Məhkəmə qərarları › İş №2(102)-753/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-753/2025

26.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-753/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2nə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü barədə 26.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7354/2024 nömrəli, 10 yanvar 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1190/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia qismən təmin edilmiş, cavabdeh “Sabah Residence Mənzil Tikinti Kooperativindən İddiaçı xeyrinə maddi zərərə görə 130.000 manat, həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə 38.910 manat, əsassız varlanmaya görə 59.297,60 manat, mənəvi zərərin əvəzi olaraq 1000 manat kompensasiya, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, vəkil xərci olaraq 500 manatın tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

2. İddiaçı və Cavabdeh2 tərəfindən qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7354/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)1190/2024 saylı, 5 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7354/2024 saylı, 10 yanvar 2025-ci il tarixli qərardadı ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və S.X.Bəhrəmzadə) iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7354/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qərardadından iddiaçının vəkili tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər qaytarılması qərara alınmışdır.

5. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının vəkili tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfi ndən tərtib edilmiş, imzalanmışdır. Lakin kassasiya şikayətinə vəkilin etibarnaməsi əlavə edilməmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin qərardadından verilmiş kassasiya şikayətini vəkilillə yanaşı İddiaçı nümayəndəsi kimi Nümayəndə1 tərəfindən imzalamışdır. Halbuki, nümayəndə kimi qeyd edilən şəxsin iddiaçının ailə üzvü olmasını təsdiq edən müvafiq sübutlar (sənədlər) kassasiya şikayətinə əlavə edilməmişdir.

6. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

7. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin q ərardadının ləğv edilməsi və mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 dekabr 2024-cü il tarixli, 2(103)-7354/2024 saylı qərardadından verilmiş kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayəti MPM-in 10-1.3, 386, 407, 408, 418.1, 418.2 və 418.3-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, iş üzrə apellyasiya şikayəti vəkilin “Elektron məhkəmə” informasiya sistemində yerləşən şəxsi kabineti vasitəsilə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin həmin şikayətin qeyri-mümkünlüyü barədə qərardadından verilmiş şikayətdə adı çəkilən kabinet vasitəsilə göndərilmişdir. Həmin şikayətlərdən hər biri, əvvəllər iddia ərizəsi kimi nümayəndə qismində iddiaçının qızı Nümayəndə1 tərəfindən imzalanmışdır. Onun səlahiyyətini təsdiq edən etibarnamə isə hələ iddia ərizəsi təqdim edilən mərhələdə verilmiş və şəxsiyyəti tam müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin iddiaçının nümayəndəsi olan qızı Nümayəndə1 və vəkili tərəfindən imzalanmasını, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamənin hələ iddia ərizəsi təqdim edilən zaman əlavə edilməsini nəzərə almamışdır. Hazırda barəsində şikayət verilən ikinci qərardadında apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, “kassasiya şikayətini vəkil ilə yanaşı, İddiaçı nümayəndəsi kimi də Nümayəndə1 tərəfindən imzalamışdır. Halbuki, nümayəndə kimi qeyd edilən şəxsin iddiaçının ailə üzvü olmasını təsdiq edən müvafiq sübutlar (sənədlər) əlavə edilməmişdir”. İddia ərizəsi iddiaçının qızı olan eyni nümayəndə tərə findən verilmiş, onun şəxsiyyəti müəyyən edilmiş, iddia ərizəsi qaytarılmamış, bu məsələ cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadığından qaldırılmamışdır. Bundan başqa, nə iddia ərizəsi, nə də ki, apellyasiya şikayəti verilən zaman Vəkil iddiaçının nümayəndəsi olmadığına görə, o nə iddia ərizəsini, nə də apellyasiya şikayətini nümayəndə kimi imzalamamışdır. O, şikayəti vəkil kimi imzalamış, nümayəndə qismində isə şikayət iddiaçının qızı olan nümayəndəsi Nümayəndə1 tərəfindən imzalanmış və bu barədə şikayətdə müfəssəl məlumat verilmişdir. Nümayəndənin etibarnaməsi isə yuxarıda göstərildiyi kimi, hələ iddia ərizəsi təqdim olunarkən əlavə olunmuşdur. Apellyasiya şikayətinin vəkilin elektron məhkəmə sistemindəki şəxsi kabineti vasitəsilə göndərilməsi, avtomatik olaraq onun öz üzərinə nüma yəndə səlahiyyətləri götürməsinə dəlalət etmir.

9. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. 10.Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

11. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 12.Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektr on məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 13.Maddə 361.2. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 14.Maddə 363.1.1. Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüq uqu olmayan şəxs tərəfindən verilmişdirsəapellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 15.Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 16.Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 17.Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 18.Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. 19.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınl aşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 20.Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiqe dən sənəd əlavə edilməlidir 21.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri 22.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 23.Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi 24.Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 25.İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğunu, kassasiya şikayətinin geri qaytarılması üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. 26.Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.2 və 10-1.3-cü maddələrinin mənasına görə, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 27.Apellyasiya instansiyası məhkəməsi qeyd olunan normaların tələblərini əsas tutub qeyd etmişdir ki, iddiaçının vəkili tərəfindən verilmiş kassasiya şika yəti vəkil tərəfindən tərtib edilmiş, imzalanmışdır. Lakin, kassasiya şikayətinə vəkilin etibarnaməsi əlavə edilməmişdir. 28.Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, sözügedən qərardaddan verilmiş kassasiya şikayətini vəkilillə yanaşı İddiaçı nümayəndəsi kimi Nümayəndə1 da imzalasa da, nümayəndə kimi həmin şəxsin iddiaçının ailə üzvü olmasını təsdiq edən müvafiq sübutlar (sənədlər) kassasiya şikayətinə əlavə edilməmişdir. 29.Kassator, kassasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin, habelə apellyasiya instansiyası məhkəməsinin həmin şikayətin qeyri-mümkünlüyü barədə qərardadından verilmiş şikayətin vəkilin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabineti vasitəsilə imzalanmaqla göndərildiyini qeyd e tsə də, həmin şikayətlərin iddiaçının nümayəndəsi tərəfindən də eyni qaydada imzalanması “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edidmiş məlumatlarla öz təsdiqini tapmır. 30.Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, kassatorun kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, kassasiya icraatı mərhələsində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edidmiş məlumatlar əsasında apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə öz təsdiqini tapdığından, kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 31.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instans iyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 yanvar 2025-ci il tarixli, 2(103)-7354/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar