Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7535/2019 12.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1 İKB ASC-nin vəkili oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2019-cu il tarixli 2(103)3028/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim R.Səmədov) 01.10.2018-ci il tarixli 2( 006)-5301/2018 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 İKB ASC-yə və qeyrilərinə qarşı “ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçılara aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Səmədov, İ.Şirinov, E.Kazımov) 21.02.2019-cu il tarixli 2(103)-3028/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01.10.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2019-cu il tarixli 2(103) -3028/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 İKB ASC-yə, Cavabdeh2-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı “ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə 07.08.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 İKB ASC ilə iddiaçı arasında bağlanmış 02.12.2014-cü il tarixli, 21-G-1-0-61814 saylı kredit müqaviləsi üzrə öhdəliyə əsasən bankın xeyrinə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1v, mənzil 58 üzrə ipotekaya xitam verilməsi və həmin ipoteka predmetinin ipoteka ilə yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yu xarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçılar İddiaçı2, İddiaçı1 və onların vəkili Namazlı Fariz Mübariz oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Xətai rayon İcra və Probasiya şöbəsi ipoteka ilə yüklü edilmiş mənzilin hərraca çıxarılması barədə Cavabdeh2-yə 05.10.2017-ci il tarixdə məktub göndərmiş, lakin bundan sonrakı hərəkətlər barədə və ipoteka ilə yüklü edilmiş mənzillə bağlı hərracın nəticələrindən iddiaçıların xəbəri olmamışdır. Hesab edirlər ki, hərracın baş tutmamasına baxmayaraq, tələbkarın məktubu əsasında hərrac təşkilatının hərracın yekunları barədə protokol tərtib etməsi və tərəflər arasında əmlakın alqı-satqı barədə müqavilə bağlanması qanunsuzdur və ipoteka predmeti ipoteka yüklülüyündən azad edilməli, ipotekaya xitam verilməlidir. Belə ki, qanunvericilikdə 2 dəfə hərracın keçirilməsi nəzərdə tutulduğundan, Cavabdeh1 İKB-nin məktubu əsasında Cavabdeh2-nin hərracın yekunları barədə protokol tərtib etməsi dolayısı ilə bankın da etdiyi qanunsuz keçirilmiş 3-cü hərracın keçirilməsi qanuniləşdirilmişdir. Hərracın keçirildiyi vaxt barədə ipoteka qoyana qanunla müəyyən edilmiş müddətlər ərzində məlumat verilməmiş, habelə qanunvericiliyə zidd olaraq 3-cü hərracın keçirilməsi forma xarakter daşımış və bu da əhəmiyyətli dərəcədə qanun pozuntusudur. Həmçinin qeyd edilməlidir ki, hərrac təşkilatının cavab məktubuna əlavə edilmiş xəbərnamənin və göndərilmə səbəbi məlum olmayan 23.07.2018-ci il tarixli teleqramın kserosurətləri mötəbər sübut kimi qiymətləndirilə bilməz. Yəni iddiaçılar ın ailə üzvlərinin 2-ci hərrac və sonrakı hərracla bağlı hər hansı məlumat olmamış, xəbərnamədə göstərilən imzanın isə İddiaçı1 aidiyyəti olmamışdır. Bunlardan əlavə, apellyasiya kollegiyası iddiaçıların iştirakına lazımi qaydada şərait yaratmamış, sübutların araşdırılmasından və sübutların təqdim edilməsindən onları məhrum edərək çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında ədalət mühakiməsinin həyata keçirilməsi prinsiplərini pozmuşdur. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xə bərdar edilmişlər. Lakin iddiaçılar İddiaçı2, İddiaçı1, onların vəkili Namazlı Fariz Mübariz oğlu, Cavabdeh2-nin və müstəqli tələb irəli sürməyən 3-cü şəxs Xətai rayon İcra və Probasiya şöbəsinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 İKB ASC-nin vəkili oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu, formal cəhətdən tərtib edildiyini bildirib, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2019-cu il tarixli 2(103)-3028/2019 nömrəli qətnaməsinin dəyişd irilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası işdə olan sübutları qəbul etdiyi qətnamədə vurğulamış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 415-ci, “İpoteka Haqqında” Qanunun 41, 42, 43 və 44-cü maddələrinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.443.8 və 48ci maddələrinin şərh edilməsinə dair” 28.10.2014-cü il tarixli Qərarının tələblərinə istinad etməklə birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qətnaməsinin dəyişdirilmədən saxlanması qənaətinə gəlm iş və qənaətini onunla əsaslandırmışdır ki, göründüyü kimi, hərracın həyata keçirilməsini həyata keçirən Cavabdeh2 tərəfindən “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq hərracın keçirilməsinin qanunla müəyyən olunmuş qaydalarına riayət olunmuş, ipoteka saxlayan Cavabdeh1 İKB ASC də öz növbəsində təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetini 30 gün müddətində əldə etmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçılar hərracın keçirilməsindən xəbərdar olmuşlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllə) əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (416.2.). “İpoteka haqqında” Qanununa əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bil diriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır (maddə 42.1). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7-43.8). Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətində qeyd edilmiş dəlillər apellyasiya şikayətinin də dəlilləri olmuş, apellyasiya kollegiyası həmin dəlillər üzrə araşdırma aparmış, qətnamədə sadaladığı qanunvericilik normaları əsasında dəlillərin əsassızlığını qeyd etmişdir. Kasssasiya şikayətinin digər dəlili olan apellyasiya kollegiyası tərəfindən iddiaçıların iştirakının təmin edilməməsi, onlara məhkəmə iclasında iştirak edib, məhkəməyə sübutlarını təqdim etmələrinə şərait yaradılmaması, bununla da məhkəmə tərəfindən çəkişmə, tərəflərin bərabərliyi pr insiplərinin pozulması barədə qeyd edilməlidir ki, kassasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, apellyasiya kollegiyası iddiaçıların məhkəmə iclasında iştirakının təmin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlərdən istifadə etmiş, lakin iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Nəticə olaraq, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə yoxlanılarkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Az ərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2019-cu il tarixli 2(103)-3028/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7535/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7535/2019
12.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver