda da tərəflərin öhdəliklərinə xitam verilməmiş, kredit borcu kapitallaşdırılaraq, borcun ödəniş müddəti uzadılmışdır. Qanunun mənasına görə, ipoteka ilə təmin edilən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Ona görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı, bank qarşısında ipoteka ilə təmin edilmiş öhdəliklərini icra etmədiyi üçün qanunvericiliyin tələblərinə uyğun bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi barədə iddiaçının tələbləri əsassız olduğundan təmin oluna bilməz. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığı üçün, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdi rilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2019-cu il tarixli, 2(103)-9702/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar