Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7528/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh oğlu və onu vəkili X1 iştirakı ilə, Cavabdeh oğlu tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)7915/2019 nömrəli iş üzrə 11 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin (hakim Abbas Rzayev) 26 oktyabr 2018-ci il tarixli qətnamə si ilə iddia qismən təmin edilmiş, İ qrup əlil uşaq olan X7inin saxlanması əsası ilə hər ay 173 manat alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Abiddin Hüseynov - sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadəqov) 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu rayon məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7iyə qulluq etməsinə görə özünün saxlanması üçün hər ay 183 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üz rə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.İddiaçı hər ay X7inin 160 manat pensiyasını, 150 manat isə uşağın saxlanmasına görə aliment alır. Özü yeni ailə qurub, həmin nikahdan 1 uşağı var, İddiaçı ilə nikahlarından olan iki oğul övladları da onun himayəsi ndədir, özü də üçüncü qrup əlildir, 50 manat pensiya alır, işləmir. Məhkəmə bu halları nəzərə almayaraq iş üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Cavabdeh oğlu və onu vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsa slara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 iyun 2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,İddiaçı ilə (bundan sonra – iddiaçı) Cavabdeh oğlu (bundan sonra – cavabdeh) 02.08.1996cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 05.06.1998-ci il tarixdə X7, 13.08.1999-cu il tarixdə Emin və 06.10.2003-cü il tarixdə Elmir adlı uşaqları anadan olmuşdur. Ağdam rayon məhkəməsinin 2(13)-1636/2016 saylı, 20.06.2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, X7 anasının, Emin və Elmir isə atalarının yanında saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsini n Mülki Kollegiyasının 2(104)-1310/2017 saylı, 30 mart 2017-ci il tarixli qətnaməsi ilə Ağdam Rayon Məhkəməsinin 13.12.2016-cı il tarixli qətnaməsi ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, ilkin iddia qismən təmin edilərək, X7nın müalicəsi məqsədilə hər ay 150 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. X7i birinci qrup müddətsiz əlildir və kənar qulluğa ehtiyacı var. Baxılan iş üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7iyə qulluq etməsinə görə özünün saxlanması üçün hər ay 183 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.2-ci maddəsini, “Azərbaycan Respub likasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Qanununu tətbiq etməklə iddianı qismən təmin etmişdir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı hər ay X7inin 160 manat pensiyasını, 150 manat isə aliment alır. Özü yeni ailə qurub, həmin nikahdan 1 uşağı var, İddiaçı ilə nikahlarından olan iki oğul övladları da onun himayəsindədir, özü üçüncü qrup əlildir, 50 manat pensiya alır, işləmir. Apellyasiya instansiyası məhkəməsi ailə qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq əmək qabiliyyətli əhali üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, əlil övladına qulluq etməyin bir ana üçün fiziki və mənəvi çətinliyini və diqqətəlayiq olan digər halları n əzərə alaraq iddiaçının saxlanması üçün cavabdehdən 170 manat aliment tutmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin maddi vəziyyətinin aşağı olması, yeni nikaha daxil olması, həmin nikahdan başqa uşağının olması onu qanunla müəyyən edilmiş aliment ödəmək vəzifəsindən birmənalı azad edən hal kimi qiymətləndirilə bilməz. Həmçinin ailə qanunvericiliyi ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar yaranmış xərclərə cəlb olunmuş valideynin (Ailə Məcəlləsinin 81.1-ci maddəsi) sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yu xarı İ qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş arvada aliment ödəmək öhdəliyini (85.1.2-ci maddə) istisna edən hal kimi müəyyən etməmişdir. Baxılan iş üzrə tərəflərin birgə nikahından doğulmuş 05.06.1998-ci il təvəllüdlü X7nın 1 qrup əlil olduğu, kənar qulluğa ehtiyacının olduğu, iddiaçının ona qulluq etdiyi, heç bir yerdə işləməyən və 1-ci qrup əlil qızına qulluq etdiyinə görə işləyə bilməyən İddiaçı maddi yardıma ehtiyacının olması işin mübahisəsiz hallarıdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Mə cəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin tə krarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 iyun 2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh oğlunun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7915/2019 nömrəli iş üzrə 11 iyun 2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-7528/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7528/2019
16.12.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver