Məhkəmə qərarları › İş №2(102)-761/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-761/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-761/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əşyanın tərkib hissəsi, vicdanlı sahib, əşyanı yaxşılaşdırmaq üçün çəkilmiş məsrəflər, işin mübahisəsiz halları, sübutların mümkünlüyü, çəkişmə prinsipi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1441/ 2021 nömrəli iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 31 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X6 və X7 tərəfindən 23 aprel 2006-cı il tarixdə tərtib olunaraq imzalanmış aktda qeyd olunmuşdur ki, onlar özlərinə məxsus pay torpaq sahəsini Əliabad qəsəbə sakini X1 etiraz etmirlər. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh1 tərəfindən imzalanmış 08 dekabr 2014-cü il tarixli aktda qeyd olunmuşdur ki, sonuncu, Zaqatala rayonu Əliabad qəsəbəsi 7 saylı bölgənin “Çaliaxo” adlanan sahəsində özünə və ailə üzvlərinə məxsus 1,70 ha torpaq sahəsini iddiaçıya 1500 ABŞ dollarına satmışdır. Şəki Apellyasiya Məh kəməsi Mülki kollegiyasının 2(107)-2887/2019 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 28 noyabr 2009-cu il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının Cavabdeh1 qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin onu mülkiyyətinə verilməsi barədə iddiası rədd edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, mübahisəli - 08 dekabr 2014-cü il tarixli aktda göstərilən 1,70 ha torpaq sahəsinin Cavabdeh1 istifadəsinə verilməsi barədə dövlət aktı, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və mülkiyyət hüququna dair çıxarış olmadığı üçün iddia təmin oluna bilməz. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi il ə məhkəməyə müraciət edərək, cavabdehlərdən bağ salınması üçün çəkilmiş 68.130 manat xərcin, torpağın alınması üçün verilmiş 1500 ABŞ dolları pulun, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, alqı-satqı cavabdehlərlə aralarında 2005-ci ilin yay aylarında baş tutmuş və 23 aprel 2006-cı il tarixdə bu barədə akt yazmışlar. Həmin vaxt sənədləri qaydasında olmadığına görə torpaq sahəsini qohumu X2 adına sənədləşdirməklə, sonuncunun həmin torpağı almasına dair akt tərtib etmişlər. Faktiki olaraq isə həmin torpağı özü almışdır. Sonradan, 08 dekabr 2014-cü il tarixdə torpaq sahəsini adına sənədləşdirmək üçün yenidən torpağın mülkiyyətçisi Cavabdeh1 iştirakı ilə başqa akt tərtib edilmişdir. To rpaq sahəsi 2006-cı ildən onun istifadəsindədir. Torpağın vergisini özü ödəyir. Alqı-satqını torpağın mülkiyyət hüququnu müəyyən edən sənədlər verilmədiyinə görə notariatda sənədləşdirə bilməmişlər. Torpağın alqı-satqısını rəsmiləşdirmək üçün məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə ləğv edilmişdir. Belə olduğu halda, həmin torpaq sahəsində çəkdiyi xərclər və torpaq sahəsinin alqı-satqısı zamanı verdiyi pul ona geri qaytarılmalıdır. Belə ki, həmin torpaq sahəsində 2000-ci ildən bəri 500 ədəd iri-xırda fındıq ağacı əkmişdir. Hazırda iri fındıq ağacının qiyməti 100 manat, xırdasının qiyməti isə 50 manatdır. Həmin bağda 200 ədəd iri, 300 ədəd xırda fındıq ağac ları vardır. Fındıq ağaclarının dəyəri cəmi 35.000 manat təşkil edir. Bundan başqa, ağacların əkilməsinə görə X10 2000 manat, 500 manat kanal qazmaq üçün, 2000-ci ildən hal-hazıradək bağın qorunması üçün 1500 manat pul vermişdir. 19 ildə isə bu məbləğ 28.500 manat təşkil edir. Bundan başqa, həmin torpağın alqı-satqısı zamanı cavabdehlərə 1500 ABŞ dolları pul vermişdir. Məhkəmənin qərardadına əsasən əldə olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala X17 Mərkəzinin 11 mart 2020-ci il tarixli arayışında qeyd olunmuşdur ki, Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yerləşən fındıq bağının ölçüləri 62 m x 274 m = 17000 kv.m və ya 1,70 ha olmaqla 10x1 əkin sxemində 420 topadan ibarətdir. Onlardan 250 topa fındıq ağacı təqribən 10 il əvvəl əkilmiş, bir neçə ildir ki m əhsul verməyə başlamışdır. 50 ədəd fındıq topası sonradan əkilmiş, məhsul verməyə başlamışdır. 120 ədəd fındıq topası isə yararsız fındıq topa olduğu üçün çıxarılaraq yenidən əkilmişdir. 250 fındıq topası (1 topaya 160 manat olmaqla) 40.000 manat qiymətləndirilmişdir. 50 topa fındıq (orta qiymət olaraq 1 topaya 50 manat olmaqla) təqribi 2500 manat olmuşdur. Yeni salınan 120 topa fındıq (hər topa 30 manat qiymətləndirilərək) təqribi 3600 manat olmuşdur. Əkilmiş 17 ədəd qoz ağacları məhsul verməyə başlamış və hər bir qoz ağacı üçün 70 manat hesablanaraq təqribi 1190 manat qiymətləndirilmişdir. Bundan başqa, sözügedən sahənin hazırlanması, aqrotexniki tədbirlərin görülməsi və sərhədlərin bağlanmasına 2500 manat sərf edilmişdir. Ümumi məbləğ təqribi 49.790 manat müəyyən edilə bilər. Zaqatala R ayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(033)-261/2020 nömrəli iş üzrə 08 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia qismən təmin edilmiş, cavabdehlərdən 49.790 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, cavabdehlər əvvəllər razılaşma əsasında sözügedən torpaq sahəsini iddiaçıya satmışlar və hal-hazıradək sözügedən torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçının torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddiası məhkəmə qətnaməsi ilə təmin olunmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının sözügedən torpaq sahəsində çəkilmiş xərclərin (verdiyi pul məbləği də daxil olmaqla) cavabdehlərdən alınmasına dair id dia tələbi qismən əsaslıdır və çəkilmiş xərclərlə bağlı mütəxəssis rəyi ilə razılaşaraq belə nəticəyə gəlmişdir ki, rəydə qeyd olunan məbləğin cavabdehlərdən tutulması məqsədəuyğundur. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən alqı-satqı zamanı verilmiş 1500 ABŞ dollarının hazırkı məzənnəsi cüzi olduğundan, iddiaçı çəkdiyi xərc məbləğinin mütəxəssis rəyində göstərilən məbləğlə əhatə olunduğu bildirərək həmin hissəni mübahisələndirməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Sonradan birinci instansiya məhkəməsi qətnamədəki yanlışlığın düzəldilməsi barədə qərardad qəbul edərək, qətnamənin əsaslandırıcı hissəsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bu ndan sonra – Mülki Məcəllə) 21.2, 1091.1, 1091.2-ci maddələrinin əlavə olunmasını qərara almışdır. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz, əsassız və ədalətsizdir. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, iddiaçı mülkiyyətlərində olan 1,70 ha torpaq sahəsi ilə əlaqədar ilk dəfə 2006-cı ildə söhbətləri olmuş və həmin torpaq sahəsinə baxmaq ona çətin olduğu üçün onun qohumu X3 1500 ABŞ dollarına icarəyə vermişdir ki, onlar bu torpaqdan istifadə etsinlər. Həmin vaxt uşaqları Rusiya Federasiyasında olmuş, qızı isə Bakı şəhərində yaşamışdır. Digər tərəfdən həmin torpaq sahəsi ondan başqa bir neçə şəxsin mülkiyyətində olmuş, onun həmin torpaq sahəsinə sərəncam vermək hüququ olmamışdır. İddiaçı mülkiyyətlərində olan torpaq sahəsində onların razılığı olmadan özbaşına ağaclar əkmiş və hazırda həmin ağaclara görə onlardan külli miqdarda vəsait tələb edir, halbuki onun iddiasında məbləğ çox şişirdilmişdir. İlkin komissiya tərəfindən həmin torpağa baxış keçirilərkən iddiaçının xərcləri 4800 manat məbləğində qiymətləndirilmiş, lakin iddiaçı bununla razılaşmayaraq yenidən şikayət edib iddiasında göstərdiyi məbləği tələb etmişdir. Apellyasiya icraatı zamanı "xxxx" MMC tərəfindən verilmiş 16 sentyabr 2020-ci il tarixli 337 nömrəli rəydə qeyd olunmuşdur ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,70 ha torpaq sahəsindəki 226 ədəd fındıq topalarının inkişaf səviyyəsinə əsasən fındıq topalarının yaşının 12 il olması və həmin ağaclara 12 ilədək, sualın tədqiqat hissəsində sadalanan aqrotexniki qulluq göstərilməsi müəyyən edilir. Yerdə qalan, 238 ədəd məhsuldarlığa düşməyən 2-4 illik sonradan əkilmiş fındıq topalarına (yarısı 2 illik, yarısı təxminən 4 illik), 17 ədəd məhsuldar, təxminən 14 illik qoz ağaclarına aid olması müəyyən edilir. Ekspert baxışına təqdim edilmiş, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,7 ha torpaq sahəsində salınmış 12 yaşı olan, 226 ədəd məhsuldar fındıq topasından, 119 ədəd 4 illik, 119 ədəd 2 illik fındıq topasından və 17 ədəd məhsuldar qoz ağacı olan bağın, aparılmı ş abadlaşdırma işləri nəzərə alınmaqla, hazırkı bazar dəyəri təxminən 42.653,00 manat müəyyən edilir. O cümlədən: - 12 yaşlı 226 ədəd məhsuldar fındıq topasının dəyəri (226 ədəd x 120 manat) – 27.120,00 manat; -119 ədəd 4 illik fındıq ağacının dəyəri (119 ədəd x 40 manat) - 4760,00 manat; -119 ədəd 2 illik fındıq ağacının dəyəri (119 ədəd x 20 manat) - 2380,00 manat; -4-5 şitildən ibarət fındıq topasının əkilmə xərci (464 topa x 2 manat) - 928,00 manat; -17 ədəd məhsuldar qoz ağacının dəyəri (17 ədəd x 80 manat) -1360,00 manat; -14 ildə bağa qulluq edilmə və bağın mühafizəsi (30 manat x 14 il x 12 ay) - 5040,00 manat; -355 metr kanalın qazılması xərci (355 metr x 3 manat) - 1065,00 manat. Rəydə qeyd olunmuşdur ki, 12 illik fındıq ağacları bazarlarda satılmadığına (belə ağacı bir yerdən baş qa yerə köçürmək mümkün deyil) görə, 1 illik 1 ağaca tələb edilən aqrotexniki qulluq təxminən 10 manat qiymətləndirilməklə, 12 yaşı olan fındıq topasının orta bazar qiyməti təxminən 120,00 manat qiymətləndirilmişdir. Respublikada daşınmaz əmlak (o cümlədən torpaq sahəsi) bazarında mövcud olan qiymətlərdən və tələbatdan, eləcə də əmlakın yerləşdiyi məkandan, nəqliyyat xəttinə yaxınlığından, qulluq səviyyəsindən, torpağın münbitliyindən, suvarma sisteminə yaxınlığından və sairdən asılı olaraq, torpağın və torpaq üstündə olan fındıq kollarının qiymətində qismən dəyişiklik olması istisna edilmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, nə X12 Mərkəzi, nə də ki, ekspertiza rəyi ilə razı deyil. İddiaçı həmin torpaqdan yetərincə istifadə etm iş və gəlir götürmüşdür. Bundan əlavə iddiaçı mübahisəli torpaq sahəsinə qanunsuz yiyələnmişdir. Onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, tərəflər arasındakı qarşılıqlı münasibəti düzgün qiymətləndirməmişdir. Çünki bu illər ərzində mübahisəli torpaq sahəsi cavabdehlərə məxsus olmuş, bütün subsidiyaları cavabdehlər almışlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh tərəf bu illər ərzində həmin torpaq sahəsində heç bir əkin-biçin işləri aparmamışdır. Verilmiş arayışlar da yalnız yanacaqla bağlı subsidiyalardır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bu ndan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1459/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov – (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia tələbi qismən təmin edilmiş, cavabdehlərdən 42.653 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 manatın cavabdehlərdən alınaraq "xxxx" MMC-nin hesаbınа ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa, mübahisə predme ti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlsə də, tətbiq edilməli olan maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, bununla bağlı qətnamədə yanlışlığın düzəldilməsi barədə qərardad qəbul etmişdir. Halbuki, MPM-in 228.2-ci maddəsində, qətnamədə maddi hüquq normasının göstərilməməsi ilə bağlı sonradan yanlışlığın düzəldilməsi nəzərdə tutulmamışdır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas olsa da, iddianın rədd edilməsi üçün əsas deyildir. Belə ki, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, təxminən 14-15 il bundan əvvəl tərəflər mübahisəli torpaq sahəsinin alqı-satqısı barədə qarşılıqlı razılığa gəlmişlər və həmin vaxtdan da iddiaçı cavabdeh tərəfin torpağından istifadə etməklə fak tiki sahibliyi həyata keçirmişdir. Lakin həmin torpaq sahəsinin alqı-satqısı baş tutmamışdır. Sonradan tərəflər arasında mübahisə yarandığından cavabdehlərin tələbi ilə iddiaçı həmin torpaq sahəsindən istifadə etməmiş və cavabdehlərə geri qaytarmışdır. Mübahisəli ərazidə olan bəhər verən ağaclar (qoz, fındıq və sair) da məhz iddiaçı tərəfindən əkilmiş, becərilmiş, zəhmət və xərc tələb edən aqrotexniki qulluq göstərilməklə həmin ağaclar bu illər ərzində məhsul (bar) verən bir vəziyyətə gətirib çıxarılmışdır. Həmin fındıq, qoz ağacları bəhər, qazanc verən bir ərəfədə cavabdeh tərəf torpağı iddiaçının adına rəsmiləşdirməkdən imtina etməklə yanaşı, geri tələb etmişdir. Beləliklə, iddiaçının həmin torpaq sahəsinə sаhiblik etməsi heç də özbаşınа bаş verməmiş, cavabdeh tərəfin irаdəsinə uyğun оlm uşdur. İddiaçı da öz aralarındakı danışığı, etimadlı münasibəti alqı-satqı kimi qiymətləndirərək, torpağı artıq özününkü zənn etmiş və orada zəhmət və xərc tələb edən işlər görmüş, həmin ərazini mövcud vəziyyətə gətirib çıxara bilmişdir. Məhkəmə qeyd etmişdir ki, eyni coğrafi zonadan olan hər iki tərəfin fındıq və qoz ağaclarının (topalarının) əkilib-becərilməsi, məhsuldar bir vəziyyətə gəlib çıxması üçün nə qədər zəhmət, xərc tələb edildiyini, illər lazım olduğunu, fındıq ağacının tam məhsuldar bir vəziyyətə çatması üçün 10-12 il lazım olduğunu bildiyi bir halda, cavabdehin apellyasiya şikayətinin dəlilləri inandırıcı görünmür. İşdən görünür ki, həmin ərazi iddiaçının istifadəsinə heç də qısa müddətə deyil, uzun müddət üçün verilmişdir. Cavabdeh tərəf torpaq sahəsinin əvvəlki vəziyyəti il ə bağlı mülkiyyət hüququna malik olsa da, onun üzərində iddiaçı tərəfindən öz xərci, gəliri və zəhməti hesabına əkilibbecərilmiş fındıq və sair ağaclara dair heç bir subyektiv hüquqa malik deyildir. Ona görə də, iddiaçı tərəf öz xərci hesabına əkib-becərdiyi ağaclardan bəhər, gəlir götürməyəcəksə, həmin ağacların onun iradəsindən asılı olmayan bir səbəbdən cavabdeh tərəfin ixtiyarına verilməsi qarşı tərəfin əsassız varlanması kimi qiymətləndirilə bilər. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, ekspertiza rəyində qeyd olunmuş məbləğ əsas götürülməklə, iddia qismən təmin olunmalıdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 18, 21.1, 21.2, 152.1-152.4, 157.2, 157.4, 560.1, 1091.1, 1091.2, 1092, 1096.1,1097.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Torpaq Məcəlləsi) 84- cü, MPM-in 228.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2252/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qərarı ilə (hakimlər – V.Həsənov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və Ə.Əhmədov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmələr dəymiş zərərin məbləğini müəyyən etməzdən və bunlarla bağlı sübutların toplanmasını həyata keçirməzdən əvvəl tərəflə r arasında hansı münasibətlərin olması, bu münasibətlərin nə vaxtdan yaranması (iddiaçının göstərdiyi kimi 2000-ci ildən və ya cavabdehin göstərdiyi kimi 2006-cı ildən, yaxud işdə olan yazılı sənədə əsasən 2014-cü ildən), torpaq sahəsində ağacların əkilməsinin kimin tərəfindən həyata keçirilməsini müəyyən etməmişlər. İş materialları ilə müəyyən olunur ki, 23 aprel 2006-cı il tarixdə akt tərtib olunmuş və həmin aktın məzmunundan aydın olur ki, Cavabdeh2, Cavabdeh3, xxx, Cavabdeh4, Q.XXXa onlara məxsus pay torpaq sahəsini Əliabad qəsəbə sakini X1 etiraz etməmişlər. İşdə olan digər 08 dekabr 2014-cü il tarixli yazılı sənəddən görünür ki, XXX X9 qəsəbəsi 7 saylı bölgənin “Çaliaxo” adlanan sahəsində ona və ailə üzvlərinə məxsus 1,70 ha torpaq sahəsini Əliabad qəsəbə sakini İddiaçı 1500 ABŞ do llarına satmışdır. İddiaçının iddia ərizəsində göstərdiklərindən, istinad etdiyi yuxarıda göstərilən sənədlərdən və cavabdeh tərəfin mövqeyindən aydın olmur ki, mübahisəli torpaq sahəsi nə vaxtdan iddiaçının istifadəsinə verilmiş, istinad olunan sənədlərin tərtib olunmasının səbəbləri nədir. Eyni zamanda, məhkəmələr faktiki olaraq rəsmi sənədlər əsasında torpaq sahəsinin kimin mülkiyyətində olmasını və həmin torpaq sahəsinin iddiaçıya keçməsi və ondan geri alınması zamanı bütün mülkiyyətçilərin razılıqlarının olub-olmamasını, hazırda torpaq sahəsindən kimlərin istifadə etdiyini müəyyən etməmişlər. Göstərilən halların aydınlaşdırılması iş üzrə irəli sürülmüş iddia tələbinə cavab verməli olan şəxslərin dairəsinin müəyyən edilməsi üçün də əhəmiyyətlidir. Cavabdeh tərəf etirazında faktiki olar aq torpaq sahəsini 2000-ci ildə XXXya icarəyə verməsini, hazırkı iş üzrə iddiaçı ilə heç bir münasibətinin olmamasını qeyd etmişdir. Apellyasiya instansiya məhkəməsi ağacların 14-15 il əvvəl əkilməsi nəticəsinə gələrkən iş üzrə iddiaçı ilə 2014-cü ildə rəsmiləşdirilmiş sənədin əslini tələb edərək işdə olan digər sübutlarla birlikdə qiymətləndirilməsini təmin etməmişdir. Eyni zamanda, iddia ərizəsindən və iddiaçının verdiyi izahatlardan aydın olmur ki, o, torpaq sahəsini nə vaxt əldə etmişdir, 2006-cı ildə torpaq sahəsinin işə cəlb olunmayan XXXya satılmasına digər cavabdehlər razılıq vermişlərsə, hansı səbəbdən 2014-cü ildə torpaq sahəsi iş üzrə iddiaçıya verilmişdir. Torpaq sahəsinin iddiaçıya 08 dekabr 2014-cü il tarixdə verilməsi yazılı sənədlə müəyyən olunduğu təqdirdə iddiaçının 14-15 il əvvəl həmin torpaq sahəsində ağaclar əkməsi və onlardan bəhər götürməsi işdə olan sübutlar baxımından anlaşılmazdır. Apellyasiya instansiyası məhkəməsi işin düzgün həll edilməsi və mövcud sübutların qarşılıqlı qiymətləndirilməsi üçün işdə olan yazılı sübutların əsillərinin təqdim olunması və X2 işə cəlb olunması istiqamətində tədbir görməmiş, yalnız zərərin məbləğini müəyyən edərək işi yekunlaşmış hesab etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat İşə apellyasiya qaydasında təkrar baxan məhkəmə 23 aprel 2006-cı il tarixli aktın əslini tədqiq etmiş və iş materiallarına əlavə etmişdir. Bundan əlavə, iş materiallarına 08 dekabr 2014-cü il tarixli aktın əsli əlavə olunmuşdur. Məhkəmə X5 öz təşəbbüsü ilə iş üzrə şahid qismində dindirmişdir. Sonuncu verilən suallara cav ab olaraq bildirmişdir ki, iddiaçı onun eltisidir. 2006-cı ildə tərtib edilmiş aktda torpağın ona satılması göstərilsə də, əslində həmin torpağı iddiaçı satın almışdır. Sadəcə olaraq iddiaçının sənədləri qaydasında olmadığına görə aktda bir qohum kimi formal olaraq onun adı yazılmışdır. Amma həqiqi alıcı eltisi XXX olmuş, torpağın alınmasına görə pulu o ödəmişdir. XXX həmin torpaq sahəsindən 2006-cı ildən etibarən istifadə edir. 2006cı ildə orada fındıq və qoz ağaclarını qaynı, yəni İddiaçı əri X14 Abbasova ilə birlikdə əkmişdir. Ağaclar əkilərkən o da bir qohum kimi onlara kömək etmişdir. Cavabdehlər isə torpaq sahəsində heç nə əkməmişlər. 2006-cı ildə tərtib edilmiş akta Cavabdeh2 və bütün ailə üzvləri imza etmişlər. Həmin akt o vaxtkı kənd sovetinin binasında imzalanmışdır. Sözügedən to rpaq sahəsindən hazırda da XXX istifadə edir. Torpağın alqı-satqısına dair 2014-cü ildə akt tərtib olunarkən o da iştirak etmiş, həmin vaxt sözügedən torpaq sahəsini Cavabdeh1 İddiaçı 1500 ABŞ dollarına satmışdır. Apellyasiya instansiyası məhkəməsinin 2(107)-1441/2021 nömrəli iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Abbasov (sədrlik edən və məruzəçi), A.Eyvazov və İ.Şükürov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin olunmuş, cavabdehlərdən 42.653 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertizasının dəyəri olan 300 manat məbləğində məhkəmə xərcinin cavabdehlərdən m üştərək qaydada alınaraq "xxxx" MMC-nin hesаbınа ödənilməsi qət olunmuşdur. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı cavabdeh tərəflə 2006-cı ildə sözügedən torpaq sahəsinin alqı-satqısı barədə qarşılıqlı razılığa gəlmiş, 23 aprel 2006-cı il tarixdə cavabdeh tərəfin ailə üzvləri torpaq paylarının iddiaçıya satılmasına etiraz etmədiklərini tərtib edilən akta imza etməklə təsdiq etmişlər, lakin iddiaçının sənədləri qaydasında olmadığına görə aktda formal olaraq iddiaçının qohumu X2 adı qeyd edilmişdir. Həmin vaxtdan etibarən torpaq sahəsi iddiaçının faktiki istifadəsinə verilmiş, iddiaçı sözügedən torpaq sahəsindən istifadə etməklə faktiki sahibliyi həyata keçirmişdir. Lakin həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından torpaq sahəsinin rəsmi qaydada alqı-satqısı b aş tutmamışdır. Tərəflər torpaq sahəsinin alqı-satqısı ilə bağlı 2006cı ildə gəldikləri razılaşmalarına sadiq olmaları haqqında iradə ifadələrini 08 dekabr 2014cü il tarixli aktla bir daha təsdiq etmişlər. Həmin aktda iddiaçının Cavabdeh1 torpağın alış qiyməti olan 1500 ABŞ dollarını ödəməsi və sonuncunun torpaq sahəsini iddiaçıya satması müqabilində ondan həmin pulu nağd olaraq alması qeyd edilmiş, sözügedən sənəd tərəflərin imzaları və Zaqatala Rayon İcra hakimiyyəti başçısının Əliabad qəsəbəsi üzrə nümayəndəsinin möhürü ilə təsdiq edilmişdir. Torpaq sahəsi hazırkı dövrə kimi iddiaçının istifadəsində olmuşdur. Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin torpağın Respublikada aparılan aqrar islahatın nəticəsində cavabdehlərin ailəsi nə verilməsi və onlara məxsus olması işin mübahisələndirilməyən halıdır. Beləliklə, iddiaçının 2006-cı ildə cavabdehlərin ailə üzvləri ilə qarşılıqlı razılığa gələrək 1,70 ha torpaq sahəsini onlardan satın alması və həmin vaxtdan etibarən orada qoz ağacları və fındıq topalarını əkib becərərək bağ salması müəyyən olunmuşdur. Cavabdehlər iddiaçının onların torpağını zəbt edərək istifadə etməsini bildirsələr də, bu işin halları ilə təkzib olunur. Çünki, uzun illər, onların bildirdikləri kimi 15 ilə yaxın müddət ərzində torpaq sahəsi qanunsuz olaraq zəbt edilmişdirsə, onlar bununla bağlı hər hansı inzibati orqana müraciət edə və ya məhkəmədə müvafiq iddia qaldıra bilərdilər. Lakin onların belə bir müraciəti olmamış, əksinə iddiaçı cavabdehlər tərəfindən hüquqlarının pozulduğunu bildirərək məhk əmədə onlara qarşı iddialar qaldırmışdır. Bundan başqa, Cavabdeh1 şikayətində komissiya tərəfindən həmin torpağa baxış keçirilərkən iddiaçının xərclərinin 4800 manat məbləğində qiymətləndirildiyini, lakin iddiaçının bununla razılaşmayaraq yenidən şikayət edib iddiasında göstərdiyi məbləği tələb etdiyini göstərmişdir. Göründüyü kimi, cavabdeh bununla iddiaçının onlara məxsus torpaq sahəsinə xərc qoyduğunu etiraf etmişdir, sadəcə olaraq tələb olunan məbləğlə razı deyildir. Məhkəmə apellyasiya instansiyası məhkəməsinin əvvəlki hüquqi mövqeyinə uyğun olaraq "xxxx" MMC tərəfindən verilmiş 16 sentyabr 2020-ci il tarixli 337 nömrəli rəyi mötəbər sübut kimi qəbul etmiş və birinci instansiya məhkəməsinin mübahisə üzrə hüquqi mövqeyi ilə qismən razılaşaraq hesab etmişdir ki, əgər iddiaçı tərəf öz xə rci hesabına əkib-becərdiyi ağaclardan bəhər, gəlir götürməyəkdirsə, həmin ağacların onun iradəsindən asılı olmayan səbəbdən cavabdeh tərəfin ixtiyarına verilməsi qarşı tərəfin əsassız varlanması kimi qiymətləndirilməlidir. Cavabdeh tərəf isə mübahisəli torpaq sahəsində əkilib-becərilmiş ağaclara münasibətdə hər hansı bir hüququnun olmasını təsdiq edəcək sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsinə təqdim etməmişdir. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdu r ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Mülki Məcəllənin 21.1-ci maddəsinin tələbinə ziddir. İddiaçı ilə Cavabdeh1 arasında akt 2014-cü ildə tərtib olunsa da, iddiaçı 2016-cı ildən həmin bağdan istifadə etmişdir. Həmin tarixə qədər torpaq sahəsindən istifadə etməsinə dair iddiaçı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Cavabdehlərin bağı iddiaçıya satması iş materiallarında olan sübutlarla təsdiq olunmur. İşdə olan qəbzlər sübut edir ki, torpaq sahəsinə dair vergilər cavabdehlər tərəfindən ödənilmişdir. İddiaçı torpaq sahəsində 2000-ci ildən fındıq ağaclarının əkildiyini iddia etsə də, fındıq bağına faktiki sahibliyi 2016-cı ildən həyata keçirmişdir. Bu hal iş materialları ilə təsdiq olunur. Eyni zamanda, iddiaçının bağa sahiblənməsi cavabdehlərin mülkiyyət hüquql arının pozulmasına gətirib çıxarır. İddiaçının cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsi və ona sahiblik etməsi qanunsuzdur. Belə ki, iddiaçı həmin torpaq sahəsinin ona məxsus olmamasını, cavabdehlərin mülkiyyətində olmasını bilmiş, torpaq sahəsinə vicdansız sahiblik etmiş, vicdansız istifadə həyata keçirmişdir. Həm də qanuna görə, istər vicdanlı, istərsə də vicdansız sahib əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Torpaq sahəsi hal-hazırda da iddiaçının istifadəsindədir. Bundan başqa, iddiaçı tərəfindən həmin torpaq sahəsinə hər hansı xərc çəkilmişdirsə belə, iddiaçı ilə cavabdeh arasında çəkilmiş xərclərin əvəzinin gələcəkdə ödənilməsi ilə bağlı hər hansı bir ra zılaşma yoxdur. Fındıq ağaclarının əkilməsi ilə bağlı xərclərin, habelə bağa çəkilmiş digər xərclərin iddiaçı tərəfindən həyata keçirilməsi mülki iş materialları ilə sübut olunmadığı halda, apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 1091.1, 1091.2, 1092, 1096.1 və 1097.1-ci maddələrinə istinad etməsi maddi hüquq normalarının pozulmasına işarə edir. Həmçinin, apellyasiya məhkəməsi kassasiya məhkəməsinin göstərdiyi ziddiyyətləri aradan qaldırmamış, şahidin ifadəsini həqiqət kimi qəbul etmiş, halbuki şahid 2014-cü ildə akt tərtib olunarkən orada iştirak etdiyini bildirmiş, lakin aktda bu hal öz əksini tapmamışdır. İddiaçı iddia ərizəsində torpaq sahəsindən 2000-ci ildən istifadə etdiyini qeyd etmiş, şahid ifadəsində iddiaçının torpaqdan 2006-cı ildən istifadə etdiyini göstərmiş, C avabdeh2 isə iddiaçının 2016-cı ildən torpaqdan istifadə etdiyini bildirmişdir. Göründüyü kimi, izahatlar arasında yenə ziddiyyətlər vardır və onlar aradan qaldırılmamışdır. Bundan başqa, mütəxəssis rəyində qeyd olunmuşdur ki, torpaq sahəsində əkilmiş ağacların yaşı 12-14 ildir. İddiaçı isə 2000-ci ildən torpaqda ağac əkdiyini qeyd etmişdir. Əgər iddiaçının dedikləri həqiqətdirsə, o zaman ağacların yaşı 20 il olmalıdır. Şahid ifadəsində, həmçinin qeyd etmişdir ki, ağacları 2006-cı ildə qayını – iddiaçının əri iddiaçı ilə birlikdə əkmişlər. Lakin iddiaçı iddia ərizəsində bununla bağlı hər hansı məlumat qeyd etməmişdir. Bu ona dəlalət edir ki, şahidin ifadəsi həqiqətə uyğun deyildir, o, iddiaçı tərəfindən öyrədilmişdir. Bundan başqa, məhkəmə torpaq vergisinin ödənilməsi barədə arayışları ara şdırmamış, işdəki sübutları düzgün qiymətləndirməmiş, bununla da MPM-in 88-ci maddəsinin tələbini pozmuşdur. İddiaçı tələbində qeyd etmişdir ki, sənədləri qaydasında olmadığına görə alqı-satqı müqaviləsi bağlanmamışdır, lakin məhkəmə MPM-in 218.1-ci maddəsinə zidd olaraq öz mülahizəsinə əsasən qətnaməsində qeyd etmişdir ki, torpaq sahəsinin sənədləri qaydasında olmadığı üçün alqı-satqı həyata keçirilməmişdir. Məhkəmə, həmçinin MPM-in 9-cu maddəsinə zidd olaraq işə Cavabdeh1 iştirakı olmadan baxmış, məhkəmə iclasının təxirə salınması barədə onun vəsatətini əsassız olaraq təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında, habelə şikayətin dəlilərinə əsasən iddianın təmin edilmiş hissəsində tələbin bölünməz olduğu nəzərə alınmaqla iddianın təmin olunmuş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Torpaq Məcəlləsi Maddə

84. Torpaq mülkiyyətçilərin in, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. MPM Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilm ək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (maddə 77.3). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir (maddə 78.2). Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə 81). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə v ə qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18.03.2019-cu il tarixli qərarı...çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik mə hkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM-in 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfi n üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır....hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən başqasının mülkiyyətində olan əmlaka vicdanlı sahiblik etmiş şəxsdən həmin əmla k geri alınarkən sahibin əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırmalarını özündə saxlamaq hüququ vardır. Yaxşılaşdırmaları ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər, lakin bu məsrəflər əmlakın dəyərindən artıq olmamalıdır. Beləliklə iddia tələbinin qanuni əsaslarından göründüyü kimi əmlaka vicdanlı sahiblik etdiyini iddia edən şəxs öz yaxşılaşdırmalarını məhz əmlakın mülkiyyətçisindən tələb edə bilər və bu tələb hüququ əmlakın sahibdən alındığı andan yaranır. İşə kassasiya icraatı qaydasında baxmış əvvəlki məhkəmə tərkibinin də əsas mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmələr faktiki olaraq rəsmi sənədlər əsasında torpaq sahəsinin kimin mülkiyyətində olmasını və hazırda torpaq sahəsindən kimlə rin istifadə etdiyini müəyyən etməmişlər. Göstərilən halların aydınlaşdırılması iş üzrə irəli sürülmüş iddia tələbinə cavab verməli olan şəxslərin dairəsinin müəyyən edilməsi üçün də əhəmiyyətlidir. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd etmişdir ki, torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin torpağın Respublikada aparılan aqrar islahatın nəticəsində cavabdehlərin ailəsinə verilməsi və onlara məxsus olması işin mübahisələndirilməyən halıdır. Qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Lakin bu zaman sübutların mümk ünlüyü ilə bağlı MPM-in 81-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Həmin maddəyə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan qanunvericiliyə əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan halların tərəflərin izahatları əsasında işin mübahisəsiz halı kimi müəyyən edilməsi MPM-in 81-ci maddəsinin tələblərinə ziddir. Baxılan iş üzrə mübahisəli torpaq sahəsi daşınmaz əmlak olduğu üçün həmin əmlakın mülkiyyətçisi məhz bunu təsdiq edən hüquq müəyyənedici sübutlarla təsdiq oluna bilər. Torpaq sahələrinin aqrar islahatlar nəticəsində fiziki şəxslərin mülkiyyətinə verilməsi də buna dair hüquq müəyyənedici sənədlərlə təsdiq olunduğu üçün torpaq sahəsi nin aqrar islahatlar nəticəsində hər hansı fiziki şəxsə (şəxslərə) verilməsi tərəflərin izahatları əsasında işin mübahisəsiz halı kimi müəyyən oluna bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə iddiaçının Cavabdeh1 qarşı iddia tələbinə dair başqa iş üzrə müqavilənin bağlanmış hesab edilməsi barədə iddiası məhz 08 dekabr 2014-cü il tarixli aktda göstərilən 1,70 ha torpaq sahəsinin Cavabdeh1 istifadəsinə verilməsi barədə dövlət aktı, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və mülkiyyət hüququna dair çıxarış olmadığı üçün təmin edilməmişdir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi hal-hazırda da iddiaçının istifadəsindədir. Torpaq sahəsinin iddiaçının istifadəsində olduğu iddiaçı tərəfindən iddia ərizəsində, habe lə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətində də mübahisələndirilməmişdir. Beləliklə apellyasiya instansiyası məhkəməsi qanunvericiliyə əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarını tərəflərin izahatları əsasında mübahisəsiz hal kimi müəyyən etmiş, mübahisəli torpaq sahəsinin hal-hazırda iddiaçının istifadəsində olduğunu müəyyən etsə də sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməklə bağlı MPM-in 88-ci maddəsinin tələbini pozmuşdur. İşə kassasiya icraatı qaydasında baxmış əvvəlki məhkəmə tərkibinin göstərişlərindən biri də apellyasiya instansiyası məhkəməsinin X2 işə cəlb olunması mümkünlüyünün tərəflərlə müzakirə edilmədiyi və bunun üçün təşəbbüs göstəril mədiyi ilə bağlı olmuşdur. Yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi həmin göstərişin icrası qaydasında X2 cavabdehlərin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunması barədə məsələni tərəflərlə müzakirə etməli olduğu halda öz təşəbbüsü ilə qeyd olunan şəxsi şahid qismində dindirmişdir. Halbuki MPM-in 9.3-cü maddəsinə müvafiq olaraq hakim çəkişmə prinsipini təmin etmək üçün öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. MPM-in 7 7.3 və 78.2-ci maddələrinə əsasən məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən ası lıdır. Mülki prosesdə əsas sübut növlərindən biri də şahid ifadələridir. Bu baxımdan şahidin dindirilməsi yalnız tərəflərin vəsatəti əsasında mümkündür. Məhkəmənin öz təşəbbüsü ilə şahid dindirməsi isə sübut etmə yükünü öz üzərinə götürməsi deməkdir və bu, çəkişmə və dispozitivlik prinsipləri ilə bir araya sığmır. Lakin baxılan iş üzrə birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə şahid dindirməklə mülki prosessual qanunvericilin yuxarıda sadalanan prinsip və müddəalarını pozmuşdur. Hazırkı işin düzgün həlli ilə bağlı Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şər ti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əməl ə gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə belə bitkilər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevrilir. Torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda həmin bitkilərin uzun illər ərzində ərsəyə gəlməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir. Oxşar vəziyyətlərdə vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə almaqla Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi üçün ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, təkrar apellyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyas ı Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1441/2021 nömrəli iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar