Məhkəmə qərarları › İş №2(102)-771/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-771/2023

19.01.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-771/2023 19.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cavabdeh MMC tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, əmək haqqının və son haqq hesabın ödənilməsi tələbinə dair iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı tərə findən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsi əmək haqqının vaxtında verilməməsinə görə hər gecikdirilmiş gün üçün 1% olmaqla ödəncin verilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilmişdir. Həmin hissədə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilmişdir. İddiaçı Cavabdeh MMC tərəfindən əmək haqqının vaxtında verilməməsinə görə əmək haqqının hər gecikdirilmiş günü üçün 1% olmaqla cəmi 28970 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh MMC Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Məhkəmə tərkibi hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. MPM-in 67.1-ci maddəsinə əsasən kas sasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. İş materiallarından görünür ki, Cavabdeh MMC tərəfindən verilmiş şikayət vəkil tərəfindən imzalanmamışdır. Həmin Məcəllənin 408.1, 408.1.1, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən apellyasiya instansiyası məhkəməsi tə rəfindən qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. MPM-in 409-cu maddəsinin tələbinə baxmayaraq apelyyasiya instansiyası məhkəməsi MPM-in 407-ci maddəsinin tələbinə tam cavab verməyən (vəkil tərəfindən imzalanmamış) kassasiya şikayətini işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənləri və MPM-nin 404-1.2, 408.1.1-ci maddələrini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh MMC-nin Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar