Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7730/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin vəkili X13 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyul 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(005)794/2019 saylı qətnaməsi ilə iddia tə min edilərək, X3 “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli olan 14.726 (on dörd min yeddi yüz iyirmi altı) ABŞ dolları (qətnamənin icra edildiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə) Cavabdeh1 ASC-dən tutulub iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli, 2(103)5590/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən, məruzəçi), V.Həsənov və X.Sarıyev) Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(005)794/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cav abdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı “pul vəsaitinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli olan 14.726 (on dörd min yeddi yüz iyirmi altı) ABŞ dollarının iddiaçı şəxslərə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırki işə düzgün baxmamış işdə olan sübutlara düzgün qiymət verməmiş yalnız formal mülahizələrə əsaslanmışdır. Bununla da maddi və prosessual normalar ını pozmuş, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsinə diqqət yetirdikdə məhkəmənin bir dənə də olsun maddi hüquq normasına istinad etmədiyi müəyyən edilir. Qeyd edilənlərə əsasən kassasiya şikayətinin təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin 2(103)5590/2019 saylı 11 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilib mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edirlər. İddiaçı1 və vəkili Vəkil kassasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək kassasiya şikayətinin təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin 2(103)5590/2019 saylı, 11 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilib mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-794/2019 saylı 15 fevral 2019-cu il tarixli qətnaməsinin qüvvədə sa xlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 ASC-nin vəkili X17 Bakı Apellyasiya Məhkəməsinin 11 iyul 2019-cu il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, İddiaçı1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüqu qi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, iddiaçıların tələb etdiyi pulun 2014-cü ilin oktyabr ayına manatla məzənnəsini müqayisə etdikdə həmin vaxt götürdükləri 12.000 m anatın hazırki tələbdə göstərilən məbləğdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X8, X11 və X12 qarşı “bank krediti üzrə əsas borcun və ona hesablanmış faizlərin ödənilməsi, borc üzrə tutmanın ipoteka predmeti olan mənzillərə yönəldilərək, onların açıq hərracdan satılması yolu ilə borcun ödənilməsi, ipoteka predmeti olan həmin evlərin boşaldılması” barədə iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh X4 iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 24 oktyabr 2008-ci il tarixli K-3958 nömrəli kredit müqaviləsinə əsasən 158.866 (bir yüz əlli səkkiz min səkkiz yüz altmış altı) ABŞ dolları əsas borcu, 13.444 (on üç min dörd yüz qırx dörd) ABŞ dolları faiz borcu və 30.000 (otuz min) ABŞ dolları artırılmış faiz borcu olmaqla, cəmi 202.310 (iki yüz iki min üç yüz on) ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat pulun tutulması, borc üzrə tutma ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti tərəflər arasında 24 oktyabr 2008-ci il tarixl i ********* nömrəli ipoteka müqaviləsinə 1 saylı Əlavədə razılaşdırıldığı kimi 140.000 (bir yüz qırx min) ABŞ dolları məbləğində qiymətləndirilmiş cavabdeh X9 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda 0.13267 ha torpaq sahəsində yerləşən 111 nömrəli, 9 mərtəbəli, 4 otaqlı 50.29 kv.metr yaşayış, 72.8 kv.metr ümumi sahədən ibarət olan 102 nömrəli mənzilinə, ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti tərəflər arasında 24 oktyabr 2008-ci il tarixli ********* nömrəli ipoteka müqaviləsinə 1 saylı Əlavədə razılaşdırıldığı kimi 130.000 (bir yüz otuz min) ABŞ dolları məbləgində qiymətləndirilmiş cavabdeh X1 xüsusi mülkiyyətində olanünvan 1 ünvanda olan olan, 0.12084 ha torpaq sahəsində yerləşən 37a nömrəli, 4 mərtəbəli 3 otaqlı 63.0 kv.metr ümumi sahədən ibarət olan 15 nömrəli mənzilinə və ipote ka ilə yüklü edilmiş ilkin satış qiyməti tərəflər arasında 24 oktyabr 2008-ci il tarixli ********* nömrəli ipoteka müqaviləsinə əsasən 1 saylı Əlavədə razılaşdırıldığı kimi 120.000 (bir yüz iyirmi min) ABŞ dolları məbləğində qiymətləndirilmiş cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda olanistifadə olan 0.117.37 ha torpaq sahəsində yerləşən 33 nömrəli, 9 mərtəbəli, 2 otaqlı 29,5 kv.metr yaşayış sahəsindən ibarət olan 96 nömrəli mənzilinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş mənzillərin ilkin satış qiymətinin tərəflər arasında 24 oktyabr 2008-ci il tarixli ********* nömrəli ipoteka müqaviləsinə 1 saylı Əlavədə razılaşdırıldığı qiymətlə açıq hərracdan satılması, ipoteka predmeti olan həmin mənzillərin açıq hərracdan satıldıqdan sonra orada yaşayan şəxslərin ən geci bir ay ərzində t utduqları mənzilləri tərk edilərək və mənzillərin boşaldılması, ipoteka predmeti olan mənzillərin açıq hərracda satışından əldə edilmiş pul vəsaitinin hesabına cavabdeh X7 iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 202.310 (iki yüz iki min üç yüz on) ABŞ dolları məbləğində kredit borcun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat pul borcunun ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamə Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2012-ci il tarixli qətnaməsi ilə, sonuncunun qətnaməsi isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 20 iyul 2012-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş, 28 sentyabr 2012-ci il tarixdə icra vərəqəsi verilərək icra olunması üçün Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri, Nərimanov Rayon İcra Şöbəsində 28 sentyabr 2012ci il tarixlı 4017 nömrəli icraata başlamaq haqqında qərar qəbul edilmiş, şöbənin 28 sentyabr 2012-ci il tarixli qərarı ilə ipoteka olunmuş mənzillərin qiymətləndirilməsi ilə bağlı qiymətləndirici dəvət edilmiş və X9 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 72,8 kv.metr olan 102 nömrəli mənzilinin ilkin satış qiyməti 109.900 (bir yüz doqquz min doqquz yüz) manat (140.000 (bir yüz qırx min) ABŞ dolları), X2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, 37 “a” nömrəli evin, 3 otaqlı, 15 nömrəli mənzil 101.400 (bir yüz bir min dörd yüz) manat (130.000 (bir yüz otuz min) ABŞ dolları) və X10 xüsusi miilkiyyətində olan ünvan 3 ünvanda yerləşən, 33 nömrəli evin 2 otaqlı mənzil 93.600 (doxsan üç min altı yüz) manat (120.000 (bir yüz iyirmi min) ABŞ dolları) qiymətləndirilmişdir. Həmçinin işin materiallarından görünür ki, qeyd olunan mənzillərin hərracdan satışı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfındən keçirilmiş və məhkəməyə təqdim edilmiş “Hərracın nəticələrinə dair 23 avqust 2013-cü il tarixli Y-232, Y-233, Y-234 nömrəli protokol”lara əsasən X9 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, 11 nömrəli evin 4 otaqlı, ümumi sahəsi 72,8 kv.metr olan 102 nöməli mənzil 70.062 (yetmiş min altmış iki) manata, X1 xüsusi miilkiyyətində olan ünvan 1 ünvanda yerləşən, 37 “a” nömrəli evin, 3 otaqlı, 15 nömrəli mənzili 64.643 (alt mış dörd min altı yüz qırx üç) manata, X10 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən, 33 nömrəli evin 2 otaqlı mənzili 59.670 (əlli doqquz min altı yüz yetmiş) manata satılmışdır. X1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən istifadədə olan 0.12084 ha torpaq sahəsində yerləşən 37a nömrəli, 4 mərtəbəli binada, 3 otaqlı, 63 kv.metr ümumi sahəsindən ibarət 15 nömrəli mənzil 64.643 (altmış dörd min altı yüz qırx üç) manat müqabilində bankın balansına götürülmüş, mənzil 20 may 2014-cü il tarixdən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyəti kimi qeydiyyata alınmış, 21.10.2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, 37 “a” nömrəli evin, 3 otaqlı, 15 nömrəli mənzili 71.100 (yetmiş bir mi n yüz) manata X16 satılmış, bu zaman iddiaçıların notarial qaydada rəsmi razılıq ərizələri alınmış, satış məbləğin 12000 manatının vərəsələrdə, yəni hazırkı iş üzrə iddiaçılarda qalmaqla, digər hissəsi Bank tərəfindən borcun hesabına qəbul edilmişdir. Bu hal Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2017-ci il tarixli 2(103)976/2017 saylı qətnaməsinin 14-cü səhifəsi, İddiaçı1 izahatı və Bankın 17 noyabr 2017-ci il tarixli məktubu ilə təsdiq olunmuşdur. İşin materiallarından görünür ki, Banka olan borc ödənildikdən sonra artıq qalmış pul vəsaitinin qaytarılmasına dair hər üç şəxsin adından X14 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, iddia mhkəmə tərəfindən qismən təmin edilərək Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən X11 43.722 (qırx üç min yeddi yüz iyir mi iki) ABŞ dollarının ödənilməsini 25 avqust 2016-cı il tarixdə qət etmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 01 fevral 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutulmalı olan məbləğ 3 hissəyə bölünərək (X11 15.598 (on beş min beş yüz doxsan səkkiz) ABŞ dolları, X5 14.726 (on dörd min yeddi yüz iyirmi altı) ABŞ dolları və X12 13.028 (on üç min iyirmi səkkiz) ABŞ dolları), X9 payına düşən pulun verilməsini qət etmişdir. Həmin qətnamənin 17-ci səhifəsində qeyd edilmişdir ki, X10 və X9 göstərilən məbləğlərin alınması üçün iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı “pul vəsaitinin tutulması” tələbinin əsasını anaları X6 02 noyabr 2012-ci il tarixdə vəfat etməklə onların onun yeganə övladları kimi qanun üzrə vərəsəsi (birinci növbə) qismində həmin məbləğin onlara ödənilməsinə hüquqları olması təşkill edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu qənaətə gəlmişdir ki, hazırda tələb olunan 14.726 ABŞ dollarının 2014-cü ilin oktyabr ayına manatla məzənnəsini müqayisə etdikdə, 2014-cü ilin oktyabr ayında iddiaçıların götürdükləri 12.000 manatın hazırki tələbdə göstərilən məbləği təşkil edir. Buna görə də X3 “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli olan 14.726 (on dörd min yeddi yüz iyirmi altı) ABŞ dolları (qətnamənin icra edildiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə) Cavabdeh1 ASC-dən tutulub iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsinə dair tələb əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, kassatorlar onların razılığı olmadan mübahisəli evin hərraca çıxarılıb satılmasının qanunsuz olmasını göstərsələr də, faktiki olaraq tələblərində hərracın qanunsuzluğunu deyil, hərracdan sonra mərhum anaları X3 Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli olan 14.726 (on dörd min yeddi yüz iyirmi altı) ABŞ dollarının onlara verilməsini mübahisələndirsələr də, faktiki olaraq ünvan 1 ünvanda yerləşən, 37 “a” nömrəli evin, 3 otaqlı, 15 nömrəli mənzilin satışından onun bir hissəsi Bank tərəfindən borcun hesabına qəbul edildikdən so nra məbləğin 12000 manatının ipoteka qoyanın vərəsələri olan iddiaçılarda qalmamasına dair sübutlar təqdim edə bilməmişlər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən t ələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək iddiaçıların tələb etdiyi pulun 2014-cü ilin oktyabr ayına manatla məzənnəsini müqayisə etdikdə həmin vaxt götürdükləri 12.000 manatın hazırki tələbdə göstərilən məbləğ olmasına dair düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələ rinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyi üçün iddia tələbinin təmin oluna bilməməsi barədə düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməs i mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 11 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7730/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7730/2019
09.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver