Məhkəmə qərarları › İş №2(102)-772/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-772/2024

26.02.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-772/2024 26.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yük daşımaları Departamentinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-772/2024 (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, əmək haqqı və məzuniyyətə görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yük daşımaları Departamentinə qarşı “ödənilməmiş əmək haqqının (qazancın) ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)105/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil X4) tərəfindən verilmiş kassasiya şikayətinə 26 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı 2012-ci ildən "xxxx" QSC-nin Yük Daşımaları Departamenti X1 maşinist vəzifəsində işləyir. ADY QSC sədrinin 18/s xx.xx.2016-cı il tarixli, “vahid əmək haqqı və kateqoriyalar cədvəlində” göstərilən kimi aylıq əmək haqqının 355,50 qəpik bir saat 2,418 qəpikdir. Lokomotiv hərəkəti 1,93 qəpik, boş dayanma 1,61 qəpikdir. 2. "xxxx" QSC-nin X2 235 saylı xx.xx.2012-ci il tarixli və 227 saylı xx.xx.2014-cü il tarixli əmrlərinə əsasən, lokomoti v briqadalarının iş vaxtının və fasiləsiz iş müddəti hazırki əmrlərlə tənzimlənir.

3. Həmkarlar İttifaqının sədri tərəfindən İddiaçı ünvanlanmış məktuba əsasən, ərizədə qeyd olunan əmrlərlə əlaqədar komissiya bildirmişdir ki, 2017-çi ilin may ayında Vahid Əmək haqqı və Kateqoriya Çədvəlinin dərəcələrinə müvafiq olaraq fəhlə və qulluqçularının aylıq tarif (vəzimfə) maaşlarının məbləğləri artırılmışdır. "xxxx" QSC-nin İqtisadi siyasət və təhlil şöbəsinin rəhbərliyi tərəfindən bir sıra ödənişlər dayandırılmışdır. Həmin şöbə ləğv edildiyindən sənədləri əldə etmək mümkün olmamışdır. Həmin əmrlər əldə edilən kimi məlumat veriləcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı (bundan aonra iddiaçı) cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yük da şımaları Departamentinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (bundan sonra cavabdeh və ya QSC) müraciət edərək, cavabdeh tərəfindən ona ödənilməmiş əmək haqqı (qazanc) ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2012-ci ildən X3 maşinist işləyir. ADY QSC sədrinin 18/s xx.xx.2016-cı il tarixli, “vahid əmək haqqı və kateqoriyalar cədvəlində” göstərilən kimi aylıq əmək haqqının 355,50 qəpik bir saat 2,418 qəpikdir. Lokomotiv hərəkəti 1,93 qəpik, boş dayanma 1,61 qəpikdir. Araşdırma zamanı məlum oldu ki, depo rəislərinin xx.xx.2012-ci il tarixli əmr №235, xx.xx.2014-cü il tarixli əmr №227, xx.xx.2020ci il tarixli X2 rəisi A.A.Nəzərovun iştirakı ilə iclas zalında aparılmış müşavirənin protokol çıxarışında gö stərilən 2.3.4 bəndlərində göstərilmiş iş saatları norma saata daxil olur, lakin bu saatların əvəzinə heç bir əmək haqqı ödənilmir. Həmin əmrə əsasən X1 elektrovozu qəbul edib, nəzarət postunu keçməsi və səfərdən sonra bütün hallarda 30 dəqiqə xx/xx2012-ci il tarixdən norma saata daxil olunur. Ancaq heç bir qəpik ödənilmir. X2 rəhbərliyindən soruşduqda ki, Lokomotiv qəbul edib nəzarət postuna qədər (45 dəqiqə), nəzarət postunu keçib stansiyaya daxil olub Lokomotivlə qatarın üstündə 1 saat dayandıqda nə qədər pul qazanmışam suala cavab verilmişdi ki, heç bir pul qazanmamışdı. Yük daşımaları Departamentinin xx.xx.2011-ci il tarixli 369 №-li əmri verilmişdi. Bu əmrə əsasən stansiyalarda qatarlardan vaqon açılıb, qoşulmalı idi. Bir neçə il bu vaqonların açılıb qoşulmasın Lokomotiv briqadaları aparmışdır. Hal-hazırda stansiyalarda qatarlardan vaqon açıb qoşurlar. Bu 369 saylı əmrə görə Lokomotiv briqadaları işdə çox olur, lakin hec bir ödəmə olunmur. Stansiyalarda qatar üstündə boşdayandıqda (qırmızı siqnalda, qatardan vaqon açıb qoşulduqda) ödəmə olunmur, lakin norma saata daxil olunur. Onun hesablarına görə tələb etdiyi məbləğ təxminən yeddi min manat təşkil edir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-3827/2021 nömrəli, 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi təmin edilərək, cavabdeh QSC-nin Yük daşımaları Departamenti tərəfindən X3 maşinist vəzifəsində işləyən İddiaçı ödənilməmiş əmək haqqının (qazanc) ödənilməsi qət olunmuşdur.

7. Birinci instansiya məhkəməsinin məhkəmə araşdırma sı zamanı müəyyən edilmişdir ki, Depo rəislərinin xx.xx.2012-ci il tarixli əmr №235, xx.xx.2014-cü il tarixli əmr №227, xx.xx.2020-ci il tarixli X2 rəisi A.A.Nəzərovun iştirakı ilə iclas zalında aparılmış müşavirənin protokol çıxarışında göstərilən 2.3.4 bəndlərində göstərilmiş iş saatları norma saata daxil olur, lakin bu saatların əvəzinə heç bir əmək haqqı ödənilmir. Həmin əmrə əsasən X1 elektrovozu qəbul edib, nəzarət postunu keçməsi və səfərdən sonra bütün hallarda 30 dəqiqə xx/xx-2012-ci il tarixdən norma saata daxil olunur. Ancaq heç bir qəpik ödənilmir. Yük daşımaları Departamentinin xx.xx.2011-ci il tarixli 369 №-li əmri verilmişdi. Bu əmrə əsasən stansiyalarda qatarlardan vaqon açılıb, qoşulmalı idi. Bir neçə il bu vaqonların açılıb qoşulmasın Lokomotiv briqadaları aparmışdır. Hal hazırda stansiyalarda qatarlardan vaqon açıb qoşurlar. Bu 369 saylı əmrə görə Lokomotiv briqadaları işdə çox olur, lakin hec bir ödəmə olunmur. Stansiyalarda qatar üstündə boş dayandıqda (qırmızı siqnalda, qatardan vaqon açıb qoşulduqda) ödəmə olunmur, lakin norma saata daxil olunur.

8. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, cavabdeh QSC tərəfindən İddiaçı ödənilməmiş əmək haqqı (qazanc) ödənilməlidir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 55, 137.2, 157, 177.4, 197.1, 196.5, 290.1, 290.2, 290.3, 296.4, 296.3cü, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına və Mülki Prosessual Məcəl lənin 14.2, 77.1, 217.4, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1-ci dəlil üzrə: İddiaçı halhazırda QSC İnfrastruktur departamentinin Qatarların idarə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat edilməsi xidmətinin Biləcəri magistral lokomotivlərinin idarə edilməsi sahəsinin Elektrovoz lokomotiv briqadasında elektrovoz maşinisti vəzifəsində çalışır və onun vəzifə maaşı 355,50 manat təşkil edir. Əmək haqqına əlavə məbləğlər ADY-nin təyin etdiyi normalar çərçivəsi ndə getdiyi yolun kilometrinə və gördüyü işə əsasən hesablanır. İddiaçı ADY tərəfindən iş vaxtından əlavə işlərə cəlb edilməmiş və mülki işin materiallarında bu xüsusatı təsdiq edən heç bir sübut mövcud deyil. Belə olan halda məhkəmənin hər hansı təsdiqedici sübutlar olmadan iddianı təmin etməsi kobud qanun pozuntusu hesab edilir. 2-ci dəlil üzrə: birinci instansiya məhkəməsi iddianı təmin edərkən bu qənaətə gəlmişdir ki, İddiaçı tərəfindən görülən iş onun aldığı vəzifə maaşına saat hesabı hesablanaraq əlavə edilməklə ona ödənilməli idi. Məhkəmənin yanaşması tamamilə formal mülahizəyə söykənir. Belə ki, lokomativ briqadalarının norma saatına görə ödəniş briqadalarına hesablanan bütün ödənişlər vəzifə maaşının illik normadan (147 saat) alınan tarif dərəcəsi ilə hesablanır (iş stajına görə v erilən ödəniş istisna olmaqla). Aylıq norma saatı illik norma saatlarından azdırsa, o halda vəzifə maaşı az hesablanır və bu hal yalnız iş stajına görə ödənişə təsir edir. Misal: norma saatı 120,0, staj 20%, vəzifə maaşı 355,5 manatdırsa, 355,50:147x120 x 20% = 58,04 manat təşkil edir. Yəni, İddiaçı tərəfindən görülən işlər onun norma saatlarına daxil edilirdi. Əgər işçi normadan artıq işləyərsə, vəzifə maaşına əlavələr ödənilir. Əlavə işə cəlb edilmə zamanı Biləcəri stansiyasından təsərrüfat qatarı ilə gedib başqa bir stansiyada tranzit qatarla yola düşərsə, yola düşən müddətə qədər hər saatı 1,93 manatla, tək halda getdikdə tranzit qatarla yola düşənə qədər hər saatı 1,81 manatla, gecə saatı 0,967 manatla, Biləcəridən Hacıqabula kimi 6 saatdan sonar hər saatı 1,62 manatla, 6 saatdan sonr a əlavə istirahət üçün 1,57 manatla hesablanacaqdı. Lakin hazırki mübahisədə iddiaçı tərəfindən qeyd edilən əlavə işlərin görülməsi halı baş verməmiş və məhkəmə bunun ziddinə olaraq səhv nəticəyə gəlmişdir.

12. Apellyasiya instansiya məhkəməsinin iclasında cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı ADY tərəfindən iş vaxtından əlavə işlərə cəlb edilməmiş və mülki işin materiallarında bu xüsusatı təsdiq edən heç bir sübut mövcud deyil. İddiaçı tərəfindən qeyd edilən əlavə işlərin görülməsi halı baş verməmiş və məhkəmə bunun ziddinə olaraq səhv nəticəyə gəlmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5967 saylı ek spert rəyinə əsasən və iş materiallarında mövcud olan sənədlərə (2019-2022-ci illər üzrə tabel uçot vərəqəsinə) əsasən İddiaçı QSC-nin Yük daşımaları Departamentində işlədiyi 2019-2022-ci illər üzrə 39.248,9 manat məbləğində əmək haqqının hesablanıb bank hesabına köçürülməsi müəyyən edilir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-105/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (X5 (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir.

15. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edər kən maddi və prosessual hüququ normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əmək haqqına əlavə məbləğlər ADY-nin təyin etdiyi normalar çərçivəsində getdiyi yolun kilometrinə və gördüyü işə əsasən hesablanır. İddiaçı ADY tərəfindən iş vaxtından əlavə işlərə cəlb edilməsi halları müəyyən olunmamış, mülki işin materiallarında bu xüsusatı təsdiq edən heç bir sübut mövcud deyildir.

17. Məhkəmə kollegiyası daha sonra bildirmişdir ki, ekspert rəyi ilə iddiaçının QSCnin Yük daşımaları Departamentində işlədiyinə görə 39.248,9 manat məbləğində əmək haqqının hesablanıb bank hesabına köçürülməsi müəyyən edilmiş, onun iş vaxtından əlavə işə cəlb edilməsi müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçının iş vaxtından əlavə işlərə cəlb olunması və buna görə əmək haqqının ödənilməməsi halları müəyyən edilməmişdir.

18. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 6.2-ci, Əmək Məcəlləsinin 9 (e), 99(1), 102 (1), 154 (1)-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 124.2, 217.4, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

19. Qətnamədən iddiaçı (Vəkil X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiys şiksyəti onunla əsaslandırılmışdır ki, onun iddia tələbi işlədiyi və iş saat normasına daxil olan işdə olduğu vaxtın tam şəkildə əvəzinin ödənilməsi ilə bağlı olmuşdur. Bunu heç cür iş vaxtından artıq iş kimi qiymətləndirmək düzgün deyil. Apellyasiya məhkəməsi onun iddia tələbinə münasibətdə iş vaxtından artıq işə görə Əmək Məcəlləsinin müvafiq maddi normaları tətbiq etməyi düzgün olmamışdır. Çünki, onun iddiası iş vaxtından artıq işlərə görə deyil, iş vaxtı ərzində işlədiyi saatların dəyərinin ödənilməməsi ilə bağlı olmuşdur. Əmək Məcəlləsinin 96-cı maddəsinə əsasən qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir.

21. O bildirmişdir ki, işəgötürən tərəfindən iş vaxtına daxil olan saatların uçotu aparılmamış və faktiki olaraq işdə olduğu müəyyən saatların dəyəri ödənilməmişdir. O, 2012-ci ildən X1 maşinist işləyir. İşdə olduğu müəyyən saatların əvəzi işəgötürənin QSC ödənilmədiyi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. QSC-nin sədrinin 18/s xx.xx.2016-cı il tarixli “Vahid əmək haqqı və kateqoriyalar cədvəlin”də vəzifəsi üzrə aylıq əmək haqqının 355,50 qəpik, bir iş saatının isə 2.418 qəpik təşkil etdiyi, lokomotivin hərəkəti zamanı 1,93 qəpik, boş dayanma halında isə 1,61 qəpik təşkil etdiyi göstərilmişdir. Depo rəislərinin xx.xx.2012-ci il tarixli 235 nömrəli əmrind ə, xx.xx.2014-cü il tarixli 227 nömrəli, xx.xx.2020-ci i l tarixli X2 rəisi A.A.Nəzərovun iştirakı ilə iclas zalında aparılmış müşavirənin protokol çıxarışında 2, 3, 4-cü bəndlərdə göstərilmişdir ki, “Lokomotiv briqadalarının işə gəlmə vaxtından Nəzarət postunu keçmə vaxtı kimi təyin olunan 45 dəqiqə”, “səfərdən sonra lokomotivin depoda təhvil verilməsi üçün təyin olunan 30 dəqiqə”, “bütün hallarda lokomotiv briqadalarının işdə olma müddətinin 12 saatdan artıq olmaması” kimi nəzərdə tutulan saatlar norma iş saatına daxil edilsə də, həmin saatların əvəzi ödənilməmişdir. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir. Ekspertiza ilə bağlı prosessual tələblər məhkəmə tərəfindən nəzərə alınmamış, kifayət qədər aydın və tam olmayan ekspert rəyini məhkəmə iş üzrə sübut kimi qiymətləndirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

22. Maddə 9 (“e” bəndi). Əmək müqaviləsi üzrə işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ vardır.

23. Maddə 99 (1-ci hissə). İş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

24. Maddə 102 (1-ci hissə). İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş sa atlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.

25. Maddə 154 (1-ci hissə). Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

26. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.

27. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar itt ifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.

28. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

29. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bi r tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müə yyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessu al hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəl i gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.

46. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addımı kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görədə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozis iya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Həmçinin irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

47. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər o lduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 48. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

49. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halla rın, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

51. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul et mişdir.

53. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-105/2023 nömrəlilı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar