Məhkəmə qərarları › İş №2(102)-7677/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7677/2019

02.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7677/2019 02.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil və üçüncü şəxs X7 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı ASC-nin ləğvedicisi ƏSF və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-614/2019 saylı iş üzrə qəbul etdiyi 28 mart 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin ləğvedicisi ƏSF-nun cavabdehlər “xxxx” MMC və “xxxx” MMC-yə qarşı iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli, 2(103)9612/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən, məruzəçi), M.Məmmədov və E.Şamayev) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-614/2019 saylı iş üzrə qəbul etdiyi 28 mart 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu cavabdehlər “xxxx” MMC, “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx" MMC tərəfindən Ləğv pr osesində olan “ddiaçı ASC-yə ipoteka ilə yüklü edilmiş X5 məxsus olan “Volkswagen Passat" markalı, **-KM*** dövlət qeydiyyat nişanlı avtomobilin 1800 manat dəyərində qiymətləndirilməsinə dair "Əmlakın qiymətləndirilməsi barədə hesabafın ləğv edilməsi, həmin avtomobilin yenidən qiymətləndirilməsinin təmin olunması və 20 manat ödənilmiş dövlət rusumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı ASC-nin ləğvedicisi ƏSF və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, bankın qanuni maraqlarına və mənafeyinə zərər dəymiş, əmlak real bazar dəyərindən çox aşağı qiymətləndirilmişdir. Be lə ki, əmlak dəyərindən aşağı qiymətə satıldığı halda qətnamə üzrə borc məbləği ödənilməmiş qalır və nəticə etibarı ilə bankın iddia tələbinə uyğun deyil. Ona görə də kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.07.2019-cu il tarixli 2(103)-9612/2019 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X6 Bakı Apellyasiya Məhkəməsinin 15 iyul 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini, üçüncü şəxs X7 vəkili Vəkil kassasiya şikayətinin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Ap ellyasiya instansiyası məhkəməsi tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, Səbail Rayon Məhkəməsinin 2(005)-2865/2015 saylı, 17 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, X3 İddiaçı ASC-nin xeyrinə 3376,82 manat əsas, 1256,91 manat məbləğində faiz, 300 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul tutulması, tutmanın həmin öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka qoyulmuş “Volkswagen Passat” minik markalı, **KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməklə, həmin əmlakın hərracda satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına iddiaçının tələblərinin ödənilməsi, İddiaçı ASC-nə ödənilməli olan əsas kredit borcu, faiz borcu və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərra cda satışından əldə olunmuş pul vəsaitinin artıq qalan hissəsinin cavabdeh X5 qaytarılması qət edilmişdir. Qətnamə icraya yönəldilmiş, avtomobil açıq hərracda satılmışdır. “xxxx” MMC tərəfindən LPO İddiaçı ASC-yə hərracın keçirilməsinə dair 09.10.2018ci il tarixli bildiriş göndərilmiş, bildirişdə hərracın keçirilmə tarixi 08.11.2018-ci il saat 11:00a təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 1800 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən bildiriş 15.10.2018-ci il tarixdə qəbul edilmişdir. Bakı şəhəri, Cavabdeh2 sifarişinə əsasən “xxxx” MMC tərəfindən avtomobil 08.11.2018-ci il tarixdə 1900 manata X8 satılmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş eksperiza üzrə “xxxx” MMC-nin 22.02.2019-cu il tarixli LP020/19 saylı rəyi ilə sözügedən avtomobilin haz ırkı bazar qiyməti 1750 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş materialları əsasında gəldiyi nəticədən görünür ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən yenidən qiymətləndirmə təyin edilməsi barədə qərardad qəbul etmiş və “xxxx” MMC tərəfindən verilmiş 22.02.2019-cu il tarixli rəyə görə hazırki tarixə əmlakın qiyməti 1750 manat təşkil etmişdir. Mübahisələndirilən rəylə müqayisədə avtomobilin qiyməti 50 manat az müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, müxtəlif qiymətləndiricilər tərəfindən verilmiş rəylərin arasında belə fərqlərin olması mümkündür, ona görə 1800 manatlıq avtomobilin qiymətinin 1750 manat müəyyən edilməsi qiymətləndirmə hesabatının ləğv edilməsinə əsas ola bilməz. Qeyd olunanlardan əlavə mübahisələndirilən rəydə avtomobilin texniki göstəriciləri və xarakterizəsi əks olunmuş, qiymətin müəyyən edilməsi üçün əsas götürülmüş meyarlar sadalanmış, avtomobilin məhz tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti müəyyən edilmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən rəyin məlumatlarının qeyri-mötəbər olduğunu sübut etmək yükü iddiaçı tərəfin üzərinə düşsə də iddiaçı öz tələblərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Mübahisələndirilən rəy qiymətləndirmə fəaliyyəti haqqında qanunvericiliyə uyğun aparılmışdır. İddiaçı həmin rəyin verilməsi zamanı qanunun tələblərinin pozulması barədə sübutlarını işə əlavə etməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hü quq münasibətlərinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. “Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 5-ci maddələrinin mənasına görə, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 51-ci maddəsinə görə, borclunun əmlakının qiymətləndirilməsi qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə haqqında” Qanunun 2-ci maddəsinə görə, fəaliyyətləri bu qanunla tənzimlənən hüquqi və fiziki şəxslər (qiymətləndiricilər) və onların xidmətlərinin istehlakçıları (sifarişçilər) qiymətləndirmə fəaliyyətinin subyektləridir. “ Qiymətləndirmə haqqında” Qanunun 8-ci maddəsinə görə, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmələr tərəfindən baxılır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin 2-ci hissəsinə görə qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiy a şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir, eyni zamanda həmin dəlillərə apellyasiya şikayətinin dəlilləri eyni olduğundan və həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən və kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətində göstərilən dəlillərə təkrar qiymətləndirilməsinə zəmin görmür. Be lə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, iddiaçı tər əfin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiya şikayəti təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 15 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar