Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-762/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğv edilməsi, əşyanın və borcun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7333/2020 nömrəli mülki iş üzrə 30 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərar ı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-iddiaçı) ilə Cavabdeh (bundan sonra-cavabdeh) arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1120-L/13 nömrəli “Lizinq müqaviləsindən” əsasən qiyməti 29.000 manat olan 1 ədəd “MTZ-89.2” markalı traktoru və qiyməti 2.600 manat olan 1 ədəd “KR-14 (AG-14-4)” markalı kotanı müqavilənin tərkib hissəsi olan lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə cavabdehə lizinqə verir. Cavabdeh həmin kənd təsərrüfatı texnikasının dəyərindən 3.160 manatı əvvəlcədən ASCyə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Cavabdeh ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişləri yerinə yetirməzsə, ASC gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimənin ödənilməsi cavabdehdən tələb edə bilər;
3. Bu müqaviləyə əlavə olan ödəniş qrafikinə əsasən tərəflər arasında ödənişlər 2014cü ilin İ rübündən başlayıb 2022-ci ilin İİİ rübündə bitməlidir;
4. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1213-L/13 nömrəli “Lizinq müqaviləsinə əsasən qiyməti 7.500 manat olan 1 ədəd TS-24 taxılsəpəni (gübrəsəpənlə) müqavilənin tərkib hissəsi olan lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə cavabdehə lizinqə verir. Cavabdeh həmin kənd təsərrüfatı texnikasının dəyərindən 860 manatı əvvəlcədən ASC-yə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Cavabdeh ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişləri yerinə yetirməzsə, ASC gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimənin ödənilməsi cavabdehdən tələb edə bilər;
5. Bu müqaviləyə əlavə olan ödəniş qrafikinə əsasən tərəflər arasında ödənişlər 2013cü ilin İV rübündən başlayıb 2018-cı ilin İİİ rübündə bitməlidir. a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1120-L/13 nömrəli və xx.xx.2013-cü il tarixli, 1213-L/13 nömrəli “Lizinq müqavilələrin” ləğv edilməsi, həmin müqavilələr üzrə yaranmış əsas borcun ödənilməsi m əqsədi ilə 17.530 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin ödənilməsi məqsədi ilə 11.389 manatın, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manatın, habelə yuxarıda göstərilən müqavilələrdə nəzərdə tutulmuş lizinq obyekti olan 1 ədəd “Belarus89.2” markalı traktorun, 1 ədəd “AG-14-4” markalı kotanın və 1 ədəd "xxxx" markalı taxılsəpənin saz vəziyyətdə cavabdehdən alınaraq iddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 58 nömrəli qərarı ilə təsdiq olunmuş "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi nəzərdə tutulmuşdur. Həmin qərar a uyğun olaraq tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1120-L/13 nömrəli və xx.xx.2013-cü il tarixli, 1213-L/13 nömrəli “Lizinq müqavilələrinə” əsasən iddia ərizəsində qeyd edilən və ümumi dəyəri 39.1000 manat olan kənd təsərrüfatı texnikası cavabdeh tərəfindən lizinqə götürülmüşdür. Bununla əlaqədar olaraq cavabdeh tərəfindən iddiaçıya 4.020 manat ilkin ödəniş edilmişdir. Müqavilələrin şərtlərinə görə cavabdeh qalan 35.080 manat məbləğində ödənişi hissə-hissə və aybaay olaraq iddiaçıya ödəməli idi. Bununla əlaqədar olaraq “Ödəniş qrafikləri” tərtib edilmiş və cavabdeh qrafiklər ilə tanış olaraq imzalamışdır. Buna baxmayaraq, cavabdeh, qeyd edilən müqavilələr və qrafiklər üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, xx.xx.2017-ci il t arixədək 17.580 manat məbləğində ödəniş etməli olduğu halda, cəmi 50 manat məbləğində ödəniş etmişdir. Öhdəliyin icra edilməməsi səbəbindən cavabdehin iddiaçıya 17.530 manat məbləğində əsas borcu yaranmışdır. Öhdəliyin cavabdeh tərəfindən icra edilməmədiyindən cavabdehə 11.389 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. Qeyd edilən məbləğlərin ödənilməsi barədə ASC tərəfindən cavabdehə xəbərdarlıq (pretenziya) məktubları göndərilsə də, borc cavabdeh tərəfindən ödənilməmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (X.Məhərrəmova) (bundan sonra- birinci instansiya məhkəməsi) xx.xx.2018-ci il tarixli 2(004)-571/2018 nömrəli qətnamə ilə iddianın qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013 və xx.xx.2013-cü il tarixli “Lizinq müqavilələrin” ləğv edilməsini, h əmin müqavilələrdə qeyd edilmiş lizinq obyekti olan 1 ədəd traktorun, 1 ədəd kotanın və 1 ədəd taxılsəpənin, habelə müqavilələr üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 17.530 manat, öhdəliyin icra edilməməsinə görə hesablanmış cərimənin ödənilməsi məqsədi ilə 1.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş hesablamalardan və digər sənədlərdən görünür ki, cavabdeh yuxarıda qeyd edilən müqavilələr üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş və nəticədə onun iddiaçıya borcu yaranmışdır. Öhdəliyin cavabdeh tərəfindən icra ed ilməməsi nəzərə alaraq iddia qismən təmin edilməli və Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan cərimənin məbləğinin azaldaraq 1.000 manat məbləğində müəyyən edilməlidir.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 442, 445, 448, 462, 467, 747, 748-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız olan iddianı qismən də olsa təmin etmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçı ASC-yə müqavilələr üzrə ilkin olaraq 4.070 manat deyil, 4.930 manat məbləğində pul ödənilmişdir. Bundan başqa, müqavilələrdə qeyd olunan texnikalara güzəştlər tətbiq edilməli idi. Çünki Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 152 saylı Fərmanının 6.1.3cü bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 273 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”na əsasən qeyd olunan kənd təsərrüfatı texnikasına texnikanın ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərti ilə, "xxxx" ASC-nin zərəri hesabına güzəştin tətbiq edilməsi nəzərdə tutulmuşdur. İşə baxmış Rayon Məhkəm əsi isə bunu nəzərə almamışdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7333/2020 nömrəli, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər– M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə qiymət verərək bildirmişdir ki, iddiaçı ASC tərəfindən təqdim edilmiş hesablamalardan və digər sənədlərdən görünür ki, cavabdeh yuxarıda qeyd edilən müqavilələr üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş və nəticədə onun iddiaçı ASC-yə 17.530 manat məbləğində əsas borcu yaranmışdır. Öhdəliyin cavabdeh tərəfindən icra edilməməsini nəzərə almış ASC, onun la cavabdeh arasında bağlanmış müqavilələrin şərtlərini əsas götürərək cavabdehə 11.389 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. Qeyd edilən məbləğlərin ödənilməsi barədə ASC tərəfindən cavabdehə xx.xx.2015-ci il tarixli pretenziya göndərilmiş və cavabdeh müvafiq mülki məsuliyyət daşıması barədə lazımi qaydada xəbərdarlıq olunmuşdur.
15. Göstərilənlərə əsasən apellyasiyanın nəticəsi ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış və şərtlərini icra etmiş ASC-nin ləğv edilməsini xahiş etdiyi xx.xx.2013 və xx.xx.2013-cü il tarixli "xxxx" üzrə cavabdehin iddiaçı ASC qarşısında icra edilməmiş öhdəliyi mövcuddur və cavabdeh bu halı inkar etmir.
16. Müəyyən edilir ki, ASC-nin iddia tələbi sübuta yetməklə yanaşı maddi hüquq normalarına əsaslanır, cavabdehin iddiaya etirazı, yəni ASC-yə 4.070 manat deyil, 4.930 manat məbləğində ödəniş etməsi ilə bağlı dəlili əsassızdır. Çünki cavabdeh bununla bağlı sübutları təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 152 saylı Fərmanının 6.1.3-cü bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 273 nömrəli qərarı ilə təsdiq edilmiş «"xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qayd aları»na əsasən qeyd olunan kənd təsərrüfatı texnikasına onun ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərti ilə, ASC-nin zərəri hesabına güzəştin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh ASC həmin güzəşti cavabdehə münasibətdə tətbiq etməmişdir.
18. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin yuxarıda adı çəkilən qərarının 2-ci bəndindən görünür ki, bu qərar qüvvəyə mindiyi tarixədək kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən ASC-dən lizinqə götürülmüş, habelə Yaponiya hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəy ərinin 40 faizindən yuxarı olmamaq şərti ilə, ASC-nin zərəri hesabına güzəşt tətbiq edilsin.
19. Həmin qərarın 3-cü bəndinə görə, bu qərar qüvvəyə mindiyi tarixdən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən ASC-dən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilsin.
20. Həmin qərarın 3-1-ci bəndinə görə, 2015-ci il mayın 1-dən fiziki və hüquqi şəxslər tərəfindən ASC-dən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzə şt tətbiq edilsin.
21. Qərarın 4-cü bəndinə görə, bu qərarın 2-ci, 3-cü və 3-1-ci hissələrində nəzərdə tutulan kənd təsərrüfatı texnikasının, suvarma sistemləri dəstinin və avadanlığının güzəşt məbləği çıxıldıqdan və qalıq dəyəri tam ödənildikdən sonra həmin texnika, suvarma sistemləri dəsti və avadanlığı kənd təsərrüfatı məhsulları istehsalçılarının mülkiyyətinə verilsin.
22. Qeyd olunan qərarın tələblərindən göründüyü kimi, lizinq müqaviləsinin predmetini təşkil edən kənd təsərrüfatı texnikasının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Lakin apellyasiya araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh, onunla ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1213-L/13 nömrəli “ Lizinq müqaviləsi” üzrə ödənilməli olduğu 7.500 manatdan cəmi 860 manat, xx.xx.2013-cü il tarixli 1120-L/13 nömrəli “Lizinq müqaviləsi” üzrə ödənilməli olduğu 31.600 manatdan isə cəmi 3.160 manat, sonradan isə hər iki müqavilə üzrə cəmi 50 manat pul ödəmişdir.
23. Göstərilənlərə əsasən, Məhkəmə hesab etmişdir ki, cavabdehə münasibətdə qeyd edilən güzəştlərin tətbiq olunması üçün əsaslar yoxdur. Cavabdeh apellyasiya şikayətində göstərdiyi kimi 4.930 manat məbləğində pulu ASC-yə ödəmiş olsaydı belə, həmin məbləğ də qeyd olunan güzəştlərin tətbiq edilməsi üçün yetərli məbləğ deyil. Belə olan halda hesab edilməlidir ki, cavabdehin bu dəlili də əsaslı deyil.
24. Apellyasiya məhkəməsi cavabdehin ASC-nin xeyrinə 1.000 manat məbləğində cərimənin tutulmasından da narazılığı ilə bağlı qeyd etmişdi r ki, ASC ilə cavabdeh arasında bağlanmış müqavilələrdən görünür ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişləri yerinə yetirməzsə ASC cavabdehdən gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
25. Rayon Məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan cərimənin məbləğinin azaldaraq 1.000 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Çünki bu nəticə iş üzrə tərəflərin həm əmlak mənafelərinə, həm də bütün əsaslı mənafelərinə uyğundur.
26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır.
27. Məhkəmə Mülki Məcəllənin 442, 445, 445.1, 445.2.1, 44 8, 462, 467.1, 747, 747.1, 747.3, 747-2, 748-1.12.4, 748-2.5, 748-7.1, 748-10, 748-10.1, 748-10.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (Vəkil Hacıağa oğlu) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7333/2020 nömrəli 30 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yenidən araşdırma apararaq şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından da müəyyən olunduğu kimi, iddiaçı ilə aramızda xx.xx.2013-cü il tarixli lizinq müqavilələri həmin müqaviləyə əsasən tərəfi mdən kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşəm. Bildirmək istərdim ki, həmin lizinq müqaviləsi üzrə tərəfimdən 4.930 manat məbləğində ödəniş olunsa da, iddiaçı bunu məhkəmədən gizləmişdir. Mən apellyasiya şikayəti verərkən məhkəmədən mənim ödədiyim məbləğlərin hesablanması və borcdan silinməsini xahiş etsəm də, məhkəmə buna əhəmiyyət verməmişdir. Mən vaxtı-vaxtında ödənişlərimi etmişəm. Qeyd etmək istərdim ki, iddiaçıya müraciət edərək, dolların kəskin bahalaşması ilə əlaqədar ödəniş qabiliyyətimin aşağı düşdüyünü və bu səbəbdən hər hansı güzəşt olunmasını xahiş etmişəm. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 152 saylı Fərmanının 6.1.3-cü bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 273 nömrəli qərarı ilə t əsdiq edilmiş "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydalarına əsasən qeyd olunan kənd təsərrüfatı texnikasına onun ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərti ilə ASC-nin zərəri hesabına güzəştin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh hüquqdan sui-istifadə edərək həmin güzəşti mənə tətbiq etməmiş.
30. Məlum olduğu kimi qeyd edilən hallarda devalvasiya hadisəsi baş vermiş və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmişdir. İddiaçı yaranmış böhranlı vəziyyətin əksinə olaraq öz mənafeyinə uyğun olaraq borc və faiz məbləğlərini şişirtmiş, əlavə cərimə borcları hesablamışdır. Əsas məbləğ və ona hesablanmış faizlər həddindən artıq yüksəkdir. Müqavilənin bağlanmasından xe yli vaxt keçməsinə baxmayaraq, iddiaçı tərəfindən heç bir tədbir görülməmiş faizlərin artması gözlənilmiş, sonda xeyli müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır.
31. Göstərilən hallar mənim şikayətimin əsasını təşkil edir və iddiaçının tələbinin qanunsuz olmasını sübuta yetirir. Məhkəmə bütün təqdim olunan sənədləri araşdırmış olsa idi mənim hüquqlarımı pozmaz və düzgün nəticə əldə edərdi.
32. Hüquqi dövlət üçün insan hüquq və azadlıqlarının layiqincə təmin edilməsi əsas göstərici amildir. AR Konstitusiyasının 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir.
33. Göstərilənlərlə bağlı bildirmək istərdim ki, məhkəmənin yanaşması kö kündən düzgün deyil. Məhkəmə faizlərin və əsas borcun həddən artıq yük olmasına heç bir əhəmiyyət verməmiş, iddianın dəyişdirilmədən saxlanılmasını təmin etməklə işin hərtərəfli tədqiqindən yayınmışdır. İşin hər tərəfli tədqiqi, baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdən hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir.
34. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsindən icrasını tələb etmək hüququ vardır. Hesab edirəm ki, məhkəmə qəbul etdiyi qətnaməsində iddiaçının təqdim etdiyi sənədləri və verdiyi izahatları sadalamaqla kifayətlənmiş, işə baxılma nəticəsində işin hallarının araşdırılmasını və araşdırılmasının nəticəsi kimi işin hansı faktiki hallarını müəyyən etməsini göstərməmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Maddə
445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəs ində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.
38. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
39. Maddə
448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
40. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi anda n tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
41. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
42. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
43. Maddə 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur.
44. Maddə 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır.
45. Maddə 747-2 Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır.
46. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini mübahisəsiz geri almaq hüququna malikdir.
47. Maddə 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
48. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
49. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
50. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 8
8. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh iddiaçı ilə bağladığı lizinq müqavilələrindən irəli gələn öhdəliklərini pozduğu üçün iddia təmin edilmiş həddə qanuni və əsaslıdır.
60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilmə klə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
61. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
63. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7333/2020 nömrəli mülki iş üzrə 30 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.