Məhkəmə qərarları › İş №2(102)-7591/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7591/2019

19.12.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7591/2019 19.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh iştirakı ilə, Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)2284/2019 nömrəli iş üzrə 17 iyul 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Yevlax rayon məhkəməsinin (hakim Toğrul Əliyev) 28 dekbar 2017-ci il tarixli, 2(039)3944/2017 nöm rəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 19380 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 19410 manatın İddiaçı xeyrinə tutulması qət edilmiş, qalan hissədə iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) 17 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Yevlax rayon məhkəməsinin 28 dekbar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax rayon məhkəməsinə müraciət edərək cavabdehlə aralarında bağlanmış 08 avqust 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən borclu olduğu 20200 manat, dövlət r üsumu kimi ödədiyi 30 manat pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasın xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun rəfiqəsinin həyat yoldaşıdır. 2016-cı ildə ondan borc olaraq 21000 manat pul istəmişdir. Buna imkanı olduğu üçün cavabdehlə razılaşmışdır. Birlikdə Mingəçevir şəhər 2 saylı notariat konturuna gedib orada 08 avqust 2016-cı il tarixdə kredit müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən Cavabdeh 21000 manat pul borc olaraq vermişdir. Müqaviləsinin şərtlərinə görə Cavabdeh borc pulu hər ay 400 manat, sonuncu ay isə 200 manat olmaqla 53 ay müddətində ona qaytarmalıdır. Lakin keçmiş 14 ay müddətində cavabdehilk iki ayın borcu kimi hər biri 400 manat olmaqla cəmi 800 manat pul ödəmiş həmin pulu qəbul etdiyi barədə onda olan sənədə imza etməklə təsdiq etmişdir. Bundan başqa cavabdeh müqavilə öhdəliyini pozaraq borcundan heç bir ödəniş etməmişdir. Dəfələrlə müqavilənin şərtlərinə əməl etməsini, aylıq pulları ödənilməsini tələb etməyinə baxmayaraq, pulu ödəməmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı Cəlal qızı bildirmişdir ki, iddia ərizəsi başqa şəxs tərəfindən tərtib edilmiş və o, həmin iddia ərizəsini oxumadan imzalamışdır. Əslində cavabdehlə aralarında kredit müqaviləsi bağladıqdan sonra cavabdeh bir müddət ödənişlər etməmişdir. Bundan sonra əldə edilmiş razılığa əsasən, cavabdeh özünə məxsus kredit kartını ona vermiş və o, həmin kredit kartından 6 ay müddətində hər ay 270 manat pul çıxarmışdır. Altıncı aydan sonra isə cavabdehin tələbi üzrə həmin kredit kartını ona qaytarmışdır. Cavabdeh ona ilk iki ayda 800 manat ödəməmişdir. Dəfələrlə pulunu cavabdehdən tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirməklə pulu ödəməkdən yayınmışdır. İddianın tam təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh bildirmişdir ki, həqiqətən iddiaçı ilə kredit müqaviləsi bağlayaraq ondan 21000 manat məbləğində borc götürmüşdür. Həmin borcdan 800 manat ödəmişdir. Lakin maddi çətinlikləri olduğundan növbəti aylar üzrə ödəniş etməmişdir. Sonradan iddiaçı ilə razılaşmaya əsasən özünə məxsus kredit kartını iddiaçıya vermiş və sonuncu 6 ay ərzində hər ay 270 manat olmaqla onun kartından pul çıxarmışdır. İddiaçı ilə sonradan mübahisələri yarandığından həmin kartı ləğv elətdirmişdir. Hazırda borcu tam olaraq ödəməyə maddi imkanı yoxdur. Qalan borcu gələcəkdə hissə-hissə ödəyəcəkdir. İ ş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçıya 3770 manat pul ödəmiş, lakin məhkəmə bu qaytardı ğı bu pulu nəzərə almamışdır. İddiaçı məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, iddiaçı Nisə Sülüymanova ilə Cavabdeh arasında bağlanmış 08 avqus t 2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı 21000 manat məbləğində borc götürmüş, krediti 52 ay, hər ay 400 manat, sonuncu 53-cü ay isə 200 manat olmaqla 08 yanvar 2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bununla da tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşdən göründüyü kimi, cavabdehin özünün etirafı ilə təsdiq olunur ki, onun tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik lazımınca icra edilməmiş, bununla da iddiaçının aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və borcun tam olaraq tələb edilməsi hüququ yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə m üəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə 19380 manat pulun tutulmasını qət etmişdir. Belə ki, iddiaçı məhkəmə iclaslarında verdiyi izahatında göstərmişdir ki, cavabdehə məxsus kredit kartından onun tərəfindən 6 ay ərzində, hər ay 270 manat olmaqla cəmi 1620 manat pul çıxarılmışdır. Birinci instansiya məhkəməsi həmin məbləği tələb edilən puldan çıxaraq 19380 manat pulun cavabdehdən alınmasını qət etmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini n əzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilməli, Cavabdeh tutulmalı məbləğ 18580 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu onun özünə aid edilməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən ərizəsində cavabdeh tərəfindən ona hər ay 400 manat olmaqla, iki ay ərzində cəmi 800 manat pulu qaytardığını göstərmiş və tələbində cavabdehdən 20200 manat pulun tutulmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəmə iclaslarında 800 manat pulun qaytarılmadığını, cavabdehin kartından 6 ay ərzində 270 manat pul, ümumilkdə 1620 manat pul çıxardığını bildirmişdir. İddiaçı bu halı onunla izah etmişdir ki, iddia tələbini başqa şəxs tərtib etmiş, o isə iddia ərizəsinə baxmadan imza etmişdir. İşə baxan məhkəmələr iddiaçının bu izahatında tənqidi yanaşmamış, iddia tələbində sonradan dəqiqləşdirmə və ya əlavə verməməsinə baxmayaraq iddiaçının məhkəmə iclaslarında verdiyi izahata və məhkəməyə təqdim etdiyi yazılı izahata istinad edərək cavabdehdən 19380 manat pulun tutulmasını qət etmişlər. Halbuki iddiaçı cavabdeh tərəfindən ona hazırki müqavilə üzrə 800 manat pul qaytarılmasını, məhkəmə kollegiyasının iclasında verdiyi izahatında etiraf etmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, 800 manat pulun qaytarılması da nəzərə alınmalı, cavabdehdən iddiaçının xeyrinə tutulmal ı pulun məbləği dəyişdirilərək 18580 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası cavabdehin iddiaçıya 3770 manat pul qaytarması barədə kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Çünki cavabdeh bu barədə işə birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində baxılan zaman məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 417.1 və 417.1.2-ci maddələrinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2284/2019 nömrəli iş üzrə 17 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə tutulmalı məbləğ 18580 manat müəyyən edilsin, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu onun özünə aid edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar