Məhkəmə qərarları › İş №2(102)-763/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-763/2021

11.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-763/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhərixxxxsaylı Notariat kontoruna, Cavabdeh2 və X2 qarşı iddia tələbinə Cavabdeh2 qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: notariusun icra qeydi, işə məhkəmədə baxılmalı deyil, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Cavabdeh2 vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2594/2020 n ömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ilə (bundan sonra – iddiaçı) Cavabdeh2 arasında Bakı Şəhəri xxxxsaylı Notariat kontorunda bağlanmış xx.xx.2016 tarixli kredit müqaviləsinə əsasən, sonuncu iddiaçıya faizsiz, 6200 manat məbləğində kredit vermiş, borcalan həmin məbləği xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə əsasında Bakı şəhəri 18 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən 8İ-2746 nömrəli, xx.xx.2019-cu il tarixli icra qeydi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavab dehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 saylı X4 xxxxxxilə onun arasında xx xxxxx 2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 heç vaxt borc almamış, onunla heç bir borc münasibətləri yaranmamışdır. Belə ki, o, 2011-ci ildə cavabdeh X1 işlətdiyi mağazada satıcı kimi işə düzəlmişdir. Sonuncu 2012-ci ildə mağazanı və içərisində olan malı topdan satış qiymətinə ona təhvil vermiş və pərakəndə satış qiymətinə həmin malları satıb ona çatası pulu qaytarmaq barədə razılığa gəlmişlər. Malları satıb razılaşdıqları pul məbləğini xxxxxxx vermişdir. Bundan sonra yenidən sonuncudan müxtəlif vaxtlarda nisyə mal alıb satmağa başlamışdır. Aldığı malların qiyməti müxt əlif olmaqla müxtəlif vaxtlarda satışdan əldə olunmuş məbləğləri xxxxxx qaytarıb. Beləliklə, 2015-ci ilin aprel ayına qədər sonuncudan topdan satış qiymətinə nisyə mal alıb pərakəndə qiymətə satmış və pulunu ödəmişdir. 2015-ci ilin yanvar ayında icarəyə götürdüyü mağazanın cərgəsi parça satışı həyata keçirən cərgəyə çevrilmişdir. O da məcbur olub qalan malları maya dəyərindən aşağı qiymətə satmamaq üçün xxxxxxqaytarmaq istəmiş, lakin sonuncu malları qəbul etməmişdir. Nisyə aldığı malların qiyməti həqiqətən də 6200 manat olmuşdur. Həmin məbləğin 5700 manatı onun borcu, 500 manatı isə qardaşı xxxxx borcu kimi qalmışdır. Mallar uzun müddət onda qalmış, sata bilməmiş, bir hissəsini maya dəyərindən dəfələrlə aşağı qiymətə satmağa məcbur olmuş, yararsız vəziyyətə düşən hissəsini isə atmış, qalan borcu isə ödəyə bilməmişdir. xxxxxxəvvəllər pulu özü tələb etsə də, sonradan onun qardaşı kimi özünü təqdim etmiş şəxslə onun evinə gələrək ona hədə-qorxu etmiş, Notariat kontorunda kredit müqaviləsi bağlamağı tələb etmişlər. Həmin şəxslərdən qorxaraq məcbur olub Notariatda kredit müqaviləsi bağlamışdır. Müqavilə bağlanarkən Cavabdeh2 ona pul verməmişdir, onu 2016-cı ilin aprel ayında evinə gələndə tanımışdır. Müqavilə formal əsaslarla görüntü üçün bağlanmışdır, ona görə də ləğv olunmalıdır. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan 6200 manat əsas borc, 930 manat dəbbə pulu, 100 manat məhkəməyə gəlməklə əlaqədar çəkilmiş yol xərci və 30 manat dövlət rüsumu olmaqla, cəmi 7260 manat məbləğində borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını x ahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçının ona xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 6200 manat borcu vardır. Borcu xx.xx.2016-cı il tarixə kimi qaytarmağı öhdəsinə götürsə də, 3 il vaxt keçməsinə baxmayaraq borcunu ödəməmişdir. Dəfələrlə ondan pulu ödəməsini xahiş etsə də, müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Məcbur olub xxxxsaylı Notariat kontorundan icra qeydi verilməsini xahiş etmiş, xx.xx.2019-cu il tarixli, 8İ-2746 reyestrli icra qeydi verilmiş, icra olunması üçün icra orqanına göndərilmişdir. Başlanmış icraat zamanı iddiaçı axtarışa verilmiş, onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Lakin o, icraat zamanı borcunun olmamasına dair hər hansı fikir irəli sürməmişdir və beləliklə, borcunun olmasını etiraf etmişdir. Hesab edir ki, borcu ödəməyi gecikdirdiyinə görə, iddiaçı illik 5 faiz miqdarında, yəni 930 manat dəbbə pulu ödəməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-8370/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, iddiaçıdan xx.xx.2016-cı tarixli kredit müqaviləsi üzrə 6200 manat əsas borc və ödənilmiş dövlət rüsumunun 25,50 manat hissəsinin cavabdeh X3 xeyrinə tutulması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı müqavilənin hədə-qorxu altında bağlanmasını, Cavabdeh2 tərəfindən ona borc verilməməsini, borcun cavabdehin qardaşı xxxx ilə işgüzar əlaqələr nəticəsində yaranmasını əsaslandıra bilməmişdir. Ona görə də, iddia tələbi təmin oluna bilməz. Qarşılıqlı iddianı qismən təmin edən məhkəmə bununla bağlı mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının borc alması və onu vaxtında ödəməməsi iş materialları ilə təsdiq olunduğundan və o, borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə, bununla müqavilə şərtlərini pozduğuna görə, əsas kredit borcu ondan tutularaq cavabdehə ödənilməlidir. Bununla belə, əldən çıxmış faydaya görə 930 manat pulun, habelə məhkəməyə gəlməklə əlaqədar 100 manat məbləğində yol xərcinin tutulması tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin tələblər əsaslandırılmadığına və heç bir sübutla təsdiq olunmadığına görə təmin oluna bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 5.3, 6, 16.1, 324.1, 385.1, 386.1, 389.1, 389.2, 421.2, 423.2, 425, 443.1, 443.4, 445.1, 445.2.1, 739.1, 740.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2594/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab e tmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin bütün faktiki hallarını araşdırmamış, cavabdehləri məhkəmə iclasına çağırmamış, iddiaçının məhkəmə iclasında iştirakını təmin etməməklə onun müdafiə hüqu qunu pozmuşdur. Kassasiya şikayətinin əsası kimi MPM-in 14, Mülki Məcəllənin 385.1, 386.1, 387.3-cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əs as ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının şikayəti əsasında ona aid hissədə - ilkin iddianın təm in olunmaması hissəsində və qarşılıqlı iddianın təmin olunmuş hissəsində yoxlanıldığından hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərə f müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.1, 421.2). “İcra haqqında” Azərbaycan Respublikasının qanunu Notariat orqanlarının icra qeydləri icra sənədi sayılır (maddə 6.1.4). Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır (maddə 8.2). MPM İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun m əhkəmə icraatı mümkündür (maddə 151.1). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (maddə 153.2.1). İş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir (maddə 261.0.1). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddianın təmin olunmayan hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Kassasiya şikayətinin həmin hissə ilə bağlı dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan büt ün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilmiş hissəsində prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2016 tarixli kredit müqaviləsi əsasında Bakı şəhəri xxxxxsaylı Notariat kontorunun xüsusi notariusu tərəfindən 8İ-2746 nömrəli, xx.xx.2019-cu il tarixli icra qeydinin verildiyi hazırkı işin mübahisəsiz halıdır. MPM-in tələblərinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (151.1). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1), əgər iş icraata qəbul edilibsə iş üzrə icraata xitam verir (261.0.1). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən notariusun icra qeydi – icra sənədi mövcud olmuş, iş materiallarında icra qeydinin qüvvədən düşməsi barədə hər hansı məlumat olmamışdır. Qarşılıqlı iddia tələbi isə həmin sənədin verilməsinə əsas olmuş borc müqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlıdır. Bu baxımdan m övcud vəziyyətdə notariusun icra qeydi verdiyi kredit müqaviləsi üzrə borc məbləğinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi yolverilməz olmuşdur. Göstərilənlərə baxmayaraq birinci instansiya məhkəməsi istinad olunan prosessual hüquq normalarının tələblərini pozmuş və notarius tərəfindən icra qeydi verilmiş kredit müqaviləsi üzrə 6200 manat pulun tutulması tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmiş, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə dəyişdirmədən saxlamışdır. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 İddiaçı qarşı 6200 manat borcun tutulması tələbinin təmin olunması hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2594/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən - X3 İddiaçı qarşı 6200 manat borcun tutulması tələbinin təmin olunması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qətnamə digər hissədə - ilkin iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar