Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7536/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2019-cu il tarixli 2(103)8064/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Ş.Talıbov, iş № 2(008)-727/2019) iddiaçılar İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə, yaşayış hüququnun təmin olunması və mə nzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilərək iddiaçının ünvan 1 ünvanına köçürülməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov, V.N.Sadıqov və A.N.İmanov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin Sabunçu rayon məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədəiddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflər 10 may 2003-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan iki uşaqları olmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil istismar Departamenti ilə Cavabdeh arasında bağlanmış 18.02.2013-cü il tarixli 22 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Bakı şəhəri, Pirşağı qəsəbəsi, Yeni yaşayış Massivi 22 saylı mənzil kirayəçinin-cavabdehin sahibliyinə və istifadəsinə verilmiş və o ailə üzvləri ilə birlikdə həmin mənzilə qeydiyyata alınmışdır. 2018-ci ilin sentyabr ayında iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin valideynləri tərəfindən mübahisəli mənzildən çıxarılmasını və bu səbəbdən azyaşlı uşaqları ilə kirayədə yaşamalarını əsas göstərməklə mübahisəli mənzilə istifadə hüququnun tanınmasını, mənzilə köçürülməsi və mənzilə dair istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kas sasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh R.Seyidov kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini m üzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı mübahisəli mənzilə mənzilin icarədarının razılığı və 18.02.2013-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən qeydiyyata alınmışdır. Müəyyən olunduğu kimi İddiaçı mübahisəli mənzilə qeydiyyata alınarkən mübahisəli yaşayış sahəsi dövlət mənzil fonduna aid olmuşdur. Mənzil Məcəlləsinin 68-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.(68.1.) Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müq aviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.(68.2.) İddiaçı mübahisəli mənzilə istifadə hüququnu qanuni əsaslarla əldə etdiyindən o, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Göstərilən vəziyyətdə iddiaçının mənzilə köçürülməsi qanuni və əsaslı olduğundan kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi
Məhkəmə qərarları › İş №2(102)-7536/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7536/2019
04.12.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver