Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-756/2024 05.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin beş min manatdan az olması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X1 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2(103)-4198/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus cehiz əşyalarının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-796/2022 nömrəli, xx.xx.2023- cü il tarixli qətnaməsi ilə (hakim X2) iddianın qismən təmin edilməsi,
1. Çexiya istehsalı xrustal çılçıraq qızıl suyuna salınmış
2. Alman istehsalı dəhliz mebeli (3 yarus) 3. mebel çərçivədə divarsaatı
4. Eurolux mikser 5. radiator 6. servis naborçay dəsti (12 ədəd) 7. xrustal tort qabı 8. şirri qazan 5 dəst
9. Şirri qazan 3 ədəd 10.aş qazan aliminuyum 2 ədəd 11. aş süzən - 2 ədəd 12. saxlama qabı 10 ədəd böyük 13.dəmirsarımsaq sı xan 14.dəmir qoz qıran 15.tort götürmək üçün dəmir lapatka-1 ədəd 16.kabab etmək üçün dəmir şiş-12 ədəd 17.ət qızartmaq üçün setka - 1 ədəd 18.xrustal qablar- (2 ədəd ayaqlı mürəbbə qabı, 2 ədəd kvadrat qənd qabı 1 ədəd konfet qablar, stəkan 12 ədəd, 12 ədəd armudu stəkan, peçənyə qabı 1 ədəd, kül qabı- 1 ədəd, lotka - 1 ədəd) 19.yataq dəsti- 6 ədəd 20.Bagema stopka -6 ədəd 21.madonna servis-6 nəfərlik 22.servis kitayski -24 nəfərlik 23.rəngli bagema rumka (çəhrayı rəng)-6 ədəd 24.xrustal gül qabı- 2ədəd 25.çörək qabı (nikel-1 ədəd, plastik-1 ədəd) 26.divan kreslo üstü- 1 ədəd. 27.madonna nəlbəki-24 ədəd 28.balaca nəlbəki-24 ədəd 29.limon qabı xrustal (yarpaq)-12 ədəd 30.güllü boşqab dəsti12 ədəd 31.gül qabı şüşə-1 ədəd 32.mətbəx dəsti- 24 ədədlik 33.duz qabı- plastik 34.vedrə - (dəmir, 3 ədəd plastik) 35.vanna (böyük göy, qırmızı, 1 ədəd, kiçikbozrəng1ədəd, ağ 1 ədəd) 36.mətbəxdə qrafinka - 2 ədəd 37.zərli pərdə - 6 metrlik 38.meyvə qabı şüşə - 2 ədəd 39.salat qabı şüşə- 6ədəd 40.soba üçün şüşə qab- 1 ədəd 41.tava -( 1 ədəd böyük, 1 ədəd tuj nikel qapaqlı, 1 ədəd yaşıl, 1 ədəd qədimi, 2 ədəd balaca nikel, 2 ədəd aliminuyum, 1 ədəd tuj tort üçün, 1 ədəd tefal) 42.şirri vedrə qapaqlı1ədəd 79. yolka ağacı və oyuncaqları- 1ədəd 43.şaxta baba oyuncaq – 1 ədəd 44.çərçivədə dua- 1ədəd 45.ayaqaltı böyük- 1 ədəd 46.xəkəndaz-2 ədəd (dəmir, plastik) 47.pol silən- 2ədəd 48.sabun qabı- 2ədəd 49.şampun saç- 2 ədəd böyük 50.parça – (3 metr qarmon, 3 metripək) 51.pərdə (ipək)- 1ədəd 52.döşək yığmaq üçün çanta- 6 ədəd 53.süfrə -6 ədəd 54.plastik buket gül-27 ədəd 55.şüşə çərçivə- 1 ədəd 56.divarşəkli kərbala-1 ədəd 57.coca-cola stəkan – 12 ədəd 58.şokki-mokki stəkan - 12 ədəd 59.zibil qabı- 1ədəd 60.soğan qabı- 2 ədəd 61.paltarsetkası- 2 ədəd 62.gül əkmək üçün qab2ədəd 63.video kasetlər 64.böyük kasa şüşə (yemək üçün)- 2 ədəd 65.şüşə salfet qabı-2 ədəd 66.boşqab yığmaq üçün plastik- 1ədəd 67.soyuducu üçün maqnit- 10 ədəd 68.oxlov – 1 ədəd 69.ət taxtası- 1ədəd 70.plastik veşilka- 1ədəd Cehiz əşyalarının Cavabdeh alınaraq İddiaçı geri qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2023 -cü il tarixli, 2(103)-4198/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-796/2022 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməklə həmin hissədə iddia təmin edimişdir. Ümumi dəyəri 954 manat olan cehiz əşyaları -
1. Çexiya istehsalı xrustal çılçıraq qızıl suyuna salınmış,
2. Alman istehsalı dəhliz mebeli (3 yarus), 3. mebel çərçivədə divarsaatı,
4. Eurolux mikser,
5. Radiator, 6. servis naborçay dəsti (12 ədəd), 7. xrustal tort qabı, 8. şirri qazan 5 dəst,
9. Şirri qazan 3 ədəd, 10.aş qazan aliminuyum 2 ədəd, 11. aş süzən - 2 ədəd, 12. saxlama qabı 10 ədəd böyük, 13.dəmirsarımsaq sıxan, 14.dəmir qoz qıran, 15.tort götürmək üçün dəmir lapatka-1 ədəd, 16.kabab etmək üçün dəm ir şiş-12 ədəd, 17.ət qızartmaq üçün setka - 1 ədəd, 18.xrustal qablar- (2 ədəd ayaqlı mürəbbə qabı, 2 ədəd kvadrat qənd qabı, 1 ədəd konfet qablar, stəkan 12 ədəd, 12 ədəd armudu stəkan, peçənyə qabı 1 ədəd, kül qabı- 1 ədəd, lotka - 1 ədəd), 19.yataq dəsti- 6 ədəd, 20.Bagema stopka-6 ədəd, 21.madonna servis-6 nəfərlik, 22.servis kitayski -24 nəfərlik,23.rəngli bagema rumka (çəhrayı rəng)-6 ədəd, 24.xrustal gül qabı- 2ədəd, 25.çörək qabı (nikel-1 ədəd, plastik-1 ədəd), 26.divan kreslo üstü- 1 ədəd., 27.madonna nəlbəki-24 ədəd, 28.balaca nəlbəki-24 ədəd, 29.limon qabı xrustal (yarpaq)-12 ədəd, 30.güllü boşqab dəsti-12 ədəd, 31.gül qabı şüşə- 1 ədəd, 32.mətbəx dəsti- 24 ədədlik, 33.duz qabı- plastik, 34.vedrə - (dəmir, 3 ədəd plastik), 35.vanna (böyük göy, qırmızı, 1 ədəd, kiçik-bozrəng- 1ə dəd, ağ 1 ədəd), 36.mətbəxdə qrafinka - 2 ədəd, 37.zərli pərdə - 6 metrlik, 38.meyvə qabı şüşə - 2 ədəd, 39.salat qabı şüşə- 6 ədəd, 40.soba üçün şüşə qab1 ədəd, 41.tava -( 1 ədəd böyük, 1 ədəd tuj nikel qapaqlı, 1 ədəd yaşıl, 1 ədəd qədimi, 2 ədəd balaca nikel, 2 ədəd aliminuyum, 1 ədəd tuj tort üçün, 1 ədəd tefal), 42.şirri vedrə qapaqlı- 1ədəd 79. yolka ağacı və oyuncaqları-1ədəd, 43.şaxta baba oyuncaq – 1 ədəd, 44.çərçivədə dua- 1ədəd, 45.ayaqaltı böyük-1 ədəd, 46.xəkəndaz-2 ədəd (dəmir, plastik), 47.pol silən- 2ədəd, 48.sabun qabı- 2ədəd, 49.şampun saç- 2 ədəd böyük, 50.parça – (3 metr qarmon, 3 metr-ipək), 51.pərdə (ipək)- 1ədəd, 52.döşək yığmaq üçün çanta- 6 ədəd, 53.süfrə -6 ədəd, 54.plastik buket gül-27 ədəd, 55.şüşə çərçivə- 1 ədəd, 56.divarşəkli kərbala-1 ədəd, 57.coca-cola stək an – 12 ədəd, 58.şokki-mokki stəkan - 12 ədəd, 59.zibil qabı- 1ədəd, 60.soğan qabı- 2 ədəd, 61.paltarsetkası- 2 ədəd, 62.gül əkmək üçün qab2ədəd, 63.video kasetlər, 64.böyük kasa şüşə (yemək üçün) - 2 ədəd, 65.şüşə salfet qabı2 ədəd, 66.boşqab yığmaq üçün plastik- 1ədəd, 67.soyuducu üçün maqnit- 10 ədəd, 68.oxlov – 1 ədəd, 69.ət taxtası- 1ədəd, 70.plastik veşilka - 1ədəd, bu əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri Cavabdeh alınaraq İddiaçı qızına verilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
5. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2(103)-4198/2023 saylı qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və cehiz əşyalarının dəyərinin düzgün qiymətləndirilməsi üçün işin yenidən apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
7. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
8. Maddə 408.1. Kass asiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;...
9. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
10. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.
12. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
13. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
14. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
15. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə ümumi dəyəri 954 manat olan 70 adda cehiz əşyaları olmadıqda, onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Həmin məbləğ (954 manat) kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən az olduğundan, iddiaçının həmin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur. Bu halda apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində kassasiya şikayəti verilməsi istisna olunan qətnamələrə aid olub-olmamasını araşdırmalı idi.
16. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin beş min manatdan az olması), apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
17. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2(103)-4198/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.